Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2698/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-468/2011 nömrəli, 25 aprel 2011-ci il tarixli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ünvan 1 ünvan üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-468/2011 nömrəli, 04 aprel 2011ci il tarixli qərardadı ilə X5 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-468/2011 nömrəli, 25 aprel 2011ci il tarixli qərarı ilə iddia təmin edilmiş, X3 ünvan 1 ünvan üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan üçüncü şəxs X4 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda üçüncü şəxs X4 həmin qərardan apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində olmadığı vaxt, yəni xx.xx.2011ci il tarixdə qərar qəbul edilmişdir. O, həmin vaxt ABŞ-da olmuşdur və ağır xəstəlikdən əziyyət çəkirdi. Bu səbəbdən məhkəmədə iştirak edə bilməmişdir. Qeyd olunanlara əsasən buraxılmış müddətin bərpa edilməsini xahiş edir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 prosessual müddətin buraxılmasının səbəblərinin üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin izahatını dinləyərək, ərizəni və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, ərizəyə əlavə edilmiş Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuş X1 «Zeynalov»dan «Məmmədov»a dəyişdirmişdir və bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 10 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş üçüncü şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarına dair elektron məhkəmə sistemindən çıxarışlardan görünür ki, hazırda mübahisələndirilən məhkəmə qərarından sonra üçüncü şəxs tərəfindən bir neçə dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi dəyişdirilmiş və müxtəlif ünvanlara yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Belə ki, xx.xx.2011-ci ildə üçüncü şəxs şəxsiyyət vəsiqəsini dəyişdirmiş və ünvan 3 ünvanına qeydiyyata alınmış (FİN 0Y9EWU7, şəxsiyyət vəsiqəsi AZE seriyalı ******* nömrəli), xx.xx.2012-ci ildə üçüncü şəxs şəxsiyyət vəsiqəsini dəyişdirmiş və ünvan 4 ünvanına qeydiyyata alınmış (FİN 0Y9EWU7, şəxsiyyət vəsiqəsi AZE seriyalı ******* nömrəli), xx.xx.2023-cü ildə üçüncü şəxs şəxsiyyət vəsiqəsini dəyişdirmiş və ünvan 5 ünvanına qeydiyyata alınmış (FİN 0Y9EWU7, şəxsiyyət vəsiqəsi AA seriyalı ******* nömrəli), xx.xx.2024-cü ildə üçüncü şəxs şəxsiyyət vəsiqəsini dəyişdirmiş və ünvan 5 ünvanına qeydiyyata alınmışdır (FİN 0Y9EWU7, şəxsiyyət vəsiqəsi AA seriyalı ******* nömrəli). Sonuncu AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsini üçüncü şəxs hazırki məhkəmə iclasında məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, üçüncü şəxs 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 468/2011 nömrəli, 25 aprel 2011-ci il tarixli qərarı ilə ünvan 1 ünvan üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmış, bundan sonra bir neçə dəfə şəxsiyyət vəsiqəsini dəyişdirmiş və müxtəlif ünvanlara yaşayış yeri üzrə qeydiyyata düşməklə həmin ünvandan qeydiyyatdan çıxarılmasından məlumatı olmuşdur, lakin həmin qərarı mübahisələndirməmişdir. Apellyasiya şikayəti isə üçüncü şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddəti (30 gün) üçüncü şəxs tərəfindən 24 ilə yaxın müddət buraxılmışdır. Apellyasiya şikayəti məhkəməyə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən üçüncü şəxsə məktub göndərilərək qərardan apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə və sübutların məhkəməyə təqdim edilməsi bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs buraxılmış prosesual müddətin bərpa olunması barədə ərizəni məhkəməyə təqdim etsə də, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Üçüncü şəxsin təqdim etdiyi sənədlər isə (əlillik haqqında arayış, daimi yaşayış kartı) müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Üçüncü şəxs hazırda mübahisələndirdiyi məhkəmə qərarının qəbul edildiyi tarixdən bu günə kimi keçən 24 il ərzində ayrı-ayrı ünvanlara qeydiyyata düşməklə həmin qərarı mübahisələndirməmişdir. Buna görə də buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrsüz səbəbdən ötürülmüşdür və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də üçüncü şəxs tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, üçüncü şəxsin qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X4 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-468/2011 nömrəli, 25 aprel 2011ci il tarixli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2698/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2698/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver