Məhkəmə qərarları › İş №2-1(103)-2694/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2694/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2694/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə X12 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti və sərəncamda olduğu müddət üçün əmək haqqının hesablanaraq ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4807/2021 saylı iş üzrə qəbul etdiyi 16 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********066200 saylı, 04 fevral 2021-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilmə və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və sərəncamda olduğu 09.01.2018-ci il tarixdən 26.04.2019-cu ilədək və 29.01,2020-ci il tarixdən 29.01.2021-ci il tarixədək olan dövr üçün iddiaçıya ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4807/2021 saylı iş üzrə qəbul etdiyi 16 iyul 2021-ci il tarixli qərardadı ilə iddia tələbi işə bərpa edilmə və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və sərəncamda olduğu 09.01.2018-ci il tarixdən 26.04.2019-cu ilədək və 29.01,2020-ci il tarixdən 29.01.2021-ci il tarixədək olan dövr üçün iddiaçıya ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, həmin qərardadın ləğv edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mümkünsüzlük barədə qərardad qəbul edərkən ona əsaslanmışdır ki, iddiaçı tərəfindən inzibati orqana müraciət edilməmişdir. İddiaçı inzibati orqana müraciət etmiş və imtina cavabı verilmişdir. İddia müddətini ötürməmək üçün və eyni iddiada müraciət edə bilmək üçün müraciət etdikdən dərhal sonra məhkəməyə müraciət etmiş və məhkəmə iclasının gedişində artıq imtina cavabını almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız hesab edərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əlavə edilmiş: İddiaçıya məxsus 12.04.2004-cü il tarixli, ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı Azərbaycan Respublikası Auditorlar Palatasında 12.04.2004-cü ildə auditin' təşkili departamentinə mütəxəssis vəzifəsinə qəbul edilmiş, 06.06.2006-cı ildə tutduğu vəzifədən azad edilmişdir. 05.06.2006-cı ildə Bakı şəhəri Vergilər Departamentinin Bəyannamələr şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə bir il müddətinə stajçı təyin edilmiş, 05.06.2007-ci ildə staj müddəti bitdiyi üçün tutduğu vəzifəyə təyin edilmiş, 10.08.2017-ci ildə Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini vəzifəsinə keçirilmişdir. 10.01.2018-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. 16.04.2018-ci il tarixli əmrlə sərəncamda saxlanılma müddəti 10.04.2018-ci il tarixdən 10.07.2018-ci il tarixədək uzadılmışdır. 17.07.2018-ci il tarixli əmrlə sərəncamda saxlanılma müddəti 10.10.2018-ci il tarixədək uzadılmışdır. 08.10.2018-ci il tarixli əmrlə Vergilər Nazirliyinin sərəncamında saxlanılma müddəti 3 (üç) ay müddətinə uzadılmışdır. 12.12.2018- ci il tarixli əmrlə 21.11.2018-ci il tarixdən Vergilər Nazirliyinin sərəncamından çıxarılmışdır. 26.04.2019-cu ildə Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 Departamentinin səyyar vergi yoxlamaları idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. 07.08.2019-cu ildə Vergilər Nazirliyinin Bakı şəhəri X14 üzrə Baş idarəsinin səyyar vergi yoxlamaları idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. 13.12.2019- cu ildə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. 29.01.2020-ci ildə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. 05.05.2020-ci il tarixli əmrlə 29.04.2020-ci ildən Vergilər Nazirliyinin sərəncamında saxlanılma müddəti 3 (üç) ay müddətinə uzadılmışdır. 30.07.2020-ci il tarixli əmrlə 29.07.2020-ci ildən Dövlət Vergi Xidmətinin sərəncamında saxlanılma müddəti 29.10.2020-ci il tarixədək uzadılmışdır. 04.11,2020-ci il tarixli əmrlə 29.10.2020-ci ildən Dövlət Vergi Xidmətinin sərəncamında saxlanılma müddəti 29.01.2021-ci il tarixədək uzadılmışdır. 04.02.2021-ci il tarixli əmrlə 29.01.2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 31.03.2021-ci il tarixli, **********821000 nömrəli məktubuna əlavə edilmiş 09.01,2018-ci il tarixli **********018500 nömrəli işdən azad edilmə haqqında əmrdən çıxarışda qeyd edilmişdir ki, aparılacaq təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 Departamentinin adları aşağıda qeyd olunan əməkdaşlarının əmək müqavilələrinə 10 yanvar 2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək, tutduqları vəzifədən azad edilsinlər və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsünlər: 7. İddiaçı: vergi xidməti müşaviri - Vergilər Nazirliyinin Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 Departamentinin Vergi ödəyicilərinə xidmət vəzüçot idarəsinin direktorunun müavini ilə bağlanmış əmək müqaviləsinə 10 yanvar 2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilsin və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsün. 19. Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 Departamentinin baş direktoru, baş vergi xidməti müşaviri Səməd Vəliyevə tapşırılsın ki, adları yuxarıda qeyd olunanların bu əmrlə tanış olmasını, qanunvericiliklə müəyyən edilmiş müddətdə onlarla son haqqhesabın və təhvil-təslim işlərinin aparılmasını, eyni zamanda zərurət yarandığı təqdirdə boşalmış vəzifələrlə bağlı səlahiyyətlərin müvəqqəti icrasının digər əməkdaşlara həvalə olunmasını təmin etsin. Əsas: Vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri, baş vergi xidməti müşaviri Elnur Əliyevin 08.01.2018-ci il tarixli **********253000 nömrəli xidməti məruzəsi. İş materiallarına əlavə edilmiş 29.01.2020-ci il tarixli **********098100 nömrəli təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında əmrdən çıxarışda qeyd edilmişdir ki, aparılacaq təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin adları aşağıda qeyd olunan əməkdaşlarının əmək müqavilələrinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduqları vəzifədən azad edilsinlər və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsünlər: 14. İddiaçı: vergi xidməti müşaviri - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi ilə bağlanmış əmək müqaviləsinə 29 yanvar 2020-ci il tarixdən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilsin və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsün. 23. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Elçin Yusubova tapşırılsın ki, adları qeyd olunanların bu əmrlə tanış olmasını, qanunverciliklə müəyyən edilmiş müddətdə onlarla son haqq-hesabın və təhvil-təslim işlərinin aparılmasını təmin etsin. Əsas: Vergilər Nazirliyinin “Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərkib quruluşunda və ştat vahidlərinin bölgüsündə dəyişiklik edilməsi haqqında” 24.01.2020-ci il tarixli **********066100 nömrəli əmri. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər nazirinin 24 iyun 2016-cı il tarixli **********946000 nömrəli əmri ilə təsdiq edilmiş 06.02.2020-ci il tarixli təhvil-təslim aktında göstərilmişdir: biz aşağıda imza edənlər, Baş idarənin rəis müavini, Baş VXM-i X10, Vergi auditi idarəsinin rəisi vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən, Baş VXM-i X11, Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin rəisi, vergi xidməti müşaviri X6, Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsin rəisi, baş VXM-i X7 və Maliyyə, təminat və mühasibat uçotu şöbəsinin rəisi-baş mühasib, VXM-i X3 digər tərəfdən sabiq əməkdaş Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi İddiaçı aktı və əlavəsini imzalamaqla təsdiq edirik ki, Vergilər nazirinin birinci müavininin "28” yanvar 2020-ci il tarixli **********098100 nömrəli əmrinin icrası ilə əlaqədar akta əlavə olunmuş siyahıda qeyd olunan sənədlər inventar, avadanlıq və ofis ləvazimatı bu aktda sabiq əməkdaş qismində qeyd olunan şəxsdən təhvil alınmışdır. Akt və aktın əlavəsi iki nüsxəcə tərtib olundu. Akt və aktın əlavəsinin bir nüsxəsi sabiq əməkdaşa təqdim edildi, digər nüsxəsi təhvil-təslim işlərinin aparıldığı strukturda saxlanıldı. İş materiallarına əlavə edilmiş 06.02.2020-ci il tarixli təhvil-təslim aktına əlavə siyahıdan görünür ki, Məlikli X4 Nazirliyinin Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə barədə 28.01.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə tanış olmuş və bir nüsxəsini almışdır. Həmin təhvil-təslim aktını X5 imzalamışdır. İş materiallarına əlavə edilmiş 04.02.2021-ci il tarixli **********066200 nömrəli sərəncamdan çıxarılma haqqında əmrdən çıxarışda qeyd edilmişdir ki, 12. Vergilər Nazirliyinin **********098100 saylı 29 yanvar 2020-ci il tarixli əmri ilə Vergilər Nazirliyinin sərəncamına götürülmüş İddiaçı 29 yanvar 2021-ci il tarifdə- iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılsın. 19. İnsan resursları baş idarəsinin rəisi vəzifəsini icra edən, baş İdarənin rəis müavini, vergi xidməti müşaviri Elməddin Süleymanova tapşırılsın ki, qanunvericiliklə müəyyən edilmiş müddətdə adları əmrdə qeyd olunanlara əmək kitabçasının təhvil verilməsini və ya təhvil götürülməsi barədə bildirişin göndərilməsini təmin etsin. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanmış 09.02.2021-ci il tarixli, **********250500 nömrəli məktubda göstərilmişdir ki, işlə təmin olunmağınız barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş 06.01.2021-ci il tarixli müraciətinizlə bağlı bildirilir ki, siz 29.01.2020-ci il tarixdə Vergilər nazirinin müvafiq əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci bəndinə uyğun olaraq təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar tutduğunuz vəzifədən azad olunaraq 3 (üç) ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş, 29.01.2021-ci il tarixdən sərəncamdan çıxarılmısınız. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalan”nın 6-cı bəndinin tələblərinə uyğun olaraq sizə məxsus olan əmək kitabçasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsindən götürməyiniz və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməyiniz xahiş edilir. Hazırki mübahisə üzrə üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin “işə bərpa edilmə, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi, sərəncamda olduğu dövrlər üzrə əmək haqqının hesablanaraq ödənilməsi” hissəsinə münasibətdə qərardad qəbul edilərək, iddia tələbi qeyd edilən hissədə mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşaraq, hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasımdan əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir hallarından aydındır ki, iddiaçı Bakı şəhəri Vergilər Departamentinin Bəyannamələr şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə 05.06.2007-ci ildə təyin edilmiş, sonradan müxtəlif vəzifələrə keçirilmiş, birinci dəfə 09.01.2018-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən 10.01.2018-ci il tarixdən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. İddiaçının sərəncamda saxlama müddəti hər dəfə 3 ay müddətinə uzadılmış və 12.12.2018-ci il tarixli əmrlə 21.11.2018-ci ildə sərəncamdan çıxarılmışdır. Daha sonra iddiaçı 26.04.2019-cu ildə yenidən vergi xidmətində işə qəbul edilərək Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 Departamentinin səyyar vergi yoxlamaları idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş, sonuncu dəfə 13.12.2019-cu ildə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. İddiaçı 29.01.2020-ci ildə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. İddiaçının ikinci dəfə sərəncamda saxlanılma müddəti hər dəfə 3 ay olmaqla 29.01.2021-ci il tarixədək uzadılmış və 04.02.2021-ci il tarixli əmrlə 29.01.2021-ci il tarixdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Hazırkı iş üzrə iddiaçının iddia tələbi üzrə hüquqi marağı onun vergi orqanında işə bərpa edilməsidir. İddiaçının işə bərpa edilməsi ilə bağlı hüquqi marağına uyğun olan iddia predmeti onun barəsində qəbul edilmiş 04 fevral 2021-ci il tarixli əmr deyil, 29.01.2020-ci il tarixli **********098100 nömrəli əmri olsa da, iddiaçı cavabdehin 04 fevral 2021-ci il tarixli əmrinin ləğvini mübahisələndirmişdir. Belə ki, iddiaçı sonuncu dəfə 29.01.2020-ci il tarixli **********098100 nömrəli əmrlə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsindən azad olunmuş, eyni zamanda həmin əmrlə sərəncama götürülmüşdür. Göründüyü kimi, işə bərpa edilmə şəxsin tutduğu vəzifəyə və ya ona bərabər olan vəzifəyə bərpa edilməni nəzərdə tutduğundan bu məqsədə çatmaq üçün tələb olunan əsas işçinin işdən azad olunması barədə əmrin ləğv edilməsidir ki, həmin əmr ləğv olunduqda işçi əvvəlki hüquqi vəziyyətinə, yəni tutduğu vəzifəyə qayıda bilər. İddiaçının mübahisələndirdiyi 04 fevral 2021- ci il tarixli əmri isə iddiaçının vergi xidməti orqanlarının sərəncamından çıxarılması barədə əmrdir ki, bu əmrin ləğv edilməsi ilə iddiaçı işə bərpa olunmuş olmur, yalnız əvvəlki hüquqi vəziyyətinə, yəni sərəncamda qalma vəziyyətinə qayıdır. İşçinin sərəncamda saxlanılması isə onun hər hansı vəzifəni tutması, konkret olaraq vəzifə funksiyalarını icra etməyə buraxılması, işçinin işəgötürənlə əmək hüquq münasibətlərinə qayıtması demək deyil. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci mdlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaİdırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Belə olan halda, qeyd edilən əmrin mübahisələndirilməsi iddiaçının işə bərpa edilməsi ilə nəticələnmədiyindən bu barədə hüquqi marağına da cavab vermir. Beləliklə, hazırkı iş üzrə iddiaçının iddia etdiyi işə bərpa barədə tələbi üzrə iddia və həmin tələbdən asılı olan məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi üzrə iddianın mümkünlük şərti ödənilmir. Eyni zamanda kollegiya qeyd edir ki, iddia tələbinin sərəncamda olduğu 09.01.2018-ci il tarixdən 26.04.2019-cu ilədək və 29.01.2020-ci il tarixdən 29.01.2021-ci il tarixədək olan dövr üçün iddiaçıya ödənilməyən əmək haqqının hesablanaraq ödənilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, sözügedən hissədə iddia tələbi müstəqil tələb kimi qiymətləndirilməklə, hüquqi təbiətinə görə öhdəliyin icrası haqqında iddia növünə aiddir və öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə həmin orqana müraciət etməsidir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmadığından iddia həmin hissədə də mümkünsüz sayılmışdır. Apelyasiya şikayətinin dəlili olaraq iddiaçı, cavabdeh orqan tərəfindən ona ünvanlanmış 08.04.2021-ci il tarixli cavab məktubunu şikayətə əlavə etmiş, iddia müddətini ötürməmək və eyni iddiada müraciət edə bilmək üçün inzibati orqana müraciət etdikdən dərhal sonra məhkəməyə müraciət etdiyini və məhkəmə iclasının gedişində artıq imtina cavabını aldığını bildirmişdir. Kollegiya ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iş materialarından görünür ki, iddiaçı apelyasiya şikayətinə əlavə etdiyi imtina məktubunu inzibati məhkəmə icraatının heç bir mərhələsində birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Eyni zamanda, iş materiallarında olan birinci instansiya məhkəməsinin 16.07.2021-ci il tarixli protokolundan görünür ki, iddiaçı hakimin sualına cavab olaraq sərəncamda oduğu dövrdə və məhkəmədə iddia qaldırdığı tarixədək cavabdeh orqana sərəncamda olduğu dövr üzrə əmək haqqının ödənilməsilə bağlı müraciət etmədiyini bildirmişdir. Apelyasiya baxışı zamanı, birinci instansiya məhkəməsində işə baxılması zamanı ona belə bir sualın verilmədiyini bildirsə də, iş materiallarından iddiaçı tərəfindən sözügedən protokolda düzəliş edilməsinə dair hər hansı qeydlərin verilmədiyi müəyyən olunur. Apelyasiya şikayətinin dəlili kimi təqdim edilmiş 08.04.2021-ci il tarixli, **********530000 nömrəli məktuba münasibətdə isə kollegiya qeyd edir ki, məktubdan görünür ki, iddiaçının cavabdeh orqana müraciət tarixi 15.03.2021-ci il tarixdə, yəni Bakı İnzibati Məhkəməsinə iddia ərizəsilə müraciət etdiyi 04.03.2021-ci il tarixdən əvvəl olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. Sadalanan normaların tələblərindən də aydın olduğu kimi, iddiaçının birinci instansiya məhkəməsinə iddia ərizəsilə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana ünvanlanmış ilkin müraciəti olmadığından məhkəmə iddia tələbini “sərəncamda olduğu 09.01.2018-ci il tarixdən 26.04.2019-cu ilədək və 29.01,2020-ci il tarixdən 29.01.2021-ci il tarixədək olan dövr üçün iddiaçıya ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi” hissəsində mümkünsüz saymaqda haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbindən də görünür ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-çi bənd). Yuxarıda sadalananları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün qiymətləndirilmiş, iddia tələbinin “işə bərpa edilmə və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və sərəncamda olduğu 09.01.2018-ci il tarixdən 26.04.2019-cu ilədək və 29.01,2020-ci il tarixdən 29.01.2021-ci il tarixədək olan dövr üçün iddiaçıya ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi” hissəsində mümkünsüzlüyünə dair qanuni və əsaslı nəticəyə gəlinmişdir. İddiaçı apelyasiya şikayətinin dəlili isə əsassız olduğundan şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4807/2021 saylı iş üzrə qəbul etdiyi 16 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Azər Hüseynov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar