Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2692/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarlarının mübahisələndirilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən hakim və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarlarının mübahisələndirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2583/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) tərəfindən (əvvəl "xxxx" MMC olmuş) "xxxx" MMC (VÖEN: **********) ilə 2021-ci ilin avqust ayında aparılan qarşılıqlı əməliyyatlar zamanı 6 ədəd elektron qaimə-faktura əsasında cəmi 296996,04 manat məbləğində mallar (metal qırıntısı məhsulu) alınmışdır.
2. İddiaçının təqdim etdiyi "xxxx" MMC və “Alıcı” “Vingraft" MMC arasında bağlanmış 11 avqust 2021-ci il tarixli, 04/2021 nömrəli alqı-satqı müqaviləsinə görə 11-23 avqust 2021-ci il tarixlərində metal qırıntısı məhsulunun təqdim edilməsinə görə 6 ədəd (EBBG 259839, EBBG 430365, EBBG 561791, EBBG 615663, EBBG 735666, EBBG 833618) elektron vergi qaimə fakturası tərtib edilmişdir.
3. Təhvil-təslim aktlarından görünür ki, satıcı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə müvafiq məhsulu iddiaçı olan alıcıya təhvil vermiş, alıcı isə həmin məhsulu qəbul etmişdir.
4. Debit haqqında bildirişlərdən görünür ki, həmin elektron qaimə fakturalara görə müvafiq ödənişlər bank hesabına köçürülmüşdür.
5. İddiaçı EBBG seriyalı 430365 nömrəli elektron qaimə-faktura əsasında 11337.85 manat; EBBG seriyalı 833618 nömrəli elektron qaimə-faktura əsasında 9720.17 manat; EBBG seriyalı 735666 nömrəli elektron qaimə-faktura əsasında 5759.18 manat; EBBG seriyalı 615663 nömrəli elektron qaimə-faktura əsasında 6272.92 manat; EBBG seriyalı 561791 nömrəli elektron qaimə-faktura əsasında 4235.93 manat; EBBG seriyalı 259839 nömrəli elektron qaimə-faktura əsasında 16133.24 manat ƏDV məbləğini əvəzləşdirmişdir.
6. Vergi orqanı tərəfindən 2021-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aparılmış 296996,04 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı halı əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir.
7. Vergi orqanı hesab etmişdir ki, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir.
8. Həmçinin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 3286383.25 manat məbləğ, bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 N-li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” xanalarının cəmi olan 3289740.70 manat məbləğlə müqayisədə 3357.45 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir.
9. Qeyd olunan kənarlaşmalarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli, **********215700 nömrəli və xx.xx.2022-ci il tarixli, **********347900 nömrəli uyğunsuzluq məktubları göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci ilin mart ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 53459.29 manat, 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə 56323,95 manat əlavə vergi məbləği hesablanaraq, xx.xx.2022-cü il tarixli, **********815500 nömrəli və xx.xx.2022-ci il tarixli, **********155300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul olunmuşdur.
10. Daha sonra xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi tərəfindən 2022-ci ilin mart ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi və 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, vergi ödəyicisinə həmin bəyannamə üzrə xx.xx.2023-cü il tarixdə **********985800 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin ödəyici tərəfindən kənarlaşmalar aradan qaldırılmadığından hesablanmış vergi məbləği bərpa edilmiş və bu barədə xx.xx.2023-cü il tarixli, **********534200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********018100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul olunmuşdur.
11. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 1 noyabr 2023-ci il tarixli **********534200 nömrəli qərarından görünür ki, kameral vergi yoxlaması nəticəsində mart 2022-ci il vergi dövrü üzrə iddiaçıya 53.459,29 manat əlavə ƏDV hesablanmışdır.
12. Qərar bununla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 430365 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 11337.85 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 11337.85 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 833618 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 9720.17 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 9720.17 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 735666 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 5759.18 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 5759.18 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 615663 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 6272.92 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 6272.92 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 561791 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 4235.93 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 4235.93 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfinizdən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 259839 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 16133.24 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 16133.24 manat kənarlaşma yaranmışdır.
13. Cavabdehin 15 dekabr 2023-cü il tarixli **********018100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, kameral vergi yoxlaması nəticəsində 2021-ci il üzrə iddiaçıya 56323,95 manat əlavə mənfəət vergisi hesablanmışdır.
14. Qərar bununla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə vergi məbləği azaldılsa da, müvafiq izah və təsdiqedici sənəd təqdim edilmədiyindən kameral qaydada hesablama məbləği bərpa edilmişdir (həmin dövr üzrə xx.xx.2022-ci il tarixdə eyni məbləğdə əlavə vergi hesablanmış və qərar bununla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 296996,04 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin iddiaçının vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur).
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
15. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyun 2022-ci il tarixli, **********815500 və 1 iyul 2022-ci il tarixli, **********155300 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir.
16. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 1 noyabr 2023-cü il tarixli, **********534200 nömrəli və 15 dekabr 2023-cü il tarixli, **********018100 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qeydiyyatda olan vergi orqanına təqdim edilmiş 2021-ci il üçün mənfəət vergisi və 2022-ci ilin mart ayı üzrə ƏDV bəyannamələri üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlamaları keçirilmiş və yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyun 2022-ci il tarixli qərarla 53459,29 manat ƏDV və 1 iyul 2022-ci il tarixli qərarla 56323,95 manat əlavə mənfəət vergisi hesablanmışdır. ƏDV-nin hesablanmasına əsas olan 23 iyun 2022-ci il tarixli qərarda əsaslandırma ümumiyyətlə mövcud olmamış və yalnız “**********714100 nömrəli məktuba əsasən” sözləri qeyd edilmişdir. Həmin uyğunsuzluq məktubundan görünür ki, 2022-ci ilin mart ayı üzrə ƏDV bəyannaməsi üzrə əvəzləşməyə salınmış 6 ədəd e-qaimə (EBBG 561791, EBBG 259839, EBBG 833618, EBBG 430365, EBBG 615663, EBBG 735666) üzrə aparılan əməliyyatlar riskli hesab edildiyi üçün əvəzləşmə ləğv edilmişdir. Qeyd edilənlərdən aydın olur ki, iddiaçı "xxxx" MMC (VÖEN: **********) ilə 2021-ci ilin avqust ayında 6 ədəd e-qaimə (EBBG 561791, EBBG 259839, EBBG 833618, EBBG 430365, EBBG 615663, EBBG 735666) üzrə aparılan 296996,04 manat məbləğində əməliyyatları riskli əməliyyatlar hesab edərək həmin əməliyyatlara görə əvəzləşdirmiş ƏDV-ni ləğv etməklə əlavə ƏDV və həmin əməliyyatları xərc hissəsində nəzərə almamaqla əlavə mənfəət vergisi hesablamışdır. İddiaçı "xxxx" MMC ilə 2021-ci lin avqust ayında müqavilə bağlayarkən iddiaçının adı "xxxx" MMC olmuş, daha sonra reyestr məlumatlarında dəyişikliklər edilərək MMC-nin adı İddiaçı MMC kimi qeydiyyatdan keçmiş və bu qeydiyyat 6 iyun 2022-ci il tarixli reyestr çıxarışında öz əksini tapmışdır. Məhz bu səbəbdən də müqavilədə iddiaçının adı "xxxx" MMC kimi qeyd edilmişdir. Belə ki, iddiaçı 11 avqust 2021-ci il tarixində "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan 11-23 avqust 2021-ci il tarixlərində 6 ədəd (EBBG 561791, EBBG 259839, EBBG 833618, EBBG 430365, EBBG 615663, EBBG 735666) elektron vergi qaimə-faktura əsasında 296996,04 manat məbləğində metal qırıntısı almışdır. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı əməliyatların riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyatlar apararkən e-taxes.gov.az-dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyyatlar apardığı 11-23 avqust 2021-ci il tarixlərində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə, bu faktı sübut etmədən iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatları riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatlara görə mənfəət vergi bəyannaməsinin xərclər hissəsində nəzərə almamış və ƏDV əvəzləşməsini ləğv etmişdir. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 24 sentyabr 2021-ci il tarixli, **********728900 nömrəli qərarla “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahısından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "xxxx" MMC ilə 11-23 avqust 2021-ci il tarixlərində əməliyyatlar aparmış, lakin sonuncu 24 sentyabr 2021-ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. Başqa sözlə, iddiaçı "xxxx" MMC ilə əməliyyatlar apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyatlar şübhə altına alına bilməz. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı əməliyyatının baş verməsini təsdiq edən tərəflər arasında imzalanmış və möhürlənmiş müqavilə, malların təhvil-təslim aktları, elektron vergi qaimə-fakturalar və ödənişləri təsdiq edən ödəniş tapşırıqları mövcuddur. Lakin cavabdeh vergi orqanında bunun əksini sübut edən heç bir dəlil və fakt mövcud deyil.
18. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, 2021-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə aparılmış 296996,04 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 561791 nömrəli, EBBG seriyalı 259839 nömrəli, EBBG seriyalı 833618 nömrəli, EBBG seriyalı 430365 nömrəli, EBBG seriyalı 615663 nömrəli, EBBG seriyalı 735666 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Həmçinin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 200.2-ci (işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 3286383.25 manat məbləğ, bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə" 1 N-li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin "Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” xanalarının cəmi olan 3289740.70 manat məbləğlə müqayisədə 3357.45 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. Qeyd olunan kənarlaşmalarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü iİ tarixli, **********215700 nömrəli və xx.xx.2022-ci il tarixli, **********347900 nömrəli uyğunsuzluq məktubları göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-cı ilin mart ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 53459.29 manat, 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə 56323,95 manat əlavə vergi məbləği hesablanaraq, xx.xx.2022-ci il tarixli, **********815500 nömrəli və xx.xx.2022-ci il tarixli, **********155300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi tərəfindən 2022-ci ilin mart ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi və 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, vergi ödəyicisinə həmin bəyannamə üzrə xx.xx.2023-cü il tarixdə **********985800 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin ödəyici tərəfindən kənarlaşmalar aradan qaldırılmadığından hesablanmış vergi məbləği bərpa edilmiş və bu barədə xx.xx.2023-cü il tarixli, **********534200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********018100 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Vergi orqanının daha əvvəl cavabdeh qismində çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibatı iş vergi orqanının xeyrinə yekunlaşmışdır. İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə bağlı inzibati iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1212/2023 saylı qərarında sözügedən məsələyə göstərilən münasibəti belə olmuşdur ki, "işdən göründüyü kimi, iddiaçının istinad etdiyi ‘Faborlik Tikinti” MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.”
19. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-2583/2024 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia tələbi təmin edilmişdir.
20. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli e-2-1(112)-2583/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2021-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə aparılmış 296996,04 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
22. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı, 561791 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 4235.93 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 4235.93 manat kənarlaşma yaranmışdır. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı, 259839 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 16133.24 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 16133.24 manat kənarlaşma yaranmışdır. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı, 833618 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 9720.17 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 9720.17 manat kənarlaşma yaranmışdır. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı, 430365 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 11337.85 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 11337.85 manat kənarlaşma yaranmışdır. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı, 615663 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 36272.92 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 6272.92 manat kənarlaşma yaranmışdır. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (03.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı, 735666 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 5759.18 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 5759.18 manat kənarlaşma yaranmışdır.
23. Həmçinin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 3286383.25 manat məbləğ, bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 N-li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” xanalarının cəmi olan 3289740.70 manat məbləğlə müqayisədə 3357.45 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir.
24. Qeyd olunan kənarlaşmalarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli, **********215700 nömrəli və xx.xx.2022-ci il tarixli, **********347900 nömrəli uyğunsuzluq məktubları göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci ilin mart ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 53459.29 manat, 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə 56323,95 manat əlavə vergi məbləği hesablanaraq, xx.xx.2022-cü il tarixli, **********815500 nömrəli və xx.xx.2022-ci il tarixli, **********155300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir.
25. Daha sonra xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi tərəfindən 2022-ci ilin mart ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi və 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, vergi ödəyicisinə həmin bəyannamə üzrə xx.xx.2023-cü il tarixdə **********985800 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin ödəyici tərəfindən kənarlaşmalar aradan qaldırılmadığından hesablanmış vergi məbləği bərpa edilmiş və bu barədə xx.xx.2023-cü il tarixli, **********534200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********018100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir.
26. Məhkəmə hesab etmişdir ki, iddaçının əməliyyat apardığı şəxs müqavilə münasibətləri yarandığı dövrdə riskli vergi ödəyicisi hesab olunmamışdır. Bu dəlil formal olmaqla yanaşı, yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, aşağıda adı qeyd olunan vergi ödəyicisi məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyicisi siyasına daxil edilmiş və bu barədə qərar qəbul edilmişdir.
27. Digər tərəfdən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq, eyni zamanda öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini ümumiyyətlə yerinə yetirməmiş, yalnız iddiaçının iddia ərizəsində qeyd etdiyi məqamları əsas götürməklə qərarın qəbul edilməsi ilə kifayətlənmiş, mübahisənin həllinə bilavasitə təsir edən yuxarıda qeyd olunan şəxslər tərəfindən idxal etmədiyi və almadığı malların iddiaçıya hansı formada satılması, iddiaçıya satılan malların çeşidində uyğunluğun olub-olmaması (misal üçün mütəxəssis cəlb etməklə) məsələlərini ümumiyyətlə araşdırmamışdır.
28. Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Məhkəmə işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə dəqiq səbəblər təqdim etməklə araşdırılmalıdır. Birmənalı olaraq, maddi və prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır.
29. Qanunvericiliyin qeyd olunan normalarına əsasən İddiaçı barəsində keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarla hesablanmış vergi və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri həmin qərarın ləğv edilməsi üçün əsas ola bilməz.
30. Apellyasiya şikayətinə əlavədə həmçinin göstərilmişdir ki, məhkəmə qərarında qeyd edilir ki, cavabdeh əməliyyatı əmtəəsiz hesab edərək iddiaçının 296996,04 manat həcmində xərcini bəyannamədən silsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır. Belə ki, əgər əməliyyat əmtəəsizdirsə, onda gəlirin də formalaşmadığı nəzərə alınmalıdır. Konkret olaraq hansısa malların təqdim edilməsi və bundan gəlir əldə edilməsi ilə bağlı məhkəmədə araşdırılma aparılmamışdır. Bununla bağlı iş materiallarında da hər hansı sübut mövcud deyildir. Belə olan halda hesab edir ki, məhkəmənin qeyd olunan dəlili tamamilə əsassızdır.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etirazda qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
32. Belə ki, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən "xxxx" MMC (VÖEN: **********) ilə 2021-ci ilin avqust ayında 6 ədəd e-qaimələr (EBBG 561791, EBBG 259839, EBBG 833618, EBBG 430365, EBBG 615663, EBBG 735666) üzrə aparılan 296 996,04 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığını aşkar etmiş və bu halı əmtəəsiz əməliyyat kimi qiymətləndirərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə almamış və 2021-ci il üzrə 56 323,95 manat mənfəət vergisi hesablamışdır.
33. Eyni zamanda, cavabdeh iddiaçının "xxxx" MMC (VÖEN: **********) ilə 2021-ci ilin avqust ayında 6 ədəd e-qaimələr (EBBG 561791, EBBG 259839, EBBG 833618, EBBG 430365, EBBG 615663, EBBG 735666) üzrə əməliyyatları riskli hesab etmiş, onların əvəzləşdirməyə əsas vermədiyini əsas götürərək aparılmış əməliyyatın əvəzləşdirildiyini nəzərə alaraq 2022-ci ilin mart ayı üzrə ƏDV vergisi hesablamışdır.
34. Belə ki, cavabdehin mövqeyinə görə iddiaçı tərəfindən 2021-ci il ərzində "xxxx" MMC-dən malların alınması barədə e-qaimə təqdim edilsə də, həmin qaimə-fakturalarda qeyd olunan malların həmin müəssisənin elektron qaimə- faktura, yük gömrük bəyannamələri və elektron alış aktlarına əsasən əldə etdikləri müəyyən edilməmişdir.
35. Başqa sözlə, iddiaçının təqdim etdiyi e-qaimələrdə öz əksini tapan malların "xxxx" MMC tərəfindən əldə edilməsini təsdiq edən sənədlər olmadığından onun almadığı malları iddiaçıya satdığı müəyyən edilmişdir. Odur ki, iddiaçının həmin müəssisə ilə apardığı əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, təqdim etdiyi e-qaimələr riskli qaimələr kimi qəbul edilmiş, mənfəət vergisinin hesablanmasında gəlirin əldə edilməsinə yönəlmiş xərc kimi nəzərə alınmamış, ƏDV üzrə isə həmin e-qaimələr üzrə əvəzləşmələr ləğv edilmiş, nəticə etibarı ilə iddiaçıya əlavə mənfəət vergisi və ƏDV hesablanmışdır.
36. İddiaçı MMC-nin riskli vergi ödəyiciləri ilə apardığı riskli hesab edilən elektron qaimə fakturaları aşağıdakılardan ibarət olmuşdur: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə: 11 avqust 2021-ci il tarixli EBBG 259839 nömrəli, 16 avqust 2021-ci il tarixli EBBG 430365 nömrəli, 17 avqust 2021-ci il tarixli EBBG 561791 nömrəli, 18 avqust 2021-ci il tarixli EBBG 615663 nömrəli, 20 avqust 2021-ci il tarixli EBBG 735666 nömrəli, 23 avqust 2021-ci il tarixli EBBG 833618 nömrəli.
37. İddiaçı tərəfindən məhkəməyə "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli 04/2021 nömrəli müqavilə, e-qaimə fakturalar, təhvil-təslim aktları, razılaşdırma aktları və ödəniş tapşırıqları təqdim edilmişdir.
38. Tərəflərin təqdim etdikləri qərarlardan görünür ki, "xxxx" MMC 24 sentyabr 2021ci il tarixli **********728900 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmiş və müəssisənin riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər.
39. Göründüyü kimi, iddiaçının vergi ödəyicisi "xxxx" MMC ilə əməliyyatlar apardığı vaxt həmin müəssisə müvafiq olaraq riskli vergi ödəyicisi olmamışdır.
40. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı MMC riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bu halı inkar etməmişdir.
41. Eyni zamanda, iddiaçının yuxarıda adı göstərilən müəssisə ilə əməliyyat apardığı zamanı belə bir xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda etaxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısında olmamasını sübut edir.
42. Daha sonrakı tarixlərdə, həmin müəssisənin digər əməliyyatlarını riskli hesab edərək sonuncuları riskli vergi ödəyicilərinin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Bununla yanaşı, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya əsassız və qanunsuz vergi məbləğinin hesablanmasını sübut etmək üçün həmin müəssisənin hansı tarixdən sonra riskli vergi ödəyicisi hesab edilməsini müəyyən etmək kifayətdir.
43. Başqa sözlə, əgər müəssisə riskli vergi ödəyicilər siyahısına daxil edilmişdirsə, bununla bağlı cavabdeh vergi orqanı müvafiq qərar qəbul etməlidir. Məhz qeyd olunan qərarın tarixindən sonra isə həmin vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilir və həmin vergi ödəyicisi ilə hər hansı əməliyyat aparıldığı zaman bununla bağlı həmin vergi ödəyicisinin riskli olmasına dair müvafiq xəbəredici bildirişlər əks olunur.
44. Nəzərə alınmalıdır ki, iddiaçının, əməliyyat apardığı MMC-dən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan, alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil.
45. Həmçinin, əməliyyat apardığı MMC-dən ona təqdim olunan malların müəssisənin idxal zamanı və ya e-qaimə üzrə alışında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatlarının şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas vermir.
46. Vergi orqanı iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu iddia edirsə bu halda həmin əməliyyatların əmtəəsiz əməliyyat olduğunu sübut etmək yenə də vergi orqanının üzərinə düşür.
47. Mübahisələndirilən elektron qaimə fakturaları riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur.
48. Cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də cavabdeh həmin malların iddiaçı tərəfindən digər müəssisələrə təqdim edilmədiyini sübuta yetirə bilməmiş, əksinə Meyarların 2.1.2-ci bəndinə əsasən iddiaçının özünü riskli vergi ödəyicisi qismində tanıyaraq bu barədə qərar qəbul etməmiş, belə olan da həmin əməliyyatları şübhə altına alması da əsassız olmuşdur.
49. Vergi orqanı iddiaçının MMC-dən aldığı malların digər müəssisələrə təqdim edilməsini qəbul etdiyi və buna müvafiq mənfəət hesabladığı halda həmin malların əldə edilməsi ilə bağlı xərcləri qəbul etməməsi aydın deyildir. Bununla yanaşı vergi orqanı iddiaçının əmtəəsiz əməliyyat apardığını sübut edəcəksə belə bu zaman mənfəət vergisinin hesablama qaydası riskli əməliyyat üçün qanunla nəzərdə tutulmuş qaydaya uyğun olmamışdır.
50. Belə ki, vergi orqanı iddiaçının MMC ilə apardığı əməliyyatlar üzrə 296 996,04 manat məbləği xərc olaraq nəzərə almadıqda VM-nin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların VM-nin 14-cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın tələbinə də əməl etməmiş, ümumilikdə xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq gəlirə aid etməklə əlavə mənfəət vergisi hesablanmışdır.
51. Cavabdeh vergi orqanı tərəfindən təqdim edilən apellyasiya şikayətinin dəlilləri aşağıdakı kimi olmuşdur: Vergi orqanında aparılan araşdırmalar zamanı məhz adı yuxarıda qeyd edilən vergi ödəyicisinin iddiaçı ilə apardığı əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, bu səbəbdən də həmin vergi ödəyiciləri riskli vergi ödəyicilər siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Bu barədə məhkəməyə sübutlar təqdim edilməsinə baxmayaraq sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmamışdır.
52. Cavabdeh apellyasiya şikayətində iddiaçı ilə əməliyyatlar apardığı müəssisə məhz iddiaçı ilə əməliyyatlar apardığına görə riskli vergi ödəyicilər siyahısına daxil edildiyini göstərsə də, bunu təsdiq edəcək hər hansı sübuta istinad etməmiş, məhkəməyə təqdim etdiyi hansı sübutların mahiyyətini açıqlamamış, yalnız formal sözlərin qeyd edilməsi kifayətlənmişdir.
53. Əgər cavabdeh qeyd edildiyi kimi olardısa, onda həmin müəssisə məhz iddiaçıya görə riskli vergi ödəyicilər siyahısına daxil edilmişdirlərsə, belə olan halda iddiaçı da məhz həmin vergi ödəyicilər siyahısına daxil edilməli idi. Lakin hətta bu gündə yoxlanılsa, iddiaçı riskli vergi ödəyicilər siyahısına daxil edilməmişdir. Sual yaranır, necə olur ki, riskli əməliyyatların aparılmasında günahkar olan iddiaçı bu günədək riskli vergi ödəyicilər siyahısına daxil edilməmiş, lakin onunla əməliyyatlar aparan müəssisə həmin siyahıya daxil edilmişdir.
54. Digər tərəfdən, adı çəkilən müəssisənin riskli vergi ödəyicilər siyahısına daxil olması barədə qərara baxdıqda görmək olar ki, həmin qərarda məhz iddiaçı ilə əməliyyatlar apardığına görə qeyd edilməmiş, ümumi sözlərlə malların alışında və satışında uyğunsuzluqların olması və digər hallar göstərilmişdir.
55. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı aldığı bütün malları satmış və cavabdeh vergi orqanı da iddiaçının hesabat üzrə bəyan etdiyi satış dövriyyələrini qəbul etmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı iddiaçının mənfəət vergisi bəyannaməsində və ƏDV bəyannaməsində göstərdiyi dövriyyələri mübahisələndirməmiş və həmin məbləğlərə etiraz bildirməmişdir ki, bu da cavabdeh tərəfindən iddiaçının satış dövriyyəsinin qəbul edilməsinə bilavasitə dəlalət edir.
56. Belə olan halda, isə iddiaçının satış dövriyyəsini qəbul etdiyi təqdirdə həmin satılan malların alışı ilə bağlı əməliyyatları hazırda inkar etmək və qəbul etməmək, həmin əməliyyatları əmtəəsiz və riskli kimi qiymətləndirmək heç bir qanuna və məntiqə sığmır və özü-özlüyündə əsassızdır.
57. Qeyd edilənlərdən göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçının müəssisə ilə əməliyyatların əmtəəsiz və riskli olduğunu sübut edə bilməmiş və bunu təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir.
58. Hazırki işdə bir halda ki, cavabdeh iddiaçının yuxarıda adı çəkilən müəssisə ilə apardığı əməliyyatların riskli və əmtəəsiz olmasını iddia edir, bunu konkret sənədlərlə, dəlillərlə sübut etməlidir. Başqa sözlə desək, iddiaçının apardığı əməliyyatların məhz kağız üzərində və heç bir mal almadan, yalnız görünüş və xərc sənədi əldə etmək üçün aparılmasını sübut etmək cavabdehin üzərinə düşür.
59. Əgər cavabdeh iddiaçının iddia ərizəsindəki tələbinin dəlilini dəf edə biləcək bir arqument ortaya qoya bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır, əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. Cavabdeh vergi orqanı qərar qəbul etməzdən əvvəl iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq onun vəzifə borcu idi. Lakin cavabdeh vergi orqanı apellyasiya şikayətində isə həmin vəzifəni məhkəmənin üzərinə atmağa çalışır.
60. Belə ki, cavabdeh vergi orqanı vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş səlahiyyətlərdən istifadə edərək iddiaçının əməliyyat apardığı müəssisədə alqı-satqı əməliyyatı baş verərkən operativ vergi nəzarət tədbiri və yaxud səyyar vergi yoxlaması vasitəsi ilə vergi nəzarət tədbirləri aparıb həmin müəssisə tərəfindən iddiaçıya satdığı malların həqiqətən alındığını və yaxud onda həmin malların mövcud olduğunu müəyyən edə bilərdi. Lakin cavabdeh vergi orqanı əməliyyatların ehtimallar əsasında riskli olmasını iddia etsə də, həmin halı sübut edəcək hər hansı tədbirlər görməmiş və buna dair heç bir təsdiqedici sübutlar əldə etməmişdir.
61. Digər tərəfdən, cavabdeh vergi orqanı iddiaçının əməliyyat apardığı müəssisənin rəsmi olaraq (idxal və ya e-qaimə əsasında) almadığını və yaxud az aldığını iddia etsə də, qeyd edilən dəlillər həmin əməliyyatları şübhə altına ala bilməz. Çünki, iş üzrə materiallardan görünür ki, iddiaçının aldığı malların satılması mübahisəsiz haldır. Həmçinin, mübahisəsiz haldır ki, cavabdeh vergi orqanı bunu inkar etmir və iddiaçının bəyan etdiyi dövriyyəni qəbul etmişdir. Belə olan təqdirdə aydın olur ki, iddiaçı almadığı malları sata bilməzdi. Deməli iddiaçı həmin malları həqiqətən almışdır. Lakin ola bilər ki, müəssisə həmin malları qeyri-rəsmi olaraq (bazarlardan və yaxud digər rəsmi olmayan ticarət obyektlərindən) əldə etmiş və iddiaçıya satmışdır. Lakin bu hal iddiaçı ilə müəssisə arasında olan əməliyyatları şübhə altına ala bilməz ona görə ki, bunu cavabdeh vergi orqanı sübut edə bilməmişdir.
62. Bundan başqa, cavabdeh vergi orqanı iddiaçının əməliyyat apardığı müəssisənin 3-cü şəxslər qismində işə cəlb edilməsinə dair dəlili ilə bağlı bildirir ki, İPM-nin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər.
63. Göründüyü kimi, qanun normasından da görünür ki, əgər məhkəmə qərarı digər şəxslərin qanunla qorunan maraqlarına toxunacaqsa məhkəmə həmin şəxsləri 3-cü şəxs kimi işə cəlb edə bilər. Hazırda iddiaçıya cavabdeh vergi orqanı tərəfindən həmin müəssisə ilə apardığı əməliyyatlara görə vergilər hesablanmışdır. Həmin əməliyyatları təsdiq edən bütün alqı-satqı müqavilələr, e-qaimələr və ödəniş sənədləri mövcuddur. Lakin 3-cü şəxs olan müəssisənin maraqlarına iddiaçıya hesablanmış vergi məbləğləri heç bir formada təsir etmir. Çünki, qeyd edilən vergilərin məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə ləğv edilməsi və yaxud qüvvədə saxlanılması, nəticə etibarı ilə iddiaçı ilə əməliyyat apardığı müəssisənin maliyyə itkilərinin məruz qalmasına səbəb olmur. Eyni zamanda, qeyd edilən müəssisə onsuz da riskli vergi ödəyicilər siyahısına daxil edilmişdir və onun barəsində vergi orqanı müvafiq tədbirlər görmüşdür. Hazırda isə vergilərin hesablanması nəticəsində maliyyət itkilərinə məruz qalan məhz iddiaçıdır.
Tərəflərin iştirakı:
64. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun dəlilərinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, işin faktiki hallarını tam hərtərfli araşdırmamış, bununla da prosessual normaların tələblərini pozmuşdur və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
65. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
66. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
67. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ...13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; (15 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13.2.82-ci maddənin birinci cümlədə “meyarlara” sözü “risk meyarlarına” sözləri ilə əvəz edilmişdir və həmin cümlədən “, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan” sözləri çıxarılmışdır və ikinci cümlə yeni redaksiyada verilmişdir.) Maddə 37. Kameral vergi yoxlaması 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 109. Gəlirdən çıxılmayan xərclər ... 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 109.9-cu maddədən “və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır” sözləri çıxarılmışdır.
68. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: bənd 1.3. riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. bənd 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
69. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
MƏHKƏMƏNİN MÖVQEYİ
70. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
71. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir.
72. Hazırkı işdə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 1 noyabr 2023-cü il tarixli, **********534200 nömrəli və 15 dekabr 2023-cü il tarixli, **********018100 nömrəli qərarların ləğvinə yönəlmişdir.
73. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən (əvvəl "xxxx" MMC olmuş) "xxxx" MMC ilə 2021-ci ilin avqust ayında aparılan qarşılıqlı əməliyyatlar zamanı 6 ədəd elektron qaimə-fakturalar (EBBG 561791, EBBG 259839, EBBG 833618, EBBG 430365, EBBG 615663, EBBG 735666) əsasında cəmi 296996,04 manat məbləğində mallar (metal qırıntısı məhsulu) almışdır.
74. Satan müəssisə barəsində iddiaçı ilə aparılan əməliyyatdan daha əvvəl digər əməliyyatlara görə riskli vergi ödəyicisi olma barədə qərar qəbul edilmişdir. Həmin müəssisə də iddiaçıya mal (iş, xidmət) təqdim etdiyindən, vergi orqanı həmin müəssisə ilə 296996,04 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin iddiaçının vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı halı əmtəəsiz əməliyyat kimi qiymətləndirərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə almamış və iddiaçıya 2021-ci il üzrə 56 323,95 manat mənfəət vergisi hesablamışdır.
75. Eyni zamanda, cavabdeh iddiaçının "xxxx" MMC ilə 2021-cilin avqust ayında 6 ədəd e-qaimələr üzrə əməliyyatları riskli hesab etmiş, onların əvəzləşdirməyə əsas vermədiyini əsas götürərək aparılmış əməliyyatın əvəzləşdirildiyini nəzərə alaraq 2022-ci ilin mart ayı üzrə ƏDV vergisi hesablamışdır.
76. Belə ki, cavabdehin mövqeyinə görə iddiaçı tərəfindən 2021-ci il ərzində "xxxx" MMC-dən malların alınması barədə e-qaimə təqdim edilsə də, həmin qaimə-fakturalarda qeyd olunan malların həmin müəssisənin elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış aktlarına əsasən əldə etdikləri müəyyən edilməmişdir.
77. Vergi orqanı hesab etmişdir ki, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd olunan hal həmçinin iddiaçı barəsində Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur.
78. İddiaçı tərəfindən məhkəməyə "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli 04/2021 nömrəli müqavilə, e-qaimə fakturalar, təhvil-təslim aktları, razılaşdırma aktları və ödəniş tapşırıqları təqdim edilmişdir.
79. Hesablanmış verginin qanuniliyinin qiymətləndirilməsindən öncə məhkəmə kollegiyası riskli vergi ödəyiciləri və onlarla aparılan qarşılıqlı əməliyyatların hüquqi nəticələrinin qanunvericiliyin normaları baxımından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2208/2023 saylı xx.xx.2023-cü il tarixli iş üzrə verdiyi təhlilini zəruri hesab edir.
80. Həmin qərarda qeyd edildiyi kimi, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.
81. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir.
82. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
83. Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir.
84. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur.
85. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. (mübahisələndirilən qərar qəbul edildiyi vaxt qüvvədə olan redaksiyada)
86. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
87. Cavabdehin apellyasiya şikayətindəki dəlillərinə görə birinci instansiya məhkəməsi tərəfindən İPM-nin normalarına düzgün əməl olunmamışdır. Belə ki, məhkəmə qərar qəbul etməzdən əvvəl iddiaçı ilə əməliyyat aparan müəssisənin idxal və mal alışını müəyyən etməli, adları çəkilən qaimələrdə malların mövcud olmadığı müəyyən etməli və adı çəkilən müəssisəni 3-cü şəxs qismində cəlb etməli idi.
88. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələrinin tələblərinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz.
89. Məhkəmə kollegiyası vurğulayır ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına görə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir.
90. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir.
91. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir.
92. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır.
93. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir.
94. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
95. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
96. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
97. Hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir.
98. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
99. İşdən görünür ki, iddiaçı həmin əməliyyatları "xxxx" MMC ilə aparmış, cavabdeh qeyd olunan əməliyyatların riskli vergi ödəyicisi ilə aparılmasına istinad edərək, bu halı əmtəəsiz əməliyyat kimi qiymətləndirmiş və həmin əməliyyatlar üzrə qaimə fakturaları ƏDV əvəzləşdirilməsində nəzərə almamışdır. Həmçinin cavabdeh həmin əməliyyatlar üzrə sənədləri xərc sənədi kimi qəbul etməmiş, nəticədə müvafiq məbləği iddiaçının gəlirinə aid edərək ona mənfəət vergisi hesablamışdır.
100. Məhkəmə kollegiyası Ali Məhkəmənin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli 2-1(102)-1058/2022 nömrəli və 2 avqust 2023-cü il tarixli 2-1(102)-1234/2023 nömrəli qərarlarındakı hüquqi mövqeyindən çıxış edərək qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
101. Lakin iş materiallarından görünür ki, müvafiq əməliyyatlar 11-xx.xx.2021-ci il tarixlərdə aparılsa da, "xxxx" MMC bir ay sonra 24 sentyabr 2021-ci il tarixli **********728900 nömrəli qərarla riskli vergi ödəyici hesab edilmiş və müəssisə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Yəni müvafiq əməliyyatlar qeyd edilən vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunma barədə qərar qəbul edildiyi tarixdən əvvəl tarixə aid olmuşdur.
102. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair mübahisəli elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı “Art Construction LT MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır.
103. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlar üzrə ƏDV məbləğinin əvəzləşdirilməsini aparmış, xərc sənədi kimi nəzərə almış, bu hal vergi qanunvericiliyinə uyğun olmuşdur.
104. Bununla yanaşı həm də qeyd olunmalıdır ki, hətta tərəflər arasında baş tutan əməliyyat “əmtəəsiz” olsa idi belə, cavabdeh vergi orqanı iddiaçı barəsində əlavə mənfəət vergisini 109.9-cu maddəsinin tələblərini pozmaqla hesablamışdır. Belə ki, həmin maddədə təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinin bu Məcəllənin 14-cü, 14-1ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılmalı olması qeyd edilsə də, ümumilikdə 296996,04 manat məbləği xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq gəlirə aid etməklə mənfəət vergisi hesablamış və ƏDV-nin əvəzləşdirilməsi zamanı tam olaraq nəzərə almamışdır.
105. O da qeyd edilməlidir ki, cavabdeh əməliyyatı əmtəəsiz hesab edərək iddiaçının 296996,04 manat həcmində xərcini bəyannamədən silsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır. Belə ki, əgər əməliyyat əmtəəsizdirsə, onda gəlirin də formalaşmadığı nəzərə alınmalıdır.
106. Analoji iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 19 yanvar 2024-cü il tarixli 2-1(102)- 10/2024 nömrəli Qərarındakı hüquqi mövqeyinə görə: “28. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, cavabdeh heç bir nəzarət tədbiri ilə aşkar etmədiyi halda, iddiaçının mal aldığı əməliyyatı əmtəəsiz əməliyyat kimi qiymətləndirmişdir. Cavabdeh tərəfindən bu yanaşmanın əsası kimi mal satan "xxxx" MMC- nin mülkiyyətində həmin malın olmadığına istinad edilmişdir. İddiaçı mal alarkən ona mal satan şəxsin həmin malı hansı qaydada aldığına dair heç bir məlumat almaq imkanına malik deyil. Həmçinin belə məlumatlar satıcının kommersiya sirrini təşkil edir və yalnız könüllü şəkildə təqdim oluna bilər. Nəzərə alınmalıdır ki, cavabdeh vergi orqanı əməliyyatın əmtəəsiz olduğuna istinad etmək üçün, həmin əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməlidir. Yalnız satıcının mülkiyyətində həmin malın olmaması əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli sayıla bilməz. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.
107. Bundan başqa, cavabdeh əməliyyatı əmtəəsiz hesab edərək iddiaçının 18704 manat həcmində xərcini bəyannamədən silsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır və bu da, həmin yanaşma ilə ziddiyyət təşkil edir. Əgər əməliyyat əmtəəsizdirsə, onda gəlirin də formalaşmadığı nəzərə alınmalıdır.
108. Məhkəmələr tərəfindən iddia təmin edilərkən yalnız iddiaçı ilə "xxxx" MMC arasında əməliyyatın sonuncunun riskli vergi ödəyicisi qrupunda olmadığı zaman aparıldığına istinad edilmişdir. Halbuki əməliyyatın əmtəəsiz hesab olunması şəxsin riskli vergi ödəyicisi qrupunda olub-olmamasından asılı deyildir. Belə ki, iddiaçı riskli vergi ödəyicisi qrupunda olan şəxslə də alqı-satqı əməliyyatı apara bilər və bu zaman həmin əməliyyatın da real olması istisna edilə bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə cavabdeh əməliyyatın əmtəəsiz olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
109. Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə görə, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh hazırkı mübahisəyə münasibətdə əməliyyatı əsassız olaraq əmtəəsiz hesab etsə də, bu yanaşmasına uyğun normanı tətbiq etməmiş, gəlirdən çıxılmalı məbləği bazar qiyməti və əlaqəli məlumatlar əsasında müəyyən etməmişdir (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2208/2023 nömrəli qərarı).”
110. Digər tərəfdən cavabdehin dəlilinə görə iddiaçının hazırki mübahisə üzrə əməliyyat apardığı müəssisə məhz iddiaçı ilə aparılan əməliyyatlar nəticəsində riskli vergi ödəyicisi hesab olunmuşdur.
111. Bununla bağlı apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası, cavabdehin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçı ilə əməliyyatlar apardığı müəssisə məhz iddiaçı ilə əməliyyatlar apardığına görə riskli vergi ödəyicilər siyahısına daxil edildiyini göstərsə də, bunu təsdiq edəcək hər hansı sübuta istinad etməmiş, yalnız formal mülahizələrə əsaslanmışdır. Belə ki, həmin müəssisənin riskli vergi ödəyicilər siyahısına daxil olması barədə qərarda məhz iddiaçı ilə əməliyyatlar apardığı qeyd edilməmiş, ümumi sözlərlə malların alışında və satışında uyğunsuzluqların olması və digər hallar göstərilmişdir. Bundan əlavə iddiaçının da riskli vergi ödəyicilər siyahısına daxil edilməsi barədə hər-hansı qərar qəbul edilməmişdir.
112. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfində də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfində də mübahisələndirilmir.
113. İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir.
114. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur.
115. Analoji iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli 2-1(102)-2195/2023 nömrəli qərarındakı hüquqi mövqeyinə görə “31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya təqdim edilmiş elektron qaimə üzrə iddiaçının vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəricilərindən fərqli mal çeşidlərinin göstərilməsi və yaxud iddiaçının əməliyyat apardığı müəssisənin iddiaçıya satdığı malların onun aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması, eləcə də həmin müəssisə tərəfindən təsdiqedici sənədlərlə alınmamış malların satıldığının müəyyən edilməsi səbəbilə əməliyyatın riskli hesab edilməsi iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır.”
116. Apellyasiya şikayətinin digər dəlilində cavabdeh oxşar məhkəmə işi üzrə qəbul edilən Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1212/2023 nömrəli 22 iyun 2023cü il tarixli qərarın hüquqi mövqeyinə əsaslansa da, cavabdehin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin icraatı zamanı işin faktiki halları ilə sübuta yetirilən əsas məhz həmin vergi ödəyicisinin saxta icarə müqaviləsi əsasında təsərrüfat subyektinin vergi orqanında qeydiyyata qoyulması və guya istehsalatla məşğul olduğu görüntüsünün yaratması olmuşdur ki, bu hal da həmin əməliyyatların riskli və əmtəəsiz əməliyyat kimi qiymətləndirilməsinə səbəb olmuşdur. Lakin hazırkı iş üzrə belə bir hallar müəyyən edilməmişdir.
117. Yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hazırki inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 1 noyabr 2023-cü il tarixli **********534200 nömrəli və 15 dekabr 2023-cü il tarixli **********018100 nömrəli qərarlarının ləğv edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir.
118. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
119. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, e-2-1(112)-2583/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov