Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2703/2023 24.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Nizami Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6694/2023 saylı, 11 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami Rayon Nizami Bələdiyyəsinin 31 avqust 2005-ci il tarixli 09 saylı qərarının ləğv edilməsinə dair iddia tələbini irəli sürmüşdür. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Əfqanıstan Birliyinin üzvüdür. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 295 saylı sərəncamı ilə Azərbaycan Respublikası Əfqanistan Veteranları Birliyinə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə əlavə Nizami rayonu, 2433-cü məhəllədə, 0,66 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaqda müxtəlif təsərrüfat işləri aparmışdır. Azərbaycan Respublikası Əfqanıstan Veteranları Birliyinin 30 avqust 2012-ci il tarixli 30 nömrəli məktubundan görünür ki, həmin məhəllədə yerləşən 6.5 sotdan ibarət 1-ci sahə 2004-cü ildən iddiaçının istifadəsindədir. Sonradan məlum olmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinə çıxarış alınmışdır. Daha sonra onlara ayrılan torpaq sahəsinin Nizami Bələdiyyəsinin qərarı ilə X1 məlum olmuşdur. Lakin iddiaçı X3 Birliyində belə bir adama rast gəlməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6694/2023 saylı, 11 may 2023-cü il tarixli qərardadı (hakim L.Musayeva) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini və işə baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin sorğusuna əsasən verilən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 3-52/2-1390/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2004-cü il tarixli 295 nömrəli sərəncamı ilə İddiaçı torpaq sahəsinin verilməsi aşkar edilməmişdir”. Nəzərə almaq lazımdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixl, 295 saylı sərəncamı ilə AR X2 Əfqanıstan veteranlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmçinin qeyd etdiyi kimi Azərbaycan X3 Birliyinin xx.xx.2012-ci il tarixli, 30 nömrəli Bakı şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanan məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 295 saylı sərəncamı ilə Azərbaycan Əfqanıstan Veteranları İttifaqının üzvlərinə Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə ayrılmış torpaq sahəsinin 6,5 sot hissəsi 2004-cü ildən Birliyin üzvü İddiaçı istifadəsindədir, həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə köməklik etməyinizi xahiş edirik”. Məhkəmənin sorğusuna əsasən verilən Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər Nizami Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 09 nömrəli qərarı ilə Nizami rayonu 2433-cü məhəllədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin təqdim etdiyi eskizə uyğun olaraq, 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhər sakini X5 mülkiyyətinə satılmışdır. Göründüyü kimi ona ayrılmış torpaq sahəsinin başqa şəxsin adına rəsmiləşdirilməsindən bu günlərdə xəbər tutmuşdur. Belə ki, Bakı şəhər Nizami Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 09 nömrəli həmin qərarı onun hüquqi marağına toxunduğu və pozduğuna görə həmin qərarı mübahisələndirmək üçün subyektiv hüquqa malikdir. Bu baxımdan məhkəmə heç bir araşdırma aparmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirdi ki, torpaq sahəsinin ayrılmasına dair heç bir qərar ona təqdim edilməmişdir. Lakin Azərbaycan X3 Birliyinin məktubundan aydın görünür ki, 1-ci sahədən 6,5 sot torpaq sahəsi onun istifadəsindədir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və 3-cü şəxs X9 məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının həmin qərarı mübahisələndirməyə subyektiv hüququ yoxdur, digər tərəfdən belə hüquqi imkan mövcud olmuş olsa belə, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər ötürülmüşdür. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 295 nömrəli Əlavə torpaq sahəsinin ayrılmasına haqqında sərəncamına əsasən Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqının 22.06.04-cii ıl tarixli, 073 saylı Heydər Əliyev adına Bakı neft emalı zavodunun xx.xx.2004-cü il tarixli, 19-8/57/13-88 saylı və «Azəriqaznəql» İstehsalat Birliyinin xx.xx.2004-cü il tarixli, ƏA-21-1323/3 saylı razılıq məktublarını nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 16.03.99-cu il tarixli, 213 saylı sərəncamı ilə Azərbaycan Respublikası X2 fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahəsinə əlavə Nizami rayonu, 2433-cü məhəllədə 0,66 ha torpaq sahəsinin ayrılması, 0,66 ha torpaq sahəsinin Nizami Rayon Bələdiyyəsinin ehtiyat fondu torpaqlarına aid edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 3- 52/2-1390/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2004-cü il tarixli 295 nömrəli sərəncamı ilə İddiaçı torpaq sahəsinin verilməsi aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki: Bakı şəhər Nizami Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 09 nömrəli qərarı ilə Nizami rayonu 2433-cü məhəllədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin təqdim etdiyi eskizə uyğun olaraq, 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhər sakini X5 mülkiyyətinə satılmışdır. Azərbaycan X3 Birliyinin xx.xx.2012-ci il tarixli, 30 nömrəli Bakı şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanan məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 295 saylı, sərəncamı ilə Azərbaycan Əfqanistan Veteranları İttifaqının üzvlərinə Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə ayrılmış torpaq sahəsinin 6,5 sot hissəsi 2004-cü ildən Birliyin üzvü İddiaçı istifadəsindədir, həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə köməklik etməyinizi xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi tərəfindən araşdırılması zamanı iddiaçı mübahisələndirdiyi qərarın birbaşa ona aidiyyəti olmasını sübuta yetirə bilməmişdir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İş materiallarına əsasən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2004-cü il tarixli 295 nömrəli sərəncamı ilə İddiaçı torpaq sahəsi ayrılmamışdır. Həmçinin, iddiaçı özü də torpaq sahəsinin ona ayrılmasını təsdiq edən hər hansı bir inzibati aktın mövcudluğunu sübuta yetirə bilməmişdir. Bununla da iddiaçı hazırda mübahisələndirdiyi qərarın onun birbaşa hüquqlarını pozduğunu sübuta yetirə bilməmiş, məhz onun qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı olmasına dair hər hansı bir dəlil irəli sürməmişdir. İnzibati məhkəmə icraatı çərçivəsində işin hərtərəfli araşdırılması vəzifəsinə malik olan həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi tərəfindən iş üzrə araşdırma zamanı iddiaçıya iddia etdiyi torpaq sahəsinin qanuni yolla ayrılmasına dair hər hansı bir inzibati akt aşkar edilməmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, iddiaçının Bakı şəhər Nizami Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 09 nömrəli qərarını mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiaçı inzibati orqanın bundan təxminən 18 il əvvəl qəbul etdiyi qərarın ləğv edilməsini tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6694/2023 saylı, 11 may 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6694/2023 saylı, 11 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2703/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2703/2023
24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver