Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2704/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı və qanuni nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(112)-3478/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X1 əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə, əsl olmayan iddiaçı X3 əsl İddiaçı ilə əvəz edilmiş, X3 İddiaçı qanuni nümayəndəsi qismində tanınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3478/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş apellyasiya icraatına daxil olduqdan sonra, cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə məktub ünvanlayaraq, İPM-nin 88.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin geri götürülmüş hesab edilməsini və şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi M.Hüseynov ərizəninin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin ərizəsi təmin olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-in 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, apellyasiya şikayətini geri götürmək işdə iştirak edən şəxslərin qanunla müəyyən edilən hüququdur və konkret halda cavabdehin apellyasiya şikayətini geri götürməsi, hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğundur və üçüncü şəxslərin hüquqlarını pozmur. İPM-nin 86.4-cü maddəsinə əsasən şikayətin geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Bakı İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(112)-3478/2024 nömrəli qərarından verdiyi apellyasiya şikayətinin geri görürməsi barədə ərizəsi təmin edilsin. Apellyasiya şikayəti geri qaytarılsın. Şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2704/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2704/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver