Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2702/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X1 Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1068/2025 saylı, 11 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1984-1996-cı illər ərzində iş fəaliyyətinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növü kimi nəzərə alınmaqla stajının yenidən hesablanması, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tarixdən etibarən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 1984-1988-ci illərdə Vorovski adına Bakı Mexaniki Tökmə Zavodunda Əritmə sexində çuqun tökmə üzrə 2-ci dərəcəli çilingər, 1988-1989-cu illərdə 2-ci dərəcəli formalayıcı kimi çalışmışdır. 1991-1992-ci illərdə Vorovski adına Bakı Təcrübə Mexaniki X2 tökmə sexində avadanlıqların təmiri üzrə 4-cü dərəcəli çilingər, 1992-ci ildə Çuqun əritmə sexində maşınla tökmə istehsalı üzrə 3-cü dərəcəli maşınist, 1992-1993-cü illərdə Boru istehsal edən tökmə maşınlarda 3-cü dərəcəli maşınist və tökməçi, avadanlıqlar üzrə 4-cü dərəcəli çilingər, 1993-1994-cü illərdə Çuqun tökmə sexində 5-ci dərəcə təmirçi-çilingər, 1995- 1996-cı illər ərzində Bakı Mexaniki Tökmə Zavodunda Köçürmə yolu ilə çuqun tökmə sexində 4-cü dərəcə ilə tökməçi vəzifələrində çalışmışdır. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Xətai Rayon Sosisal Müdafiə Fonduna ünvanlanmış “izahlı arayış”da çalışdığı sahələr haqqında geniş məlumat verilmiş, eyni zamanda, peşəsinin -1110100a - 11504 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının X1 Metal emalı bölməsinin İ.Tökmə istehsalı alt bölməsinə daxil edilməsi qeyd edilmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tərəfindən müvafiq ərizə verilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən müraciətinə imtina cavabı verilmişdir. İmtinaya əsas kimi, yuxarıda qeyd olunan illər ərzində işlədiyi vəzifələrin qanunvericilikdə göstərilən peşələrə uyğun olmaması qeyd edilmişdir. Halbuki, çalışdığı peşələr ən ağır iş şəraitində olması ilə yanaşı qeyd olunan Qərarda da öz əksini tapmışdır. Bu peşələrin həmin qərara uyğun olması təqdim edilmiş arayışda da ətraflı izah olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının X1 Metal emalı bölməsinin 1. Tökmə istehsalı bəndində qeyd etdiyi peşə növləri çalışdığı bəndlərə uyğun gəlməkdədir: 1110100a—11504 tökmə çıxardanlar, 1110100a—12176 metal tökücüləri, 1110100a—13392 ərinti və metal tökücüləri, 1110100a—13721 doldurucu maşın maşinistləri. Eyni zamanda, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 3. Metallurgiya istehsalatı-tökücü maşın maşinistləri, isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlər, təmirçi çilingərlər və s. vardır. Eyni zamanda cavabdeh təşkilat imtina məktubu yazarkən nəyə əsasən yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahını əsas götürməsini izah etməmişdir. Belə ki, imtina edilmiş əsas iş dövrü 1984-1993-cü illəri əhatə etmişdir. Bu dövrdə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı mövcud olmamışdır. Bir vətəndaş olaraq imkanları çərçivəsində həmin dövr üçün qüvvədə olan qanunvericilik aktlarını incələmək mümkün deyildir. Lakin, cavabdeh təşkilat dövlət qurumu olduğu üçün qeyd olunan məsələ tam olaraq araşdırılmalı idi. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il taixli qərardadı ilə ərizə təmin edilmiş, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın Metal emalı bölməsinin (Xİ) fəhlələr yarımbölməsində 1110100a-11504 kodu üzrə tökmə çıxardanlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli 00/28 nömrəli arayışında İddiaçı Mirbala oğlunun xx.xx.1984-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Vorovski adına Bakı mexaniki tökmə zavodunun əritmə sexində çuqun tökmə üzrə çilingər, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Vorovski adına Bakı təcrübə mexaniki X2 əritmə sexində maşınla tökmə istehsalı üzrə maşinist, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək boru istehsal edən tökmə maşınlarında maşinist və tökməçi, xx.xx.1993-ci il tarixdən xx.xx.1993-cü il tarixədək çilingər, 01. 07.1993-ci il tarixdən xx.xx.1994-cü il tarixədək çuqun tökmə sexində təmirçi çilingər, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Bakı mexaniki X2 tökmə sexində tökməçi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad edilən və yuxarıda qeyd olunan tökmə çıxardanlar vəzifəsinə uyğun deyildir. Bu səbəbdəndə İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az - 5 il 9 ay 7 gün (xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrlər) təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1068/2025 saylı, 11 mart 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1068/2025 saylı, 11 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı-Mexaniki-Tökmə” ASC-nin xx.xx.2017-ci il tarixli 00/28 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Mirbala oğlu xx.xx.1984-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Vorovski adına Bakı Mexaniki Tökmə Zavodunda Əritmə sexində çuqun tökmə üzrə 2-ci dərəcəli çilingər, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə 2-ci dərəcəli formalayıcı, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı Təcrübə Mexaniki X2 tökmə sexində avadanlıqların təmiri üzrə 4-cü dərəcəli çilingər, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək boru istehsal edən tökmə maşınlarında 3-cü dərəcəli maşinist və tökməçi, xx.xx.1993-ci il tarixdən xx.xx.1993-cü il tarixədək 4-cü dərəcəli çilingər, xx.xx.1993-ci il tarixdən xx.xx.1994-cü il tarixədək çuqun tökmə sexində 5-ci dərəcə təmirçi çilingər, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək çuqun tökmə sexində 4-cü dərəcə ilə tökməçi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarın siyahısına əsasən onun peşəsi 1110100a-11504 koduna uyğun gəlir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 001/27 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Mirbala oğlu xx.xx.1984-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Vorovski adına Bakı Mexaniki Tökmə Zavodunda Əritmə sexində çuqun tökmə üzrə 2-ci dərəcəli çilingər, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə 2-ci dərəcəli formalayıcı, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı Təcrübə Mexaniki X2 tökmə sexində avadanlıqların təmiri üzrə 4-cü dərəcəli çilingər, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək boru istehsal edən tökmə maşınlarında 3-cü dərəcəli maşinist və tökməçi, xx.xx.1993-ci il tarixdən xx.xx.1993-cü il tarixədək 4-cü dərəcəli çilingər, xx.xx.1993-ci il tarixdən xx.xx.1994-cü il tarixədək çuqun tökmə sexində 5-ci dərəcə təmirçi çilingər, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək çuqun tökmə sexində 4-cü dərəcə ilə tökməçi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarın siyahısına əsasən xx.xx.1984-ci il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövr, 1030100A-1753A koduna, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək olan dövr 1030100A-1943 koduna, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövr 1030100A-1753A koduna, xx.xx.1993cü il tarixdən xx.xx.1994-cü il tarixdək olan dövr 1030100A-1753A koduna, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövr 1030100A-12176 koduna uyğun gəlir. - Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 29 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) metalın tökücüsü vəzifəsində xx.xx.1995-ci il tarixli, 075 nömrəli əmr əsasında xx.xx.1994-cü ildən xx.xx.1995-ci il tarixədək işləmişdir. İddiaçı işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı: 1 il 6 ay 1 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə zərərli is şəraitindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə və metalın tökücüsü vəzifə koduna uyğundur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2024-cü ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2024-cü ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilmir. İddiaçının güzəştli iş stajı ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş materiallarından görünür ki, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 001/27 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Mirbala oğlu xx.xx.1984- ci il tarixdən xx.xx.1988-ci il tarixədək Vorovski adına Bakı Mexaniki Tökmə Zavodunda Əritmə sexində çuqun tökmə üzrə 2-ci dərəcəli çilingər, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə 2-ci dərəcəli formalayıcı, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı Təcrübə Mexaniki X2 tökmə sexində avadanlıqların təmiri üzrə 4-cü dərəcəli çilingər, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək boru istehsal edən tökmə maşınlarında 3-cü dərəcəli maşinist və tökməçi, xx.xx.1993-ci il tarixdən xx.xx.1993-cü il tarixədək 4-cü dərəcəli çilingər, xx.xx.1993-ci il tarixdən xx.xx.1994-cü il tarixədək çuqun tökmə sexində 5-ci dərəcə təmirçi çilingər, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək çuqun tökmə sexində 4- cü dərəcə ilə tökməçi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993- cü il tarixli, 320 saylı qərarın siyahısına əsasən xx.xx.1984-ci il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövr, 1030100A-1753A koduna, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək olan dövr 1030100A-1943 koduna, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövr 1030100A-1753A koduna, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixdək olan dövr 1030100A- 1753A koduna, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövr 1030100A-12176 koduna uyğun gəlir. Eyni zamanda, Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 29 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) metalın tökücüsü vəzifəsində xx.xx.1995-ci il tarixli, 075 nömrəli əmr əsasında xx.xx.1994-cü ildən xx.xx.1995-ci il tarixədək işləmişdir. İddiaçı işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı: 1 il 6 ay 1 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə zərərli is şəraitindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə və metalın tökücüsü vəzifə koduna uyğundur. Göründüyü kimi qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 60 yaşının tamam olduğu vaxta qədər ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı olaraq qeyd edilməlidir ki, şikayətin dəlilləri imtina və iddiaya dair yazılı etirazda qeyd edilən dəlillərlə eynilik təşkil edir və hazırkı işin müəyyən edilən halları ilə təkzib edilir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1068/2025 saylı, 11 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1068/2025 saylı, 11 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.