Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2703/2019 25.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Ağayev Valeh Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsiqarşı təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması tələbi barədə inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(81)-3068/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə iclasında baxaraq, Müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(81)- 3068/2018 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İİ qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik dərəcəsi və İİ qrup hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqəli əlillik arasındakı xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməyən 25% fərqin yenidən hesablanması və qanunamüvafiq qaydada fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Ş.Məmmədova) Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2018-ci il tarixli 2-1(103)-2806/2018 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(81)-3068/2018 saylı qərarı dəyişdirilərək, qərarın nəticə hissəsində “əlillik arasındakı” sözlərindən sonra gələn “xx.xx.2007-ci il” tarixi “xx.xx.2015-ci il” tarixi ilə əvəz edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi S.Seyidova, hakimlər İ.Əhmədov və V.Məmmədov). Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(102)- 1122/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2018-ci il tarixli 2-1(103)-2806/2018 saylı qərarı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(81)-3068/2018 saylı qərarının nəticə hissəsində “əlillik arasındakı” sözlərindən sonra gələn “xx.xx.2007-ci il” tarixi “xx.xx.2015-ci il” tarixi ilə əvəz edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi A.Hüseynov, hakimlər X.Məmmədov və R.Nəbizadə). Məhkəmə kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X5 iş İdarəsi – cavabdeh DSMF-nun X4 İdarəsiilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X5 iş İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İİ qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik dərəcəsi və İİ qruphərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqəli əlillik arasındakı xx.xx.2005-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməyən 25% fərqin yenidən hesablanması və qanunamüvafiq qaydada fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2004cü il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. İddiaçı 21.01,2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək N nömrəli hərbi hissədə xüsusi təyinatlı hərbi hissəyə seçilmək üçtin xidməti ezamiyyətdə olmuşdur. Təlimlərin başa çatmasına bir neçə gün qalmış gecə təlim məşqləri zamanı yıxılaraq qarın nahiyəsindən travma almışdır. Həmin travma səbəbindən ezamiyyətdən Müdafiə Nazirliyinin X3ytarılmış və müalicə üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Klinik Hospitalına göndərilmişdir. Uzun müddət Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının onkologiya şöbəsində, sonra isə 2 dəfə Türkiyənin Gülhanə hərbi tibb xəstəxanasında müalicələr almışdır, lakin travma nəticəsində onda əmələ gələn Qara ciyərin qapı venasının portal vena trombozu müalicə olunmamışdır. Bundan sonra iddiaçı sağlamlıq dərəcəsinin müəyyən etmək üçün Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. xx xxxxx 2004-cü il tarixli 405 №-li xəstəlik haqqında şəhadətnamədə qeyd olunur ki, “Xəstəlik hərbi xidmət dövründə alınmışdır”. Bu sənəd əsasında iddiaçı Silahlı Qüvvələrdən əlil kimi ehtiyyata buraxılmışdır. İddiaçının iddiası əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2013-cü il tarixli 2inz(81)- 33/2013 saylı qərar qəbul edilmişdir. Həmin qərar uzun mübahisələrdən sonra qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Lakin, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası qərarın idiaçının xeyrinə icrasından yayınmaqdan ötrü ona qarşı qərəzli addımlar atmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2-1 (102)-1331/15 saylı qərarına əsasən iddiaçının yenidən şəhadətləndirilməsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilmişdir. Həmin qərarın icrası zamanı Müadafiə и Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası yenə də əvvəlki qərarını çıxarmışdır, yəni "Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır " qərarını vermişdir. Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının xx xxxxxxx 2016-cı il tarixli 6386 nömrəli qərarını verərkən səhvə yol vermişdir. İddiaçının xəstəliyinin yaranma səbəbi gecə təlim məşqlərində aldığı travma olmuşdur. Ona görə də xəstəlik haqqında şəhadətnamədə həmin əsasnamənin c) bəndinə uyğun olaraq «Hərbi travmadır. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» ifadəsi qeyd olunmalı idi. 7 il sürən məhkəmə çəkişmələrindən sonra pozulmuş hüquqlarının bərpası üçün iddiaçı təkrar olaraq məhkəməyə müraciət etmişdir. xx.xx.2017-ci il tarixli 2-1(81)-1881 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddiaçının adına verilmiş xəstəlik haqqında şəhadətnamədə qeyd olunan "xəstəlik xidmət dövründə alınmışdır” ifadəsinin “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” vəzifəsini sonra Müdafiə Nazirliyini Mərkəzi Həkim Komissiyasına həvalə etmişdir. Məhkəmə qərarı qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyası tərəfindən həyata keçirilərək xx.xx.2018-ci il tarixində 81 nömrəli qərar verilmişdir. Həmin qərarın əsasında xx.xx.2018ci il tarixili qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının əlilliyinin səbəb əlaqəsi "hərbi travmadır. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi qeyd olunaraq 2-ci qrup əliliyi 2023-cii ilədək artırılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsi tərəfindən verilmiş arayışa əsasən xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək, həqiqətən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ll qrup əliliyə görə 158 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İddiaçı səbəb əlaqəsinin dəyişməsi ilə əlaqədar onun pensiyasında dəyişiklik edilməsi və səbəb əlaqəsinin dəyişməsi ilə əlaqədar indiyədək almadığı pensiyanın fərqini birdəfəlik olaraq ona ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X5 iş İdarəsinə ərizə ilə müraciət etmişdir. Onun barəsində 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 27.06.201 3-cti il tarixli 2inz(81)-33/2013 №-li və xx.xx.2017-ci il tarixli 2-1(81)-1881 №-li qərarlarına əsaslanaraq səbəb əlaqəsinin dəyişməsi ilə əlaqədar onun pensiyasında dəyişiklik edilməsi və səbəb əlaqəsinin dəyişməsi ilə əlaqədar 2005-ci ildən 2018-ci ilədək almadığı pensiyasının fərqini birdəfəlik olaraq ödənilməsində köməklik göstərməsini xahiş etmişdir. Lakin, cavabdeh orqan xx.xx.2018-ci il tarixli 03/89/02-232 saylı məktubla ona imtina etmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, əlilliyi təyin edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi üzrə Tibbi Sosial Ekspert Komissiyasıdır. İddiaçıya əlillik neçənci qrup olduğu, nə vaxtdan təyin edildiyi və əlilliyin səbəbi Tibbi Sosial Ekspert Komissiyasının Müayinə aktından çıxarışında qeyd edilir. Həmçinin həmin çıxarışda “ilkin (təkrar) müayinədən keçən əlillər üçün pensiya təyinatı aparan orqana göndərilir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətininin dəlillərini araşdıraraq, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular X5 İş İdarəsinin iddiaçının müraciətinə təqdim etdiyi 03/89/u2-232 saylı xx.xx.2018-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2000-ci il tarixdən İİ qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik dərəcəsi təyin edilmişdir. Bu səbəbdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən İİ qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik dərəcəsinə əsasən pensiya hesablanaraq ödənilmişdir. Eyni zamanda bildirilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən Sizə xx.xx.2018-ci il tarixdə İİ qrup hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqəli əlillik dərəcəsi təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən İİ qrup hərbi xidrrifet vəzifəsini yerinə yetirməklə əlaqəli əlilliyə əsasən pensiya müvafiq təminat xərcliyinin 80 faizi miqdarında hesablanaraq qanuna müvafiq qaydada mart ayında ödənilmişdir.Qanuna müvafiq olaraq əlilliyin səbəbi dəyişdirildiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən təminat xərcliyininin 80 faizi miqdarında pensiya məbləği düzgün olaraq hesablanıb ödənilir.” İş materiallarından və tərəfin izahatından müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinə qarşı - İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçdiyi dövr ərzində (xidməti ezamiyyətdə olarkən) xəstəliyin yaranma səbəbi onun gecə təlim məşqlərində dağda yıxılması olduğundan xəstəlik haqqında şəhadətnamənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin Vİİ fəslinin c) bəndinə uyğun olaraq «hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır» ifadəsi qeyd olunması haqqında qərar verilməsinin Müdafiə Nazirliyinin Tibb İdarəsinə həvalə edilməsinə dair, notarius xərcləri, dövlət rüsumu, bank və poçt xidmətlərinə görə ödənilmiş 35 manat cavabdehdən tutularaq ona ödənilməsinə dair, göstərilmiş hüquqi xidmətlərə görə 300,00 manat cavabdehdən tutularaq nümayəndəyə ödənilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-33/2013 saylı xx.xx.2013-cü il tarixli qərarına əsasən İddiaçı iddiası qismən təmin edilərək İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçdiyi dövr ərzində (xidməti ezamiyyətdə olarkən) xəstəliyin yaranma səbəbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin Vİİ fəslinin c) bəndinə uyğun olaraq «hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır» ifadəsi qeyd olunması haqqında qərar qəbul edilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi hissəsindən təmin, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il 22 iyul tarixli 2-1(103)-764/2015 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iddiaçının 2003-cü il 21 yanvar tarixdən 2003-cü il 14 may tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçdiyi dövr ərzində (xidməti ezamiyyətdə olarkən) xəstəliyinin yaranma səbəbi onun gecə təlim məşqlərində dağda yıxılması olduğundan xəstəlik haqqında şəhadətnaməyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş "Hərbi həkim ekspertizası haqqında" Əsasnamənin Vİİ fəslinin "c" bəndinə uyğun olaraq "hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" ifadəsinin qeyd olunması haqqında qərar verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2015-ci il 17 noyabr tarixli 2-1(102)- 1331/15 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il 22 iyul tarixli 2-1(103)- 764/2015 saylı qərarı ləğv edilmiş, İddiaçı şəhadətləndirilməsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilmiş, iddia və şikayət qalan hissədə təmin olunmamışdır. Həmçinin, məhkəmə məhkəmənin Arxivindən 2-1(81)-1881/2017 saylı inzibati işi götürərək iş materiallarına baxış keçirmişdir. Baxış keçirilmiş 2-1(81)-1881/2017 saylı inzibati iş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1881/2017 saylı 15.11,2017-ci il tarixli qərarı ilə İddiaçı adına verilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 6386 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan «Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» ifadəsinin «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» ifadəsi ilə əvəz edilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə olunması qərara alınmışdır. (hakim T.Əsədova) Baxış keçirilmiş 2-1(81)-1881/2017 saylı inzibati iş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına ünvanladığı 2-1(81)-1881/2017 saylı xx.xx.2018-ci il tarixli məktubuna əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1881/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra olunması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Baxış keçirilmiş 2-1 (81 )-1881/2017 saylı inzibati iş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 926 nömrəli xx.xx.2018-ci il tarixli məktubuna əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1881/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə icra olunmuşdur. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 81 nömrəli Xəstəlik haqqında Şəhadətnaməsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 6386 nömrəli xəstəlik haqqında şəhadətnaməsində qeyd olunan «Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» kimi təyin olunmuş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi qüvvəsindən düşür və əvəzinə yenidən şəhadətləndirmə zamanı aldığı xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» kimi təyin olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair Məlumatına əsasən İddiaçı səbəbi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 2003-cü ildə aldığı travma (səbəb hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəmə qərarı əsasında xx.xx.2018-ci il tarixdə şəhadətləndirilsə də, bununla bağlı pensiya iddiaçıya xx.xx.2007- ci il tarixdən təyin edilməlidir. Belə ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-сı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 01.01,2007-ci il tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edildiyini nəzərə alaraq,hesab etmişdir ki, iddiaçının iddia tələbi qismən, İİ qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik dərəcəsi və İİ qrup hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqəli əlillik arasındakı xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməyən 25 faiz fərqin yenidən hesablanması və qanunamüvafiq qaydada fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində təmin, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək iddiaçıya ödənilməyən 25 faiz fərqin yenidən hesablanması və qanunamüvafiq qaydada fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında iddia tələbinin təmin edilmiş hissəsi ilə razılaşmır və hesab edir ki, mübahisələndirilən hüquq münasibətləri aşağıdakı maddi hüquq normalarının tətbiqi ilə bağlıdır. "Əmək pensiaları haqqında" Qanunun 20.16-cı maddəsinə əsasən əsasən bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulan hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla): 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, İİ qrup müharibə əlillərinə – 80 faizi, İİİ qrup müharibə əlillərinə – 55 faizi; 20.16.2. İ qrup digər əlillərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlillərə) müvafiq təminat xərcliyinin – 60 faizi, İİ qrup əlillərə – 55 faizi, İİİ qrup əlillərə – 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər- əlavələr ödənilir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1997-xx.xx.2004-cü il tarixlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xx.xx.2003-xx.xx.2003-cü il tarixlərdə gecə təlim məşqləri zamanı yıxılaraq qarın nahiyyəsindən travma almışdır. İddiaçının aldığı xəsarət Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2004-ci il tarixli, 405 saylı şəhadətnaməsi ilə İİ qrup əlillik dərəcəsi verilərək əlilliyin səbəbi «hərbi xidmət dövründə alınmışdır» kimi qiymətləndirilmişdir. Sonradan iddiaçı ordudan ehtiyata buraxılmışdır və ona Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2005-ci tarixli, 953 saylı müayinə aktına əsasən İİ qrup əlillik dərəcəsi verilmişdir. İddiaçı bununla razılaşmamış, hesab etmişdir ki, o, müharibə əlilidir, ona görə də, əlilliyin səbəbi müvafiq olaraq dəyişdirilməlidir. Onun bu haqda müraciəti Mərkəzi Hərbi Həkim Komissiyasında təmin olunmadığından, iddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı 2013-cü il tarixdə müvafiq iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı onun əlillik səbəbini 2013-cü ildən halhazıradək məhkəmə qaydasında mübahisələndirmişdir. İddiaçının iddiaları əsasında 2013cü ildən hal hazıra kimi keçmiş müddət ərzində çoxsaylı məhkəmə icraatları baş vermiş və müvafiq qərarlar çıxarılmışdır. Sonuncu xx.xx.2017-ci il tarixli məhkəmə qərarı ilə iddiaçının iddiası təmin edilmiş, onun adına verilmiş AR MN Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 6366 saylı “Xəstəlik haqqqında” şəhadətnamədə qeyd olunan “Xəstəliklər. Hərbi xidmət dövrünə alınmışdır” ifadəsinin “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır” ifadəsi ilə əvəz edilməsi vəzifəsinin Nazirliyin Mərkəzi hərbi Həkim Komissiyasına həvalə edilmişdir. Qanuni qüvvəsini almış qərar icraya yönəldilmişdir və AR MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Xəstəlik haqqında” 81 saylı xx.xx.2018ci il tarixli şəhadətnamə qəbul edilmişdir. Daha sonra AR ƏƏSM Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair Məlumata əsasən iddiaçıya səbəbi hərbi xidmət vəzifəsinin yerinə yetirməklə əlaqədar xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək İİ dərəcəli əlillik təyin edilmişdir. Buna əsasən iddiaçının aldığı pensiya məbləği 158 manat qədər artmışdır. Lakin iddiaçı hesab etmişdir ki, ona hesablanmış yeni pensiya məbləği daha əvvəlki tarixdən, yəni 2005-ci ildən ona ödənilməlidir. İşin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı qeyd olunan pensiya məbləğləri arasındakı fərqin hesablanaraq birdəfəlik ona ödənilməsini tələb etmiş və sonuncunun işdə olan xx.xx.2018-ci il tarixli iddiaçıya ünvanlanmış məktubundan göründüyü kimi, ona, TSEK-in müayinə aktlarına (qərarlarına) istinadən, fərqin hesablanıb ödənilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin imtinası əsaslıdır. Belə ki, 2005-ci ildə iddiaçıya ilkin əlillik təyin edilərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 №-li qərarı ilə təsdiq edilmiş və 2016-cı il 5 fevral tarixinədək qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin müddəaları (bəndləri) ilə aşağıdakılar müəyyən edilmişdir: 1.5. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun) müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir; 3.1. Tibbi-sosial ekspert komissiyaları: həyat fəaliyyətinin məhdudlaşmasının dərəcəsini və xarakterini müəyyən edir; müayinə olunan şəxslərin reabilitasiya potensialının səviyyəsini və xarakterini müəyyən edir;həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir… 5.1. Əlillik müddəti “Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamə”yə uyğun olaraq müəyyən edilir. Əlillik müddətlə müəyyən edildiyi hallarda şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.4. Müayinə olunan şəxs tibbi-sosial ekspert komissiyasının qərarı ilə razılaşmadıqda bir ay müddətində TSEK sədrinə ərizə ilə müraciət etmək hüququna malikdir. Belə hallarda TSEK sədri 3 gün müddətində onun tibbi ekspertiza sənədlərini və ərizəni ali pillə ekspertizaya göndərməlidir. Ali pillə TSEK həmin sənədi aldıqdan sonra sənədlər əsasında, yaxud əlili və sağlamlıq imkanları məhdud uşağı əyani müayinəyə cəlb etməklə qərar qəbul edir. İlkin tibbi-sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. Sonradan isə iddiaçıya əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək yenidən əlillik təyin edilərkən AR Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamədə aşağıdakı qaydalar müəyyən olunmuşdur: 1.3. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 3.1.3. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEK-in vəzifələrindən biridir. 4.26. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. 5.4.TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. 5.5.TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin istər əvvəlki, istərsə də sonrakı redaksiyası üzrə müəyyən edilən qaydalarla birmənalı olaraq əlillik dərəcəsinin və onun səbəbinin TSEK-in qəbul etdiyi qərarlara əsasən müəyyən olunduğu təsbit edilmişdir ki, həmin qərardan da məhkəməyə şikayət verilməsi Əsasnamədə nəzərdə tutulmuşdur. Başqa sözlə, qeyd olunanlar onu deməyə əsas verir ki, TSEK-in qərarları inzibati akt sayılır. Çünki həmin qərarlar hüquqi nəticə yaradan hakimiyyət tədbirini özündə əks etdirir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində verilən anlayışından da görünür ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir . Beləliklə də qanunvericiliyin qeyd olunan tələbləri baxımından təhlil aparıldıqda, iddiaçının 2005-ci ildə ilkin olaraq TSEK-in qərarı ilə əlilliyi və onun səbəb əlaqəsi müəyyən edilmiş, lakin həmin qərardan o, şikayət verməmiş, hüquqi nəticələri 2018-ci ildə TSEK-in növbəti bir qərarı ilə əlilliyin səbəb əlaqəsi dəyişdirilənədək mövcud olmuş və halhazırda da həmin qərar ləğv olunmamış, etibarsız sayılmamışdır. Məhz “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsində də nəzərdə tutulur ki, nzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağrılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İşdə olan sübutlarla müəyyən edilən hallardan da göründüyü kimi, iddiaçının öz əlilliyin səbəbi barədə TSEK-in əvvəllər qəbul edilmiş qərarı ona məlum olmuş, lakin həmin qərar onun tərəfindən mübahisələndirilməmiş, belə olan halda, hüquqi cəhətdən qüvvədə olmuş və etibarlılıq xüsusiyyətinə malik olmuşdur. Həmin qərar iddiaçının əlilliyin səbəbinin sonradan dəyişdirilməsi barədə TSEK-in yeni qərarı qəbul edilənədək geri çağrılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Beləliklə də inzibati qanunvericiliyə və işin sübutlarla müəyyən olunan hallarına əsasən iddiaçının ilkin əliliyinin səbəbinin TSEK tərəfindən müəyyən edildiyi və TSEK-in ilkin qərarı ilə qiymətləndirmə tarixindən də ona cavabdehin qərarı ilə pensiya hesablandığı halda, sonuncunun qanunsuz hərəkətləri müəyyən edilə bilməz. Lakin işə baxan birinci instansiya məhkəməsi TSEK-in qeyd olunan Əsasnamə ilə müəyyən edilən səlahiyyətlərinə müdaxilə edərək, ilkin qərarı ilə müəyyənləşdirilən əlilliyin səbəb əlaqəsi üzrə öz mülahizəsinə əsasən yenidən qiymətləndirmə aparmış və iddianın qismən təmin olunması barədə qanunsuz və əsassız olan nəticəyə gəlmişdir. Ona görə də yekunda məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(81)-3068/2018 saylı qərarı qismən – iddia tələbinin təmin edilmiş - İİ qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik dərəcəsi və İİ qrup hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqəli əlillik arasındakı xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməyən 25% fərqin yenidən hesablanması və qanunamüvafiq qaydada fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilməli və bu hissədə iddia tələbi rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(81)- 3068/2018 saylı qərarı qismən iddia tələbinin təmin edilmiş hissəsində - İİ qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik dərəcəsi və İİ qrup hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqəli əlillik arasındakı xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməyən 25% fərqin yenidən hesablanması və qanunamüvafiq qaydada fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilsin və bu hissədə iddia tələbi rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2703/2019
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2703/2019
25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver