Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-27/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı hüququ varisi X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışı verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-326/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Şüvəlan bağ massivi Mayak yolu ərazisində yerləşən və ümumi sahəsi 0.06 hektar olan bağ sahəsi üzərində xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum atası X9 mülkiyyət hüququnun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X9 adına bağ evinin tikintisi üçün Bakı şəhəri X13 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4-145 No-li qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi Mayak yolu ərazisində yerləşən və ümumi sahəsi 0,06 hektar olan 57 nömrəli bağ sahəsi ayrılmışdır. X7 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçının ərizəsinə əsasən 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin notariat ofisində mərhum atasından miras qalmış əmlaka dair vərəsəlik işi açılmışdır. İddiaçı mərhum atasından miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar ərazisində yerləşən 57 nömrəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün dəfələrlə müraciət etsə də, cavabdehin xx.xx.2019-cu il tarixli **********36 nömrəli, xx.xx.2020-ci il tarixli **********68 nömrəli və xx.xx.2021-ci il **********02 nömrəli məktubları ilə ona imtinalar verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, təqdim etdiyi sənədlər qanunla müəyyən edilmiş tələblərə uygun olaraq mülkiyyət hüququnun tanınması üçün əsasdır. Mərhum atasına torpaq sahəsinə dair order Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1987-ci il tarixli 1 nömrəli protokoluna əsasən verilmiş və Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1987-ci il tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş 003165 nömrəli torpaqdan istifadə hüququna aid dövlət aktı əsasında rəsmi sənəddir. Əlavə olaraq əmək kitabçası, Həmkarlar İttifaqının bileti var. Torpaq sahəsi Şüvəlan bağ massivi Mayak yolu ərazisində yerləşir və istifadə olunur. Bu torpaq üzrə rüsumlar bağçılıq-yoldaşlıq təsərrüfatına ödənilib. Sonradan məhkəmə tərəfindən İddiaçı vəfat etdiyindən onun hüququ varisi X11 ilə əvəz edilməsi barədə qərardad qəbul edilmişdir. İddiaçı hüququ varisi X11 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi Mayak yolu ərazisində yerləşən ümumi sahəsi 0.06 hektar olan bağ sahəsinin mülkiyyət hüququ üzrə X2 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-326/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi Mayak yolu ərazisində yerləşən ümumi sahəsi 0.06 hektar olan bağ sahəsinin mülkiyyət hüququ üzrə X2 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/145 nömrəli qərarına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarına Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində bağ sahəsi ayrılmasına dair bağçılıq-yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında X9 adı göstərilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə texniki baxış keçirilən zaman şərti göstərilən torpaq sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil etməklə, bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşdiyi aşkar olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apelyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Tətbiq edilən hüquq normaları: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0-8.0.7-ci maddələrinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Həmin Qanunun: 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyəaşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdətutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmazəmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatınaalınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlətqeydiyyatına alınmalı deyildirsə 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələbolunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxsmüraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və yabələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlaküzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.buqanunun14-cümaddəsindənəzərdətutulmuşqeydiyyatındayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbuledilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarında olan: - Cavabdehin **********36 nömrəli, xx.xx.2019-cu il, **********02 nömrəli, xx.xx.2020-ci il tarixli, **********68 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktublarının əsası kimi bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar ərazisində yerləşən 57 saylı bağ sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəsinə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər sürətdir. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X9 adı aşkar olunmamışdır. Həmçinin vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktubu təqdim olunmamışdır. Bundan əlavə yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı müəyyən edilmiş və bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. - 4 saylı Bakı "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinin xx.xx.2019-cu il tarixli 1769 saylı məktubuna əsasən İddiaçı müraciəti üzrə xx.xx.2018-ci il tarixdə ölmüş atası X9 vərəsəlik işi açılmışdır. - AZ-İİ No 341340 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2023-ci il tarixdə vəfat etmişdir. - 4 saylı Bakı "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 1008 saylı məktubu ilə bildirilmişdir ki, vərəsələr X6 və X1 müraciəti əsasında xx.xx.2023-cü İl tarixdə vəfat etmiş İddiaçı adına xx.xx.2023-cü il tarixdə V-181/2023 saylı vərəsəlik işi açılmışdır. - Cavabdehin arxivindən tələb edilmiş ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin Məclisinin 16 yanvar 1999-cu il tarixli iclasının 28 saylı protokolundan çıxarışdan görünür ki, sədr V.Əliyevin məlumatını və Məclis üzvlərinin çıxışlarını nəzərə alaraq Həmkarlar İttifaqı Komitəsi qərara alaraq Bakı ŞXDS-i xx.xx.1990-cı il tarixli 4-145 nömrəli qərarı, torpağın 33 nəfər şəxs üçün bölünmə sxemi Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1987-ci i tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş 003165 nömrəli torpaqdan istifadə hüququna aid Dövlət aktı əsasında Bakı şəhəri Əzizbəyov rayonunun Şüvalan qəsəbəsi ərazisində ayrılmış torpaq sahəsi 1999-ci il 16 yanvar HİK-nin 28 saylı iclasının qərarına həmi şəxslərə ayrılmışdır. - Bakı şəhəri Əzizbəyov rayonunun Şüvalan qəsəbəsi ərazisində Azərbaycan Dövlət Pedaqoji Universitetinə ayrılmış bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısından görünür ki, mərhum X9 adı siyahıda yoxdur. - Bakı şəhəri Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsi ərazisində “Şimal” DRES-in cənub-şərq hissəsində 06\16 saylı 15.02 2006-cı il tarixli ayrıc aktı əsasında ADPU-nun əməkdaşlarına bağçılıq-yoldaşlıq təsərrüfatı üçün verilmiş torpaq sahəsinin üzvləri arasında bölgü sxemindən görünür ki, X9 adı siyahıda yoxdur. 06\16 saylı 15.02 2006-cı il tarixli ayrıc aktından görünür ki, Bakı şəhəri Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsi ərazisində “Şimal” DRES-in cənub-şərq hissəsində 2.0490 ha torpaq sahəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinə ayrımışdır. - Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 4/145 saylı qərarından görünür ki, ADPU-nun əməkdaşlarına bağçılıq-yoldaşlıq təsərrüfatı üçün Bakı şəhəri Əzizbəyov rayonunda torpaq sahəsi ayrılmışdır. - V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universiteti bağçılıq-yoldaşlıq üzvlüyünün 57 saylı orderindən görünür ki, Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1987-ci il tarixli 1 nömrəli protokoluna əsasən X12 6 sot torpaq sahəsi ayrılmışdır. - X2 aid olmuş xx.xx.1959-cü il tarixli əmək kitabçasından görünür ki, o, Azərbaycan Pedaqoji Universitetində işləmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-01983-2022 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ADPU-nun Həmkarlar İttifaqı Komitəsi Məclisinin içlas protokolları Dövlət Arxivinin Bakı filialında saxanılmır. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********82 saylı məktubu ilə bildirilmişdir ki, V.İ.Lenin adına ADPU-nun bağçılıq yoldaşlıq təsərrüfatı nəzdində X12 Xəzər rayonu, Şüvəlan bağ massivində 0.06 hektar torpaq sahəsi olan 57 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası və s.) arxiv qovluğunda aşkar olunmamışdır. - Azərbaycan Dövlət Pedaqoji Universitetinin 05-10/405 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, sorğuya əsasən X10 Bakı şəhəri Xəzər rayonu, Şüvəlan bağ massivi Mayak yolu ərazisində yerləşən və ümumi sahəsi 0,06 hektar olan bağ sahəsi ilə bağlı ADPU-nun Həmkarlar İttifaqı Komitəsində və ADPU-nun Arxivində tələb olunan (order, torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, üzvlərin siyahısının bölgü sxemi, sxematik xərinə) sənədləri tapılmadı. Təəsiflər olsun ki, buna bənzər bağ massivi ilə əlaqədar sənədlər 90-cu illərdə tərtib edildiyinə görə bəzi məsuliyyətsiz şəxslər tərəfindən qorunması və saxlanması təmin olunmamışdır, nəticədə mövcud vəziyyət ortaya çıxmışdır. Bağ massivinin Kooperativ sədri, ADPU-nun dossenti Bakıxan Mirzəyev rəhmətə getdiyindən onda olan sənədlər də mövcud deyildir. - Azərbaycan Dövlət Pedaqoji Universitetinin 329 saylı xx.xx.2022-ci il tarixli arayışında bildirilmişdir ki, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxiv sənədlərindən görünür ki, həqiqətən, universitetin (o zamankı V.İ.Lenin adına ADPİ) əməkdaşlarına Şüvalan bağ massivlərində bağların ayrılması barədə və X12 order, torpaq sahəsinin ayrılması, üzvülərin siyahısı və hər hansı bir sənəd aşkar olunmadı. - Cavabdehin xx.xx.2023-cü il tarixli **********79 saylı məktubu ilə göndərilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi V.l.Lenin adına ADPU-nun işçiləri üçün ayrılmış bağ sahələrinə sənədlərinə dair çıxarışlar və onların verilməsinə əsas olan sənədlərdən görünür ki, həmin ərazidə Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatının X3 və İstismarı Birliyi ilə bağlanmış müqavilə, order və protokoldan çıxarış əsasında qonşu sakinlərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınmışdır. - “X14 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 154 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə verilmiş mütəxəssis rəyindən görünür ki, X9 istifadəsinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi Mayak yolu ərazisində yerləşən və ümumi sahəsi 0,06 ha olan bağ sahəsinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir, həmin torpaq sahəsi Dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqəsinin torpaqıdır. X9 istifadəsinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi Mayak yolu ərazisində yerləşən və ümumi sahəsi 0,06 ha olan bağ sahəsinin faktiki yeri və koordinatları bağların sxematik xəritəsində boş sahə kimi görünür. X9 istifadəsinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi Mayak yolu ərazisində yerləşən ümumi sahəsi 0,06 ha olan bağ sahəsinin faktiki yeri və koordinatları digər bağ sahələrinin faktiki yeri və koordinatları ilə kəsişmir, üst-üstə düşmür. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/145 nömrəli qərarına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarına Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində bağ sahəsi ayrılmasına dair bağçılıq-yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında X9 adı göstərilməmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 8.0-8.0.7-ci maddələrinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasdır. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/145 nömrəli qərarına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarına Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində bağ sahəsi ayrılmasına dair bağçılıq-yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında X9 adı göstərilməmişdir. Həmçinin Bakı şəhəri Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsi ərazisində “Şimal” DRES-in cənub-şərq hissəsində 06\16 saylı 15.02 2006-cı il tarixli ayrıc aktı əsasında ADPU-nun əməkdaşlarına bağçılıq-yoldaşlıq təsərrüfatı üçün verilmiş torpaq sahəsinin üzvləri arasında bölgü sxemindən görünür ki, X9 adı siyahıda yoxdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “..bağçılıq – yoldaşlıqlarının üzvləri sabit olmadığı üçün tərtib edilmiş siyahıda onun adının olmaması ona torpaq ayrılmadığına əsas vermir. Belə ki, bağçılıq – yoldaşlıqlarının üzvləri dəyişdiyi zaman hər dəfə yeni siyahı tərtib edilmədiyindən üzvün adının siyahıda olmaması torpaq sahəsinin hər hansı üzvə ayrılmadığına hesab etməyə əsas ola bilməz”. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə o halda razılaşmaq olardı ki, iddia olunan torpaq sahəsi bağçılıq-yoldaçlığın ayrıc aktı hüdudları daxilində yerləşsin. Lakin apellyasiya instansiya məhkəməsində aparılan araşdırma zamanı mübahisəli torpaq sahəsinin bağçılıq-yoldaçlığın ayrıc aktından kənarda yerləşdiyi müəyyən edilmişdir. Belə ki, Kollegiyanın 2-1(103)-396/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə Bakı şəhəri X13 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4-145 No-li qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi Mayak yolu ərazisində yerləşən və ümumi sahəsi 0,06 hektar olan 57 nömrəli bağ sahəsinin, ADPU üçün ayrılmış (“Qərənfil” bağçılıq-yoldaşlıq təsərrüfatı) bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində və ya ayrıc aktından kənarda yerləşibyerləşməməsinin müəyyən edilməsi həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2024-cü il tarixli, 10/9890 nömrəli ekspert rəyinə qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil etməklə bağçılıqyoldaçlığın ayrıc aktından kənarda yerləşdiyi aşkar olunmuşdur. Eyni zamanda göstərilən torpaq sahəsi bağ sahələri üçün ayrılmış ərazilərə aid olmamaqla yanaşı, göstərilən ərazidə heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı mövcud deyil. Göründüyü kimi, iddia olunan torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Belə olan halda Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmamışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, öhdəliyin icrası haqqında iddialar üzrə də öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apelyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-326/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-326/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq X5 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-27/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-27/2025
25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver