Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-269/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının nümayəndəsi-Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3560/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan isə ilə məhkəməyə müraciət edərək, 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçının ümumi əmək stajı 39 il 27 gün olmaqla, 31 il 05 gününü dənizdə geofizik vəzifələrində işləmişdir. Belə ki, xx.xx.1990-xx.xx.1995-ci illlərdə Dənizdə Neft və X1 geofizik (4 il 8 ay 25 gün), xx.xx.1995-xx.xx.1997-ci illərdə X8- Kəşfiyyat İdarəsində naviqasiya mühəndisi, geofizik (2 il 04 ay 14 gün), xx.xx.1997xx.xx.2007-ci illərdə "xxxx" MMC-də mühəndis-geofizik (9 il 11 ay), xx.xx.2007-xx.xx.2014cü illərdə "xxxx" LTD (Caspian) Şirkətində geofizik (7il 2 ay 14 gün), xx.xx.2014xx.xx.2021-ci illərdə (8 il) "xxxx" MMC-də geofizik vəzifəsində işləmişdir. Beləliklə də iddiaçı neft sənayesində “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq olaraq, işləməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən 30 (otuz) ildən yuxarı iş stajı toplamışdır (32 il 02 ay 23 gün). Bununla baglı cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının 21 aprel 2021-ciil tarixdə daxil olmuş həmin müraciətinə xx.xx.2021-ci il tarixli cavab məktubu ilə onun 25 il ümumi stajının olmaması əsası ilə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinin mümkün olmadığı bildirilərək, imtina cavabı vermişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli iş stajının təsdiq edilməsinə dair "xxxx" MMC-nin arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahısında göstərilən müvafiq vəzifəyə və koda istinad edilmədiyindən onun xx.xx.2006-cı il tarixədək qanunla tələb edilən 10 il güzəştli iş stajı mövcud deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3560/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2017-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun azı 20 il ümumi iş stajı, 10 il güzəştli iş stajı mövcud olmalıdır. Lakin onun güzəştli iş stajının təsdiq edilməsinə dair SOCAR Fugro MMC-nin 14 iyul 2021-ci il tarixli arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahısında göstərilən müvafiq vəzifəyə və koda istinad edilmədiyindən, onun 01.01,2006-cı il tarixədək qanunla tələb edilən 10 il güzəştli iş stajı mövcud deyildir. Lakin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Hmidova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil onunla razılaşmamış, əmək fəaliyyətinin əsas hissəsinin dənizdə neftqazçıxarma sahəsində geofizik kimi işlədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşıdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı məcburetmə haqqında iddia vasitəsilə ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmiş onun həmin iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən onun həmin tələbi təmin olunmuşdur. Cavabdehin iddiaçıya ünvanlanmış 21 iyul 2021-ci il tarixli imtina məktubunda, iddiaçının 25 il ümumi stajının, sonradan isə imtinanın əsasını dəyişərək iddia ərizəsinə etirazında və hazırkı apellyasiya şikayətində də onun 10 ildən az iddiaçıya 52 yaşından pensiya təyin olunması üçün 10 il güzəştli stajının mövcud olmadığına istinadən hesab etmişdir ki, iddiaçının tələbi rədd olunmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri əsassız sayır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən «a» bəndi üzrə 52 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü, ali və orta ixtisas, texniki peşə məktəbində təhsil müddəti iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçının 2006-cı ilə qədər 20 ildən də çox ümumi stajının olduğu işin mübahisələnirilməyən halını təşkil edir. Daha konkret, işə əlavə olunmuş əmək kitabçasının surətinə əsasən: xx.xx.1982 -xx.xx.1983:“Azenergonaladka” müəssisəsində elektrik avadanlıqlarının təmiri sexində elektrik çilingəri ustasının şagirdi , 1-ci dərəcəli elektrik çilingəri (6 ay 13 gün), xx.xx.1983-xx.xx.1985: müddətli həqiqi hərbi xidmət – 1 il 11 ay 23 gün xx.xx.1985-xx.xx.1987: “Azenergonaladka” müəssisəsində elektrik avadanlıqlarının təmiri sexində 2-ci dərəcəli elektrik çilingəri (1 il 11 ay 8 gün); xx.xx.1987-xx.xx.1988: X4 X5 karotajçı perforatorçu (2 ay 29 gün); xx.xx.1988-xx.xx.1990: aparat və cihazların təmiri sahəsində çilingər elektromontajçı -2 il 1 ay 25 gün), xx.xx.1990-xx.xx.1990: X3 və İnterpretasiyası Ekspedisiyasında 2-ci dərəcəli texnik (05 ay 24 gün); xx.xx.1990- xx.xx.1995: geofizik (4 il 7 ay 30 gün); xx.xx.1995-xx.xx.1997: X9 kəşfiyyat İdarəsinin Naviqasiya mühəndis geodeziya partiyasında 9-cu dərəcəli geofizik - 2 il 11 ay 6 gün; xx.xx.1997-xx.xx.2005: "xxxx" MMC-də mühəndis-geofizik (8 il 5 ay) - işlərdə çalışmaqla xx.xx.2006-cı il tarixə qədər ümumilikdə, 23 il 3 ay 15 gün, yəni 20 ildən də çox ümumi iş stajı toplamışdır ki, bu da işin cavabdeh tərəfindən mübahisələndirilməyən hplını təşkil edir. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı isə ondan ibarətdir ki, iddiaçının güzəştli pensiya hüququ verən iş stajı 10 ildən azdır. Lakin cavabdehin qeyd olunan dəlillərinin əsassız olduğu aşağıdakılarla sübuta yetirilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısının “11000000 “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində: -1100000b “Rəhbərlər və mütəxəssislər bəndinin 1100000b—17541 kodunda “Quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları” - güzəştli pensiya hüququ verən xüsusilə zərərli və təhlükəli əmək şəraitinə aid peşələr sırasına daxil edilmişdir. İddiaçının qeyd olunan əmək fəaliyyətindən göründüyü kimi, o, xx.xx.1995xx.xx.1997-ci illərdə (2 il 11 ay 6 gün) X9 kəşfiyyat İdarəsinin Naviqasiya mühəndis geodeziya partiyasında 9-cu dərəcəli geofizik, xx.xx.1997-xx.xx.2005:-ci illərdə isə (8 il 5 ay) "xxxx" MMC-də mühəndis-geofizik ümumilikdə, 11 il 4 ay 6 gün , yəni 10 ildən də çox dənizdə geofizik və mühəndis-geofizik kimi rəhbər vəzifələrdə çalışmışdır. İddiaçının çalışdığı həmin vəzifələrin güzəştli pensiya hüququ verən peşələrə aid olduğu güzəştli arayışlarla da təsdiq olunur. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş SFLLC-22-0048 nömrəli 14 iyul 2022-ci il tarixli güzəştli arayışından görünür ki, iddiaçı xx.xx.1990- xx.xx.1995-də (4 il 7 ay 25 gün) Dənizdə Neft və Qaz çıxarma İB-də xx.xx.1995-xx.xx.1997-də X9kəşfiyyat idarəsində naviqasiya mühəndisi və geofizik, 01.08..1997-xx.xx.2007-ci illərdə isə Azəri-Furqo” MMC-də geofizik kimi işlədiyi vəzifələr 1 N-li Siyahında “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində 1100000b-17541 kodunda nəzərdə tutulmuşdur (i.v.37) Bundan əlavə, xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçının xx.xx.1987-cı il tarixindən xx.xx.1988-ci il tarixinə qədər 3 ay, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinə qədər 2 il 4 ay 20 gün, cəmi: 2 il 7 ay 20 gün işlədiyi karotajçı perforatorçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 1 №-li Siyahısı siyahısfnda olan 10100000 Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması” bəndinin 1010100q—12714 yarımbəndində göstərilmiş karotajçılar peşəsi ilə onun çalışdığı geofizik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahıdaolan 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndinin 1100000b Rəhbərlər və mütəxəssislər yarımbəndinin 1100000b -17541 - quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları” kodu ilə eynilik təşkil edir. Beləliklə də iddiaçının 1 nömərəli Siyahı üzrə dənizdə neft və qaz çıxarma sahəsində təkcə geofizik kimi kimi 2006-cı ilə qədər mövcud olan güzəştli iş stajı 10 ildən də çoxdur. Belə olan halda, onun 2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinin təlbi baxımından onun 52 yaşından, yəni, xx.xx.2017-ci il tarixində yaşa görə güzəştli şərtlərlə əmək pensiya hüququ yaranmış olur (ASAN 1 xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş ******** No-li şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1965-ci il tarixdə doğulmuşdur.) Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin iddiaçının güzəştli stajının 10 ildən az olduğunu mübahisələnirilən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddia ərizəsinə və cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubuna əsasən isə müəyyən olunur ki, iddiaçı pensiya təyin olunması üçün xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmişdir ki, həmin tarixdən üç il əvvəlki tarix xx.xx.2018-ci il tarixi təşkil edir. Lakin birinnci instansiya məhkəməsi düzgün olaraq iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixindən təyin etsə də, pensiyanın hesablanıb ödənilmə qaydasını müəyyən etməmişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmadığını və qanunvericiliyin tələblərinin pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3560/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı nəticə hissəində “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” sözlərindən sonra, “və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün (xx.xx.2018-ci il tarixdən) hesablanıb ödənilməsi” sözləri əlavə edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3560/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı, nəticə hissəsində “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” sözlərindən sonra, “və pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün (xx.xx.2018-ci il tarixdən) hesablanıb ödənilməsi” sözləri əlavə edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-269/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-269/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver