Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-27/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X5 və X7 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4, Həkim-mütəxəssis X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6631/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin xx.xx.2014-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik, X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlıl..., Diaqnozun mətni: Döş fəqərələrinin osteoxondrozu.Sağa doğru S vari əyilməsi.Skolioz.Sağ tərəfli kökcük ağrı sindromu ilə Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Döş fəqərələrinin osteoxondrozu. Sağa doğru S vari əyilməsi. Skolioz.Sağ tərəfli kökcük ağrı sindromu ilə” əsası ilə bir il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir.
2. Bakı ƏN Pentensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2016-cı il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40- M43 - Deformasiyaedən dorsopatiyalar => M41 - Skolioz => M41.8 - Skoliozun digər formal Diaqnozun mətni: Skoliozun digər formaları, döş fəqərələrinin sağa doğru S vari əyilməsi skalıoz.Skoliozun digər formaları, sağ tərəfli kökcük ağrıları sindiromu.döş və bel fəqərələri nahiyyəsində hərəkətin məhdudlaşması ilə Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9J35- J37.1J41...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.
3. Bakı ƏN Pentensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M41 - Skolioz => M41.8 - Skoliozun digər formal... Diaqnozun mətni: 41.8 Skoliozun digər formaları, onurğanın İİİ dərəcəli skaliozu (S vari əyilmə döş fəqərələrinin sola 26 dərəcə burulması Ağırlaşma M41.8 Skoliozun digər formaları, onurğa və tənəffüs əzələlərinin məhdudluğu kökcük ağrı sindromu, Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Bakı ET Travmatologiya və Ortopediya institutunda müayinəsi məsləhət görüldü” səbəbi ilə imtina verilmişdir.
4. Bakı ƏN Pentensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2022-ci il tarixli saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M41 - Skolioz => M41.8 - Skoliozun digər formal...; Diaqnozun mətni: Skoliozun digər formaları, sağ tərəfli döş tipli anadangəlmə İİİ dərəcə skalioz Ağırlaşma R52.0 Kəskin ağrı, döş qəfəsində sağ yuxarı ətraflarda ağrı sindromu, döş qəfəsi hərəkətlərinin kəskin məhdudlaşması Yanaşı xəstəliklər B18.2 Virus mənşəli xroniki C hepatiti, subklinik forma, xroniki xolesistit remissiya fazası, üzvi mənşəli emosional labil pozuntu. OU sadə hipermetropik astiqmatizm presbıopiya Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir" səbəbi ilə imtina verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtina qərarının ləğv edilməsi, cavabdehin üzərinə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
6. Tələb onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, ağır xəstəliyə düçar olub və hərəkətləri məhdudlaşıb. Diaqnoz: Skoliozun digər formaları, sağ tərəfli kökcük ağrıları sindromu. Skoliozun digər formaları, döş və bel fəqərələri nahiyyəsində hərəkətlərin məhdudlaşması. Qeyd edilən diaqnozla bağlı 11 saylı TSEK tərəfindən xx.xx.2014-cü ildə ona İİ qrup əlillik dərəcəsi təyin edilib. xx.xx.2016-cı il tarixdə yenidən müayinədən keçib və ona yenidən beş il müddətinə İİ dərəcə əlillik təyin edilib. Bu müddət ərzində dəfələrlə həm ambulator, həm də stasionar müalicə alıb, lakin müalicənin nəticəsi olmayıb. 2021-ci il tarixdə yenidən forma 88 verilib və müaiyənədən keçmək üçün penitensiar xidmətin müalicə müəssisəsinə göndərilib. TSEK tərəfindən yenidən müayinədən keçirilib. TSEK tərəfindən ona əlillik dərəcəsi təyin edilməsindən sənədlərin çatışmazlığı ilə bağlı imtina edilmişdir. Bununla bağlı yenidən Travmotologiya və Ortopediya İnstitutunda müayinədən keçib və 2021-ci ilin dekabr ayında yenidən müayinədən keçmək üçün TSEK-ə göndəriş alıb. TSEK yenidən heç bir əsas olmadan ona əlillik dərəcəsi təyin edilməsindən imtina etdi. Həmin imtina tibbi sənədlərin çatışmazlığı ilə əsaslandırılmışdır, halbuki təqdim edilən tibbi sənədlərində hər hansı çatışmazlıq mövcud deyil.
7. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunan etirazda bildirilir ki, iddiaçının əlillik vəziyyətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlıl...; Diaqnozun mətni: Döş fəqərələrinin osteoxondrozu.Sağa doğru S vari əyilməsi.Skolioz.Sağ tərəfli kökcük ağrı sindromu ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Döş fəqərələrinin osteoxondrozu.Sağa doğru S vari əyilməsi.Skolioz.Sağ tərəfli kökcük ağrı sindromu ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar -> M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M41 Skolioz => M41.8 - Skoliozun digər formal...; Diaqnozun mətni: Skoliozun digər formaları, döş fəqərələrinin sağa doğru S vari əyilməsi skalioz.Skoliozun digər formaları, sağ tərəfli kökcük ağrıları sindiromu.döş və bel fəqərələri nahiyyəsində hərəkətin məhdudlaşması ilə; Meyar: 2 2.2 ikinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1 J41...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ SinifSümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M41 - Skolioz => M41.8 - Skoliozun digər formal...; Diaqnozun mətni: 41.8 Skoliozun digər formaları, onurğanın İİİ dərəcəli skaliozu (S vari əyilmə döş fəqərələrinin sola 26 dərəcə burulması Ağırlaşma M41.8 Skoliozun digər formaları, onurğa və tənəffüs əzələlərinin məhdudluğu kökcük ağrı sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Bakı ET Travmatologiya və Ortopediya İnstitutunda müayinəsi məsləhət görüldü” səbəbi ilə imtina verilmişdir. Bakı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M41 - Skolioz => M41.8 - Skoliozun digər formal...; Diaqnozun mətni: Skoliozun digər formaları, sağ tərəfli döş tipli anadangəlmə İİİ dərəcə skalioz.Ağırlaşma R52.0 Kəskin ağrı, döş qəfəsində sağ yuxarı ətraflarda ağrı sindromu, döş qəfəsi hərəkətlərinin kəskin məhdudlaşması. Yanaşı xəstəliklər B18.2 Virus mənşəli xroniki C hepatiti, subklinik forma, xroniki xolesistit remissiya fazası, üzvi mənşəli emosional labil pozuntu. OU sadə hipermetropik astiqmatizm presbiopiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilikin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əliliiyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş etmişlər.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6631/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilən forma 88-ə əsasən qeyd edilən xəstəlik anadangəlmədir və həmin diaqnoz üzrə iddiaçıya ilk dəfə xx.xx.2014-cü il tarixli göndəriş əsasında bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.Həmin xəstəliklər davam etmiş və ağırlaşmışdır. Buna baxmayaraq, iddiaçının qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdə əlilliyinin növbəti müddətə təyin olunmasından imtina olunmuşdur ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. b) Apellyasiya instansiya məhkəməsində icraat
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
c) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci İnstansiya Məhkəməsi iddianı təmin edərkən bildirmişdir ki, Bakı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2022-ci il tarixli 449003AABMV göndərişində XBT 10-a əsasən göstərilmiş “M41.8. Skoliozun digər formaları, sağ tərəfli döş tipli anadangəlmə İİİ dərəcə skolioz" diaqnozu (xəstəliyin ağırlaşması) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsinin 2.5.12-ci bəndinə uyğundur və üçüncü dərəcə əlillik təyin edir. Həmin xəstəlik Forma 88 arayışına əsasən diaqnostik müayinələrlə (travmotoloq-ortoped tərəfindən xx.xx.2021-ci il tarixdə obyektiv müayinənin nəticəsi və xx.xx.2021-ci il tarixdə rentgenskopiya əsasən) təsdiq olunmuşdur. Buna baxmayaraq, iddiaçının qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdə əlilliyinin növbəti müddətə təyin olunmasından imtina olunmuşdur ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Nəzərinizə çatdırmaq istəyrik ki, iddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin xx.xx.2014-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik, X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlıl..., Diaqnozun mətni: Döş fəqərələrinin osteoxondrozu.Sağa doğru S vari əyilməsi.Skolioz.Sağ tərəfli kökcük ağrı sindromu ilə Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Döş fəqərələrinin osteoxondrozu. Sağa doğru S vari əyilməsi. Skolioz.Sağ tərəfli kökcük ağrı sindromu ilə” əsası ilə bir il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Bakı ƏN Pentensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2016-cı il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M41 - Skolioz => M41.8 - Skoliozun digər formal Diaqnozun mətni: Skoliozun digər formaları, döş fəqərələrinin sağa doğru S vari əyilməsi skalıoz.Skoliozun digər formaları, sağ tərəfli kökcük ağrıları sindiromu.döş və bel fəqərələri nahiyyəsində hərəkətin məhdudlaşması ilə Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9J35-J37.1J41...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı ƏN Pentensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2021-ci il tarixli gpndərişi əsasında qiymətləndirilmiş və X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M41 - Skolioz => M41.8 - Skoliozun digər formal... Diaqnozun mətni: 41.8 Skoliozun digər formaları, onurğanın İİİ dərəcəli skaliozu (S vari əyilmə döş fəqərələrinin sola 26 dərəcə burulması Ağırlaşma M41.8 Skoliozun digər formaları, onurğa və tənəffüs əzələlərinin məhdudluğu kökcük ağrı sindromu, Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Bakı ET Travmatologiya və Ortopediya institutunda müayinəsi məsləhət görüldü” səbəbi ilə imtina verilmişdir. Bakı ƏN Pentensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2022-ci il tarixli saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M41 - Skolioz => M41.8 - Skoliozun digər formal...; Diaqnozun mətni: Skoliozun digər formaları, sağ tərəfli döş tipli anadangəlmə İİİ dərəcə skalioz Ağırlaşma R52.0 Kəskin ağrı, döş qəfəsində sağ yuxarı ətraflarda ağrı sindromu, döş qəfəsi hərəkətlərinin kəskin məhdudlaşması Yanaşı xəstəliklər B18.2 Virus mənşəli xroniki C hepatiti, subklinik forma, xroniki xolesistit remissiya fazası, üzvi mənşəli emosional labil pozuntu. OU sadə hipermetropik astiqmatizm presbıopiya Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir" səbəbi ilə imtina verilmişdir. Bildirmək istəyirlər ki, İddiaçı imtina verilməsinə əsas olmuş xx.xx.2022-ci il tarixli, 4449003AABMV nömrəli göndərişdə əsas diaqnoz olaraq “Skoliozun digər formaları, sağ tərəfli döş tipli anadangəlmə İİİ dərəcə skalioz” göstərilsə də həmin göndərişin 'status lokalis” hissəsində üçüncü dərəcə skaloiozun 28 dərəcə olması qeyd olunmuşdur. Lakin, 28 dərəcə skalioz üçüncü dərəcə yox, ikinci dərəcə skalioz üçün ölçü vahidinə uyğun gəlir. Həmçinin üçüncü dərəcə skaliozdan əziyyət çəkməsi halında xəstədə tənəfüs çatışmazlığı müşayiət olunmalıdır. Lakin, həmin imtina olunan göndərişdə “spirometriya” yəni tənəfüs çatışmazlığı göstəricisi barədə məlumatlar əks olunmamışdır. Bununla yanaşı göndərişdə skalioz xəstəliyinin hərəkət pozğunluğuna səbəb olması barədə məlumatlar və ya hərəkətin pozulma dərəcəsi də qeyd olunmamışdır. Qeyd olunan səbəblərdən iddiaçıya diaqnoz əlillik əlaməti təyin etməməsi qərarı verilmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, iddiaçı məhkəmə qərardadı əsasında canlı müayinəyə çağrılmış, canlı müayinədə iştirak etmiş və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunda ətraflı müayinə olunması üçün göndəriş təqdim edilsə də müayinədən keçməmiş, sonrakı günlərdə də müayinə sənədi təqdim etməmişdir.Lakin müayinə olunması üçün iddiaçıya göndəriş təqdim edilsə də bunun sübutu kimi video görüntü, yaxud bu barədə iddiaçıya imza etdirilməsi barədə qəbz təqdim edə bilmirlər.Belə ki, vətəndaşın müayinədən keçməkdən imtina etməsi barədə qəbzə imza edilməsini yeni tətbiq edirlər.
14. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, məhkəmə qərardadı əsasında canlı müayinəyə çağrılmış, canlı müayinədə iştirak etmiş və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunda ətraflı müayinə olunması üçün ona heç bir göndəriş təqdim edilməmişdir.Hətta iddiaçı özü xahiş etmişdir ki, onurğa sütununun snimkasını gətirməsi üçün müayinə barədə ona göndəriş verilsin.Belə ki, o, göndəriş olmadan onurğa sütununun snimkasını cavabdehin müvafiq ekspert komissiyasına təqdim etsə də bu snimkanın məhz iddiaçıya məxsus olmasını qəbul etmirlər.Odur ki, göndəriş əsasında onurğa sütununun snimkasını təqdim etməsinə görə göndəriş verilməsini iddiaçı özü də xahiş etsə də, göndəriş verilməmişdir
15. Məhkəmə Kollegiyasının iclasında həkim-mütəxəssis X6 bildirmişdir ki, iddiaçının canlı müayinədən keçməsinə əslində zərurət də yoxdur.Belə ki, vizual olaraq da baxdıqda iddiaçıda əlilliyə əsas verən hal müəyyən edilmir.Bu 2021-ci ilin və 2022-ci ilin müayinə nəticələrindən də görünür.Skolyozun 4-cü dərəcəsi, kifoskolyozun 3-cü dərəcəsi əlilliyə əsas verir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin: 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2-bəndinə əsasən İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 4.3-cü bəndinə əsasən Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.
17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; ...... - 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. - 2.4-cü bəndinə uyğun olaraq, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: - 1.1-ci bəndinə uyğun olaraq, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. ..... - 1.4-cü bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. - 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir);
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. ....
2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri
2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 15.1.-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
26. Daha sonra məhkəmə Kollegiyası iddianın mahiyyətinə və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6631/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, Əlillik altsistemdən çıxarışdan görünür ki, iddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin xx.xx.2014-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik, X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlıl..., Diaqnozun mətni: Döş fəqərələrinin osteoxondrozu.Sağa doğru S vari əyilməsi.Skolioz.Sağ tərəfli kökcük ağrı sindromu ilə Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Döş fəqərələrinin osteoxondrozu. Sağa doğru S vari əyilməsi. Skolioz.Sağ tərəfli kökcük ağrı sindromu ilə” əsası ilə bir il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir.
28. Bakı ƏN Pentensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2016-cı il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M41 - Skolioz => M41.8 - Skoliozun digər formal Diaqnozun mətni: Skoliozun digər formaları, döş fəqərələrinin sağa doğru S vari əyilməsi skalıoz.Skoliozun digər formaları, sağ tərəfli kökcük ağrıları sindiromu.döş və bel fəqərələri nahiyyəsində hərəkətin məhdudlaşması ilə Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9J35-J37.1J41...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.
29. Bakı ƏN Pentensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Göndərişin natamam doldurulması - Səbəb: Bakı ET Travmatologiya və Ortopediya institutunda müayinəsi məsləhət görüldü” səbəbi ilə imtina verilmişdir.
30. Bakı ƏN Pentensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2022-ci il tarixli saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M41 - Skolioz => M41.8 - Skoliozun digər formal...; Diaqnozun mətni: Skoliozun digər formaları, sağ tərəfli döş tipli anadangəlmə İİİ dərəcə skalioz Ağırlaşma R52.0 Kəskin ağrı, döş qəfəsində sağ yuxarı ətraflarda ağrı sindromu, döş qəfəsi hərəkətlərinin kəskin məhdudlaşması Yanaşı xəstəliklər B18.2 Virus mənşəli xroniki C hepatiti, subklinik forma, xroniki xolesistit remissiya fazası, üzvi mənşəli emosional labil pozuntu. OU sadə hipermetropik astiqmatizm presbıopiya Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir" səbəbi ilə imtina verilmişdir.
31. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, Bakı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2022-ci il tarixli 449003AABMV göndərişinə (forma 88) əsasən müəyyən edilir ki: Əsas diqanoz: M41.8. Skoliozun digər formaları, sağ tərəfli döş tipli anadangəlmə İİİ dərəcə skolioz Ağırlaşması: R52.0 Kəskin ağrı, döş qəfəsində sağ yuxarı ətraflarda ağrı sindromu; döş qəfəsi hərəkətlərinin kəskin məhdudlaşması. Yanakı xəstəliklər: Virus mənşəli xroniki C hepatiti; subklinik forma. Xroniki xoletistit remissiya fazası. Üzvi mənşəli emosional labil pozunti. OU sadə hipermetropik astiqmatizm presbiopiya.
32. Cavabdeh inzibati orqanın isə iddiaçıya əlillik təyin edilməsinə əsas verən diaqnozun mövcud olmadığına, həmçinin, iddiaçının ətraflı müayinəsi aparılaraq müəyyən etdiyi diaqnozun isə ağırlaşmalarla birgə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda təsdiq edilmiş“Əlilliyin müəyyən olunması meyarları”nın tələblərin (Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.) əsasən iddiaçıya əlillik təyin edilməsinə əsas vermədiyinə dair tutarlı dəlillər və sübutlar təqdim etməmişdir.
33. Məhkəmə, Kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya baxışı zamanı məhkəmə qərardadı əsasında iddiaçı canlı müayinəyə çağrılmış, canlı müayinədə iştirak etmiş və iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarından gəlinən nəticəyə görə Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitunda ətraflı müayinə olunması üçün iddiaçıya göndəriş verillməli olduğu halda, ona göndəriş təqdim edilməsi də təsdiqini tapmamışdır.Halbuki, cavabdeh inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur
34. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
35. Məhkəmə Kollegiyası onu da əlavə olaraq qeyd edir ki, işin tam və ətraflı araşdırılması baxımından məhkəmə iclasına dəvət edilmiş həkim-mütəxəssisin rəyi öyrənilsə də, iddiaçının tələbinin əsaslı olmasını istisna edən hal müəyyən edilməmişdir.Belə ki, həkim-mütəxəssis məhkəmə Kollegiyasının iclasında bildirmişdir ki, iddiaçının canlı müayinədən keçməsinə əslində zərurət də yoxdur.Belə ki, vizual olaraq da baxdıqda iddiaçıda əlilliyə əsas verən hal müəyyən edilmir.Bu 2021-ci ilin və 2022-ci ilin müayinə nəticələrindən də görünür.Skolyozun 4-cü dərəcəsi, kifoskolyozun 3-cü dərəcəsi əlilliyə əsas verir. 36.Halbuki, apellyasiya baxışı zamanı məhkəmə qərardadı əsasında iddiaçı canlı müayinəyə göndərilmiş və canlı müayinədə iştirak etmiş, cavabdeh xx.xx.2024-cü il tarixdə “Diaqnoz əllik əlaməti təyin etməməsi” barədə qərar qəbul etsə də, qərarda göstərilmişdir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunda ətraflı müayinə olunması üçün göndəriş təqdim edilsə də iddiaçı müayinədən keçməmiş, sonrakı günlərdə də müayinə sənədi təqdim etməmişdir.
37. İddiaçı isə israrla bildirir ki, məhkəmə qərardadı əsasında canlı müayinəyə çağrılmış, canlı müayinədə iştirak etmiş və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunda ətraflı müayinə olunması üçün ona heç bir göndəriş təqdim edilməmişdir.Hətta iddiaçı özü xahiş etmişdir ki, onurğa sütununun snimkasını gətirməsi üçün müayinə barədə ona göndəriş verilsin.Belə ki, o, göndəriş olmadan onurğa sütununun snimkasını cavabdehin müvafiq ekspert komissiyasına təqdim etsə də bu snimkanın məhz iddiaçıya məxsus olmasını qəbul etmirlər.Odur ki, göndəriş əsasında onurğa sütununun snimkasını təqdim etməsinə görə göndəriş verilməsini iddiaçı özü də xahiş etsə də, göndəriş verilməmişdir.
38. Bunla bağlı “..müayinə olunması üçün iddiaçıya göndəriş təqdim edilsə də bunun sübutu kimi video görüntü, yaxud bu barədə iddiaçıya imza etdirilməsi barədə qəbz təqdim edə bilmirlər.Belə ki, vətəndaşın müayinədən keçməkdən imtina etməsi barədə qəbzə imza edilməsini yeni tətbiq edirlər.” kimi cavabdehin dəlili iddiaçının zərərinə olan sübut edilmiş hal kimi qiymətləndirilməməlidir.
39. Təqdim edilən forma 88-ə əsasən qeyd edilən xəstəlik anadangəlmədir və həmin diaqnoz üzrə iddiaçıya ilk dəfə xx.xx.2014-cü il tarixli göndəriş əsasında bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.Növbəti illərdə təyin edilmiş əlilliklə bağlı sənədlərə əsasən həmin xəstəliklər davam etmiş və ağırlaşmışdır. 40.Cavabdeh inzibati orqan qeyd edilənləri təkzib edən sübutlara söykənən arqumentlər təqdim edə bilmir. 41.Əksinə cavabdehin apellyasiya şikayətinin dəlilləri özlüyündə, həmçinin cavabdehin məhkəmə Kollegiyasının iclasında iştirak etmiş həkim-mütəxəssisin rəyi ilə də ziddiyyət təşkil edir.
42. Belə ki, cavabdeh apellyasiya şikayətində göstərir ki, İddiaçı imtina verilməsinə əsas olmuş xx.xx.2022-ci il tarixli, 4449003AABMV nömrəli göndərişdə əsas diaqnoz olaraq “Skoliozun digər formaları, sağ tərəfli döş tipli anadangəlmə İİİ dərəcə skalioz” göstərilsə də həmin göndərişin 'status lokalis” hissəsində üçüncü dərəcə skaloiozun 28 dərəcə olması qeyd olunmuşdur. Lakin, 28 dərəcə skalioz üçüncü dərəcə yox, ikinci dərəcə skalioz üçün ölçü vahidinə uyğun gəlir. Həmçinin üçüncü dərəcə skaliozdan əziyyət çəkməsi halında xəstədə tənəfüs çatışmazlığı müşayiət olunmalıdır. Lakin, həmin imtina olunan göndərişdə “spirometriya” yəni tənəfüs çatışmazlığı göstəricisi barədə məlumatlar əks olunmamışdır. Bununla yanaşı göndərişdə skalioz xəstəliyinin hərəkət pozğunluğuna səbəb olması barədə məlumatlar və ya hərəkətin pozulma dərəcəsi də qeyd olunmamışdır. Qeyd olunan səbəblərdən iddiaçıya diaqnoz əlillik əlaməti təyin etməməsi qərarı verilmişdir.
43. Məsələn, apellyasiya şikayətində (Bu Qərarın 42-ci nəndi ) 28 dərəcə skalioz üçüncü dərəcə yox, ikinci dərəcə skalioz üçün ölçü vahidinə uyğun gəlir qeyd olunsa da, məhkəmə Kollegiyasının iclasında həkim-mütəxəssis bildirmişdir ki, iddiaçının canlı müayinədən keçməsinə əslində zərurət də yoxdur.Belə ki, vizual olaraq da baxdıqda iddiaçıda əlilliyə əsas verən hal müəyyən edilmir.Bu 2021-ci ilin və 2022-ci ilin müayinə nəticələrindən də görünür.Skolyozun 4-cü dərəcəsi, kifoskolyozun 3-cü dərəcəsi əlilliyə əsas verir.
44. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Beləliklə, məhkəmə Kollegiyası hazırkı işin faktiki hallarına tətbiq edilən hüquq normalarından (Bu Qərarın 16-20-ci bəndi) çıxış edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6631/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6631/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.