Məhkəmə qərarları › İş №2-1(103)-269/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-269/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-269/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Təhsildə X1rşı “bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və Anar Vəzir oğluTanrıverdiyevdən ibarət tərkibdə, Günel Firudin qızı Əliyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ona bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2093/2019 saylı 30 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı ona Ukrayna X4 Universiteti tərəfindən verilmiş 30 iyun 2017-ci il tarixli B17 196909 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən olunması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2093/2019 saylı 30 sentyabr 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq götərilmişdir ki, məhkəmənin qərarı qanunsuzdur və ləğv olunmalıdır. Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsəməsini şübhə altına alır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-223/20 saylı 15 yanvar 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2093/2019 saylı 30 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və diplom üzrə ixtisasın tanınması barədə iddia tələbinin təmin olunmaması qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1010/2020 saylı 15 sentyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-223/20 saylı 15 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 cavabdeh orqan tərəfindən iddianın təmin edildiyini və bununla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdi. İddiaçının nümayəndəsi və vəkili X7 izahat verərək iddiaçının tələbinin artıq cavabdeh inzibati orqan tərəfindən təmin edildiyini və diplomun tanınması barədə şəhadətnamə verildiyi üçün iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Təhsildə X1rşı tələbi “ona Ukrayna X4 Universiteti tərəfindən verilmiş B17 196909 nömrəli 30.06.2017-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədis dilini bilmə səviyyəsinin qənaətbəxş olmamasına istinad edərək imtina etmişdir. İş materiallarında olan iddiaçının rus dilini bilmə səviyyəsi haqqında Bakı Slavyan Universiteti Təcrübə və məzunların Karyera inkişafı şöbəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının rus dilini bilmə səviyyəsi produktiv səviyyəyə uyğun gəlir, ali təhsilli mütəxəssisin şifahi və yazılı nitqinə verilən tələblərə tam cavab verir. Eyni zamanda 10.04.2019-cu il tarixli ekspert rəyindən görünür ki, ekspert qrupu tərəfindən müsahibə zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, Bakı Slavyan Universiteti Təcrübə və məzunların Karyera inkişafı şöbəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə cavabdeh orqan tərəfindən verilmiş ekspert rəyi arasında ziddiyyətlər mövcud olmuşdur. Həmçinin 17.02.2021-ci il tarixdə keçiirlmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi rəylər arasında ziddiyyət olduğunu və yenidən müsahibə təşkil edilərək iddiaçının dil bilmə səviyyəsinin yoxlanılması üçün müəyyən müddətin verilməsini xahiş etmişdir. Hazırkı işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ixtisasın tanınması ilə bağlı müraciətlərə baxılması gedişində şəxsin təhsil səviyyəsinin qiymətləndirilməsi səlahiyyətinin cavabdeh inzibati orqanın tərkibində yaradılmış ekspert qrupunun diskresion səlahiyyətində olması, bununla bağlı inzibati orqanın inzibati araşdırmasından kənar müstəqil qaydada mütəxəssis cəlb edilməklə dil səviyyəsinin yoxlanılması və həmin rəyin müvafiq sübut kimi qəbul edilməsinin nəzərdə tutulmadığını qeyd etməklə, hazırkı mütəxəssis rəyinin sübut kimi qəbul edilməsinin yolverilməzliyi qənaətinə gəlmiş və ona görə də həmin rəyi tədqiq etməmişdir. Halbuki, hazırkı halda inzibati orqanın diskresion səlahiyyətlərinin düzgün - İPM-in 14-cü maddəsinin tələblərinə uyğun həyata keçirilməsinə hüquqi qiymət verilməsi üçün iddiaçının tədris dilini bilməsi səviyyəsinə dair iş materiallarında olan mütəxəssis rəyi vacib əhəmiyyət kəsb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı hazırki işə apellyasiya qaydasında yenidən baxılarkən məhkəmənin 17 fevral 2021-ci il tarixli qərardadı ilə İddiaçı bakalavr diplomu üzrə ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin müəyyən edilməsi məqsədilə cavabdeh tərəfindən yenidən müsahibənin təşkil edilməsi, bunun üçün cavabdeh inzibati orqana 2 (iki) ay müddətin təyin edilməsi və bunun nəticəsi barəsində cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həmin müddət ərzində məhkəməyə məlumat verməsi qərara alınmışdır. Qərardadın icrası ilə bağlı təqdim edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması barədə F-781 saylı 25.11.2021-i il tarixli əmrdən görünür ki, əmrdə qeyd olunan 107 ərizəçinin ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və onların ekvivalentliyinin müəyyən edilməsi qərara alınmışdır. Həmin əmrə əlavə edilmiş siyahıda 12-ci sırada İddiaçı adı da öz əksini tapmışdır. Təqim edilmiş İ seriyalı 025179 saylı 2021-ci il tarixli şəhadətnamədən görünür ki, İddiaçı Ukrayna X4 Universiteti tərəfindən verilmiş B17 seriyalı 196903 saylı diplom Azərbaycan Respublikasında tanınmış və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir. T seriyalı 025762 saylı 2021-ci il tarixli şəhadətnamədən görünür ki, iddiaçıya verilmiş B17 seriyalı 196903 saylı diplom üzrə iqtisadçı ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir (bərabərdir). Beləliklə, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırki iş üzrə tələbinə cavab verildiyi, buna görə də onun tələbinin təmin olunduğu və artıq tərəflər arasında mübahisənin olmadığı müəyyən olundu. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddiaçının B17 seriyalı 196903 saylı 30.06.2017-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar