Məhkəmə qərarları › İş №2-1(103)-2695/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2695/2022

27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2695/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi Əzizli Fatimə ağalar qızının iştirakı ilə, İddiaçı Xalıqverdı̇ yeva Lalə Musa qızının cavabdeh Azərbaycan Respublı̇ kasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Publı̇ k hüquqı̇ şəxsı̇ n Sosı̇ al Ödənı̇ şlərin Təyı̇ natı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3084/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq, şifahi məhkəmə baxışı qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müraciət edərək,mərhum həyat yoldaşı 1955-ci il təvəllüdlü X1 Yevlax rayonu X2 adıa kolxozda 1972-1974, 1976-1996-cı illərdə işləməsi və əmək haqqı almasını, həmçinin xx.xx.1974-xx.xx.1976-cı il tarixədək keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçməsi müddətinin sosial sığorta stajı kimi müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3084/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı mərhum əri 1955-ci il təvəllüdlü X1 Yevlax rayonu X2 adına Kolxozda işlədiyi 1972-1996-cı illərin, həmçinin xx.xx.1974-xx.xx.1976-cı il tarixədək keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçdiyi illərin sosial sığorta stajına daxil edilməklə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə işə baxılması 27 oktyabr 2022-ci il taixinə təyin edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində vəsatətlə məhkəməyə müraciət edərək işin məhkəmədən kənar həll edildiyini və İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyini qeyd edərək, bu səbəbdən tərəflərindən verilmiş apellyasiya şikayətinin imtina etdiklərini bildirərək, məhkəmə tərəfindən nəzərə alınmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Fatimə Əzizli vəsatətin təmin olunmasını və apllyasiya şikayəti üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin vəsatətini və ona əlavə edilmiş sənədləri iş materialları ilə əlaqəli surətdə araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin vəsatəti təmin edilməli, apellyasiya şikayətindən imtina qəbul edilərək, geri qaytarılmalı və şikayət üzrə icraata xitam verilməlidir. Birincisi, cavabdehin vəsatətinə əlavə olunmuş, xidməti məktubuna və X4 Sistemindən çıxarışa əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən məhkəmədən kənar qaydada iddiaçının tələbi təmin edilmişdir. Hər bir halda, işin qeyd olunan hallarından göründüyü kimi, konkret halda cavabdeh apellyasiya şikayətindən imtina edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 88.1-ci maddəsinin tələbinə görə şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək iddiaçının qanunla müəyyən edilən hüququdur və bu geri götürmətərəflərin qarşılıqlı mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını pozmur Bununla, yanaşı məhkəmə tərəfindən cavabdehə izah edilmişdir ki, İPM-in 88.3-cü maddəsinin tələbinə görə şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermək imkanını istisna edir. Beləliklə də məhkəmə kollegiysı, prosessual qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq yekunda belə nəticəyə gəlir ki, cavabdehin vəsatəti təmin olunmalı, apellyasiya şikayətindən imtinası qəbul edilərək apellyasiya şikayəti geri qaytarılmalı və şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. İPM-in 86.4-cü maddəsinin mənasından görünür ki, şikayətin geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublı̇ kasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Publı̇ k hüquqı̇ şəxsı̇ n Sosı̇ al Ödənı̇ şlərin Təyı̇ natı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının vəsatəti təmin edilsin. Filialın apellyasiya şikayətindən imtinası qəbul edilərək, apellyasiya şikayəti geri qaytarılsın. Apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar