Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2691/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının və cavabdehin nümayəndəsi X1 iştirakı ilə , İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı statusunu təsdiq edən sənədlərin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5397/2021 saylı 30.07.2021-ci il tarixli qərardadından apellyasiya şikayətini geri götürməsi barədə iddiaçının ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranlarına təyin olunmuş müavinətin ödənilməsi üçün cavabdeh tərəfindən iddiaçının müharibə veteranı statusunu təsdiq edən sənədlərin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5397/2021 saylı 30.07.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı mərhələdə məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Daxili İşlər Nazirliyi tərəfindən ona 06 oktyabr 2021-ci il tarixində müharibə veteranı vəsiqəsi verildiyinə görə apellyasiya şikayətini geri götürdüyünü bildirmiş, bu barədə ərizəsini məhkəməyə təqdim etmiş və şikayət üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbayjan Respublikasının İnzibati Prosessual Məjəlləsinin («İPM») 88.1-ci maddəsinin tələbinə görə şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, apellyasiya şikayətini geri götürmək işdə iştirak edən şəxsin qanunla müəyyən edilən hüququdur. Eyni zamanda, iddiaçının apellyasiya şikayətini geri götürməsi digər şəxslərin hüquqlarnı pozmur. İPM-in 86.4-cü maddəsinin məzmunundan görünür ki, şikayətin geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Prosessual qanunvericiliyin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiysı belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi təmin olunmalı, apellyasiya şikayəti geri qaytarılmalı və apellyasiya icraatına xitam verilməlidir. Eyni zamanda, iddiaçıya izah edilir ki, həmin Məcəllənin 88.3-cü maddəsinin tələbinə görə şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı ərizəsi təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5397/2021 saylı 30.07.2021-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayəti geri qaytarılsın. Şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2691/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2691/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver