Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2697/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3786/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdeh orqanın əlilliyin təyin edilməsi ilə bağlı imtina qərarın ləğv edilməsi və İddiaçı xx.xx.2020-ci il tarixində təyin edilmiş müddətsiz İİ qrup dərəcəli əlilliyin xx.xx.2024-cü il tarixindən bərpa edilməsi öhdəliyini cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar “üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi şəxsiyyət pozuntusu; davranış depresiv pozğunluğu, davranış və emosional pozuntularla” diaqnozu ilə 0226003AAGZB forma 88 əsasən xx.xx.2020-ci il tarixində müddətsiz və əmək qabiliyyətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Qeyd edilir ki oğlunun səhətində ağırlaşmalar baş verdiyinə görə o 2 nömrəli X4nda stasionar müalicə olunur və ağırlaşmalarına əsasən forma 88 tərtib edilərək cavabdeh orqana AR Əmək və X6 Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sossial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət olundu ki, oğluna 1-ci dərəcəli əlillik təyin edilsin, lakin cavabdeh orqan 1-ci qrup əlilliyin təyin edilməsinə imtina verərək eyni zamanda oğluna müddətsiz təyin olunmuş İİ-ci qrup əlilliyi ilə bağlı ödənişləri dayandırmışdır. Qeyd edilir ki, İİ qrupun ödənişlərin dayandırılması ilə bağlı cavabdeh orqana dəfələrlə müraciət olunsada cavabdeh orqan müraciətlərinə cavab verməmişdir, yalnız AR Əmək və X6 Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilməsi barədə sənəd vermişdilər və qeyd olunan sənəddə bildirilmişdir ki, imtina edilmə səbəbi diaqnozun öz təsdiqini tapmamsı barədə qərar verilmişdir. Bildirmək istəyir ki, qeyd olunan qərar cavabdeh orqan tərəfindən ona təqdim edilməmişdir. İlkin olaraq qeyd edir ki, oğluna artıq xx.xx.2020-ci il tarixində müddətsiz və əmək qabiliyyətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir və oğlunun sağlamlıq vəziyyətinə və təyin olunan tarixdə qüvvədə olan qanunlara uyğun olaraq əgər əlillik müddətsiz təyin olunursa hansı qanuna əsasən oğluna təyin edilmiş əlillik vəziyyəti yenidən yoxlanılır və kəsilir. İkincisi cavabdeh orqana müraciəti onunla bağlı idi ki, oğluma İİ yox, bu gün ki gündə sağlamlıq vəziyyətinə uyğun olaraq İ dərəcəli əlillik təyin edilsin, lakin İ dərəcəli əlilliyin təyin edilməsində imtina edilməsi ilə yanaşı oğluna müddətsiz olaraq təyin edilmiş İİ qrup əlilliyidə ləğv edilmişdir.AR Konstitusiyasının 149-cu maddəsinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Oğlunun vəziyyəti o qədər ağırdı ki, o özünü faktiki olaraq idarə edə bilmir. Oğluna təyin olunmuş əlillik ödənişlərinə ona dərmanlar alınırdı və pamperslər alınırdı. Oğlunun sağlamlıq vəziyyəti o qədər ağıdırdı ki, ona baxılması üçün diğər oğlu işdən çıxaraq daima evdə onunla olur. Oğlunun sağlamlıq vəziyyətini sübut edən Respublika Psixiatriya Xəstaxanasının epikrizlərini və xəstəlik haqqında şəhadətnaməni iddia ərizəsinə əlavə edir. Qeyd edir ki, İİ-ci dərəcəli qrup üzrə oğluna pensiya ödənişləri 2024-cü ilin avqustu daxil olmaqla həyata keçirilmişdir və yalnız 2024-cü ilin sentyabr ayından ödənişlər kəsilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
3. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir.
4. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya xx.xx.2024-cü il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirmək ilə əlaqədar əlillik dərəcəsinin təyin olunması” kimi dəyişdirilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3786/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2024-cü il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyin təyin edilməsi (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin müəyyən edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
6. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” barədə iddia tələbinə dair mübahisə ilə bağlı bildirilir ki, İddiaçı xx.xx.2020-ci il tarixli göndəriş əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə olunmuş, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi şəxsiyyət pozuntusu; davranışın depressiv pozğunluğu, davranış və emosional pozuntularla” diaqnozu ilə Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əlillik dərəcəsinin gücləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 21438 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, davranış və emosiyaların pozulması ilə sol saidin zədələnməsi (xx.xx.2019) nəticəsində radial və median sinirlərin sümükarası şaxələrinin kompression işemik neyropatiyasının qalıq əlamətləri, funksiyanın cüzi dərəcədə pozulması; sol said sümüklərinin diafizinin orta 1/3- nin qapalı, yerdəyişmiş sınıqlarına görə aparılmış açıq üsulla repozisiya metal lövhə və vintlərlə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2019) sonrakı kafi bitişmiş sınığı, çıxarılmamış metal konstruksiya (metal lovhə və vintlər). sağ qaşüstü nahiyənin çapılmış cırılmış yarasından (xx.xx.2014) sonrakı bərkimiş dəri çapığı” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmiş və “Mülayim dərəcədə ifadə olunmuş uzun müddətli təkrarlanan dissosiativ konverion pozuntu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əlil arabasında, atasının (Əhədov Əli) köməyi ilə daxil olmuş, özündə olmadığını bildirmiş, titrəyərək, gözlərini açmadan, ünsiyyətə daxil olmamış, gəyirmiş, ögümüşdür. Atası oğlunun dərman təsiri altında olduğunu qeyd etmiş, vətəndaş komissiya otağını tərk edən zaman əlil arabasından sürüşərək yıxılmışdır. Müayinə zamanı sol saidin ön və arxa səthlərində ölçüsü təqribən 15 sm olan boylama istiqamətdə 2 (iki) ədəd köhnə çapıq toxuması qeyd olunmuşdur. Psixi statusunda vətəndaş otağa atasının müşayiəti ilə əlil arabasında pampersdə gətirilmiş, gözünü yummamış, ətrafa reaksiya verməmiş, yuxuda imiş kimi görünməyə çalışmış, lakin dayanmadan ayaqlarını əsdirmiş, oyaq olduğu anlaşılmışdır. Saçı, saqqalı xüsusi qulluqlu, səliqəli olması izlənilmiş, nümayiş etdirdiyi klinika təqdim olunan epikrizlədəki psixi statusla tam ziddiyyət təşkil etmişdir. Üzvi mənşəli etiologiya həm instrumental müayinə, həm də travma haqqında arayışla təsdiqlənməmişdir. 2019, 2020-ci il sənədlərində anidən travma alması ilə bağlı qeydlər ortaya çıxmış, sənədləşmələr və hazırkı sərgilədiyi klinika simulyasiya kimi qiymətləndirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 4481 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, uzun müddətli dekompensasiya halları və çoxsaylı özünü kəsmələrlə” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10517137 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd olunmuşdur. 2 saylı X2 xx.xx.2023xx.xx.2023-cü il tarixli 10157/23 nömrəli Çıxarışında “Üzvi şəxsiyyət dəyişikliyi, kobud psixopatobənzər davranış pozuntuları tez-tez təkrarlanan dekompensasiya halları və özünü çox saylı kəsmələrlə depressiv daxil olmalarla” kimi qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Ekspert rəyində iddiaçıda əlillik üçün əsasax XBT kodlarının ağırlaşması olmadığı halda məhkəmə iddianı təmin etmişdir Tərəflərin izahatları:
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan iddiaçı tərəf məhkəmə iclasına gəlmiş, lakin səhəti ilə bağlı sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan verməmiş, iddiaçının nümayəndəsi də onu nəzarətsiz buraxa bilmədiyindən onun da məhkəmə iclasında iştirakı mümkün olmamışdır.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
İŞİN HALLARİ:
11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.
12. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 21438 nömrəli xx.xx.2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, davranış və emosiyaların pozulması ilə; mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli, təkrarlanan dissosıatıv-konvresıon pozuntu; sol saidin zədələnməsi (xx.xx.2019) nəticəsində radial və median sinirlərin sümükarası şaxələrinin kompression işemik neyropatiyasının qalıq əlamətləri, funksiyanın cüzi dərəcədə pozulması; sol said sümüklərinin diafizinin orta 1/3-nin qapalı, yerdəyişmiş sınıqlarına gorə aparılmış açıq üsulla repozisiya, metal lövhə və vintlərlə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2019) sonrakı kafi bitişmiş sınığı, çıxarılmamış metal konstruksiya (metal lövhə və vintlər); sol qaşüstü nahiyənin çapılmış, cırılmış yarasından (xx.xx.2014) sonrakı bərkimiş dəri çapığı diaqnozu qoyulmuşdur. Hərbi tramvadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ konversion pozuntu diaqnozu qoyulmuşdur. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.
13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 3-17-4/3- 3-6528/2024 saylı 13 sentyabr 2024-cü il tarixli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1989-cu İİ təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) xx.xx.2020-ci il tarixli göndəriş əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə olunmuş, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi şəxsiyyət pozuntusu; davranışın depressiv pozğunluğu, davranış və emosional pozuntularla" diaqnozu ilə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. (ESDAS **********2) Əlillik dərəcəsinin gücləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 21438 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, davranış və emosiyaların pozulması ilə. Sol saidin zədələnməsi (xx.xx.2019) nəticəsində radial və median sinirlərin sümükarası şaxələrinin kompression işemik neyropatiyasının qalıq əlamətləri, funksiyanın cüzi dərəcədə pozulması; sol said sümüklərinin diafizinin orta 1/3-nin qapalı, yerdəyişmiş sınıqlarına görə apanlmıs acıq üsulla repozisiya metal lövhə və vintlərlə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2019) sonrakı kafi bitişmiş sınığı, çıxarılmamış metal konstruksiya (metallövhə və vintlər). Sağ qaşüstü nahiyənin çapılmış cırılmış yarasından (xx.xx.2014) sonrakı bərkimiş dəri çapığı” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi müəyyənləşdirilmiş və "Mülayim dərəcədə ifadə olunmuş uzun müddətli təkrarlanan dissosiativ konverion pozuntu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır* kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əlil arabasında, atasının (Əhədov Əli) köməyi ilə daxil olmuş, özündə olmadığını bildirmiş, titrəyərək, gözlərini açmadan, ünsiyyətə daxil olmamış, gəyirmiş, ögümüşdür. Atası oğlunun dərman təsiri altında olduğunu qeyd etmiş, vətəndaş komissiya otağını tərk edən zaman əlil arabasından sürüşərək yıxılmışdır. Müayinə zamanı sol saidin ön və arxa səthlərində ölçüsü təqribən 15 sm olan boylama istiqamətdə 2 (iki) ədəd köhnə çapıq toxuması qeyd olunmuşdur. Psixi statusunda vətəndaş otağa atasının müşayiəti ilə əlil arabasında pampersde gətirilmiş, gözünü yummamış, ətrafa reaksiya verməmiş, yuxuda imiş kimi görünmeya çalışmış, lakin dayanmadan ayaqlarını əsdirmiş, oyaq olduğu anlaşılmışdır. Saçı, saqqalı xüsusi qulluqlu, səliqəli olması izlənilmiş, nümayiş etdirdiyi klinika təqdim olunan epikrizlədəki psixi statusla tam ziddiyyət təşkil etmişdir. Üzvi mənşəli etiologiya həm instrumental müayinə, həm də travma haqqında arayışla təsdiqlənməmişdir. 2019, 2020-ci il sənədlərində anidən travma alması ilə bağlı qeydlər ortaya çıxmış, sənədləşmələr və hazırkı sərgilədiyi klinika simulyasiya İtimi qiymətləndirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 4481 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, uzun müddətli dekompensasiya hallan və çoxsaylı özünü kəsmələrlə” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10517137 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğıf kimi qeyd olunmuşdur. 2 saylı X2 xx.xx.2023xx.xx.2023-cü il tarixli 10157/23 nömrəli Çıxarışında “Üzvi şəxsiyyət dəyişikliyi, kobud psixopatobənzər davranış pozuntuları teztez təkrarlanan dekompensasiya hallan və özünü cox savlı kəsmələrlə depressiv daxil olmalarla” kimi qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci İİ tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.
14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixdə 3-17-4/2-32466/2024 saylı məktubundan görünür ki, Bakı şəhər sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2024-cü il tarixli, 2-1(112)-14982/2024 nömrəli sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra – Agentlik) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırılır ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildirilir ki, İddiaçı Astara Rayon Mərkəzi Xəstəxanasının 0226003AAGZB nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2021-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2020-ci il tarixindən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbilə müddətsiz ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaşa dair əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə 2 nömrəli X4 tərəfindən xx.xx.2024-cü il tarixli, Q00177576MJT nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa SMS vasitəsilə məlumat göndərilmişdir.
15. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə müayinə edilərək “V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...” diaqnozu ilə qiymətləndirilmiş və “göndərişin natamam doldurulması – səbəb: pulsuz dərman alan ruhi əsəb xəstəsi kimi Səhiyyə Nazirliyinin reyestrində məlumat tapılması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
16. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə müayinə edilərək “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu , üzvi şəxsiyyət pozuntusu; ağırlaşma F92.0 Davranışın depressiv pozğunluğu, davranış və emosional pozuntularla; yanaşı xəstəliklər Y83.1 süni daxili qurğunun implantasiyası ilə cərrahi əməliyyat, süni qurğunun implantasiyası ilə osteosintez, metal lövhələr və vintlərlə sol sirkə dirsək sümüklərin osteosintezindən sonrakı vəziyyət metal lövhələr və vintlərin mövcudluğu ilə; yanaşı xəstəliklər S52.4 dirsək və mil sümükləri diafizlərinin müştərək sınıqları, sol said və mil sümüklərinin müştərək sınıqları; osteosintez əməliyyatından sonrakı vəziyyət funksiyanın pozulması ilə.” diaqnozu ilə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması - Səbəb: Psixi qüsurun kliniki-anamnestik məlumatları ətraflı qeyd olunmayıb.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
17. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə müayinə edilərək “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi şəxsiyyət pozuntusu; davranışın depressiv pozğunluğu, davranış və emosional pozuntularla.” diaqnozu ilə qiymətləndirilmiş və “2.2 İkinci dərəcə əlillik = > 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9)” meyarı ilə ona ilkin müddətsiz hərbi xidmət vəzifələrini yerinə yetirmək ilə əlaqədar əlillik təyin edilmişdir.
18. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə müayinə edilərək “Baş-beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları; üzvi şəxsiyyət dəyişikliyi, kobud psixopatobənzər davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiya halları və özünü çoxsaylı kəsmələrlə, depressiv daxilolmalarla əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu.” diaqnozu ilə qiymətləndirilmiş və “Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: “Diaqnoz təsdiqini tapmaması” barədə qərar verilir.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
19. Bakı 2 nömrəli X4 tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si Q00177576MJT, göndəriş tarixi xx.xx.2024-cü il) göndərişi verən müəssisədə xx.xx.2021-ci il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi xx.xx.2014-cü il tarixdən (xroniki; ağır) müəyyən edilmişdir.
20. Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu; üzvi şəxsiyyət dəyişikliyi, kobud psixopatobənzər davranış pozuntuları tez-tez təkrarlanan dekompensasiya halları və özünü çox saylı kəsmələrlə depressiv daxil olmalarla
21. Ağırlaşma: F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları.
22. Ağırlaşma: F06.3 Üzvi mənşəli (affektiv) pozuntusu, əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu.
23. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2025-ci il tarixli 967 nömrəli məktubu ilə təqdim edilmiş 2-1(112)- 14982/2024 saylı inzibati iş üzrə keçən İddiaçı haqqında olan xx.xx.2025-ci il tarixli 320 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, intellektin enməsi ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travməsı alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3Sosial Ekspert Komissiyasında “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi şəxsiyyət pozuntusu; davranışın depressiv pozğunluğu, davranış və emosional pozuntularla' diaqnozu ilə ikinci dərəcə əlil təyin edilməsi və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İnzibati işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 24.410.1989-cu il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur? Cavab: İddiaçı hal-hazırda üzvi şəxsiyyət pozuntusu, özünü kəsmələrlə, intellektin enməsi ilə F07.0 aşkar olunur. 2-ci sual: İddiaçı üzvi mənşəli şəxsiyyət pozuntusu; üzvi şəxsiyyət dəyişikliyi, kobud psixopatobənzər davranış pozuntuları tez-tez təkrarlanan dekompensasiya halları və özünü çox saylı kəsmələrlə depressiv daxil olmalarla aşkar olunur? Cavab: İddiaçı Üzvi mənşəli şəxsiyyət pozuntusu; üzvi şəxsiyyət dəyişikliyi, kobud psixopatobənzər davranış pozuntuları tez-tez təkrarlanan dekompensasiya halları və özünü çox saylı kəsmələrlə depressiv daxil olmalarla aşkar olunur 3-cü sual: İddiaçı baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları aşkar olunur? Cavab: İddiaçı hal-hazırda Üzvi şəxsiyyət pozuntusu, özünü kəsmələrlə, intellektin enməsi ilə F07.0 müəyyən edilir. 4-cü sual: İddiaçı üzvi mənşəli (affektiv) pozuntusu, əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu aşkar olunur? Cavab: İddiaçı hal-hazırda Üzvi şəxsiyyət pozuntusu özünü kəsmələrlə, intellektin enməsi ilə F07.0 müəyyən edilir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:
2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.3. Qulaqcıq-mədəcik (atrioventrikulyar) blokadası və His dəstəyin sol ayaqçının blokadası İ44 Ürək çatışmazlığı İ50 Kardiomiopatiya İ42 Paroksizmal taxikardiya İ47 Qulaqcıqların (Atrial) fibrilyasiyası və titrəməsi İ48 Ürək ritminin digər pozuntuları İ49 Başqa rubrikalarda (başlıqların altında) təsnif olunmamış qan dövranı sisteminin pozulmaları İ97 Ürək və damar implantlarının və qreftlərin (transplantlarının) olması Z95 Döş qəfəsi orqanlarının travmasının nəticələri T91.4 Süni ürək ritmi aparıcısının olması Z95.0 Qiymətləndirmə 2.3.1. ÜDS-nin mülayim disfunksiyası: FS İİİ, XÜÇ İİA mərhələ (35- 60 faiz, 1 il); 2.3.2. ÜDS-nin ciddi disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ (65-80 faiz, 2 il); 2.3.3. ÜDS-nin ağır və davamlı disfunksiyası: FS İV, XÜÇ İİİ mərhələ (85-100 faiz, müddətsiz); 2.3.4. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər (80 faiz, müddətsiz); 2.9. Xroniki revmatik xəstəlikləri İ05 - İ09 Digər ürək xəstəlikləri İ30 - İ52 Qiymətləndirmə 2.9.1. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun- Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması (35-60 faiz, 2 il); 2.9.2. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ciddi pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİB mərhələ, ağciyər hipertenziyası 2-3-cü dərəcə, 3-cü dərəcə ürək aritmiyası (Laun- Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması (65-80 faiz, 2 il); 2.9.3. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ağır və davamlı pozulması ilə: FS İV (25 Vatt və ya 1,1- 1,9 METs), XÜÇ İİİ mərhələ, ağciyər hipertenziyası 3-cü dərəcə, 4-5-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının 30%-dən az olması (85-100 faiz, müddətsiz);
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur;
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
32. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
34. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Belə ki, iş materiallarında olan iddiaçının müayinələrinə dair sənədlərlə onun həmin xəstəliklərdən əziyyət çəkdiyi müəyyən edilir.
36. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas vermir.
37. Məhkəmə kollegiyası cavabdehin qeud etdiyi dəlillə bağlı bildirir ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olub-olmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər.
38. İş materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2025-ci il tarixli 320 saylı məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, İddiaçı halhazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, intellektin enməsi ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travməsı alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlivinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3Sosial Ekspert Komissiyasında “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi şəxsiyyət pozuntusu. Davranışın depressiv pozğunluğu, davranış və emosional pozuntularla” diaqnozu ilə ikinci dərəcə əlil təyin edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İddiaçı hal-hazırda Üzvi şəxsiyyət pozuntusu, özünü kəsmələrlə, intellektin enməsi ilə F07.0 aşkar olunur. İddiaçı Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi şəxsiyyət dəyişikliyi, kobud psixopatobənzər davranış pozuntuları tez-tez təkrarlanan dekompensasiya halları və özünü çox saylı kəsmələrlə depressiv daxil olmalarla aşkar olunur.
39. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən təyin və tədqiq edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 rəylərinə əsasən iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi aydın olur.
40. Bundan əlavə, iş materiallarında olan tibbi göndərişlərdə aparılmış qeydlərdən də görünür ki, iddiaçıda “üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi şəxsiyyət pozuntusu, davranışın depressiv pozğunluğu, davranış və emosional pozuntular, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlıq müşahidə olunur.
41. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir.
43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
44. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
46. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq
qərara aldı:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3786/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.