Məhkəmə qərarları › İş №2-1(103)-270/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-270/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-270/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil növbəsi siyahısına salınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4426/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 742 saylı sərəncamına əsasən onun 5 nəfər ailə tərkibi ilə xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli şərtlər əsasında salındıgı mənzil növbəsinə uygun mənzil ilə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilən əsaslara görə iddiaçının qardaşı - X6 xx.xx.1994-cü il tarixdə Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. İlk öncə İddiaçı atası X7, o vəfat etdikdən sonra isə anası X1 şəhid ailəsi statusu verilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamına əsasən iddiaçının anası X4 başda olmaqla 5 nəfər ailə tərkibi ilə şəhid ailəsi kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüşdür. xx.xx.2012-ci il tarixdə X4 vəfat etmişdir. 1 sayı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2 inz (81)- 1565/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamına əsasən güzəştli mənzil növbəsinin iddiaçının adına keçirilməsi vəzifəsinin Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 742 saylı sərəncamına əsasən B.İbrahimovanın mənzil növbəsi onun ölümü ilə əlaqədar olaraq oğlu olan iddiaçının adına keçirilmiş, iddiaçı 5 nəfər ailə tərkibi ilə xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli şərtlərlə növbəlilik siyahısına daxil edilmişdir. Cavabdehə müraciət edilərək Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 742 saylı sərəncamına əsasən sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə mənzil ilə təmin edilməsi xahiş edilmiş, lakin cavabdeh şəhid ailəsi hesab edilmədiyindən sosial-məişət şəraitinin yaxşılaşdırılmasının səlahiyyəti xaricində olduğunu əsas gətirərək iddiaçının müraciətindən imtina etmişdir.İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərilmiş tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas yoxdur. Belə ki, şəhid ailəsinin üzvü hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən, güzəştlərin tətbiqi qaydalarının 2-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: arvadı (əri); valideynləri; yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; qardaşları və bacıları-uşaq evlərində tərbiyə olunanlar; babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. İddiaçı xx.xx.1962-ci ildə anadan olmuş və xx.xx.2009-cu ildə mənzil növbəsinə ailə üzvü kimi götürüləndə onun 47 yaşı olmuşdur. Qanunvericiliyin tələbinə əsasən o, şəhid ailəsi statusuna malik deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 742 saylı sərəncamına əsasən İddiaçı 5 nəfər ailə tərkibi ilə xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli şərtlər əsasında salındıgı mənzil növbəsinə uygun mənzil ilə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014- cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı şəhid ailəsi olaraq (şəhidin oğlu) xx.xx.2013-cü il tarixində mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyətində növbəyə durmuşdur. Mənzil təminatı ilə bağlı 18 oktyabr 2021-ci il tarixində Agentlik tərəfindən vətəndaşa imtina məzmunlu məktub getmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 2-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3.18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Məhkəmə tərəfindən qanunvericiliyin qeyd edilən normaları nəzərə alınmamış və iddia tələbi əsassız olaraq təmin edilmişdir...” İşin apellyasiya mərhələsində iddiaçının nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbindən kənara çıxmamaqla, aşağıdakı ifadə forması tərzində iddiaçının tələbini dəqiqləşdirərək, Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 742 saylı sərəncamına əsasən onun 5 nəfər ailə tərkibi ilə şəhid ailəsi kimi güzəştlər əsasında mənzil növbəsi siyahısına daxil edilməsini vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Y.Qüdrətli apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi, Vəkil2 isə onunla razlaşmayaraq apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı, iddiaçının qeyd olunan ərizəsi nəzərə alınmaqla, dəyişdirilməlidir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 742 saylı sərəncamına əsasən onun 5 nəfər ailə tərkibində xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli şərtlər əsasında salındıgı mənzil növbəsinə uygun olaraq mənzillə təmin edilməsi öhdəliyinin cavabdəhə həvalə edilməsinixahiş etmiş, lakin sonuncu 18 oktyabr 2022-ci il tarixli cavab məktubu ilə imtina edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2-ci bəndinə istinadən, onun şəhid ailəsinin üzvü hesab edilmir. Lakin iş materiallarına əsasən müəyyən olunur ki, cavabdehin qeyd olunan imtinası əsassızdır. Çünki, iddiaçının şəhid ailəsinin üzvü kimi qəbul etmək öhdəliyi, qanuni qüvvəsini almış məhkəmə qərarı və həmin qərarın icrası qaydasında səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş sərəncamı ilə onun üzərinə düşən öhdəliyindən irəli gəlir. Belə ki, işə əlavə olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1565/2013 nömrəli, 25 aprel 2013-cü il tarixli qanuni qüvvəsini almış qərarına və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 742 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamına və xx.xx.2013-cü il tarixli 32 nömrəli arayışına əsasən aşağıdakı faktlar müəyyən olunur: “İddiaçının qardaşı - X6 xx.xx.1994-cü il tarixdə Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və ona şəhidlik statusu verilmişdir. İlk öncə, onun atası X7, 1999-cu il tarixdə (ölüm şəhadətnaməsi işə əlavə olunur) vəfat etdikdən sonra isə onun anası X1 - Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti tərəfindən şəhid ailəsi kimi güzəştli mənzil növəbəsi verilmişdir (Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamına əsasən anası X4 başda olmaqla 5 nəfər ailə tərkibi ilə şəhid ailəsi kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüşdür.) Lakin xx.xx.2012-ci il tarixdə X4 da vəfat etmiş, (şəhid ailəsi vəsiqəsi və ölüm haqqında şəhadətnaməsi işə əlavə olunur), bundan sonra, iddiaçı məhkəmədə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq, şəhid ailəsi kimi anasının adına olan güzəştli mənzil növbəsinin onun adına dəyişdirilməsini xahiş etmişdir. 1 sayı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz (81)- 1565/2013 saylı 25 aprel 2013-cü il tarixli qərarı ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamına əsasən güzəştli mənzil növbəsinin İddiaçı adına keçirilməsi cavabdehə həvalə edilmişdir. Məhkəmənin həmin qərarı, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən icra olunuraq, Nəsimi RİHB-nın 742 saylı xx.xx.2013-cü il tarixli sərəncamı ilə Bənövşə İbrahimovanın mənzil növbəsi, onun ölümü ilə əlaqədar oğlu – hazırkı iddiaçı X2 adına ( 5 nəfər ailə tərkibində: özü, h/yoldaşı, oğlu, qızı, nəvəsi) keçirilərək, xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli şərtlərlə növbəlilik siyahısına daxil edilmişdir. Konkret halda da, məhz, iddiaçı hazırkı cavabdehə qarşı yönələn iddia tələbində onun güzəştli növbəsinin daha da reallaşdırılaraq, cavabdeh Agentlikdən tələb edir ki, bilavasitə onun 5 nəfər ailə tərkibində mənzillə təmin edilməsinin həyata keçirsin. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli sərəncamı ilə qərara alınmışdır ki, -

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin.

2. Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 3.2. bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə hər növbəti ilin birinci ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatı əsasında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı bəndi ilə dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsi kimi nəzərədə tutulmuşdur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh iddiaçının mənzillə təmin edilməsi ilə bağlı müraciətinə imtina cavabı verməklə, onun qanunla qorunun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbinən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 2-ci bəndinə istinadən, iddiaçının şəhid ailəsi üzvü olmadığını əsas tutaraq iddiasının rədd olunmasını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Beləliklə də qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunması ilə razılaşsa da, iddiaçının hazırkı mərəhələdə, iddia tələbindən kənara çıxmamaqla, tələbin ifadə tərzini dəyişdirdirdiyini nəzərə alaraq yekundə belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4426/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı, iddianın təmin edilməsi hissəsində ifadə forması dəyişdirilərək, Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 742 saylı sərəncamına əsasən iddiaçının 5 nəfər ailə tərkibi ilə şəhid ailəsi kimi, güzəştli əsaslarla mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və cavabdehin apellyasiya şikayətinin təmin olunmaması qərara alınmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4426/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı, Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 742 saylı sərəncamına əsasən şəhid ailəsi kimi, 5 nəfər ailə tərkibində, güzəştlər əsasında mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar