Məhkəmə qərarları › İş №2-1(103)-2697/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2697/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2697/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının hesablanması tələbinə dair inzibati iş üzrə məhkəmə qərarının icrası ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1579/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun və qeyrilərinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, **********452400 nömrəli əmrinin ona münasibətdə hissəsinin ləğv edilməsi, onun əmək müqaviləsinə xitam verilənədək işlədiyi Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinə dövlət vergi müfəttişi vəzifəsinə bərpa olunması və iş buraxmaya görə əmək haqqının hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1579/2021 №-li qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin **********452400 №-li, xx.xx.2020-ci il tarixli intizam tənbehi tədbirinin görülməsi barədə əmri İddiaçı aid hissədə ləğv edilmiş, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin dövlət vergi müfəttişi vəzifəsinə bərpa olunması və xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu tarixədək olan müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-2016/2021 №-li qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1579/2021 №-li qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-2161/2021 №-li qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2016/2021 №-li qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1579/2021 №-li qərarı icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş, həmçinin qərarın icraya yönəldilməsi barədə iddiaçıya məlumat verilmişdir. Qeyd olunan məktubda cavabdeh inzibati orqana məhkəmə qərarının icrasının 1 ay müddətinə təmin edilərək nəticəsi barədə məhkəməyə məlumat verilməsi, həmçinin məhkəmə qərarının icrası qeyd olunan müddət ərzində təmin olmadığı halda barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində nəzərə tutulmuş qaydada cərimə tətbiq olunacağı barədə xəbərdar olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-1579/2021 saylı inzibati iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli xx.xx.2021 -ci il tarixində qanuni qüvvəyə minmiş qərarın cavabdeh Dövlət Vergi Xidməti tərəfindən icrasının təmin edilməsi üçün lazım olan tədbirlərin həyata keçirilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məktubda qeyd edilmiş müddətdən 2 ay keçməsinə baxmayaraq qərarın hələ də icra edilməmiş qaldığını, odur ki cavabdehin Azərbaycan Respublikası İPM-nin 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimə olunmasını və məcburi icra təsbirlərinin görülməsi üçün icra vərəqəsinin müvafiq icra şöbəsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli, **********083100 №-li məktubda İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi təmin edilməklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********378100 nömrəli əmri ilə Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Məlumatlandırma idarəsinin Ünvanlı xidmət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edildiyi bildirilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1579/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmədən şikayətin təmin edilməsini və boirinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərn izahatlarını dinləyərək, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3966/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********378100 nömrəli əmrinin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, 3cü dərəcəli müfəttiş İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Məlumatlandırma İdarəsinin Ünvanlı xidmət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilməsinə, İddiaçı əmək haqqının ştat cədvəlinə əsasən müəyyən edilməsi, Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsinə xx.xx.2020-ci il tarixdən bu əmr imzalandığı tarixədək olan müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq İddiaçı ödənilməsinin təmin edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, İN-X/O-5428/2022 №-li məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2022-ci il üçün dövlət büdcəsində saxlanılması xərcləri smetasında müvafiq xərc maddələri ilə dürüstləşmələrin aparılmasına zərurət yarandığı, qeyd olunanların nəzərə alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2022-ci il üçün dövlət büdcəsində saxlanılması xərcləri smetasında əlavədə qeyd olunan dəyişikliklərin aparılması məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıaraq hesab edir ki, məhkəmə qərarı vaxtında və tam icra olunmadığına görə cavabdeh inzibati orqan barəsində cərimə tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. - 120.1-ci maddəsinə əsasən Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. - 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. - 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 83.3-cü maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktın məcburi qaydada icrası aşağıdakı məcburi icra tədbirləri vasitəsilə təmin oluna bilər: 83.3.1. inzibati aktla nəzərdə tutulmuş hərəkətin borclunun (maraqlı şəxsin) hesabına başqa şəxs və ya inzibati orqan tərəfindən icra edilməsi; 83.3.2. cərimə; 83.3.3. bilavasitə məcburetmə. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarının: - 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. - 27-ci bəndinə əsasən İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır.Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119- cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. Göründüyü kimi Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 1579/2021 №-li qərarı xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2022-ci il tarixdə icraya yönəldilmiş və cavabdeh inzibati orqana məhkəmə qərarının icrası ilə bağlı 1 ay müddət təyin edilmişdir. Qeyd olunan 1 ay müddətində məhkəmə qərarı icra edilməmiş, məhkəmənin təkrar müraciətindən sonra cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********378100 nömrəli əmrə əsasən İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Məlumatlandırma İdarəsinin Ünvanlı xidmət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş, lakin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqı iddiaçıya ödənilməmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası təmin edilməmişdir. Mövcud qanunvericilik normaları isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını məcburi sayır və inzibati mübahisələrlə bağlı belə qərarlarının icra olunmamasını 50000 manatadək cərimə ilə sanksiyalaşdırır. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh inzibati orqan tərəfindən əsaslı səbəb olmadan icra edilmədiyinə görə sonuncunun 500 manat məbləğində cərimə olunmasına dair qərara gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1579/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar