Məhkəmə qərarları › İş №2-1(103)-2687/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2687/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2687/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “plan və ölçü sənədində düzəliş edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1883/2023 nömrəli 10 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 600 kv.m torpaq sahəsinə dair verilmiş çıxarışa əlavə edilmiş plan və ölçü sənədinin çıxarışda qeyd olunan ölçülərlə uyğunsuzluğunun aradan qaldırılmasının və əlavə edilmiş 12 kv.m torpaq sahəsinin xaric edilməsi ilə əlaqədar çıxarışda əlavə edilmiş plan və ölçü sənədi və elektron məlumatlarda düzəliş edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1883/2023 nömrəli 10 mart 2023-cü il tarixli qərardadı ilə iddia üçüncü şəxs X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilmiş 22 may 2018-ci il tarixdə tərtib edilmiş A № 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində adıçəkilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan ölçülərlə uyğunsuzluğun əlavə 5 kv.m torpaq sahəsinə münasibətdə aradan qaldırılması və həmin plan və ölçü sənədində olan koordinatlarda əlavə 5 kv.m torpaq sahəsinin xaric edilməsi ilə əlaqədar 22 may 2018-ci il tarixdə tərtib edilmiş A № 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində və həmin texniki məlumatların yerləşdiyi elektron baza məlumatlarında düzəlişin edilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1883/2023 nömrəli 10 mart 2023-cü il tarixli qərarı ilə iddia mahiyyəti üzrə baxılan hissədə təmin edilmiş, üçüncü şəxs X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilmiş 22 may 2018-ci il tarixdə tərtib edilmiş A № 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində adıçəkilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan ölçülərlə uyğunsuzluğun əlavə 7 kv.m torpaq sahəsinə (İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi) münasibətdə aradan qaldırılması və həmin plan və ölçü sənədində olan koordinatlarda əlavə 7 kv.m torpaq sahəsinin (İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi) xaric edilməsi ilə əlaqədar 22 may 2018-ci il tarixdə tərtib edilmiş A № 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində və həmin texniki məlumatların yerləşdiyi elektron baza məlumatlarında düzəlişin edilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin geri götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 məhkəməyə ünvanlanmış ərizəni müdafiə edərək, apellyasiya şikayətinin geri götürülməsi və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 apellyasiya şikayətinin geri götürülməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını və cavabdeh tərəfindən verilmiş ərizəni araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. 88.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilməli və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1883/2023 nömrəli 10 mart 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Cavabdehə izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar