Məhkəmə qərarları › İş №2-1(103)-2689/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2689/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2689/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1742/2022 nömrəli iş üzrə 13 may 2022-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, AR X8 filialına iddiaçının qeyd olunan müəssisələrdə əmək fəaliyyətini təsdiq edən sənədlərin (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri) təsdiq olunmuş surətlərinin təqdim edilməsinə dair sorğu göndərilmiş, həmin sorğuya xx.xx.2021-ci il tarixli 47/10 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Yevlax rayon X7 Birliyi və Kimya Birliyinin əmr və əməkhaqqı sənədləri X11 təhvil verilmədiyindən, iddiaçının həmin müəssədəki iş stajını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətinə gəldikdə, ilk olaraq, birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə: “İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı oğlu xx.xx.1953-cü il tarixdə doğulmuş, ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1973-cü il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1975ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.1977-ci il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Yevlax rayon Azərbaycan X5nda traktor briqadasına 2-ci dərəcəli traktorçu təyin edilmiş, xx.xx.1980-ci ildə 17 nömrəli əmrlə yenidən yaradılan Rayon kənd təsərrüfatı kimya birliyinə keçirilmişdir. xx.xx.1980-ci ildə Yevlax rayon X1 1-ci dərəcəli traktorist təyin edilmiş, xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.1995-ci il tarixli 436 saylı və Azərkəndkimya RİEB-nin xx.xx.1995-ci il tarixli 82 nömrəli əmrinə əsasən birliyin strukturu ləğv edildiyi üçün xx.xx.1996-cı il tarixdən etibarən işdən azad edilmişdir. xx.xx.1996-cı il tarixdə Yevlax rayon Kənd Təsərrüfatı kimya birliyinin strukturu xx.xx.1996-cı il tarixli 510 saylı əmri ilə təsdiq edildiyi üçün xx.xx.1996-cı il tarixdən etibarən 1-ci dərəcəli traktorçu qəbul edilmiş, xx.xx.1999-cu ildə işdən azad edilmişdir. ... Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası X8 filialının xx.xx.2022-ci il tarixli, 08/10 nömrəli məktubunda bildirilmişdir ki, Yevlax rayon X7 və Kimya Birliyinin əmr və əmək haqqı sənədləri X9 mühafizəsinə verilmədiyindən İddiaçı iş stajını müəyyən etmək mümkün olmadı. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********00 nömrəli İddiaçı əmək fəaliyyəti barədə məktubunda bildirilmişdir ki, işlədiyi illərin iş stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı inzibati iş ilə əlaqədar X3 özəlləşdirilərək səhmdar cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) işçilərin siyahısında xx.xx.1953-cü il təvəllüdlü İddiaçı adının qeyd edilib-edilməməsi, vətəndaşın həmin müəssisədə əmək fəaliyyəti barədə (işlədiyi vəzifə, işə qəbul və işdən çıxma tarixi, iş stajı və s.) məlumatın təqdim edilməsi barədə müraciətə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) işçilərin siyahısında İddiaçı barədə iş stajı 17 il, vəzifəsi traktorçu olmasına dair məlumat qeyd olunmuşdur. ... Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022ci il tarixli, **********869000 nömrəli məktubunda bildirilmişdir ki, məlumatuçot bazasına əsasən "xxxx" ASC-nin qeydiyyat məlumatları (qeydiyyata alınma tarixi, ünvanı, fəaliyyət vəziyyəti və s.) təqdim olunur. ... İş materiallarına əlavə edilmiş iddiaçıya aid pensiya işinin surətindən görünür ki: İddiaçı DSMF Yevlax şəhər şöbəsinin xx.xx.2011-ci il tarixli qərarı ilə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. ... Pensiya alt sistemindən çıxarışa əsasən İddiaçı sonuncu dəfə əlilliyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixdə ödənilmişdir. ... Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********7 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubunda bildirilmişdir ki, ... Təqdim etdiyiniz xx.xx.1977-ci il tarixində tərtib edilmiş ИT-İ № ******* saylı əmək kitabçanızın, H3 № ******* nömrəli hərbi biletinizin surətinə və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası X8 rayon filialının xx.xx.2021-ci il tarixli 101 nömrəli arayışına əsasən xx.xx.2006-cı il tarixinə kimi sığorta stajınız 21 il 9 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən pensiya hüququnuz yaranan tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. ... ... Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının tələb olunan ümumi iş stajının 25 ildən az olmasına, eləcə də xx.xx.2006-cı il tarixdən fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. ... Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci ildən başlayaraq kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1953-cü il təvəllüdlü olmaqla 65 yaşını xx.xx.2018-ci il tarixdə tamamlamışdır. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2016xx.xx.2021ci ilədək 2-ci dərəcə əlil olmuş və onun seçiminə uyğun olaraq həmin dövr üzrə əliliyə görə əmək pensiyası ödənilmişdir. İddiaçıya növbəti müddət üçün əlillik dərəcəsi təyin edilməmiş və o, əlillik dərəcəsinin bitidiyi vaxtdan - xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi müddəti müraciət etdiyi tarixdən - xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. İş materiallarından görünür ki, iddiaçının hərbi bilet, əmək kitabçasına əsasən xx.xx.1973-xx.xx.1975-ci ilədək hərbi xidmət dövrü 02 il 01 ay 15 gün, əmək fəaliyyəti dövrü xx.xx.1975-xx.xx.1996-cı il tarixədək 20 il 01 ay 25 gün, xx.xx.1996-xx.xx.1999-cu il tarixədək 03 il 01 ay 25 gün olmaqla ümumilikdə 25 il 05 ay 05 gün təşkil edir. Cavabdeh imtinasında və iddiaya etirazında Yevlax X7 Birliyi və Kimya Birliyiinin əmr və əmək haqqı sənədlərinin dövlət arxvinə təhvil verilmədiyindən iddiaçının həmin müəssisədəki iş stajını qəbul etməmiş, iddiaçının ümumən 21 il 09 ay iş stajının olduğu qənaətinə gəlmişdir. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Hazırkı iş üzrə iddiaçıya aid xx.xx.1977-ci il tarixdə açılmış ИT-İ ******* nömrəli əmək kitabçası mövcuddur. Həmin əmək kitabçasındakı əmək fəaliyyəti qeydlərinin mötəbərlilyini şübhə altına alan hər hansı hal hazırkı icraat zamanı müəyyən olunmamışdır. Belə olan halda əmək kitabçası ilə təsdiq edilən əmək fəaliyyəti dövrünün əlavə olaraq arxiv arayışı ilə də təsdiq olunmasına zərurət yoxdur. Təqdim edilmiş əmək kitabçası qeydlərindən, eləcə də Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Vergi Xidmətindən məhkəmə sorğuları vasitəsilə əldə edilmiş yuxarıda sadalanan sübutlardan müəyyən olunur ki, iddiaçının işlədiyi müəssisə Yevlax rayon X2muş, həmin müəssisədə iddiaçı xx.xx.1975-xx.xx.1980-ci illərdə çalışmışdır. Sonradan xx.xx.1980-ci ildə müəssisə yeni yaradılan Dövlət Aqrarsənaye Komitəsi rayon kənd təsərrüfatı kimya birliyinə keçirilmiş, adıçəkilən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş Yevlax “Kəndkimya” Birliyi Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 246 nömrəli sərəncamı ilə özəlləşdirilərək bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Özəlləşmə zamanı müsəssisədə yaradılan özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşmə planında (emissiya prospektində) müəssisənin işçilərinin siyahısı tərtib olunmuş və həmin siyahıda traktorçu vəzifəsində işləyən İddiaçı adı əmək kollektivinin üzvü kimi qeyd edilmiş, müəssisənin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verildiyi xx.xx.1980-ci il tarixdən müəssisənin özəlləşdirməyə açıq elan edildiyi xx.xx.1998ci il tarixədək olan dövr nəzərə alındıqda həmin tarixdə İddiaçı müəssisədəki ümumi iş stajı 17 il olaraq emisssiya prospektində göstərilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. İş materiallarından görünür ki, iddiaçının hərbi bilet, əmək kitabçasına əsasən xx.xx.1973-xx.xx.1975-ci ilədək hərbi xidmət dövrü 02 il 01 ay 15 gün, əmək fəaliyyəti dövrü xx.xx.1975-xx.xx.1996-cı il tarixədək 20 il 01 ay 25 gün, xx.xx.1996-xx.xx.1999-cu il tarixədək 03 il 01 ay 25 gün olmaqla ümumilikdə 25 il 05 ay 05 gün təşkil edir. Cavabdeh imtinasında və iddiaya etirazında Yevlax X7 Birliyi və Kimya Birliyiinin əmr və əmək haqqı sənədlərinin dövlət arxvinə təhvil verilmədiyindən iddiaçının həmin müəssisədəki iş stajını qəbul etməmiş, iddiaçının ümumən 21 il 09 ay iş stajının olduğu qənaətinə gəlmişdir. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Hazırkı iş üzrə iddiaçıya aid xx.xx.1977-ci il tarixdə açılmış ИT-İ ******* nömrəli əmək kitabçası mövcuddur. Həmin əmək kitabçasındakı əmək fəaliyyəti qeydlərinin mötəbərlilyini şübhə altına alan hər hansı hal hazırkı icraat zamanı müəyyən olunmamışdır. Belə olan halda əmək kitabçası ilə təsdiq edilən əmək fəaliyyəti dövrünün əlavə olaraq arxiv arayışı ilə də təsdiq olunmasına zərurət yoxdur. Təqdim edilmiş əmək kitabçası qeydlərindən, eləcə də Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Vergi Xidmətindən məhkəmə sorğuları vasitəsilə əldə edilmiş yuxarıda sadalanan sübutlardan müəyyən olunur ki, iddiaçının işlədiyi müəssisə Yevlax rayon X2muş, həmin müəssisədə iddiaçı xx.xx.1975-xx.xx.1980-ci illərdə çalışmışdır. Sonradan xx.xx.1980-ci ildə müəssisə yeni yaradılan Dövlət Aqrarsənaye Komitəsi rayon kənd təsərrüfatı kimya birliyinə keçirilmiş, adıçəkilən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş Yevlax “Kəndkimya” Birliyi Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 246 nömrəli sərəncamı ilə özəlləşdirilərək bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Özəlləşmə zamanı müsəssisədə yaradılan özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşmə planında (emissiya prospektində) müəssisənin işçilərinin siyahısı tərtib olunmuş və həmin siyahıda traktorçu vəzifəsində işləyən İddiaçı adı əmək kollektivinin üzvü kimi qeyd edilmiş, müəssisənin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verildiyi xx.xx.1980-ci il tarixdən müəssisənin özəlləşdirməyə açıq elan edildiyi xx.xx.1998ci il tarixədək olan dövr nəzərə alındıqda həmin tarixdə İddiaçı müəssisədəki ümumi iş stajı 17 il olaraq emisssiya prospektində göstərilmişdir. Qeyd edilməlidir ki, müəssisənin özəlləşməsi xx.xx.1998-ci il tarixli, 246 nömrəli sərəncamı ilə başlamış, özəlləşmə prosesinin təşkili, eləcə də birliyin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar təhvil-təslim işlərinin aparılması ilə bağlı proseslərin ləngiməsinin nəticəsidir ki, iddiaçı Yevlax “Kəndkimya” Birliyində işləməkdə davam etmiş və onun işdən azad edilməsi barədə əmri xx.xx.1999-cu ildə verilmişdir. Başqa sözlə, iddiaçı məhz xx.xx.1999-cu ilədək həmin birlikdə çalışmışdır. Bunun əksini sübut edən hal müəyyən olunmamışdır. X3 bazasında yaradılmış "xxxx" ASC-nin məlum olan hüquqi ünvanlarına X4 iddiaçının əmək fəaliyyəti ilə bağlı məlumatların əldə edilməsi ilə bağlı müvafiq sorğular göndərilsə də həmin müəssisədən sorğulara cavab əldə edilməsi mümkün olmamışdır. Lakin buna baxmayaraq məhkəmə hesab edir ki, İddiaçı Yevlax “Kəndkimya” Birliyində işlədiyi dövr ona aid əmək kitabçası, eləcə də Əmlak Məsələləri Dövlət Xidmətindən həmin müəssisə ilə bağlı əldə edilmiş sorğuya cavab məktubları ilə də öz təsdiqini tapmışdır. Bu halda əlavə olaraq hüquqi varis olan "xxxx" ASC-dən arxiv məlumatlarının əldə edilməsinə zərurət yoxdur.” İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının faktiki və qanuni əsasları ilə razılaşdığı üçün onları təkrar sadalamır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, dəlillər əsassızdır. Belə ki, Yevlax rayon X7 Birliyi və Kimya Birliyinin əmr və əməkhaqqı sənədləri X11 təhvil verilməsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci bəndində 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasındakı əmək fəaliyyəti qeydlərinin mötəbərlilyini şübhə altına alan hər hansı hal müəyyən olunmur. Əmək kitabçası qeydlərindən, eləcə də Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Vergi Xidmətindən məhkəmə sorğuları vasitəsilə əldə edilmiş sübutlardan məlum olmuşdur ki, iddiaçı xx.xx.1975-xx.xx.1980-ci illərdə Yevlax rayon X5 Birliyində işləmiş, sonradan xx.xx.1980-ci ildə Yevlax rayon X12 Birliyinə keçirilmiş, adıçəkilən Birlik Dövlət Əmlak Komitəsi tərəfindən özəlləşdirilərək, bazasında "xxxx" ASC yaradılmışdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə gəldikdə isə, qanunvericiliyin bu tələbi pensiya hüququ xx.xx.2017-ci il tarixdən sonra yaranan şəxslərə tətbiq oluna bilər. Hazırkı mübahisədə isə iddiaçının pensiya hüququ xx.xx.2006-cı il tarixədək yaranmışdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin xx.xx.2021-ci il tarixli imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından da zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1742/2022 nömrəli iş üzrə 13 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar