Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2696/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının direktoru X5, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3262/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə **********792100 nömrəli 11 oktyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı MMC-yə 2022-ci il mənfəət vergisi üzrə 21.620,58 manat əlavə vergi hesablanmışdır.
2. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktbundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 28 iyul 2020-ci il tarixli 265 saylı qərara əsasən vergi ödəyicis "xxxx" MMC ilə qarşılıqılı əməliyyat aparan X6, X8, "xxxx" MMC, X9, X7, "xxxx" MMC, X12, "xxxx" MMC, X10, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və X11 xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi siyahısında müəyyən edilmişdir.
3. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, vergi ödəyicisi X11 riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
4. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
5. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
6. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
7. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
8. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vergi ödəyicisi X9 riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
9. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
10. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vergi ödəyicisi X10 riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
11. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
12. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vergi ödəyicisi X7 riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
13. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vergi ödəyicisi X8 riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
14. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vergi ödəyicisi X6 riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
15. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
16. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vergi ödəyicisi X12 riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
17. İddiaçıya ünvanlanmış xəbərdarlığın surətlərindən görünür ki: -X8 xx.xx.2023 tarixli **********104200 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, Sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz ( xx.xx.2022 tarixli EBCD seriyalı 032307 nömrəli, xx.xx.2022 tarixli EBCG seriyalı 023697 nömrəli, xx.xx.2022 tarixli EBCL seriyalı 053391 nömrəli, xx.xx.2022 tarixli EBCG seriyalı 092252 nömrəli, xx.xx.2022 tarixli EBCH seriyalı 109888 nömrəli, xx.xx.2022 tarixli EBCL seriyalı 131449 nömrəli, xx.xx.2022 tarixli EBCM seriyalı 133021 nömrəli, xx.xx.2022 tarixli EBCH seriyalı 140729 nömrəli, xx.xx.2022 tarixli EBCG seriyalı 203972 nömrəli, xx.xx.2022 tarixli EBCM seriyalı 220770 nömrəli, xx.xx.2023 tarixli EBCN seriyalı 227718 nömrəli, xx.xx.2022 tarixli EBCİ seriyalı 253218 nömrəli, xx.xx.2022 tarixli EBCJ seriyalı 354341 nömrəli, xx.xx.2022 tarixli EBCD seriyalı 356141 nömrəli, xx.xx.2023 tarixli EBCM seriyalı 407424 nömrəli, xx.xx.2022 tarixli EBCE seriyalı 427873 nömrəli, xx.xx.2023 tarixli EBCM seriyalı 440806 nömrəli, xx.xx.2022 tarixli EBCE seriyalı 444299 nömrəli, xx.xx.2022 tarixli EBCİ seriyalı 450234 nömrəli, xx.xx.2022 tarixli EBCG seriyalı 500265 nömrəli, xx.xx.2023 tarixli EBCM seriyalı 520272 nömrəli, xx.xx.2022 tarixli EBCD seriyalı 521928 nömrəli, xx.xx.2022 tarixli EBCK seriyalı 592763 nömrəli, xx.xx.2023 tarixli EBCM seriyalı 604692 nömrəli, xx.xx.2022 tarixli EBCİ seriyalı 613173 nömrəli, xx.xx.2022 tarixli EBCK seriyalı 638893 nömrəli, xx.xx.2022 tarixli EBCJ seriyalı 659502 nömrəli, xx.xx.2023 tarixli EBCM seriyalı 673113 nömrəli, xx.xx.2022 tarixli EBCE seriyalı 686223 nömrəli, xx.xx.2022 tarixli EBCG seriyalı 737474 nömrəli, xx.xx.2022 tarixli EBCD seriyalı 755784 nömrəli, xx.xx.2022 tarixli EBCD seriyalı 790631 nömrəli, xx.xx.2022 tarixli EBCJ seriyalı 815544 nömrəli, xx.xx.2022 tarixli EBOH seriyalı 837872 nömrəli, xx.xx.2023 tarixli EBCN seriyalı 842101 nömrəli, xx.xx.2022 tarixli EBCC seriyalı 867509 nömrəli, xx.xx.2022 tarixli EBCL seriyalı 893792 nömrəli, xx.xx.2023 tarixli EBCN seriyalı 956700 nömrəli, xx.xx.2022 tarixli EBCG seriyalı 959162 nömrəli, xx.xx.2022 tarixli EBCC seriyalı 959378 nömrəli, xx.xx.2022 tarixli EBCK seriyalı 007174 nömrəli ) elektron qaimə-faktura (lar) əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan. Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
18. X10 xx.xx.2023 tarixli **********428700 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən. Sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz xx.xx.2022 tarixli EBCE seriyalı 668400 nömrəli) elektron qaimə-fakluıa (laı) əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
19. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023 tarixli **********893200 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən. Sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz ( xx.xx.2022 tarixli EBBS seriyalı 198844 nömrəli) elektron qaiınə-faktuıa (lar) əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
20. X6 xx.xx.2023 tarixli **********487100 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən. Sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz (xx.xx.2021 tarixli EBBO seriyalı 981632 ııömıəli, xx.xx.2022 tarixli EBBV seriyalı 978114 nömrəli, xx.xx.2021 tarixli EBBB seriyalı 951470 nömrəli, xx.xx.2021 tarixli EBBF seriyalı 888343 nömrəli, xx.xx.2021 tarixli EBBC seriyalı 847822 nömrəli, xx.xx.2021 tarixli EBBA seriyalı 006022 nömrəli, xx.xx.2022 tarixli EBCC seriyalı 007938 nömrəli, xx.xx.2021 tarixli EBBL seriyalı 008719 nömrəli, xx.xx.2020 tarixli EBAS seriyalı 028648 nömrəli, xx.xx.2021 tarixli EBBC seriyalı 043578 nömrəli, xx.xx.2022 tarixli EBBX seriyalı 100492 nömrəli, xx.xx.2022 tarixli EBBX seriyalı 189117 nömrəli, xx.xx.2022 tarixli EBBV seriyalı 204054 nömrəli, xx.xx.2022 tarixli EBBP seriyalı 205030 nömrəli, xx.xx.2021 tarixli EBAX seriyalı 209381 nömrəli, xx.xx.2021 tarixli EBAX seriyalı 248111 nömrəli, xx.xx.2022 tarixli EBBW seriyalı 292179 nömrəli, xx.xx.2021 tarixli EBAZ seriyalı 306925 nömrəli, xx.xx.2022 tarixli EBCC seriyalı 310398 nömrəli, xx.xx.2020 tarixli EBAT seriyalı 359224 nömrəli, xx.xx.2022 tarixli EBBZ seriyalı 366665 nömrəli, xx.xx.2021 tarixli EBBA seriyalı 396195 nömrəli, xx.xx.2021 tarixli EBAY seriyalı 426770 nömrəli, xx.xx.2020 tarixli EBAN seriyalı 444448 nömrəli, xx.xx.2022 tarixli EBCA seriyalı 634737 nömrəli, xx.xx.2022 tarixli EBCA seriyalı 635284 nömrəli, xx.xx.2022 tarixli EBBU seriyalı 656247 nömrəli, xx.xx.2021 tarixli EBBJ seriyalı 657699 nömrəli, 20.05.202; tarixli EBBW seriyalı 683096 nömrəli, xx.xx.2021 tarixli EBBL seriyalı 685979 nömrəli, xx.xx.2022 tarixli EBBV seriyalı 771599 nömrəli, xx.xx.2021 tarixli EBBE seriyalı 784851 nömrəli, xx.xx.2022 täıixli EBBP seriyalı 797408 nömrəli, xx.xx.2022 tarixli EBBR seriyalı 831983 nömrəli, xx.xx.2022 tarixli EBBY seriyalı 844627 nömrəli) elektron qaiməfaktura (lar) əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədləı hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
21. İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 11 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
23. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********792100 №-li ,11 oktyabr 2023-ci il tarixli qərarla 2022-ci ilin bəyannamə və hesabat dövrü üçün ümumilikdə 108102.3 manat dəyərində elektron qaimə fakturalarların "xxxx" MMC-nin xərclərindən silinərək 21620.58 manat dəyərində əlavə mənfəət vergisi hesablanmışdır. Əsaslandaırma kimi Vergi Məcəlləsinin 175.11-ci maddəsi (əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir) qeyd edilmişdir. Lakin Vergilər Məcəlləsinin 175-ci maddəsi əvəzləşdirilən ƏDV qaydalarına aid olduğunu, 175.11-ci maddənin 175-ci maddənin məqsədləri üçün tətbiq edilməli olduğunu və 108102.3 manat ümumi məbləğli dövriyyənin ƏDV-siz məbləğ olduğunu, heç bir ƏDV əvəzləşdirilməsinin aparılmadığını nəzərə aldıqda qərarın tam əsassız olduğu üzə çıxır. İddiaçı tərəfindən dəfələrlə “riskli vergi dəyiciləri” barədə məlumatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 İyul 265 nömrəli Qərarının 1.3 maddəsinə əsasən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi https://www.e- taxes.gov.az/ebyn/risk/ müəyyən olunmaması, həmin sahibkarlıq subyektlərinin əməliyyatlar zamanı Dövlət Vergi Xidmətinin rəsmi məlumat bazasında həmin tarixdə riskli vergi ödəyiciləri siyahısında olmamasını göstərir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
24. Cavabdeh iddiaya etirazı onunla əsaslandırılmışdır ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən hesablama metodu tətbiq edilməklə 2022-ci il üçün təqdim edilmiş mənfəətdən vergi bəyannaməsinin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 2 181 986,87 manat məbləğin, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə cəmi) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarındakı (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 2 211 721, 65 manat kiçik olduğuna görə uyğunsuzluq yaranması, mənfəət vergisinin bəyannaməsinin "Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsinin 221.2-ci (Sığorta haqları) sətrındəkı 12 740,27 manat məbləğ, həmin hesabat il üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) üzrə cəmi hesablanmış 11 517,88 manat sığorta haqqlarının məbləğindən 1 222,39 manat artıq olması vergidənyayınma riski kımı qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********696300 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-cı, 67-cı və 83-cu maddələrinə əsasən, 2022-ci il üçün mənfəət vergisi üzrə 6 191,44 manat vergi məbləği hesablanaraq xx.xx.2023cü il tarixli **********486900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. İddiaçı tərəfindən X8, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X10 və X1 elektron qaimə-faktura əsasında 108 102,25 manat dəyərində əldə etdiyini iddia etdiyi müxtəlif çeşidli malların (qısa ştanq, manometr, plastik termos, qızdırıcı yağ radiatoru, diyicəkli yastıq, kuvald, çəkic, şurup və s) uçot baza məlumatlarına əsasən X8, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X10 və X2 əldə etdiyi elektron qaimə-fakturalar, yük gömrük bəyannamələri və elektron alış-aklarlına əsasən müəyyən edilmədiyini, araşdırma zərurəti ilə əlaqədar qarşı tərəfin (X8, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X10 və X6 araşdırmaya dəvət olunmasına, təsdiqedici sənədlərin tələb edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin araşdırmada iştirak etmədiyini, tələb olunan sənədlərin təqdim edilmədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyiciləri tərəfindən təqdim edilmiş həmin elektron qaimə fakturaların riskli əməliyyat olduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarfna uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildiyini, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədi vergidənyayınma sxemi olmasını şərtləndirdiyini, bununla da vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyini, hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin “Hesabat dövrünün gəlirləri” hissəsində göstərilmiş gəlir məbləği ilə ƏDV bəyannamələrində göstərilmiş dövriyyə məbləği arasındakı fərqin, "Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsinin 221.2-ci (Sığorta haqları) sətrindəkı məbləğ ilə həmin hesabat il üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) üzrə cəmi hesablanmış sığorta haqları arasındakı fərqin 06 10 2023-cü il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamələr təqdim edilməklə aradan qaldırıldığını, 2022-cı ıl hesabat dövrləri üzrə təqdim edilmiş ÖMV bəyannamələrində göstərilmiş icarə, faiz, royalti, divident məbləğlərin cəmi ilə Cəmiyyət tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsinin müvafiq sətirlərində göstərilmiş xərc məbləğləri cəmi arasında 15 116,2 manat kənarlaşma yaranmasının 2022-ci ilin 4-cü rübünə aid icarə haqqı məbləğlərinin 2023-cü ilin yanvar ayında ödənilməsi ilə əlaqədar olduğunu, 2023-cü ilin 1-ci rübü üçün təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsində ödənilmiş məbləğ 15 116,28 manat göstərildiyini, bununla da kameral vergi yoxlaması ilə aşkar edilmiş uyğunsuluqların vergi ödəyicisi tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin göstəricilərinə əsasən qismən aradan qaldırıldığını nəzərə alaraq, Cəmiyyətin inzibati şikayəti qismən təmin edilməli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********694200 nömrəli, xx.xx.2023-cü il tarixli **********156200 nömrəli qərarları üzrə ümumilikdə hesablanmış 27 702,48 manat vergi məbləğinin 6 082,03 manat hissəsi ləğv edilmiş, 21 620,45 manat hissəsi isə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
25. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3262/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməsi, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2023-cü il tarixli **********792100 nömrəli qərarı ləğv edilməsi qərara alınmışdır.
26. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq qərarlarına əsasən yuxarıda adıçəkilən hüquqi şəxslər riskli vergi ödəyiciləri hesab olunmuş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdirlər. Göründüyü kimi həmin şəxslərin riskli vergi ödəyiciləri olması təkzib olunmaz bir haldır. Nəzərə alınmalıdır ki, baxmayaraq ki həmin şəxslər hal-hazırda riskli vergi ödəyiciləri hesab olunsalar da, iddiaçı ilə onların arasında müqavilə münasibətləri yarandığı dövrdə həmin şəxslər riskli vergi ödəyiciləri olmamışdırlar.
27. Birinci instansiya məhkəməsi “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” na dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 1.3-cü bəndinə, 1.4-cü bəndinə, Vergi Məcəlləsinin 13.2.82., 37,64-cü maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
28. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3262/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
29. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianı təmin edərkən iddiaçı ilə əməliyyat aparan şəxslər arasında münasibətlər yarandığı və əməliyyatlar aparıldığı zaman adıçəkilən şəxslər riskli vergi ödəyiciləri hesab olunmaması dəlili əsassızdır.Məhkəmə nəzərə almamışdır ki, iddiaçının qarşılıqlı əməliyyat apardığı şəxslər məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyasına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
d) Prosses iştirakçılarının izahatları
31. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Həmçinin, vəsatət təqdim edərək İddiaçı (VÖEN: **********) MMC-nin (VÖEN: **********) və onun qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) rəhbərlərinin və fiziki şəxslər “X8 (VÖEN: **********), X10 (VÖEN **********) və X2 (VÖEN: **********) inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.
32. Məhkəmə Kollegiyasının iclasında iddiaçının direktoru apellyasiya şikayətinin, həmçinin, vəsatətin təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya məhkəməsinin 2-1(103)-2696/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı (VÖEN: **********) MMC-nin direktoru məhkəmə iclasında iştirak etdiyi və iddia tələbinin dəlillərinə uyğun izahatını verdiyi nəzərə alınaraq, həmçinin hazırkı iş üzrə iddia tələbinin təmin yaxud rədd edilməsinin vəsatətdə göstərilən iddiaçının qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) rəhbərlərinin və fiziki şəxslər “X8 (VÖEN: **********), X10 (VÖEN **********) və X2 (VÖEN: **********) marağına toxunduğu müəyyən edilmədiyindən həmin şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatət təmin olunmamışdır.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: - 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
34. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: - 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2-ci mddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. - 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
35. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş “Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”: - 6.8-cı bəndinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində dəqiqləşdirilmiş bəyannamənin və ya hesabatın 10 iş günü müddətində təqdim edilməsi üçün bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatların təqdim edilməsi barədə Bildiriş” göndərir. - 6.9-cu bəndinə əsasən bu Qaydaların 6.8-ci bəndinə müvafiq olaraq göndərilmiş bildirişlə bağlı daxil olmuş dəqiqləşdirilmiş bəyannamə və ya hesabatlar üzrə kameral vergi yoxlaması aparılmır, yalnız dəqiqləşdirilmiş bəyannamədə və ya hesabatda bildirişdə göstərilən əlavə sənəd və ya mənbəyi məlum olan məlumatların nəzərə alınıb alınmaması araşdırılır. Araşdırma zamanı kənarlaşma aşkar olunduqda bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə yeni bildiriş göndərilir. - 6.10-cu bəndinə əsasən vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən bu Qaydaların 6.8-ci və 6.9-cu bəndlərinə müvafiq olaraq göndərilmiş bildiriş üzrə dəqiqləşdirilmiş bəyannamə və hesabat müəyyən edilmiş müddətdə təqdim edilmədikdə bu barədə məlumatlar səyyar vergi yoxlanılmasının və ya operativ vergi nəzarətinin keçirilməsi məsələsinə baxılması üçün vergi orqanının aidiyyəti strukturuna göndərilir.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
38. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
40. İddianın mahiyyəti və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarına əsasən aşağıdakıları qeyd edir:
41. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır.
42. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.
43. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini arzulayır. Mübahisələndirilən qərara nəzər yetirdikdə görünür ki, həmin qərar cavabdeh tərəfindən kameral vergi yoxlamasının aparılması nəticəsində qəbul edilmiş, qərarın qəbul edilməsinə əsas olan hallar isə iddiaçının yuxarıda adıçəkilən vergi ödəyiciləri ilə apardığı əməliyyatlar nəticəsində əldə etdiyi mallara dair elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarının müəyyən edilməməsi, yəni həmin malların alınmasını təsdiq edən sənədlər olmadan satılması ilə bağlı olmuşdur.
44. Göründüyü kimi cavabdeh inzibati orqan yaranmış vergi məbləğinin iddiaçının riskli vergi ödəyicilər ilə aparılmış əməliyyatlardan meydana gəldiyini bildirmişdir. İddiaçı isə inzibati orqan ilə razılaşmayaraq bildirir ki, iddiaçı ilə həmin şəxslər arasında münasibətlər yarandığı və əməliyyatlar aparıldığı zaman adıçəkilən şəxslər riskli vergi ödəyiciləri hesab olunmamışdır.
45. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirilən inzibati aktların əsassız olubolmaması istiqamətində qiymətləndirmənin aparılması üçün ilkin olaraq riskli vergi ödəyicisi, riskli vergi ödəyicisinin əməliyyatları termininə nəzər yetirilməli, iddiaçı ilə həmin şəxslər arasında yaranan münasibətlərin hansı tarixə dayandığı, həmin tarixdə adıçəkilən şəxslərin riskli vergi ödəyicisi olub-olmaması istiqamətində araşdırma aparılmalıdır ki, bu hissədə dəyərləndirmənin aparılması Bu Qərarın 33-35-ci bəndlərində istinad olunan qanunvericiliyin müddəaları ilə həyata keçirilməlidir.
46. Məhkəmə diqqətə çatdırır ki, riskli vergi ödəyicisi - AR Nazirlər Kabinetinin təsdiq etdiyi Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar AR İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərində riskli vergi ödəyicisini, vergi ödəyicisinin apardığı hansı əməliyyatların riskli əməliyyat hesab olunmasını anlayışları təsvir olunmuşdur.
47. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq qərarlarına əsasən yuxarıda adıçəkilən hüquqi şəxslər riskli vergi ödəyiciləri hesab olunmuş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdirlər. Göründüyü kimi həmin şəxslərin riskli vergi ödəyiciləri olması təkzib olunmaz bir haldır. Nəzərə alınmalıdır ki, baxmayaraq ki həmin şəxslər hal-hazırda riskli vergi ödəyiciləri hesab olunsalar da, iddiaçı ilə onların arasında müqavilə münasibətləri yarandığı dövrdə həmin şəxslər riskli vergi ödəyiciləri olmamışdırlar.
48. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının adıçəkilən hüquqi şəxslər ilə müqavilə münasibətləri yarandığı dövrdə onlar riskli vergi ödəyiciləri hesab olunmamış, ümumiyyətlə iddiaçı tərəfindən həmin şəxslərin riskli əməliyyatlar apardığı və gələcəkdə riskli vergi ödəyiciləri olmasının ehtimal edilməsi mümkün olmamışdır.
49. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta alqı-satqı müqavilələri qüvvədə olduğu zaman həmin şəxslər riskli vergi ödəyiciləri olsaydılar belə, bu hal hər bir halda iddiaçının ziyanına şərh edilə bilməzdir. Belə ki, iddiaçı həmin şəxslər ilə müqavilə bağlayarkən müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə görə cavabdehlik daşımış, bu müqavilə üzrə öhdəliklərini icra etməməsi səbəbindən digər tərəfə vurduğu zərərə görə qanunvericiliyə əsasən tam məsuliyyət daşımışdır.
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə nəzər yetirdikdə görünür ki, həmin maddənin normasına görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
51. Bundan başqa Məhkəmə xüsusi ilə onu da qeyd etməyi zəruri hesab edir ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına (hazırki işdə iddiaçıya) münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir.
52. Analoji mövqe həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında da qeyd edilmişdir. Belə ki, kassasiya instansiya məhkəməsi oxşar mövqeydən çıxış edərək vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapmasının zəruri olduğunu, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas vermədiyini xüsusilə vurğulamışdır.(Ali Məhkəmənin 2-1(102)-2208/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı)
53. Beləliklə məhkəmə Kollegiyası hesab edir ki, hər bir halda cavabdeh inzibati orqan yuxarıda adıçəkilən hüquqi şəxslərin riskli vergi ödəyiciləri olmasını əsas götürərək, mübahisələndirilən inzibati aktı qəbul etməkdə haqlı olmamışdır.
54. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
55. Məhkəmə Kollegiyası hesab edir ki, aparılan icraat zamanı cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini də sübut edə bilməmişdir.
56. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə Kollegiyası hesab edir ki, müvafiq əməliyyatlar aparıldıqdan sonra tərəflərdən birinin riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələrək həmin dövr üzrə yoxlamanın təkrar həyata keçirilməsi və inzibati aktın qəbul edilməsi əsasları vergi qanunvericiliyində nəzərdə tutulmadığından birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan inzibati akt ləğv edilməlidir.
57. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir.
58. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
59. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
60. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir.
61. Eyni zamanda iddiaçının, əməliyyat apardığı şəxslərdən aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil.
62. Həmçinin, apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçının qarşılıqlı əməliyyat apardığı şəxslər məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyasına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir.
63. Məhkəmə Kollegiyası cavabdehin dəlillərini ziddiyyətli hesab edir ona görə ki, cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də iddiaçının riskli vergi ödəyicisi olması barədə qərar qəbul etməmişdir.
64. Eyni zamanda məhkəmə Kollegiyası qeyd edir ki, vergi qanunvericiliyi hətta əməliyyatın əmtəəsiz olduğu halda belə gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh hazırkı mübahisəyə münasibətdə əməliyyatı əsassız olaraq əmtəəsiz hesab etsə də, bu yanaşmasına uyğun normanı tətbiq etməmişdir.
65. Qeyd olunmalıdır ki, eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında da əks olunur.
66. Belə ki, Ali Məhkəmənin 2-1(102)-1203/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “....55. Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə görə, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh hazırkı mübahisəyə münasibətdə əməliyyatı əsassız olaraq əmtəəsiz hesab etsə də, bu yanaşmasına uyğun normanı tətbiq etməmiş, gəlirdən çıxılmalı məbləği bazar qiyməti və əlaqəli məlumatlar əsasında müəyyən etməmişdir.(bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2208/2023 nömrəli qərarı)...”
67. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
68. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3262/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3262/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.