Məhkəmə qərarları › İş №2-1(103)-2703/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2703/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2703/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Musa oğlunun, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndələri X9 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2-1(112)-2405/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə (bundan sonra mətndə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən **********8396 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 22031,08 (iyirmi iki min otuz bir manat 08 qəpik) manat və **********8385 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 25452,23 (iyirmi beş min dörd yüz əlli iki manat 23 qəpik) manat məbləğində - ümumilikdə 47483,31 (qırx yedd min dörd yüz səksən üç manat 31 qəpik) manat hesablanmış dəbbə pulunun Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra Cəmiyyət adlandırılacaq) xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınmış və müəyyən olunmuş istiqamət üzrə fəaliyyətini davam etdirməkdədir. Cəmiyyət əsas fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliyin tələbləri əsasında xarici ölkələrdən idxal və ya daxili bazardan alış etməklə müxtəlif növlü elektronika mallarının satışını həyata keçirməkdədir. Cəmiyyət ilə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Satıcı adlandırılacaq) sonuncu tərəfindən xx.xx.2022-ci tarixində idxal edilmiş, model nömrəsi LT-32N3105E olan 1000 (bir min) ədəd və model nömrəsi LT- 32N3105 olan 425 (dörd yüz iyirmi beş) ədəd “JVC” markalı televizorların Cəmiyyət adından rəsmiləşdirilərək Cəmiyyətin mülkiyyətinə keçməsinə razılaşmışdılar. Bu barədə hər iki hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasının müvafiq gömrük orqanına ərizə ilə müraciət edilmiş və gömrük orqanı tərəfindən razılıq əldə edilmişdir. Lakin Cəmiyyət idxal olunan malların rəsnıiləşdirilməsini həyata keçirmək istərkən təxminən 65.000,00 (altmış beş min) manat dəbbə pulu ödənişi ilə üz - üzə qalmışdır. Satıcı, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X1vericiliyi əsasında qeydiyyatdan keçmiş “X6 East DMCC” şirkəti ilə bağlamış olduğu 20 oktyabr 2021-ci il tarixli, ******* saylı Müqaviləyə əsasən sonuncu Çin Xalq Respublikasında istehsal olunan “JVC” markalı televizorları istehsalçıdan alıb "xxxx" MMC-nin adma idxal edəcəkdir. Razılaşmaya uyğun olaraq “X6 East DMCC” şirkəti 20 oktyabr 2021-i il tarixli, NWG-1NV 4685-1 saylı qaimə faktura ilə model nömrəsi LT-32N3105E olan, bir ədədinin qiyməti 94 (doxsan dörd) ABŞ Dolları olmaqla 1000 (bir min) ədəd və model nömrəsi LT-32N3105 olan, bir ədədinin dəyəri 95 (doxsan beş) ABŞ Dolları olmaqla 425 (dörd yüz iyirmi beş) ədəd, ümumi dəyəri 134.375,00 (bir yüz otuz dörd min üç yüz yetmiş beş) ABŞ Dolları təşkil edən “JVC” markalı televizorların idxal edilə biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixində LTKU2144662 saylı konteyner ilə Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra gömrük ərazisi adlandırılacaq) daxil olmuşdur. Belə olan halda "xxxx" MMC tərəfindən təqdim edilən sənədlər əsasında bəyaıınaməçi tərəfindən **********6428 saylı gömrük bəyannaməsi elektron qaydada doldurulmuşdur. İdxal olunan mallar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin (bundan sonra ERDNBGİ adlandırılacaq) gömrük buraxılış məntəqəsi ərazisinə daxil olmuşdur. Mallar gömrük ərazisinə daxil olarkən mal müşayiət sənədlərində Çin Xalq Respublikasının **********00885165 saylı ixrac bəyannaməsi müvafiq qurum tərəfindən qəbul edilmişdir. Həmin ixrac gömrük bəyannaməsində malların dəyəri mexaniki səhvlik nəticəsində həddən artıq baha yazılmışdır. Belə ki, model nömrəsi LT-32N3105E olan “JVC” markalı televizorun bir ədədi 140,88 (bir yüz qırx dollar səksən səkkiz sent) ABŞ Dolları, LT-32N3105 olan “JVC” markalı televizorun bir ədədi 142,84 (bir yüz qırx iki dollar səksən dörd) ABŞ Dolları olmaqla ümumilikdə malların dəyəri 201.507,00 (iki yüz bir min beş yüz yeddi) ABŞ Dolları olaraq qeyd edilmişdir. Bununla da mal müşayiət sənədləri arasında olan ixrac bəyannaməsi ilə "xxxx" MMC tərəfindən təqdim edilən idxal bəyannaməsi arasında 67.212,00 (altmış yeddi min iki yüz on iki) ABŞ Dolları məbləğindən artıq məbləğ müəyyən edilmişdir. Belə olan halda müvafiq gömrük qurumu tərəfindən mal müşayiət sənədləri arasında olan ixrac bəyannaməsində qeyd edilən qiymətlər əsasında malların rəsmiləşdirilməsi tələb edilmişdir. "xxxx" MMC-nin səlahiyyətli şəxsləri tərəfindən buna etirazlar edilmişdir. Müvafiq qurum tərəfindən etirazlara məhəl qoyulmamış, idxal olunmuş malların elektron qaydada doldurulmuş gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsinin aparılmasına imkan verilməmiş, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq araşdırma aparılmamışdır. Yuxarıda adı qeyd edilən şirkət tərəfindən "xxxx" MMC-nin adma model nömrəsi LT-32N3105 olan 1425 (bir min dörd yüz iyirmi beş) ədəd “JVC” markalı televizorlar idxal edilmiş və xx.xx.2022-ci il tarixində mallar gömrük ərazisinə daxil olmuşdur. Müvafiq sənədlər əsasında "xxxx" MMC tərəfindən malların gömrük ərazisinə idxal edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq **********8572 saylı elektron gömrük bəyannaməsi təqdim edilmişdir. Malları müşayiət edən sənədlərlə "xxxx" MMC tərəfindən təqdim edilən sənədlər arasında heç bir fərq ortaya çıxmamışdır. Lakin müvafiq gömrük orqanı tərəfindən sənədlər əsas götürülmədən əlavə dəyər tətbiq edilmişdir. Bunu da xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində yaranan fərqlə izah etmişlər və bu sənədləri əsas götürərək idxal olunan mallara əlavə gömrük dəyəri tətbiq etmişdilər. Gömrük orqanları xx.xx.2022-ci il tarixli idxal olunmuş malların aqibətinin xx.xx.2022-cil tarixli idxal olan malların aqibəti ilə bir həll olunacağım şifahi qaydada bildirilmişdilər. Qeyd etmək istərdik ki, ikinci bəyannamə əsasında gömrük ərazisinə idxal olunan mallar da gömrük orqanı tərəfindən təyin olunmuş müvafiq yerdə saxlanılmaqdadır və konteyner bu günə kimi təhvil verilməmişdir. Hər iki hal ilə əlaqədar "xxxx" MMC tərəfindən müvafiq qurumun əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən dəfələrlə həınin qurumun rəhbərinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxslərinə şifahi şəkildə və yazılı şəkildə müraciətlər edilmişdir. Yazılan ərizələr nəticəsində ERDNBGİ-nin Gömrük prosedurları və ödənişləri şöbəsi tərəfindən 02.11,2022-ci il tarixli, 31/012/006066 saylı raportun araşdırılması ERDNBGİ, Əməliyyat və Təhqiqat şöbəsinin (bundan sonra Təhqiqat şöbəsi adlandırılacaq) Təhqiqat bölməsinin böyük təhqiqatçısı X5 tapşırılmışdır. Gömrük ödənişlərinin ödənilməsindən yayınma cinayətinin törədilə biləcəyi ehtimalı olduğundan qeyd olunan qurumda "xxxx" MMC barəsində 34/012/006066 saylı material ilə araşdırma başladılmışdır. Təhqiqat şöbəsi tərəfindən məhkəmə iqtisad ekspertizası təyin olunmuş və xx.xx.2022-ci il tarixli, 9/8662 nömrəli ekspert rəyi həmin şöbəyə təqdim edilmişdir. Ekspert rəyini şübhəli bilən Təhqiqat şöbəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq təkrar məhkəmə iqtisad ekspertizası təyin etmişdir. Təkrar ekspertizanın xx.xx.2023-ci il tarixli, 9/731 nömrəli ekspert rəyi müvafiq quruma təqdim edilmişdir. Bundan sonra müvafiq qurum tərəfindən malların gömrük rüsumları çıxılmaqla malların gömrük dəyərinin hesablanması üçün Baş İdarənin müvafiq struktur bölməsinə müraciət edilmişdir. Aidiyyəti bölmədən xx.xx.2023-cü il tarixli 34/012/001016 saylı raportda göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində qeyd edilən xərclər ekspertin rəyində göstərilən dəyərdən çıxıldığı zaman model nömrəsi LT-32N3105E olan “JVC” televizorunun bir ədədinin dəyəri 94 (doxsan dörd) ABŞ Dolları, model nömrəsi LT-32N3105 olan “JVC” markalı televizorun bir ədədinin dəyəri isə 95 (doxsan beş) ABŞ Dolları təşkil edir. Ekspert rəyi və araşdırmalar nəticəsində ERDNBGİ, Əməliyyat və Təhqiqat şöbəsi. Təhqiqat bölməsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X4 xx.xx.2023-cü il tarixli qərarı əsasında 34/012/006066 saylı material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, idxal edilmiş malların xx.xx.2022-ci il tarixli, **********6428 saylı gömrük bəyannaməsində qeyd edilmiş xx.xx.2021-ci il tarixli NWG- İNV4685-1 saylı qaimə faktura (invoys) sənədinə əsasən rəsmiləşdirilməsinin aparılması qərarlaşdırılmışdır. Beləliklə, ERDNBGİ, Əməliyyat və Təhqiqat şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə isbat edilmişdir ki, xx.xx.2022-ci il tarixli, **********6428 saylı gömrük bəyannaməsində qeyd edilən malların gömrük dəyəri "xxxx" MMC tərəfindən düzgün bəyan edilmiş və bəyan edilən gömrük dəyərinə görə gömrük borcunun ödənilməsi qərarlaşdırılmışdır. İddiaçı MMC ilə "xxxx" MMC arasındakı razılaşma və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciətlər əsasında xx.xx.2022-ci il tarixində idxal edilmiş malların 20.10 2021-ci il tarixli, NWG- İNV4685-1 saylı qaimə fakturada qeyd edilən gömrük dəyəri əsasında İddiaçı MMC tərəfindən gömrük rəsmiləşdirilməsinin aparılması xahiş edilmiş və sonuncu tərəfindən qaimə fakturada qeyd edilən məbləğ əsasında Azərbaycan Respublikasının gömrük qanunvericiliyi əsasında gömrük dəyəri ödənilmək şərti ilə rəsmiləşdirilməsinin aparılması xahiş edilmişdir. Lakin yuxarıda da qeyd olunduğu kimi Cəmiyyətdən gömrük dəyərindən əlavə dəbbə pulunun ödənilməsi tələb edilmişdir. İşin faktiki hallarına baxıldığı zaman əsassız tələb ilə gömrük dəyəri qaldırılmış malın dəyərinə görə qanunsuz gömrük borcu müəyyən edilmiş və haqsız dəyərə görə hesablanmış gömrük dəyərinin ödənilməsi idxal olunan malların sahibindən tələb edilməyə çalışılmışdır. Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə əsasən də idxal olunan malların sahibi tərəfindən şikayətlər olunmuş, malların gömrük dəyərinin düzgün və ədalətli araşdırılması tələb edilmişdir. Gömrük Məcəlləsinə əsasən də bu müddət ərzində dəbbə pulu yaranmır. Yuxanda da qeyd edildiyi kimi gömrük orqanı tərəfindən gecikdirilmiş olan gömrük borcuna görə **********8396 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 22031,08 (iyirmi iki min otuz bir manat 08 qəpik) manat və **********8385 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 25.452,23 (iyirmi beş min dörd yüz əlli iki manat 23 qəpik) manat məbləğində - ümumilikdə 47.483,31 (qırx yedd min dörd yüz səksən üç manat 31 qəpik) manat dövlət büdcəsinə ödənilməli olan dəbbə pulunun hesablanmasının heç bir hüquqi əsası yoxdur. Belə ki, dəbbə pulunu yaradan hallar öz təsdiqini tapmadığı halda gömrük orqanı tərəfindən belə bir məbləğin hesablanması və İddiaçı MMC-dən bunun tələb edilməsi qanuni deyildir. Bakı İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2-1(112)-2405/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2-1(112)-2405/2024 saylı qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, qərardadda iddia tələbinin mümkün sayılmamasının əsası kimi məhkəmə qeyd etmişdir ki, cavabdeh qurum faktiki xarakterli hərəkətləri nəticəsində gömrük borcunu hesablamış, gömrük borcunun ödənilməsi barədə iddiaçıya bildiriş təqdim etmiş, lakin həmin borcun tutulmasını təmin etmək məqsədilə hər hansı hərəkət həyata keçirməmişdir, (məsələn, bank hesablarının dondurulması barədə sərəncam verilməsi, hesablanmış gömrük borcunun tutulması və ya mallarının ölkəyə idxalına məhdudiyyət qoyulması kimi). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkət olmamış, bununla bağlı “İnzibati İcraat haqqında” Qanununun tələblərində inzibati icraata dair müəyyən edilmiş hərəkətlər edilməmiş, inzibati icraat başladılmamış, prosedurların aparılmadığı bildirilmişdir. Həmçinin məhkəmənin qərardadında cavabdeh tərəfindən sözügədən məsələ ilə bağlı “İnzibati İcraat Haqqında” Qanunun müddəları çərçivəsində inzibati icraatın aparılmadığı, inzibati aktın qəbul edilmədiyi, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş hər hansı məcburedici hərəkətlər edilmədiyi qeyd olunmuşdur. Məsələlər bir-biri ilə hüquqi kolliziya təşkil edir. Belə ki, ilkin paraqrafda məhkəmə cavabdehin müəyyən hərəkətlər etdiyini (gömrük borcunu hesablama, gömrük borcunun ödənilməsi barədə iddiaçıya bildiriş təqdim etmə və s.), ancaq bu borcun tutulmasım təmin etmək məqsədilə hər hansı hərəkət həyata keçirmədiyini (bank hesablarının dondurulması barədə sərəncam verilmədiyini, hesablanmış gömrük borcunun tutulmadığını və ya mallarının ölkəyə idxalına məhdudiyyət qoyulmadığını) bildirir, (bax qərardad 12-ci səhifə 2-ci paraqraf) Qeyd edilənlərdən anlaşılan odur ki, cavabdeh orqan bank hesablarının dondurulması barədə sərəncam verərsə və yaxud hesablanmış gömrük borcunun tutulması və ya malların ölkəyə idxalına məhdudiyyət qoyarsa, o zaman gömrük orqanı tərəfindən inzibati orqan olaraq həyata keçirilmiş olan hərəkətlər tamamlanmış olacaq, mübahisələndirilə biləcək, inzibati orqan tərəfindən əsassız olaraq hesablanmış olan dəbbə pulunun məbləği iddiaçıdan tələb ediləcəkdir. Yəni inzbati orqan tətəfındən aparılan icraat o halda tamamlanmamış hesab ediləcəkdir. Məhz bunu nəzərə alan İddiaçı MMC yuxarıda qeyd edilən iddia tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbinin məqsədi məhz qanusuz olaraq hesablanmış olan dəbbə pulunun məbləğinin silinməsini məhkəmədən xahiş etmək idi. Hesablanmış olan dəbbə pulu ilə bağlı sonrakı mərhələ həmin dəbbə pulunun iddiaçıdan tələb edilməsidir. Birinci instansiya məhkəməsi isə bu qərardadı ilə sanki hadisələri qabaqlamağa çalışır. Yəni hesablanmış olan dəbbə pulunun məbləğinin tələb edilməsi üçün hər hansı bir hərəkət yoxdursa, o zaman bunun mübahisələndirilməsinə zərurət yoxdur. Bir növbəti paraqrafda isə məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən ümumiyyətlə inzibati icraat başlanmamış, heç bir hərəkət aparılmamışdır, (bax qərardad 12-ci səhifə 3-cti paraqraf). Bundan başqa məhkəmə öz qərardadında hesab etmişdir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, “mübahisə” inzibati orqan tərəfindən aparılan və faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə (hüquqi nəticə) yaratmayan hesablama ilə bağlıdır və gömrük orqanın gömrük borcunun hesablanması barədə müraciət pretenziya xarakterlidir. Pretenziyanın isə məhkəmə qaydasında mübahisələndirilməsi məhkəmə icraatının məqsədlərinə uyğun hesab edilə bilməz, (bax qərardad 12-ci səhifo 5-ci paraqraf). Məhkəmənin bu yanaşması ilə də razı deyildirlər, belə ki, hazırki qərardaddan şikayət verilən ərəfədə belə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-nin hesablaşma hesabına sərəncam qoyularaq dəbbə pul şəkilndə hesablanmış olan pul vəsaitinin silinməsi təhlükəsi vardır. Bu isə birbaşa müdaxilənin olduğuna dəlalət edir. Məhz bu aspektdən yanaşılaraq iddiaçı tərəfindən hazırki iddia tələbi irəli sürülərək hesablanmış dəbbə pulunun əsassız və qanunsuz olduğu və bu səbəbdən silinməsi tələbi ilə məhkəməyə müraciət olunmuşdu. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası tərəfləri dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********183400 №-li çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixdə ********** (VÖEN) qeydiyyat nömrəsilə dövlət qeydiyyata alınmışdır. Hüquqi şəxsin hüquqi ünvanı AZ 10360, ünvan 1i təmsilçisi Nümayəndə qeyd olunmuşdur. Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2000/012/0xx-xx/000377 saylı məktubunda göstərilmişdir ki, Çin Xalq Respublikasından "xxxx" (VÖEN:**********) MMC-nin ünvanına LTKU2144662 nömrəli konteynerlə göndərilən mallar xx.xx.2022-ci il tarixində **********6428 sorğu nömrəli gömrük bəyannaməsi ilə, LTKU ******* qeydiyyat nömrəli konteynerlə göndərilən mallar isə xx.xx.2022-ci il tarixində **********8572 sorğu nömrəli gömrük bəyannaməsi ilə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsində rəsmləşdirilməsi üçün bəyan edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 243.1-ci maddəsinə əsasən gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir. Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən isə gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında dəbbə pulu alırlar. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2000/012/0xx-xx/000711 saylı məktubunda göstərilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) idxal etdiyi malları xx.xx.2022- ci il tarixində **********6428 və xx.xx.2022-ci il tarixində **********8572 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan etmişdir. "xxxx" MMC tərəfindən gömrük əməliyyatları başa çatdırılmamış borc və öhdəliklər ixracatçı və idxalatçının razılığı əsasında İddiaçı MMC-yə (VÖEN:**********) ötürülmüşdür. “NUR TRADE GLOBAL" MMC tərəfindən mallar xx.xx.2023-cü il tarxində **********8396 və **********8385 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş və xx.xx.2023- cü il tarixində gömrük ödənişləri ödənilərək rəsmləşdirilmə prosesi başa çatdırılmışdır. Lakin Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən gecikdirilmiş gömrük borcuna görə **********8396 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 22031,08 AZN (iyirmi iki min otuz bir manat səkkiz qəpik), **********8385 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 25452,23 AZN (iyirmi beş min dörd yüz əlli iki manat iyirmi üç qəpik) məbləğində dövlət büdcəsinə ödənilməli olan dəbbə pulu İddiaçı MMC tərəfindən ödənilməmişdir. Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2000/012/0xx-xx/000889 saylı məktubunda göstərilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) idxal etdiyi malları xx.xx.2022-ci il tarixində **********6428 və xx.xx.2022-ci il tarixində **********8572 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan etmişdir. "xxxx" MMC tərəfindən gömrük əməliyyatları başa çatdırılmamış borc və öhdəliklər ixracatçı və idxalatçının razılığı əsasında İddiaçı MMC-yə (VÖEN:**********) ötürülmüşdür. İddiaçı MMC tərəfindən mallar xx.xx.2023-cü il tarxində **********8396 və **********8385 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş və xx.xx.2023-cü il tarixində gömrük ödənişləri ödənilərək rəsmləşdirilmə prosesi başa çatdırılmışdır. Lakin Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən gecikdirilmiş gömrük borcuna görə **********8396 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 22031,08 AZN (iyirmi iki min otuz bir manat səkkiz qəpik), **********8385 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 25452,23 AZN (iyirmi beş min dörd yüz əlli iki manat iyirmi üç qəpik) məbləğində dövlət büdcəsinə ödənilməli olan dəbbə pulu İddiaçı MMC tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-33/2-013685/2023 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra- Gömrük Məcəlləsi) 238.2-ci maddəsinə əsasən gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. Gömrük Məcəlləsinin 247.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Eyni zamanda, gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya Gömrük Məcəlləsinin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək dəbbə pulu hesablanır. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə uyğun olaraq şəxs ona təqdim edilən bildirişdə göstərilən gömrük deyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Həmçinin, Gömrük Məcəlləsinin 221.4-ci maddəsinə əsasən yuxarı gömrük orqanı və ya məhkəmə şəxsin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər Məcəllənin 221.1-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. Qeyd olunanları nəzərə alaraq, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsi tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmış dəbbə pulunun ləvği nəzərdə tutulmur. Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-33-3200/2-001295/2023 saylı məktubunda göstərilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) idxal etdiyi malları xx.xx.2022-ci il tarixində **********6428 və xx.xx.2022-ci il tarixində **********8572 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan etmişdir. "xxxx" MMC tərəfindən gömrük əməliyyatları başa çatdırılmamış borc və öhdəliklər ixracatçı və idxalatçının razılığı əsasında İddiaçı MMC-yə (VÖEN:**********) ötürülmüşdür. İddiaçı MMC tərəfindən mallar xx.xx.2023-cü il tarxində **********8396 və **********8385 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş və xx.xx.2023- cü il tarixində gömrük ödənişləri ödənilərək rəsmləşdirilmə prosesi başa çatdırılmışdır. Lakin Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən gecikdirilmiş gömrük borcuna görə **********8396 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 22031,08 AZN (iyirmi iki min otuz bir manat səkkiz qəpik), **********8385 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 25452,23 AZN (iyirmi beş min dörd yüz əlli iki manat iyirmi üç qəpik) məbləğində dövlət büdcəsinə ödənilməli olan dəbbə pulu İddiaçı MMC tərəfindən ödənilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu; 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı çəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. Məhkəmə qeyd edilən normalara və Plenum Qərarındakı mövqeyə əsasən hesab edir ki, cavabdehin hazırda mübahisələndirilən gömrük borcunun ödənilməsi barədə bildirişi və məktubu iddiaçı üçün bilavasitə hüquqi nəticə yaratmır. Belə ki, qeyd edildiyi kimi inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Hazırkı halda ləğv olunması tələb olunan bildiriş adından göründüyü kimi gömrük borcunun ödənilməsinə dair bildiriş, məlumat xarakteri daşıyan, hər hansı məcburi öhdəliklərin icra edilməsi ilə birbaşa nəticəyə səbəb olmayan məktubdur. Başqa sözlə, sözügedən bildiriş və onun məktubu iddiaçı üçün hüquqi nəticə yaratmır, onun üzərinə əliverişsiz vəziyyətə salan vəzifə və öhdəlik qoymur. Beləliklə, hüquqi nəticə yaratmaq imkanından məhrum olan sənədin ləğvinin tələb edilməsi əhəmiyyətsizdir. Odur ki, mübahisə predmeti olan məktuba münasibətdə iddia mümkün sayıla bilməz. Hesablanmış borcun silinməsi tələbinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, borcun tutulması ilə bağlı qərar inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş hər hansı məcburedici hərəkətlər edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun; 81.1. İnzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. 81.3. İnzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur. 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Gömrük Məcəlləsindən: 92.2. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirirlər. 92.2.1. malların və nəqliyyat vasitələrinin yoxlanılması; 92.2.2. şəxsi yoxlama; 92.2.3. gömrük məqsədləri üçün lazım olan məlumatların, elektron və ya kağız üzərində yazılı formalarda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarla (şəhadətnamələrlə), “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərlə müşayiət olunmasının yoxlanılması 92.2.4. gömrük auditi; 92.2.5. şəxslərin sorğu-sual edilməsi; 92.2.6. gömrük nəzarətindən keçməli olan mallara və nəqliyyat vasitələrinə, onların yerləşdiyi ərazilərə və binalara, müvəqqəti saxlanc və gömrük anbarlarında, sərbəst zonalarda yerləşən ərazilərə və binalara, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə gömrük baxışının keçirilməsi; 92.2.7. keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması. 1.0.17. gömrük ödənişləri– bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq; 247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. 247.2. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; 247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. 247.3. Dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. 247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3.Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur Gömrük Məcəlləsinin “Gömrük borclarının alınması və məsuliyyət tədbirləri”ni tənzimləyən: -249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. -249.2-ci maddəsinə görə gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. -249.3-cü maddəsinə görə vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. -249.4-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. Kollegiya qeyd edir ki, cavabdeh qurum gömrük bəyannaməsi üzrə gömrük borcunun yarandığını bildirsə də, bununla bağlı hər hansı inzibati araşdırmanın aparıldığı həmin araşdırmanın nəticəsi olaraq borcun tutulmasına dair qərar qəbul edildiyi müəyyən edilmir. Digər tərəfdən, dəbbə pulu gömrük borcu (gömrük ödənişi) olmamaqla və gömrük borcu ilə ilə eyni vaxtda ödənilməlidir. Göründüyü kimi, qanunvericiliyə əsasən şəxsin mövcud olan gömrük borcunun ödənilməsi üçün inzibati orqanın həmin borcun məcburi tutulması barədə qərar qəbul etmək, tələbi icraya yönəltmək, icra sənədi vermək və digər bu kimi səlahiyyətləri müəyyən edilmişdir. Lakin cavabdeh qurumun faktiki xarakterli hərəkətləri nəticəsində gömrük borcu hesablanmış, gömrük borcunun ödənilməsi barədə iddiaçıya bildiriş təqdim edilmiş, lakin həmin borcun tutulmasını təmin etmək məqsədilə hər hansı hərəkət həyata keçirilməmişdir (məsələn, bank hesablarının dondurulması barədə sərəncam verilməsi, hesablanmış gömrük borcunun tutulması və ya mallarının ölkəyə idxalına məhdudiyyət qoyulması kimi). Kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, bununla bağlı “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat” adlanan İV fəslində müəyyən edilmiş inzibati icraat başlanılmamış və keçirilməmişdir. Belə ki, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş hər hansı məcburedici hərəkətlər edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, “mübahisə” inzibati orqan tərəfindən aparılan və faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə (hüquqi nəticə) yaratmayan hesablama ilə bağlıdır və gömrük orqanın gömrük borcunun hesablanması barədə müraciət pretenziya xarakterlidir. Pretenziyanın isə məhkəmə qaydasında mübahisələndirilməsi məhkəmə icraatının məqsədlərinə uyğun hesab edilə bilməz. Başqa sözlə, iddiaçıya hesablanmış borcla əlaqədar olaraq gömrük orqanı tərəfindən borcun tutulmasına yönəldilmiş hər hansı bir hərəkət edilməmiş, sərəncam qoyulmamış, icra sənədi verilməmiş, digər gömrük rəsmiləşdirmələrinə borc ödənilmədiyinə görə məhdudiyyət qoyulmamış, yalnız borc barədə bildiriş göndərilmişdir. Göründüyü kimi, işin halları ilə iddiaçının hazırkı iddianı qaldırması üçün hər hansı bir əsası, yaxud onun hazırkı iddiaya hüquqi marağı müəyyən olunmur, məhkəmə hüquq müdafiəsinə isə zərurət mövcud deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Azərbaycan Respublikası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2-1(112)-2405/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar