Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-269/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2161/2024 nömrəli, 24 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 xx.xx.2023-ci il tarixindən, 52 yaşı tamam olduğu gündən, əvvəlki dövrdə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş qaydada və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısı nəzərə alınmaqla “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının” təyin edilməsi və yaranacaq fərqin təyin ediləcək pensiya məbləği həcmində üzərinə gəlməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 xx.xx.1971-ci il tarixində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1988-ci ildə başlamışdır. Həqiqi hərbi xidmət keçmişdir, müvafiq təhsil almışdır. Əmək fəaliyyəti əsasən zərərli peşələr olmuşdur. İddiaçı halhazırda işləmir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə xx.xx.2023-cü il tarixində rəsmi ərizə ilə müraciət edilmiş, müraciətinə xx.xx.2023-cü il tarixində cavab verilərək bildirilmişdir ki, əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Cavabdeh qeyd edir ki, xx.xx.2006-cı ilədək ümumi stajı 17 il 01 ay 13 gün, güzəştli iş stajı isə 6 il 8 ay 10 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft qaz, qaz bölmələrinin X qazma bəndinin 1100000a-l1587 kodu ilə qülləquraşdırıcıları peşəsində iş stajı 10 il 07 ay 16 gündür. xx.xx.2006-cı il tarixinə qədər hərbi xidmət xx.xx.1989 - xx.xx.1991-ci ilədək 1 il 11 ay 02 gün, təhsil dövrü xx.xx.1985 - xx.xx.1988-ci ilədək 2 il 10 ay 23 gün, iş stajı (arayış əsasında cavabdeh bu hissəni qəbul edir) xx.xx.1988 - xx.xx.1988-ci ilədək 02 ay 01 gün, iş stajı (əmik kitabçasına əsasən) xx.xx.1988-xx.xx.1989-cu ilədək 09 ay 05 gün, xx.xx.1989 - xx.xx.1991-ci ilədək 1 il 10 ay 09 gün, xx.xx.1991 - xx.xx.1999-cu ilədək 8 il 04 ay 14 gün, xx.xx.2000 - xx.xx.2004-cü ilədək 4 il 05 ay 25 gün, xx.xx.2004 - xx.xx.2006cı ilədək 1 il 05 ay 25 gün təşkil edir. İddiaçının ümumi (təhsil, hərbi xidmət və s. daxil olmaqla) 22 il 11 ay 14 gün stajı və 10 il 07 ay 16 gün isə güzəştli iş stajı vardır. Bakı İnzibati Məhkəməsinin (hakim Sevdimalıyeva Günel) 2-1(112)-2161/2024 nömrəli, 24 may 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı X4 52 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz bölməsinin (X) qazma bəndinin (********) fəhlələr (a) yarımbəndində qüllə quraşdırıcıları (1100000a—11587) vəzifəsi nəzərdə tutulmuşdur. İş materiallarına əsasən iddiaçının cavabdehə təqdim etdiyi “Kompleks qazma işləri” trestinin xx.xx.2023-cü il tarixli 14-2-15/2-İ-2-42/2023-89 nömrəli arayışında xx.xx.1991-xx.xx.1992ci il tarixləri arasındakı dövr ərzində “Bulla” DKQİ-nin Qazma avadanlıqlarının kirayəsi və təmiri sexinə təmir üzrə çilingər, xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə həmin müəssisənin Qülləquraşdırıcı sexində iş icraçısı vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, onun işlədiyi təmir üzrə çilingər və iş icraçısı vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qüllə quraşdırıcıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (6 il 8 ay 10 gün (xx.xx.1992-xx.xx.1997-ci il və xx.xx.2000-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçının məhkəməyə təqdim etdiyi xx-xx-2019/84 nömrəli 30 aprel 2019-cu il tarixli arayışı cavabdehə təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (17 il 1 ay 13 gün (xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2004-cü il və xx.xx.2004xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. 1992-ci ildən latın qrafikalı əlifbanın tətbiq edilməsinə baxmayaraq, iddiaçının əmək kitabçasında xx.xx.1992-cı ildən xx.xx.2002-ci ilədək kiril qrafikalı əlifba ilə qeydlər aparılmışdır. Bu səbəbdən iddiaçının adıçəkilən dövlərdəki iş stajına dair əsaslı şübhələr yaranmışdır. İddiaçıya dair “KCA DEUTAG CASPİAN LTD”nin 30 aprel 2019-cu il tarixli arayışı inzibati orqana ilkin müraciət zamanı təqdim olunmamış, birbaşa məhkəməyə təqdim olunmuşdur. Sözügedən arayış inzibati orqana təqdim olunmadığından inzibati icraatın nəticəsi ilə əlaqədar olaraq iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda həmin arayışa qiymət verilməsi mümkün olmamışdır. Eyni zamanda iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (17 il 1 ay 13 gün (xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2004-cü il və xx.xx.2004xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçının xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənəd cavabdehə təqdim edilməmişdir. Bu səbəbdən də həmin dövrün onun ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından (“Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5.3-cü maddəsi) mümkün deyil. İddiaçının xx.xx.1985xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində təhsil aldığı müddəti onun ümumi stajına daxil etdikdə belə, ümumilikdə onun sığorta stajı 19 il 11 ay 10 gün təşkil edir. Nəticədə qanunvericiliklə tələb olunan 20 il ümumi iş stajı tələbi tamamlanmamışdır. İddiaçı tərəfindən cavabdehə təqdim olunmuş 14-2-15/2-İ-2-42/2023-89 nömrəli, xx.xx.2023-cü il tarixli “Kompleks qazma işləri” Trestinin iddiaçıya dair arayışında onun güzəştli iş stajının 10 il 07 ay 16 gün olduğu qeyd olunmuşdur. Həmin müəssisəyə yenidən sorğu göndərilmiş, sorğuya cavab olaraq 14-2-15/2-1118/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli məktubla iddiaçının güzəştli iş stajı 09 il 11 ay 26 gün olduğu qeyd olunmuşdur. Qeyd olunanlara əsassən müəssisə tərəfindən verilən arayışlar arasında ziddiyyət olduğundan həmin arayışların mötəbərliyinə əsaslı şübhələr mövcuddur. Həmin məktub birinci instansiya məhkəməsinə təqdim edilsə də, məhkəmə tərəfindən münasibət bildirilməmişdir. İddiaçının cavabdehə təqdim etdiyi “Kompleks qazma işləri” trestinin ona dair xx.xx.2023-cü il tarixli arayışında xx.xx.1991-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “Bulla” DKQİ-nin Qazma avadanlıqlarının kirayəsi və təmiri sexinə təmir üzrə çilingər, xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə həmin müəssisənin Qülləquraşdırıcı sexində iş icraçısı vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi təmir üzrə çilingər və iş icraçısı vəzifələri sözügedən arayışda istinad edilən qeyd olunan güllə quraşdırıcıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (6 il 8 ay 10 gün (xx.xx.1992xx.xx.1997-ci il və xx.xx.2000- xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: X4 xx.xx.2023-ci il tarixindən, 52 yaşı tamam olduğu gündən, əvvəlki dövrdə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş qaydada və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısı nəzərə alınmaqla “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının” təyin edilməsi və yaranacaq fərqin təyin ediləcək pensiya məbləği həcmində üzərinə gəlməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh bu qərardan apellyasiya şikayəti vermişdir. Cavabdehin apellyasiya şikayəti əsassızdır, təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. xx.xx.2006-cı il tarixinə qədər hərbi xidmət xx.xx.1989 - xx.xx.1991- ci ilədək 1 il 11 ay 02 gün, təhsil dövrü xx.xx.1985 - xx.xx.1988-ci ilədək 2 il 10 ay 23 gün, iş stajı (arayış əsasında cavabdeh bu hissəni qəbul edir) xx.xx.1988 - xx.xx.1988-ci ilədək 02 ay 01 gün, iş stajı (əmək kitabçasına əsasən) xx.xx.1988-xx.xx.1989-cu ilədək 09 ay 05 gün, xx.xx.1989 - xx.xx.1991-ci ilədək 1 il 10 ay 09 gün, xx.xx.1991 - xx.xx.1999-cu ilədək 8 il 04 ay 14 gün, xx.xx.2000 - xx.xx.2004-cü ilədək 4 il 05 ay 25 gün, xx.xx.2004 xx.xx.2006-cı ilədək 1 il 05 ay 25 gün təşkil edir. İddiaçının ümumi stajı (təhsil, hərbi xidmət və s.) 22 il 11 ay 14 gündür. Güzəştli iş stajı - Kompleks qazma işləri Trestinin cavabdehə verdiyi xx.xx.2023-cü il tarixli cavabda isə 09 il 11 ay 26 gün, “TURAN Drilling Engineering” tərəfindən verilmiş sorğuya cavab xx.xx.2004-xx.xx.2006-cı ilədək olan hissəsi 01 il 05 ay 25 gün təşkil edir. Cəmi güzəştli iş stajı 12 ildən artıqdır. Beləliklə, iddiaçının ümumi 22 ildən artıq, güzəştli isə 12 ildən artıq iş stajı vardır. Güzəştli şərtlətlə pensiya hüququnur yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997- ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 50) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır). “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı (bundan sonra 1 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Cavabdeh iddiaçının 17 il 1 ay 13 gün gün ümumi stajını mübahisələndirmir. Lakin iddiaçının xx.xx.1985-xx.xx.1988-ci il tarixlərində aldığı peşə təhsilinin əyani formada olması ilə bağlı şübhələr olduğu üçün ümumi staja daxil edilməməli olduğu qənaətindədir. Məhkəmə sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövləl Agentliyi tərəfindən bildirilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1985-ci il tarixində 2 nömrəli Peşə məktəbinin “Metropoliten elektrik qatarlarının köməkçisi” ixtisas qrupuna daxil olmuş və xx.xx.1988-ci il tarixində həmin məktəbi əyani formada bitirmişdir. Odur ki, iddiaçının peşə təhsilini əyani formada alması iş materialları ilə təsdiqini tapdığından həmin dövrün ümumi staja daxil edilməməsi ilə bağlı cavabdehin hərəkətləri qanuni hesab edilə bilməz. İddiaçının güzəştli iş stajına münasibətdə isə iddiaçı xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilədək və xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək qülləquraşdırıcılar (1100000a-11587kodu), xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək qüllə quraşdırma işlərinin iş icraçıları (1100000b—24444), xx.xx.2004-cü ildən xx.xx.2006-cı il tarixdək neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları (1100000a—11297) peşələrində işləmişdir. İddiaçının xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək işlədiyi iş icraçıları peşəsi müvafiq qərarın (320 nömrəli) qüllə quraşdırma işlərinin iş icraçıları peşəsinə (1100000b—24444) uyğundur. İşəgötürən güzəştli arayışda qeyd edilən kodu konkret göstərməsə də, təqdim etdiyi arayışında iddiaçının güzəştli şərtlərlə iş şəraitini təsdiq etmişdir. İddiaçının xx.xx.2004-cü ildən xx.xx.2006-cı il tarixədək işlədiyi peşənin neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsinə uyğun olması məhkəmə sorğusuna cavab olaraq işəgötürən tərəfindən təsdiq edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən ünvanlanmış məktubda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2004-cü ildən xx.xx.2010-cu il tarixinədən “KCA Deutag Caspian Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləmişdir. İşçi İddiaçı əmək funksiyasını Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələri yerinə yetirmiş, qazmaçı vəzifəsində işləmişdir. KCA Deutag Caspian Limited şirkəti Böyük Britaniyanın “KCA Deutag” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi olaraq fəaliyyət göstərmişdir. 26 iyul 2018-ci il tarixində “KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyəl göstərən "xxxx" MMC-ni təsis etmişlər. Azərbaycar Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliklərinin adını dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiy fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. İşçi İddiaçıF tərəfindən yerinə yetirilən əməl funksiyalarının xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft qaz, qaz bölmələrinin X. qazma bölməsinin 1. Qazma, a) fəhlələr, 1100000a-11297 koduna (neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları) əsasən güzəştli şərtlərlə pensiya hüququ verir. İddiaçının əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixə ən azı 20 il ümumi stajına malikdir və ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft qaz, qaz bölmələrinin X. qazma bölməsinin 1. Qazma, a) fəhlələr, 1100000a—11587 koduna (qüllə quraşdırıcıları), 1100000b—24444 (qüllə quraşdırma işlərinin iş icraçıları), 1100000a-l1297 koduna (neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları) uyğun peşələrdə işləmişdir. Odur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə ən az 10 il stajı (11 il 4 ay 27 gün) var. İddiaçı xx.xx.1971-ci ildə anadan olub və 52 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. Cavabdehin apellyasiya şikayəti ancaq formal xarakterlidir, ona görə də təmin edilməməlidir. Apellyasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz bölməsinin (X) qazma bəndinin (********) fəhlələr (a) yarımbəndində qüllə quraşdırıcıları (1100000a—11587) vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz “Kompleks qazma işləri” trestinin Sizə dair xx.xx.2023-cü il tarixli arayışında xx.xx.1991-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “Bulla” DKQİ-nin Qazma avadanlıqlarının kirayəsi və təmiri sexinə təmir üzrə çilingər, xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə həmin müəssisənin Qülləquraşdırıcı sexində iş icraçısı vəzifələrində işlədiyiniz qeyd olunub. Göründüyü kimi, işlədiyiniz təmir üzrə çilingər və iş icraçısı vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qüllə quraşdırıcıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız 10 ildən az (6 il 8 ay 10 gün (xx.xx.1992-xx.xx.1997-ci il və xx.xx.2000-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 20 ildən az (17 il 1 ay 13 gün (xx.xx.1988- xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2004-cü il və xx.xx.2004xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan “KCA Deutag Caspian Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilədək KCA Deutag Caspian Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində əmək kitabçasında qeyd olunan və şirkətin möhürü ilə təsdiqlənən vəzifələrdə işləmişdir. İşçi əmək funksiyasını Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. İşçi tərəfindən yerinə yetirilən əmək funksiyasının xüsusiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"-nın “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı" bölməsinin “10.1 Qazma" hissəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verir. İş materiallarında olan “Kompleks qazma işləri” trestinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı “Bulla" X11 İdarəsində işləmişdir. "Azneft" İstehsalat Birliyinin 09 noyabr 2006-cı il tarixli 408 saylı əmrinə əsasən struktur təkmilləşdirilməsi ilə əlaqədar olaraq Bulla X11 İdarəsi qazma sexi kimi “Bayıl Limanı" X11 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli 51 saylı və xx.xx.2007-ci il tarixli 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və “Bayıl Limanı” X11 İdarəsi trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Limanı” DKQİ-nin adı dəyişdirilərək Xəzər" X11 İdarəsi adlandırılmışdır. xx.xx.2012-cı il tarixdən SOCAR-ın 101 saylı və “Kompleks qazma işləri” trestinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2012-ci iİ tarixli 82 saylı əmrinə əsasən “Xəzər” X11 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin “Sahil" Qazma İşlən İdarəsi ləğv olunaraq "Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri” trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********000400020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü hal-hazırda «Sahil» İstehsalat bölümü kimi fəaliyyət göstərir. xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək Qazma avadanlıqlarının kirayəsi və təmiri sexində 3-cü dərəcəli təmir üzrə çilingər peşəsində, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək Qazma avadanlıqlarının kirayəsi və təmiri sexində 4-cü dərəcəli təmir üzrə çilingər peşəsində, xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək Vışka quraşdırma qrupunda 4-cü dərəcəli vışkaquraşdıran peşəsində, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək Vışkaquraşdırma qrupunda 5-ci dərəcəli vışkaquraşdıran peşəsində, xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək Qülləquraşdırıcı sexində 12-ci dərəcəli buruqquraşdırma üzrə iş icraçisı vəzifəsində işləmişdir. Ümumi iş stajı: 11 il, 03 ay, 21 gün. Güzəştli iş stajı: 10 il, 07 ay, 16 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-11587-kodu ilə qülləquraşdırıcıları peşəsi 10 il, 07 ay, 16 gün güzəştli iş stajı təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2010-cu il tarixinədək KCA Deutag Caspian Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləmişdir. İşçi İddiaçı oğlu əmək funksiyasını Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələri yerinə yetirmiş, qazmaçı vəzifəsində işləmişdir. O da qeyd edilmişdir ki, KCA Deutag Caspian Limited şirkəti Böyük Britaniyanın “KCA Deutag” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi olaraq fəaliyyət göstərmişdir. 26 iyul 2018-ci il tarixində “KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx" MMC-ni təsis etmişlər. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliyiklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. İşçi İddiaçıF oğlu tərəfindən yerinə yetirilən əmək funksiyalarının xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft qaz, qaz bölmələrinin X. qazma bölməsinin 1. Qazma, a) fəhlələr, 1100000a-11297 koduna (neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları) əsasən güzəştli şərtlərlə pensiya hüququ verir. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025ci il tarixli məktubdan görünür ki, İddiaçı ilə xx.xx.1997-ci il tarixində “X9” şirkəti arasında xx.xx.1997-ci il tarixində əmək müqaviləsi bağlanılmış və roustabout vəzifəsinə işə qəbul edilmişdir ki, bu haqda xx.xx.1997-ci il tarixli 0024 nömrəli əmr verilmişdir. İddiaçı əmək müqaviləsinə xx.xx.1999-cu il tarixində TE/117 nömrəli əmrlə xitam verilmişdir (Qeyd: İşçinin əmək kitabçasında texniki səhv olaraq xitam tarixi xx.xx.1999-cu il tarixi göstərilmişdir ki, hazırda bu səhv arayış formasında düzəldilmişdir və məktuba əlavə olunur). Onu da qeyd edək ki, KCA Deutag Caspian Limited şirkəti Böyük Britaniyanın “KCA Deutag” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi olaraq fəaliyyət göstərmişdir. 26 iyul 2018-ci il tarixində “KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx" MMC-ni təsis etmişlər. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliyiklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. Qeyd: İddiaçı işə qəbul və işdən azad edilmə əmrləri utilizasiya edildiyindən əmrlərin tarixləri və nömrələri onun əmək kitabçasından istifadə edilərək yazılmışdır. Həmin məktuba əlavə edilmiş «İddiaçı adına xx.xx.1989-cu il tarixində açılmış əmək kitabçasında qeydin dəyişdirilməsi zəruriliyi haqqında» xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı adına xx.xx.1989-cu il tarixində açılmış əmək kitabçasının 3-cü qrafasında 9-cu sıra nömrəsində xx.xx.1999-cu il tarixində yazılmış 0024 nömrəli qeyddəki əmək müqaviləsinə xitam verilmə xx.xx.1999-cu il tarixi etibarsızdır. Əmək kitabçasının 3cü qrafasında 9-cu sıra nömrəsində xx.xx.1999-cu il tarixində yazılmış 0024 nömrəli qeyddəki əmək müqaviləsinə xitam verilmə tarixi xx.xx.1999-cu il tarixidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İşin faktiki hallarından göründüyü kimi İddiaçı xx.xx.1971-ci il təvəllüdlüdür. İddiaçının təhsil və hərbi xidmət dövrü də daxil olmaqla ümumi stajı 20 ildən çoxdur (xx.xx.1985xx.xx.1988 (təhsil), xx.xx.1988-xx.xx.1988, xx.xx.1988-xx.xx.1989, xx.xx.1989-xx.xx.1991 (hərbi xidmət), xx.xx.1991-xx.xx.1997, xx.xx.1997-xx.xx.1999, xx.xx.2000-xx.xx.2004, xx.xx.2004-xx.xx.2006 - cəmi 20 il 10 gün). xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd olunan dövrlərdəki iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bundan başqa, müəssisənin arxiv sənədlərinin saxlanılmamasına, aidiyyəti üzrə təhvil verilməməsinə, eləcə də əmək kitabçasındakı qeydin hansı formada yazılmasına (qeydin kiril və ya latın qrafikası ilə yazılması və s.) görə iddiaçı cavabdehlik daşımır. Əmək kitabçasında qeydin hansı qaydada təsdiq edilməsi iddiaçının səlahiyyətinə aid deyildir. Həmçinin həmin qeydlərin özündə hər hansı uyğunsuzluq halı mövcud deyildir. Bundan başqa, həmin qeydlərdən sonra da iddiaçı əmək fəaliyyəti ilə məşğul olmuş və həmin tarixdən sonra da əmək kitabçasında iddiaçının əmək fəaliyyəti ilə bağlı müvafiq qeydlər aparılmışdır. Onların sonradan edilməsi və ya mötəbərliyinə şübhə yaradan hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatın həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçının əmək kitabçasında 9-cu sıra nömrəsində işdən çıxma tarixi xx.xx.1999-cu il, əmrin tarixi isə xx.xx.1999-cu il göstərmişdir. İşdən çıxma tarixinin əmrdən bir ay əvvəlki tarix göstərilməsi uyğunsuzluq halı olduğu üçün bununla əlaqədar işəgötürənə məhkəmə sorğusu verilmiş, məhkəmə sorğusuna cavab olaraq işəgötürən tərəfindən məhkəməyə təqdim edilmiş məktub və arayışdan görünür ki, işəgötürən tərəfindən həmin qeyd etibarsız hesab edilərək həmin qeyddəki əmək müqaviləsinə xitam verilmə tarixinin xx.xx.1999-cu il tarixi olması təsdiq edilmişdir. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli təhsil sənədinin təsdiqi barədə məktubda qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixində 2 nömrəli Peşə Məktəbinin “Metropoliten elektrik qatarlarının maşinist köməkçisi” ixtisas qrupuna daxil olmuş və xx.xx.1988-ci il tarixində həmin məktəbi əyani formada bitirmişdir. Onun adına yazılmış B №086993 diplom təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir (B 086993 nömrəli diplom da iş materiallarına əlavə edilmişdir). Göstərilənlərə əsasən qeyd olunan dövrlər iddiaçının ümumi stajına daxil edilməlidir. Beləliklə, iddiaçının təhsil və hərbi xidmət dövrü də daxil olmaqla ümumi stajı 20 ildən çoxdur (20 il 10 gün). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilədək, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək qülləquraşdırıcılar, xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək qüllə quraşdırma işlərinin iş icraçıları, xx.xx.2004-cü ildən xx.xx.2006-cı il tarixdək qazmaçı vəzifələrində işləmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı; 1. Qazma; a) fəhlələr; 1100000a—11297 neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları; 1100000a—11587 qüllə quraşdırıcıları; b) Rəhbərlər və mütəxəssislər; 1100000b—24444 qüllə quraşdırma işlərinin iş icraçıları. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 12 il 17 gün). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 52 yaşından (xx.xx.2023-cü ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2161/2024 nömrəli, 24 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-269/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-269/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver