Məhkəmə qərarları › İş №2-1(103)-2691/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2691/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2691/2024 09.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X52 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-nin cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma“ tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-6651/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X104 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1996-cı il təvəllüdlü X44, xx.xx.1987-ci il təvəllüdlü X17, xx.xx.1991- ci il təvəllüdlü X45, xx.xx.1986-cı il təvəllüdlü X60, xx.xx.1978-ci il təvəllüdlü X12, xx.xx.1986-cı il təvəllüdlü X19, xx.xx.1993-cü il təvəllüdlü X64, xx.xx.1995-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü Əbdülrəşidova SafiyəOrxan qızı, xx.xx.2010-cu il təvəllüdlü X53, xx.xx.1995-ci il təvəllüdlü X13, xx.xx.2020-ci il təvəllüdlü X28, xx.xx.1976-cı il təvəllüdlü X25, xx.xx.1996-cı il təvəllüdlü X29, xx.xx.2019cu il təvəllüdlü X15, xx.xx.2020-ci il təvəllüdlü X86, xx.xx.1996-cı il təvəllüdlü X20, xx.xx.1993-cü il təvəllüdlü X30, xx.xx.1979-cu il təvəllüdlü X31, xx.xx.1991-ci il təvəllüdlü X21, xx.xx.2009-cu il təvəllüdlü X22, xx.xx.1994-cü il təvəllüdlü X39, xx.xx.2022-ci il təvəllüdlü X87, xx.xx.1979-cu il təvəllüdlü X8, xx.xx.1999-cu il təvəllüdlü X32, xx.xx.1992ci il təvəllüdlü X33, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.1984-cü il təvəllüdlü X34, xx.xx.1979-cu il təvəllüdlü X65, xx.xx.1994-cü il təvəllüdlü X10, xx.xx.1977-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.1989-cu il təvəllüdlü X62, xx.xx.1986-cı il təvəllüdlü Rəsulov Natiq XXX, xx.xx.1984-cü il təvəllüdlü X40, xx.xx.2008-ci il təvəllüdlü X54, xx.xx.1988-ci il təvəllüdlü X66, xx.xx.2022-ci il təvəllüdlü X55, xx.xx.1992-ci il təvəllüdlü X94, xx.xx.1981-ci il təvəllüdlü X74, xx.xx.1984-cü il təvəllüdlü X35, xx.xx.1986cı il təvəllüdlü X16, xx.xx.1984-cü il təvəllüdlü X18, xx.xx.1955-ci il təvəllüdlü X5, xx.xx.1988-ci il təvəllüdlü X67, xx.xx.2020-ci il təvəllüdlü X99, xx.xx.1984-cü il təvəllüdlü X23, xx.xx.1965-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X56, xx.xx.2014-cü il təvəllüdlü X43, xx.xx.1992-ci il təvəllüdlü X11, xx.xx.1977-ci il təvəllüdlü X88, xx.xx.1983cü il təvəllüdlü X26, xx.xx.1991-ci il təvəllüdlü X75, xx.xx.1962-ci il təvəllüdlü X24, XX.XX.1990-cı il təvəllüdlü X14, xx.xx.1990-cı il təvəllüdlü X46, xx.xx.1989-cu il təvəllüdlü X27, xx.xx.2013-cü il təvəllüdlü X47, xx.xx.1983-cü il təvəllüdlü X57, xx.xx.2016-cı il təvəllüdlü X76, xx.xx.1975-ci il təvəllüdlü X36, xx.xx.1977-ci il təvəllüdlü Cəfərova Ellada XXX, xx.xx.1982-ci il təvəllüdlü Vamulina Oksana, xx.xx.1976-cı il təvəllüdlü X58, xx.xx.1979-cu il təvəllüdlü X59, xx.xx.1999-cu il təvəllüdlü X37 iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən və iddiaçının balansında olan yataqxanadan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşəixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli, 405 nömrəli Qərarına əsasən 8 nömrəli Bakı Peşə Liseyi və 7 nömrəli Bakı Peşə Məktəbi birləşdirilib və onların bazasında Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında 5,2238 ha ərazidə yerləşən inzibati binalar tam mülkiyyət hüququ üzrə “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X93 məxsusdur. Mərkəzin ünvan 3 ünvanında 5,2238 ha ərazidə yerləşən 1-ci korpusunun (əvvəlki 8 saylı Bakı Peşə Liseyinin) balansında olan tələbələrin yaşaması üçün nəzərdə tutulmuş yataqxanasında, bəziləri Mərkəzin əvvəlki illərdə tələbələri olmuş, bəziləri isə ümumiyyətlə Mərkəzlə heç bir əlaqəsi olmamış şəxslər olmaqla ümumilikdə 67 şəxs inzibati binada yaşayış yeri üzrə qeydiyyatdadır. Məsələ ilə bağlı Mərkəz tərəfindən həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə, həmçinin Qaradağ Rayon Polis İdarəsinə xx.xx.2023-cü il tarixində müraciət olunub. Müraciətə cavab olaraq hər iki orqan tərəfindən bildirilib ki, “adları qeyd edilmiş şəxslərin 8 saylı Peşə Liseyinin balansındakı 8 saylı yataqxanadan məktubu əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə zidd olduğu üçün mümkün deyil. Qeyd olunan məsələ ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən aidiyyatı üzrə məhkəməyə müraciət edə bilərsiz.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 9-cu maddələrinə əsasən, şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılmasını müvafiq dövlət orqanı həyata keçirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları həyata keçirirlər. Bu da o deməkdir ki, Daxili İşlər Nazirliyinin ərazi Rayon Polis İdarəsi bilavəsitə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnamədan irəli gələn müvafiq icra hakimiyyəti orqanıdır və qeydiyyatdan çıxarılma səlahiyyəti ərazi Rayon Polis İdarəsinə məxsusdur. Adıçəkilən 67 şəxsin Mərkəzin balansında olan yataqxanadan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə qeyd edilməlidir ki, bu hüquqi prosedur ilk növbədə həmin şəxslərin özləri üçün vacibdir. Bu baxımdan, həmin şəxslər iddiaçıya məlum olmayan formalarla yataqxanada daimi yaşayış yeri üzrə qeydiyyata alınıblar. Lakin ötən dövrdə həmin şəxslərin bir çoxu sonradan başqa ünvanlarda yaşasalar da, yataqxanadan qeydiyyatdan çıxmaq üçün subyektiv səbəblərdən müraciət etməmişlər. 2023-cü ilin əvvəllərində yaşayış yeri qeydiyyatın dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə polis idarələrinin inzibati binasında belə qeydiyyatda olan hər bir şəxsin uzun illər qeydiyyatda qalmasının səbəbləri, faktiki yaşayış yerinin olub-olmaması araşdırılmış və nəticələrindən asılı olaraq qanunauyğun tədbirlər görülmüşdür. Araşdırmaları zəruri edən daha bir səbəb hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliyin yaranması idi. Ona görə də, adıçəkilən 67 şəxsin yaşamadığı halda daimi qeydiyyat üzrə Mərkəzin mülkiyyətində olan ünvanda qeydiyyatda qalması bir sıra problemlər yaradır, o cümlədən onlara aid məktublar, sənədlər Mərkəzə daxil olur, iş yükünü artırır, Mərkəz tərəfindən onların çap olması və onlara aid sənədlərin çatdırılması çətinlik yaradır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6651/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərardadı (hakim L.Musayeva) ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X104nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13- 12101 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 3 ünvanında olan, ümumilikdə 11291.8 kvadrat metr daşınmaz əmlakın üzərində mülkiyyət hüququ və ümumilikdə 5.2238 ha torpaq sahəsinin üzərində istifadə hüququ “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-ın adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Qeyd edilməlidir ki, əmlakın mülkiyyətçisi və ya qanuni istifadəçisi əmlakdan maneəsiz istifadəni həyata keçirə bilmək üçün ona məxsus olan mənzildən yaşayış sahəsinə köçməyə hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Əmlaka dair əşya hüququ isə qanunla müəyyən olunmuş hüquqmüəyyənedici sənədlərdə təsbit olunur. Bakı İnzibati Məhkəməsi məhkəmə araşdırması zamanı ciddi pozuntulara yol verərək iddia tələbini düzgün qiymətləndirməmiş, İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozmuşdur. Hansı ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Buna baxmayaraq, məhkəmə İnzibati icraat üzrə işin araşdırılması prinsiplərini pozmuşdur. Məhkəmə işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan, subyektiv hüququn iddiaçıya məxsus olmasını təsdiq edən dövlət reyestrindən çıxarış nəzərə alınmadan, “iddiaçı qeyd olunan ünvanın ona məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir” əsası ilə iddianın mümkün sayılmaması barədə Qərardad çıxarmışdır. Hər hansı ünvanın hansı subyektə məxsusluğu Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X104nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla və ya digər normativ aktlarla müəyyən edilir. Reyestrdən **********13-12101 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında olan, ümumilikdə 11291.8 kvadrat metr daşınmaz əmlakın üzərində mülkiyyət hüququ və ümumilikdə 5.2238 ha torpaq sahəsinin üzərində istifadə hüququ iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Yəni iddiaçının mübahisələndirilən ünvanda olan ümumilikdə 11291.8 kvadrat metr daşınmaz əmlakın üzərində mülkiyyət hüququ vardır ki, mübahisə predmeti olan yataqxana da həmin daşınmaz əmlaklara aiddir. O cümlədən, İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Lakin məsələnin araşdırılmasına səthi yanaşmış məhkəmə iddiaçıya hər hansı hüquqi yardım etməmiş, subyektiv hüququn dövlət reyestrindən çıxarışda Hüququ rəsmiləşdirilən şəxs olan iddiaçıya məxsus olmadığı qənaətinə gəlmişdirsə, o halda həmin subyektiv hüququn kimə məxsus olmasını araşdırmamışdır. Bununla da məhkəmə ünvan iddiaçının mükiyyətində və qanuni istifadəsində olsa belə, məsələyə səthi yanaşaraq, əsassız olaraq iddianı mümkünsüz saymışdır. Bir daha qeyd edilməlidir ki, əmlakın mülkiyyətçisi və ya qanuni istifadəçisi əmlakdan maneəsiz istifadəni həyata keçirə bilmək üçün ona məxsus olan əmlakdan yaşayış sahəsinə köçməyə hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Əmlaka dair əşya hüququ isə qanunla müəyyən olunmuş hüquqmüəyyənedici sənədlərdə təsbit olunur. Yəni, əgər iddiaçının yalnız istifadə hüququ mövcuddursa, bu da nəzərə alınmalı idi ki, kənar şəxslərin (67 nəfər şəxsin) qanunsuz olaraq, iddiaçının qanuni istifadəsində olan ünvanda yaşayış yeri üzrə qeydiyyatda olması, o cümlədən bəzilərinin yaşaması (cəmi 8 nəfəri yaşayır, 59 nəfəri isə yaşamadan qeydiyyatdadır) iddiaçının qanuni istifadə hüququna da mane olur. (iş materiallarında olan xx.xx.2024-cü il tarixli Yekun protokolla təsdiq edilir) Tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan məktubda məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanan məktubda işin mümkün olan daha tez müddətdə həll edilməsi məqsədilə, iş üzrə şifahi məhkəmə baxışının təyin olunmuş tarixinin xx.xx.2024xx.xx.2024-cü il tarixləri aralığına mümkün tarix və saata keçirilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6651/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbinin mümkün sayılması üçün ilk növbədə iddiaçının hüquqlarının həqiqətən pozulub-pozulmadığı müəyyən edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X104nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 3 ünvanı dövlət mülkiyyətində olmaqla ona dair istifadə hüququ “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-ın adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Hazırki tələbində iddiaçı qeyd olunan sənədə istinad edərək iddia tələbində adları qeyd olunan şəxslərin ünvan 3 ünvanında yerləşən və iddiaçının balansında olan yataqxanadan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının üçüncü şəxsləri qeydiyyatdan çıxarmaq istədiyi ünvan - ünvan 6yyəyindədir, iddiaçı tərəfindən təqdim edilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, sözügedən torpaq sahəsi üzərində iddiaçının yalnız istifadə hüququ qeydə alınmış, adına mülkiyyət hüququ isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır, göründüyü kimi, iddiaçı qeyd olunan ünvanın ona məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir, bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir, ona görə də iddia mümkün sayılmamalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin gəldiyi nəticəni əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş hərtərəfli araşdırılmamışdır. Belə ki, iş materiallarına əlavə edilən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X104nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13-12101 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 3 ünvanında olan, ümumilikdə 11291.8 kvadrat metr daşınmaz əmlakın üzərində mülkiyyət hüququ və ümumilikdə 5.2238 ha torpaq sahəsinin üzərində istifadə hüququ “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-ın adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Qeyd edilməlidir ki, əmlakın mülkiyyətçisi və ya qanuni istifadəçisi əmlakdan maneəsiz istifadəni həyata keçirə bilmək üçün ona məxsus olan mənzildən yaşayış sahəsinə köçməyə hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Əmlaka dair əşya hüququ isə qanunla müəyyən olunmuş hüquqmüəyyənedici sənədlərdə təsbit olunur. Məhkəmə işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan, subyektiv hüququn iddiaçıya məxsus olmasını təsdiq edən dövlət reyestrindən çıxarış nəzərə alınmadan, “iddiaçı qeyd olunan ünvanın ona məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsi” əsası ilə iddianın mümkün sayılmaması barədə qərardad çıxarmışdır. Qeyd edilməlidir ki, hər hansı ünvanın hansı subyektə məxsusluğu Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X104nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla və ya digər normativ aktlarla müəyyən edilir. Reyestrdən **********13-12101 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında olan, ümumilikdə 11291.8 kvadrat metr daşınmaz əmlakın üzərində mülkiyyət hüququ və ümumilikdə 5.2238 ha torpaq sahəsinin üzərində istifadə hüququ iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Həmçinin, iş materiallarına əlavə olunmuş əmlak kompleksi kimi müəssisənin texniki pasportundan da aydın görünür ki, ünvan 3 ünvanında olan əmlak kompleksinin balans saxlayıcısı qismində “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ qeyd edilmişdir. İddiaçının yalnız istifadə hüququ mövcud olsa belə, nəzərə alınmalı idi ki, kənar şəxslərin (67 nəfər şəxsin) iddiaçının qanuni istifadəsində olan ünvanda yaşayış yeri üzrə qeydiyyatda olması, o cümlədən yaşaması iddiaçının qanuni istifadə hüququna mane ola bilər. Bu baxımdan iddia tələbinə mahiyyəti üzrə baxılaraq iddia tələbində qeydiyyatdan çıxarılmaları tələb edilən şəxslər məhkəmə icraatına cəlb edilməklə qeydiyyatlarının əsaslılığı araşdırılaraq, hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, qərardadda əks olunan hüquqi mövqelər nəzərə alınaraq iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6651/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar