Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2685/2019 03.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Baxışova Vüsalə Ələkbər qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Narimanovnanın, cavabdehin nümayəndəsi X2, tərcüməçi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Narimanovnanın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər - X17 və X7) qarşı “ünvan 3, mənzil 53-ün iddiaçıların və üçüncü şəxslərin adına özəlləşdirilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-846/2019 nömrəli qərarından iddiaçılartərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Narimanovna cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər - X17 və X7) qarşı iddia ərizəsi ilə xx.xx.2018ci il tarixdə məhkəməyə müraciət edərək yaşadıqları və qeydiyyatında olduqları ünvan 3, mənzil 53-ün iddiaçılar və üçüncü şəxslərin adına özəlləşdirilməsi barədə inzibati akt qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, iddiaçı xx xxxx 1977-ci il təvəllüdlü Nazaryuk (Sultanova) Maya Narimanovna və xx xxxx 1977-ci il təvəllüdlü Nazaryuk (Sultanova) Maya Nərimanovna ünvan 3, mənzil 53- də qeydiyyyatdadırlar və həmin mənzildə yaşayırlar. Doğma bacılardır. Yaşadıqları mənzil Dövlət Mənzil Fonduna daxildir. Həmin mənzil xx xxxxxx 1983-cü il tarixli, 237045 nömrəli orderlə Bakı şəhər X21 İcraiyyə Komitəsi tərəfindən atası X8 verilmişdir. Yaşadıqları mənzilin ilkin kirayəçisi ataları X6muşdur. Anaları X18 xx xxxxxxx 2005-ci ildə vəfat etmişdir. Hazırda həmin mənzildə onlar, habelə qardaşları X17, bacıları X7 və onun qızı xx xxxxxx 2003-cü il təvəllüdlü X20 qeydiyyatdadırlar. Hazırda həmin mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” xx xxxxxx 1993-cü il tarixli, 463 nömrəli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özəlləşdirmək istəyirlər. Lakin qardaşları X17 və bacıları X7 həmin mənzilin vəfat etmiş ataları, yaxud da onların dördünün adına özəlləşdirilməsi barədə razılıq ərizəsi vermək istəmirlər. Odur ki, həmin hüquqlarını reallaşdırmaq üçün xx xxxxxxx 2018-ci il tarixdə hər ikisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin rəisi cənab Şəmsi Şahvələdova rəsmi şəkildə müraciət edərək yaşadıqları və qeydiyyatda olduqları ünvan 3, mənzil 53-ü dördünün adına özəlləşdirilməsini xahiş etmişdirlər. Lakin qardaşları X17 və bacıları X7 həmin mənzilin onların dördünün adına özəlləşdirilməsi barədə razılıq ərizəsi vermədilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin rəis müavini Zəfər Abdulovun onların xx xxxxxxx 2018-ci il tarixli ərizəsinə verdiyi xx xxxxxx 2018-ci il tarixli **********29 nömrəli cavab məktubundan görünür ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə mənzildə qeydiyyatda olan X9 və bacımız X4 ərizələri əlavə edilməmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” xx xxxxxx 1993- cü il tarixli, 463 nömrəli Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə etməlidir. Odur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi yaşadıqları və qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu,İ.İsmayılov küçəsi, ev 52, mənzil 53-ün onların adına özəlləşdirilməsindən imtina etmişdir.Hesab edirlər ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin hərəkəti qanunsuzdur və əslində həmin orqan sözügedən mənzili onların dörüdünün adına özəlləşdirməli idi. Çünki onlar həmin mənzili yalnız öz adlarına deyil, həmin mənzildə qeydiyyatda olan bütün yetkinlik yaşına çatmış şəxslərin adına özəlləşdirmək istəyir. Burada qardaşları X17 və bacıları X4 hüquqlarının pozulmasından söhbət gedə bilməz. Yalnız onların hüquqları pozulur. Çünki qardaşları X17 və bacıları X7 həmin mənzilin dördünün adına özəlləşdirilməsi barədə razılıq ərizəsi verməməklə onların hüquqlarını pozurlar. Razılıq ərizəsinin (ərizələrinin) verilməməsi mənzillərin özəlləşdirilməsi üçün yalnız o vaxt maneə ola bilər ki, özəlləşdirmə həmin mənzildə qeydiyyatda olan bütün şəxslərin deyil, birinin və ya bir neçəsinin adına aparılsın. Hazırkı halda isə bundan söhbət gedə bilməz. Yəni onlar yaşadıqları və qeydiyyatda olduqları mənzildə qeydiyyatda olan 18 yaşı tamam olmuş bütün şəxslərin adına özəlləşdirmək istəyirlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 846/2019 nömrəli qərardadı ilə (hakim X.İmanov) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(103)-1131/2019 saylı qərardadı ilə (hakimlər C.Yusifov, V.Ağayev, A.Nuriyeva) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilərək iddia mümkün sayılaraq iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 846/2019 saylı qərarı ilə (hakim R.Daşdəmirov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-846/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdilər. Eyni zamanda iddiaçılar sədrlik edənin sualına cavab olaraq, qeyd edilən mənzildə qeydiyyatda olsalar da, hazırda orada yaşamadıqlarını bildirdilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların nümayəndəsi Nümayəndə1 da məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Üçüncü şəxslər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-846/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçıların apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçıların apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: -Bakı şəhəri Qaradağ Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx xxxxxx 1983-cü il tarixli, 34/250 saylı qərarı ilə X8 və ailə üzvlərinə Əhmədli qəsəbəsi, “B” yaşayış massivi, ev 4 E, mənzil 53, blok 3, mərtəbə 9 ünvanında yerləşən, ümumi sahəsi 46,73 kv.m olan üç otaqlı mənzil təqdim edilmişdir. -Azərbaycan SSR Bakı şəhəri X13 İcraiyyə Komitəsinin uçot və yaşayış sahəsinin bölüşdürülməsi idarəsi tərəfindən verilmiş xx xxxxxx 1983-cü il tarixli 237045 saylı orderdən görünür ki, X14 və onunla yaşayan 4 nəfər şəxs ünvan 1 blok 3, mərtəbə 9 ünvanında yerləşən ümumi sahəsi 46,73 kv.m olan 3 otaqlı mənzilə köçmək hüququna malikdirlər. -A3 seriyalı , 291563 nömrəli evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 ilə X19 arasında 1973-cü il tarixdə 26 may tarixində Bakı şəhəri Qaradağ rayonu VVAQ Şöbəsində nikah bağlanmış və arvada Sultanova soyadı verilmişdir. -XİV-ЖГ seriyalı 433481 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə 1989-cu ilin iyun ayının 18-ci günündə 1859 nömrəsi ilə Bakı şəhəri Şaumyan rayon VVAQ Şöbəsi tərəfindən aparılması qeyd edilmişdir. Atası X12, anası X5. -AZ-İ seriyalı 910041 saylı, xx xxxxxx 2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 xx xxxxxx 2017-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2 saylı Bakı ASAN Xidmət Mərkəzi 2017-ci ilin 12-ci ayının 22 günündə 1837 nömrəsi ilə qeyd edilmişdir. İşin faktiki hallarına əsasən İddiaçı1 və İddiaçı2 Narimanovna cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx xxxxxxx 2018-ci il tarixli ərizə ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişlər, lakin inzibati orqan ərizəyə cavab olaraq xx xxxxxx 2018-ci il **********89 saylı məktubla bildirmişdir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə mənzildə qeydiyyatda olan İddiaçı1, X10, X3 və İddiaçı2 Narimanovnanın razılıq ərizələri əlavə edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin qanununun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı on gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz”. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilin özəlləşdirilməsi üçün iddiaçılar ilə birlikdə həmin mənzil sahəsinə hüququ olan digər şəxslərin də razılıq ərizələrinin təqdim edilməsi tələb olunur. Hazırkı halda mübahisələndirilən ünvan 3 ünvanında yerləşən 53 saylı mənzilin özəlləşdirilməsi üçün həmin mənzil sahəsi üzərində hüquqa sahib olan üçüncü şəxlər X17 və X4 razılıq ərizələri təqdim olunmamışdır. Göründüyü kimi, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-846/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçıların apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 ,94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Narimanovnanın apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 846/2019 saylı qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiya və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2685/2019
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2685/2019
03.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver