Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2683/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X18 və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Birinci iddia üzrə İddiaçı1 vəkili Vəkil, ikinci iddia üzrə iddiaçılar Esmira Məmmədəli qızı və İddiaçı2 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Birinci iddia üzrə İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi”, ikinci iddia üzrə birgə iddiaçılar Esmira Məmmədəli qızının və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” (iş üzrə üçüncü şəxslər X15 və X20 qızı) tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-111/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından ikinci iddia üzrə iddiaçılar Esmira Məmmədəli qızı və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : Birinci iddia üzrə icraat: İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün sökülməsi ilə əlaqədar mülkün 1/3 hissəsinin mülkiyyətçisi qismində kompensasiyanın ödənilməsindən imtinasını qanunsuz və əsassız hesab edib, ünvan 1 saylı evin dövlət ehtiyacları üçün sökülməsi məqsədi ilə 58333,33 manat mələğində kompensasiyanının ona verilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqələşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri Cavabdeh Başçısının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyaçları üçün sökülməsi ilə əlaqədar mülkün 1/3 hissəsinin mülkiyyətçisi qismində kompensasiyanın ödənilməsindən imtinasını qanunsuz və əsassız hesab edib, ünvan 1 saylı evin dövlət ehtiyacları üçün sökülməsi məqsədi ilə 58333,33 manat mələğində kompensasiyanın, daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqqın və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.4-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalmış şəxs kimi yaşayış sahəsində 10 ildən artıq yaşamağı nəzərə alınaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10%- i miqdarında çətinliklə bağlı ödənişin, cəmi 75833,32 manat məbləğində kompensasiyanın ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə xx.xx.2019-cu il tarixli qərardadla icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılımışdır ki, onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov (keçmiş Muxtadir) küçəsi 34/36 saylı evə dair adına yeni Çıxarışlar alana qədər mülkün dövlət ehtiyacları üçün sökülməsi barədə məlumatını aldıqdan sonra dəfələrlə, o cümlədən xx.xx.2018-ci ildə, xx.xx.2018-ci ildə Bakı şəhəri Cavabdehnə və Yasamal rayon Söküntü Komissiyasına rəsmi ərizələr və teleqramma ilə müraciət edərək, həmçinin təxminən 12 dəfə Yasamal rayon Söküntü Komissiyasının sədrinin və köməkçilərinin qəbulunda olaraq Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi 34/36 saylı fərdi yaşayış evinin 1/3 hissəsinə mülkiyyətçi kimi kompensasiya alması üçün ayrıca kod verilməsini, həmçinin kompensasiyanın şəxsən özünə verilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq Yasamal rayon Söküntü Komissiyası tərəfindən onunla düşmən ədavəti saxlayan bacısı Esmira Məmmədəli qızının adına 5022/12 saylı və onun adına 5022/13 saylı kodlar açılmış, lakin hər iki kod qanunsuz və əsassız olaraq Esmira Məmmədəli qızına təhvil verilmiş, sonuncu ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin Yasamal rayon fllialından 175000 manat məbləğində kompensasiya almış, cavabdeh tərəfindən ona heç bir kompensasiya ödənilməmişdir. Kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, Bakı şəhəri Cavabdeh başçısının 1-ci müavini Elçin Rzayevin adına ünvanladığı xx.xx.2018-ci il tarixli, T-27/2-152/2-1 №-li məktubunda göstərilmişdir ki, “onun Cavabdehnə ünvanladğını müraciətlərə baxılmışdır, müraciətləri ilə əlaqədar olaraq bildirillir ki, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacarı üçün alınması məqsədilə xx.xx.2018-ci il tarixdə Esmira Məmmədəli qızı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış və müvafiq kompensasiya ödənilmişdir. Ərizəsində qeyd olunan kompensasiyanın ona çatmalı olan hissəsini əldə etmək üçün Esmira Məmmədəli qızına və ya müvafiq məhkəməyə müraciət etməsi tövsiyə olunur.” Hesab edir ki, cavabdehin ona kompensasiya ödənilməsindən imtinası qanunsuz və əsassız hesab edilməli, 58333,33 manat məbləğində kompensasiyanın ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-921/2019 saylı, xx.xx.2019-cu il tarixli və 2-1(81)-921/2019 saylı qərardadı ilə Esmira Məmmədəli qızı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim E.Əliyev) 2-1(81)-921/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evinin alqısatqısı ilə bağlı Esmira Məmmədəli qızı ilə İcra Hakimiyyəti arasında notarial qaydada müqavilə bağlanmış, müqavilə bağlanan zaman Esmira Məmmədəli qızı notarial qaydada təsdiq edilmiş yazılı ərizəsində digər mülkiyyətçilər tərəfindən hər hansı bir iddia yaranarsa, onların payını qaytarmağı və bununla bağlı yaranan bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. Ona görə də, cavabdeh Yasamal Rayon İcra Hakimyyətinə qarşı tələb əsassızdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-470/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadı ilə İddiaçı2 üçüncü şəxs qismində inzbati məhkəmə icraatına cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər V.Məmmədov, E.Nağıyeva, H.Həmidov) 2-1(103)-470/2020 saylı, 11 iyun 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-921/2019 saylı, xx.xx.2019 tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli ünvanda yerləşən 34/36 saylı fərdi yaşayış evi ilə Esmira Məmmədəli qızının müqaviləyə bağlayaraq satdığı 34 saylı evin eyni ünvan olub-olmamasını araşdırmamış, digər paylı mülkiyyətçiləri işə cəlb etməmişdir. İkinci iddia üzrə icraat: İddiaçılar Esmira Məmmədəli qızı və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Cavabdeh ünvan 7 ünvanında yerləşən evinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar mülkün 2/3 hissəsinə Ali Məhkəmə tərəfindən pay hüquqları müəyyən olunduğu üçün onlara əlavə kompensasiya ödənilməsindən imtina edilməsinin qanunsuz və əsassız hesab edilməsi, Bakı şəhəri, Səid Rüstəmov (keçmiş Muxtadir) küçəsi, ev 34-36 (34/36) saylı evin dövlət ehtiyacları üçün alınması məqsədi ilə onlara 150000 AZN məbləğində əlavə kompensasiyanın, daşınmaz əmlakın qanunvericiliyinə uyğun olaraq hesablanmış bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqqın və alınmanın təsirinə məruz qalmış şəxs kimi yaşayış sahəsində 10 ildən artıq yaşamağı nəzərə alınaraq ona ödəniləcək əlavə və öncə alınmış məbləğ nəzərə alınmaqla ümumi məbləğin 10 %-i miqdarında çətinliklə bağlı ödənişin, cəmi 248000 manat məbləğində əlavə kompensasiyanın onlara verilməsi vəzifəsinin Bakı şəhəri, Cavabdehnə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim A.Abdullayeva) xx.xx.2020-ci il tarixli, 2-1(112)- 2399/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar qərardaddan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Hüseyn, V.Ağayev, H.Həmidov) 2-1(103)-1215/2020 saylı, 19 avqust 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2399/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Birləşdirilmiş iddialar üzrə icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-508/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-508/2021 saylı və 2-1(112)- 1357/2021 saylı inzibati işlər 2-1(112)-1357/2021 sayı altında bir icraatda birləşdirilmişdir. İddiaçı Esmira Məmədəli qızı Cavabdeh və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi cavabdeh qismində göstərilməklə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, S.Rüstəmov küçəsində yerləşən (Muxtadır küçəsi), 34/36 saylı evin 2/3 pay üzrə mülkiyyətçisi olaraq ödənilməmiş kompensasiya 887800 manat tikililərə görə, 167800 manat torpaq sahəsinə görə, ümumilikdə 720000 manatın cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin ərizə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında protokol qaydasında icraata qəbul edilmişdir. İkinci iddia üzrə birgə iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 6 ünvanının texniki pasportu və baş planında qeyd olunmuş 235 kvm sahənin 2/3 hissəsini, yəni 157 kv.m. sahədən onun aldığı 53 kv.m. sahə çıxıldıqdan sonra qalan 104 kv.m. sahənin kompensasiyası mövcud olan 1500 manat qiyməti ilə hesablanmasının və ödənilməsinin cavabdehə həvalə edilməsini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iş üzrə 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 4.02.2021-ci il tarixli, 2-1(112)-508/2021 nömrəli qərardadı ilə iddia əriəsinə əlavə ərizəsi icraata qəbul edilmiş, iş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-111/2023 nömrəli qərardadı ilə X16, X7 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdurlar. Məhkəmənin xx.xx.2023-cü il tarixlı qərardadı ilə iddiaçı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmiş Esmira Məmmədəli qızı və İddiaçı2 üçüncü şəxs qismində məhkəmə icraatında iştiraklarına xitam verilmiş, həmçinin iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə qərardadları ləğv edilmişdir. Üçüncü şəxs X7 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X1 üçüncü şəxs qismində icraatda iştirakına xitam verilmişdir. Hər iki iddia üzrə cavabdeh iddialara dair yazılı etiraz təqdim edərək, iddia tələblərinin təmin edilməmələrini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-111/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı1 Bakı şəhəri Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi, Esmira Məmmədəli qızının və İddiaçı2 Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi barədə iddia tələbləri (üçüncü şəxslər X16 və X20 qızı) rədd edilmişdir. Qərardan narazı qalan Esmira Məmmədəli qızı və İddiaçı2 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən birinci iddia üzrə iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən ikinci iddia üzrə iddiaçılar apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-111/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ilə hər iki iddia tələbi təmin edilməmiş, lakin birinci iddia üzrə iddiaçı qərarla razılaşaraq apellyasiya şikayəti verməmişdir. Qərarın yalnız ikinci iddia tələbinin rədd edilməsi hissəsi mübahisələndirildiyindən Apellyasiya məhkəməsi qərarı mübahisələndirilən hissədə yoxlayır. Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov (keçmiş Muxtadır/Ağamalıoğlu) küçəsi, 34/36 (mübahisəli yerin ünvanı bəzi sənədlərdə və məhkəmə qərarlarında 34, bəzi sənədlərdə və məhkəmə qərarlarında 36, bəzi sənədlərdə və məhkəmə qərarlarında 34,36, bəzi sənədlərdə və məhkəmə qərarlarında isə 34-36 kimi göstərilmişdir) saylı ünvanda yerləşən fərdi yaşayış evi X6, X3, X4, X23 və X10 adlarına ilkin qeydiyyata alınmışdır. xx.xx.1931-ci il tarixdə mülkiyyətçilər mülkdən imtina etdiyi üçün mülk dövlət balansına keçirilmişdir. ünvan 8 ünvanında yerləşən evə dair X20 qızına Azərbaycan Respublikası Bakı şəhət İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Seriya ÖM, 122356 nömrəli, xx.xx.2002-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. ünvan 9-da yerləşən evə dair X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MA, ******* nömrəli, xx.xx.2010-cu il tarixli Çıxarış verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-4889/10 nömrəli qətnaməsi ilə, X3 xx.xx.1935-ci il tarixdə ölümünün qeyd edilmə faktı, X19 01 yanvar 1953-cü il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsi, Bakı şəhəri, Muxtadır küçəsi, 34/36 saylı mülkün xx.xx.1931-ci il tarixdə dövlət balansına keçməsinə dair aktın etibarsız hesab edilməsi və həmin mülkün əvvəlki vəziyyətinə, yəni ilk dəfə tarixsiz olaraq X17, X13, X14, X33 və X10 adlarına ilkin hüquqi qeydiyyatdan keçdiyi vəziyyətə qaytarılması və bu barədə müvafiq qeydiyyatın aparılması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-4174/13 nömrəli qətnaməsi ilə 1929-cu il tarixdə X4 ölüm faktı, 1927- ci il tarixdə X6 ölüm faktı, 1931-ci il tarixdə Tutixanım Hüseyn qızının ölüm faktı, 1944-cü il tarixdə X23 ölüm faktlarının müəyyən edilməsi, mərhum X6, X4, X23 və Tutixanım Hüseyn qızının ərizəçi ilə, yəni Esmira Məmmədəli qızı ilə qohum olması faktının müəyyən edilməsi qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-4174/2013 nömrəli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-4174/13 nömrəli qətnaməsinə mərhum X6 və mərhum X4 Esmira Məmmədəli qızının ulu nənəsi X3 doğma bacıları olması, mərhum X23 Esmira Məmmədəli qızının ulu nənəsinin qardaşı olması, mərhum Tutixanım Hüseyn qızının isə Ağa Aslan oğlunun anası olmasının müəyyən edilməsi kimi izah verilmişdir. Bundan sonra X6, X3, X4, X23 və X10 Bakı şəhəri, Muxtadır küçəsi, 34/36 saylı fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX, 073755 Nömrəli xx.xx.2014cü il tarixli Çıxarışın Dublikatı verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-7787/14 nömrəli qətnaməsi ilə, Esmira Məmədəli qızının ilkin iddiası təmin olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Muxtadır küçəsi (Səid Rüstəm) 34/36 saylı evin Esmira Məmmədli qızı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı1 Məmmədli qızının cavabdehlər Esmira Məmmədəli qızına və İddiaçı2 Məmmədli oğluna qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)- 28/2015 nömrəli qətnaməsi ilə, qarşılıqlı iddia üzrə İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, Esmira Məmmədəli qızı və İddiaçı1 iddia tələbləri qismən təmin edilmiş, Bakı şəhəri, Muxtadır (Səid Rüstəmov) küçəsi 34/36 saylı evə onların mirası qəbul etmələri faktı məyyən edilmiş və miras əmlakın 2/3 hissəsinə Esmira Məmədəli qızının, 1/3 hissəsinə isə İddiaçı1 pay hüquqları müəyən edilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)- 2445/15 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ünvan 9 ünvanında yerləşən evə dair X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX, ******* № li, xx.xx.2018-ci il tarixli Çıxarış verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-3522/2018 nömrəli qərarı ilə, iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Muxtadir (hazırki Səid Rüstəmov) küçəsi 34/36 saylı evin 1/3 hissəsinə dair mülkiyyət hüquqlarının İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestridnə qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmiş, qərara əsasən ünvan 10 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. ünvan 11 ünvanında daşınmaz əmlak Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarın təsirinə düşmüşdür. ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 119,71 kv.m olan evdə Esmira Məmmədəli qızının yaşadığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu üçün onunla Cavabdeh arasında xx.xx.2018-ci il tarixində müqavilə bağlanaraq qeyd olunan ev torpaqların dövlət ehtiyacları məqsədi ilə Cavabdeh tərəfindən satın alınmışdır. Esmira Məmmədəli qızı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində müqavilə bağlanan zaman Bakı şəhəri, Yasamal rayonu, Muxtadır (S.Rüstəmov) küçəsi, 34/36 saylı evə dair Esmira Məmmədəli qızının mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmadığı üçün müqavilədə 43 saylı MKİS-nin təqdim etdiyi arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Muxtadır (S.Rüstəmov) küçəsi 34 saylı ev qeyd olunmuşdur. Müqaviləyə əsasən Esmira Məmmədəli qızına 175000 manat pul ödənilmişdir. X7 ilə Bakı şəhər Cavabdeh arasında Bakı şəhəri Yasamal rayonu, Muxtadir (S.Rüstəmov) küçəsi, 36 saylı evə dair xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarışa əsasən bağlanmış və ona 56701 manat pul ödənilmişdir X16 ilə Bakı şəhər Cavabdeh arasında Bakı şəhəri Yasamal rayonu, Muxtadir (S.Rüstəmov) küçəsi, 36 saylı evə dair xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən bağlanmış və ona 49464 manat pul ödənilmişdir. X20 qızı ilə Bakı şəhər Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, Muxtadir (S.Rüstəmov) küçəsi, 34 saylı evə dair xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Bakı şəhəri İcra hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı 122356 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən bağlanmış və ona 111159 manat pul ödənilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)-28/2015 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqi və 1 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-3522/2018 nömrəli qərarı icra edilərək ünvan 12 ünvanına dair İddiaçı1 1/3 hissə (xx.xx.2019-cu il tarixli və Esmira Məmmədəli qızının 2/3 hissə (xx.xx.2019-cu il tarixli) paylı mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar verilmişdir. Birinci iddia üzrə İddiaçı1 həmin Çıxarışa istinad edərək mübahisəli ünvanda yerləşən evin 1/3 hissəsinə onun mülkiyyət hüququnun tanındığını bildirərək cavabdehdən həmin evin sökülməsinə görə kompensasiya tələb edir. Eyni zamanda ikinci iddia üzrə birgə iddiaçılar Esmira Məmmədəli qızı və İddiaçı2 da həmin çıxarışa istinad edərək mübahisəli ünvanda yerləşən evin 2/3 hissəsinə Esmira Məmmədəli qızının mülkiyyət hüququnun tanındığını bildirərək evin sökülməsinə görə cavabdehdən kompensasiya tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun: 1.1.2. maddəsinə əsasən torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər). 11.1. maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxslər və torpaqlar bu Qanunun 10.2-ci maddəsinə uyğun olaraq sorğu ilə alınmış məlumatlar əsasında alan orqan tərəfindən siyahıya alınır. Siyahıyaalma sorğunun tarixinə (siyahıyaalma tarixi kimi müəyyən edilir) mövcud olan vəziyyətə əsasən aparılır. 20.3. maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununda istifadə olunan torpaq sözü təkcə torpaq sahəsinə deyil, eyni zamanda tikililərə, yəni binlarara, qurğulara, yaşayış və qeyri-yaşayış sahələrinə və bu kimi obyektlərə şamil edilir. Qanunun tələblərinə əsasən torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edilənədək mülkiyyətlərində olmuş daşınmaz əmlaklara görə mülkiyyətçilər kompensasiya almaq hüququna malikdilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Hazırda hər iki iddia üzrə iddiaçılar həmin Çıxarışlara istinad edərək mübahisəli 34/36 fərdi yaşayış evinə ümumilikdə onların mülkiyyət hüquqlarının tanınmasını və onlara ödənilməyən kompensasiyanın hesablanıb ödənilməsini tələb edirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən dövlət ehtiyacları üçün torpaqların alınması həyata keçirilərkən mübahisəli ünvanda faktiki yaşadıqlarına görə Esmira Məmmədəli qızına (İddiaçı2 bacısı Esmira Məmmədəli qızının xeyrinə öz payından imtina etmişdir) 177250 manat pul ödənilmişdir. (34 saylı evə dair). Digər mülkiyyətçilər Fərid Alnağıyev, Maqsud Kazımov və Validə Bünyad-Zadəyə isə alınma zamanı mülkiyyət hüquqlarına dair Çıxarışlar təqdim edildiyindən müvafiq olaraq həmin şəxslərlə müqavilə bağlanmış və pul ödənilmişdir. Həmçinin ondan ibarətdir ki, alınma zamanı İddiaçı1 həmin ünvanda yaşamamışdır. Bu hal qanuna qüvvəyə minmiş mirasın qəbulu faktı barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsindən də müəyyən edilir. Belə ki, həmin qətnamə ilə müəyyən edilmiş işin hallarına əsasən İddiaçı1 ailə quraraq mübahisəli evdən köçmüşdür. İddiaçı özü də bu faktı inkar etməmiş, həmçinin onun mülkiyyət hüquqlarına dair çıxarışı da olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin mübahisəli halı ondan ibarətdir ki, İddiaçı1 və Esmira Məmmədəli qızının mübahisəli ünvanda yeləşən 34/36 saylı fərdi yaşayış evinə dair müvafiq olaraq 1/3 və 2/3 hissədə paylı mülkiyyət hüquqları Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tanınmışdır. Lakin məhkəmə mübahisələri davam etdiyindən və əmlak üzərində məhdudiyyət qoyulduğundan, qətnamənin icrası gecikmiş və onların mülkiyyət hüquqlarına dair Çıxarışlar xx.xx.2019-cu il (İddiaçı1) və xx.xx.2019-cu il (E.Məmmədəli qızına) tarixlərdə verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisəli evin dövlət ehtiyacları üçün alınması həyata keçirilərkən cavabdeh orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusuna yol verilməmiş, Esmira Məmmədəli qızının həmin ünvanda faktiki yaşaması barədə MKİS-in arayışı nəzərə alınaraq ona faktiki yaşadığı sahəyə görə pul məbləği ödənilmiş, digər evlərə görə isə, mülkiyyət hüquqlarına dair Çıxarışlar nəzərə alınaraq mülkiyyətçilərlə alqı-satqı müqavilələri bağlanmışdır. İş materiallarından Esmira Məmmədəli qızının müqavilə bağlanan zaman cavabdehə qarşı hər hansı bir etiraz və tələbinin olması müəyyən edilməmiş, həmçinin sonuncu verdiyi notarial ərizədə müahisəli əmlakla bağlı digər mülkiyyətçilərin hər hansı bir iddiasının olacağı halda cavadehlik daşımasını qeyd etməsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan 43 saylı MİKS-nin mühəndisi O.Qəhrəmanov tərəfindən xx.xx.2009-cu il tarixində çəkilmiş eskiz təqdim edilmişdir. Həmin eskiz məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Eskizdə olan sahələri "xxxx" MMC tərəfindən çəkilmiş eskizlərdə olan Esmira Məmmədəli qızına, X2, X9 və X20 qızına məxsus sahələri müqayisə etdikdə, “Azər Expert" MMC tərəfindən tərtib edilmiş eskizlərdə olan sahələrin 43 saylı MİKS-nin mühəndisi tərəfindən xx.xx.2009-cu il tarixində çəkilmiş eskizdə olan sahələr ilə bir-birini tamamladığını və əmlak kompleksi olduğu açıq aşkar görünür. Eskizdə kompensasiya məbləği almış şəxslərə aid olmuş sahələrin sərhədləri tərəflərindən rəngli cızıqlarla işarələnmişdir: sarı cızıqlarla işarələnmiş sahə - X5 mülkiyyətində olmuş 36 saylı ev, qəhvəyi cızıqlarla işarələnmiş sahə - X1 mülkiyyətində olmuş 36 saylı ev, qırmızı cızıqlarla işarələnmiş sahə - Esmira Məmmədəli qızının və İddiaçı2 istifadəsində olmuş 34/36 saylı ev, narıncı cızıqlarla işarələnmiş sahə - X8nın mülkiyyətində olmuş 34 saylı ev kimi işarələnmişdir. Beləliklə, 43 saylı MİKS-nin mühəndisi tərəfindən xx.xx.2009-cu il tarixində çəkilmiş eskizdən görünür ki, 34/36 saylı ev 34 və 36 saylı evlərin arasında yerləşir Göründüyü kimi 34 və 36 saylı evlərin arasında yerləşən 34/36 saylı evə dair “Azər Expert" MMC tərəfindən çəkilmiş eskizdə əks olunmuş sahələrə görə kompensasiya məbləği müəyyən edilərək Esmira Məmmədəli qızı ilə Cavabdeh arasında 20 noyabr 2018-ci il tarixində müqavilə bağlanması sübuta yetirilir. Bakı şəhəri, Yasamal rayonu, Muxtadir (S.Rüstəmov) küçəsi, 34/36 nömrəli fərdi yaşayış evi ilə 20 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən Esmira Məmmədəli qızının Cavabdehnə satdığı Bakı şəhəri, Yasamal rayonu, Muxtadir (S.Rüstəmov) küçəsi, 34 nömrəli fərdi yaşayış evinin eyni əmlak olduğu öz təsdiqini tapır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ikinci iddia üzrə iddiaçıların apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-111/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İkinci iddia üzrə iddiaçılar Esmira Məmmədəli qızı və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-111/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2683/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2683/2023
26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver