Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2705/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi XN iştirakı ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N8N7/N0N1 saylı 14.07.N0N1-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə N3-N4 noyabr N0N1-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının barəsində qəbul etdiyi 04.0N.N0N0-ci il tarixli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidmətə uyğunsuzluğa görə tutduğu vəzifədən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi və həmin vəzifəyə bərpa olunması barədə cavabdehin üzərinə öhdəliyin qoyulması, həmçinin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr verildiyi tarixdən hərbi xidmətə bərpa olununacağı tarixədək olan müddətin qulluq stajına və növbəti hərbi rütbə verilməsi müddətinə əlavə edilməsi, o cümlədən qeyd olunan əmrin icrası nəticəsində meydana gəlmiş nəticələrin cavabdeh tərəfindən aradan qaldırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, N014-cü ildə imtahan verərək, Azərbaycan Respublikası X9 Hərbi Məktəbinə qəbul olmuşdur və N018-ci ildə ali təhsilini bitirdikdən 1 ay sonra, yəni N3 iyul N018-ci il tarixdə ona AR DİN-nin müvafiq əmrinə əsasən leytenant hərbi rütbəsi verilərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin olunmuşdur. Həmin hərbi hissədə N noyabr N019-cu il tarixədək xidmət aparmış və bu müddət ərzində xidmət zamanı bəzi nöqsanlara görə ona ayrı-ayrı vaxtlarda 4 (dörd) dəfə töhmət verilmiş, daha sonra şərəf məhkəməsinə cəlb olunduqdan sonra sonuncu tərəfindən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə nəticəyə gəlinərək, müvafiq vəsatət verilmişdir. Daha sonra onun AR DİN X6 şəhərində yerləşən “N” saylı hərbi hissəsinə göndərilməsi barədə müvafiq əmri verilmiş və o, xidmətini davam etdirmək üçün həmin hərbi hissəyə getmişdir. N noyabr N019-cu il tarixdə AR DİN X6 şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət aparmağa başlamışdır. Həmin dövrdə tərəfindən hər hansı nöqsana yol verilməmişdir. Həmin ərəfələrdə, təxminən yanvar ayının əvvəllərində zabit yoldaşları ilə birgə yaşadıqları kirayə fərdi yaşayış evində, evin soyuq olması nəticəsində kəskin formada xəstələnmişdir (soyuqdəyməsi olmuşdur). Belə ki, o, təxminən N014-cü ilin avqust-sentyabr aylarında (Daxili İşlər Nazirliyinin X9 Hərbi Məktəbində kursant olduğu dövrdə) Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Hospitalında “kəskin bronxit " diaqnozu ilə stasionar qaydada müalicə almışdır. Xəstə olduğu müddət ərzində isə tabor komandirinə dəfələrlə bu barədə məlumat verərək, müalicə olunması üçün müvafiq qaydada tədbirlər görülərək, onun Hərbi Hospitala yerləşdirilməsinin təmin olunmasını xahiş etsə də, lakin, tabor komandiri tərəfindən qeyd olunanlarla bağlı heç bir tədbir görülməmişdir. Müraciətləri nəticə vermədiyi üçün həmçinin gecələr şiddətli formada (39-40 dərəcədə) bədən hərarəti qalxdığına görə kirayədə birgə yaşadığı zabit yoldaşları tərəfindən ayrı-ayrı vaxtlarda 3 (üç) dəfə Bərdə rayonu X1 və X3 Xidmətinə aparılaraq, orada ambulator qaydada müalicə almışdır. Nəticədə, bu xəstəliyi dövründə xidmətində bəzi kiçik nöqsanları olmuşdur. Valideynləri hərbi hissə komandirinin qəbulunda olmuş və onun stasionar şəkildə müalicəsini davam etdirməli olduğunu bildirmiş, lakin sonuncu tərəfindən bununla bağlı heç bir tədbir görülməmişdir. Təxminən N (iki) gündən sonra onu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Hospitalına müayinə üçün göndərmişlər. Hərbi Hospitalın həkimi cəmi 5- 10 dəqiqə onunla fərdi söhbət apardıqdan sonra, səhhətində heç bir narahatçılıq olmadığını bildirmişdir. Daha sonra, o, həmin günü gecə qatarla Bərdə şəhərinə geri dönmüş və xəstəliyi ilə əlaqədar (ayaq üstə durmağa taqəti yox idi) Bərdə rayonu, Cəyirli kəndində yerləşən kirayədə qaldığı evə getmişdir. Bir qədər yatdıqdan sonra mobil telefonuna dəfələrlə tabor komandiri tərəfindən zənglər olunmuş və sonuncu tərəfindən bildirilmişdir ki, hərbi hissəyə gəlməlidir. Daha sonra onun hərbi hissəyə çağırılması üçün yaşadığı evə mülki bir şəxs göndərilmiş, lakin halı pis olduğu üçün bundan imtina etmişdir. Daha sonra tabor komandiri şəxsən yaşadığı ünvana gələrək, onu hərbi hissəyə aparmışdır. O, həmin vaxt xəstəliyi ilə əlaqədar nə baş verdiyini dərk etmək iqtidarında olmamış, lakin sonradan sağaldıqdan sonra həmin hadisələri düşündükdə xatırlamışdır ki, guya o, tibb xidmət rəisindən özünü yaxşı hiss etmədiyindən, bir neçə gün evdə qalmaq üçün icazə almışdır. Hərbi hissəyə qayıtdıqdan sonra hərbi hissə komandirinin qəbulunda olmuş və sonuncu onunla görüşdükdən və söhbət apardıqdan sonra onun hərbi hissənin tibb məntəqəsinə aparılması barədə müvafiq göstəriş vermiş, təxminən bir neçə gün tibb məntəqəsində müalicə aldıqdan sonra, yenidən xidmətə qayıtmışdır. Təxminən 01-0N fevral N0N0-ci il tarixində (tarixi dəqiq xatırlamır) “səhər yerbəyer mərasimi” zamanı hərbi hissənin şəxsi heyəti sıra meydanında düzülərkən hərbi hissə komandiri tərəfindən müəyyən tapşırıqlar verilmiş, yəni “zabit heyət irəli komandası” verilərkən digər zabitlər lazımi qaydada sıradan çıxmış, lakin o, əmri yerinə yetirmək istədikdə gözlərinin qaraldığını, irəli addım atmağa taqətinin olmadığını görmüş və hərbi hissə komandiri ona görə bütün şəxsi heyəti geriyə qaytarıb, tabor komandirini nə baş verdiyini öyrənmək üçün yanına göndərmişdir. Tabor komandiri gələrək, onu hərbi hissə komandirinin əmrini yerinə yetirmədiyinə görə tənbehləmişdir. Daha sonra, yenidən əmr verilmiş, eyni qaydada o, əmri halsız və taqətsiz olduğuna görə icra edə bilməmişdir. Daha sonra, onu yenidən tibb məntəqəsinə göndərmişlər, lakin, bu hadisələr baş verən vaxtı tibb məntəqəsində ona lazımi tibbi yardımlar göstərilməmiş, sadəcə olaraq qızdırması yoxlanıb, onun sağlam olduğu bildirilmişdir. Yuxarıda qeyd olunanları hərbi hissə komandiri onun xidmətdən yayınmağı kimi qiymətləndirmişdir. 04 fevral N0N0-ci il tarixdə onu şərəf məhkəməsinə dəvət etmişlər, orada baş verənləri dəqiq xatırlamır və həmin günün sonunda hərbi hissənin tərbiyə işləri üzrə müavini ona həmin tarixli əmrə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidmətə uyğunsuzluğa görə) tərxis olunmağı barədə məlumat vermişdir. Hesab edir ki, səhhətində ciddi narahatçılıqlar olduğunu nəzərə alaraq müalicə olunmağı üçün aidiyyəti hospitala göndərilməsi təmin edilməli olduğu halda, cavabdehin səlahiyyətli nümayəndələri qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidmətə uyğunsuzluğa görə) tərxis olunmağı barədə əmr vermişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N8N7/N0N1 saylı 14.07.N0N1-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər arasında olan ziddiyyətlər barədə məhkəməyə həm şifahi, həm də yazılı olaraq məlumat verməyinə baxmayaraq, məhkəmə bununla bağlı heç bir araşdırma aparmamış, bu barədə tamamilə hərəkətsizlik nümayiş etdirmiş və öz qərarında bu məsələyə münasibət bildirməyə heç ehtiyac belə duymamışdır. Belə ki, 04 fevral N0N0-ci il tarixli Şərəf məhkəməsinin iclasının 01 saylı Protokolundan çıxarışa əsasən, “İddiaçı çıxış etmək üçün söz verilərkən o, ona istinad olunanlarla razı olduğunu və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq istədiyi” qeyd edilməsinə baxmayaraq, 04 fevral N0N0-ci il tarixli, 573 nömrəli Aktda isə “İddiaçı tutulan iradlardan və göstərilən nöqsanlardan nəticə çıxarmaq əvəzinə zalda olan iştirakçılara qarşı davranış qaydalarını pozaraq özbaşına iclas zalını tərk etməsi” qeyd edilmişdir. O cümlədən, cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər içərisində eyni tarixli və eyni nömrəli fərqli məzmunda olan “N saylı hərbi hissə komandirinin əmrindən çıxarış”lar mövcud olmuşdur və 0N.06.N0N1-ci il tarixdə məhkəmə baxışı zamanı cavabdehin səlahiyyətli nümayəndəsinə həmin sənədlərin hansı səbəbə eyni tarixli, eyni nömrəli, lakin fərqli məzmunda olması ilə bağlı suallar verilməsinə baxmayaraq, sonuncu bununla bağlı yalnız şifahi münasibət bildirməklə kifayətlənmiş və qeyd olunan ziddiyyətlərin aradan qaldırılması üçün məhkəməyə heç bir sübut təqdim etməmiş və bildirmişdir ki, “yəqin ki, texniki səhv olmuşdur”. İddiaçı hesab edir ki, qeyd olunan bu hallar, o cümlədən iddia ərizəsində qeyd olunan xüsusatlar bir daha iddia tələblərinin həm hüquqi nöqteyi nəzərdən, həm də işin faktiki hallarına əsasən əsaslı olmasına dəlalət edir. Apelyasiya baxışı zamanı İddiaçı və nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının barəsində qəbul etdiyi 04.0N.N0N0-ci il tarixli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidmətə uyğunsuzluğa görə tutduğu vəzifədən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi və həmin vəzifəyə bərpa olunması barədə cavabdehin üzərinə öhdəliyin qoyulması, həmçinin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr verildiyi tarixdən hərbi xidmətə bərpa olununacağı tarixədək olan müddətin qulluq stajına və növbəti hərbi rütbə verilməsi müddətinə əlavə edilməsi, o cümlədən qeyd olunan əmrin icrası nəticəsində meydana gəlmiş nəticələrin cavabdeh tərəfindən aradan qaldırılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin tələblərini pozduğu üçün cavabdeh inzibati orqan tərəfindən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq vəzifəsindən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müəyyən olunmuş, cavabdeh tərəfindən bu barədə müvafiq inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində doğulmuşdur. İş materiallarında olan X9 Hərbi Məktəbinin rəisinin 178 nömrəli, 05.08.N014-cü il tarixli əmrindən görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 47-ci maddəsinin “v” bəndinə müvafiq olaraq X5 müvəffəqiyyətlə verərək, 04 avqust N014-cü il tarixdən X9 Hərbi Məktəbinə qəbul olmaqla, ona “əsgər” hərbi rütbəsi verilmiş, Ali Hərbi Məktəbin dəyişən heyətinin siyahısına və bütün növ təminat növlərinə daxil edilməklə zabit hazırlayan tədris taborunun 1-ci zabit hazırlayan tədris bölüyünə təyin edilmişdir. İş materiallarında olan Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının NN.06.N018-ci il tarixli 6N nömrəli əmrindən görünür ki, leytenant İddiaçı Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 7N-ci maddəsinin “q” bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbini bitirmiş hesab edilərək, N saylı hərbi hissənin təminat bölüyündə rabitə tağımının komandiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan N saylı hərbi hissə komandirinin N nömrəli N3.07.N018-ci il tarixli əmrindən görünür ki, leytenant İddiaçı şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilərək, təminat bölüyündə rabitə tağımının komandiri vəzifəsinə təyin edilmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. İş materiallarında olan N saylı hərbi hissənin İddiaçı aid Xidməti vərəqədən “B. cəzalar” hissəsindən çıxarışdan görünür ki, Xidmət etdiyi müddət ərzində yol verdiyi intizam pozuntularına görə aşağıda qeyd olunan vaxtlarda intizam məsuliyyətinə cəlb olunmuşdur : - 1N.11.N018-ci il tarixdə bölük komandiri tərəfindən bölük üzrə məsul cavabdeh şəxs olduğu müddətdə xidməti zəif təşkil etdiyinə görə “Töhmət”; - 01.05.N019-cu il tarixdə hərbi hissə komandiri tərəfindən funksional vəzifə borclarının yerinə yetrilməsində və briqada üzrə növbətçi köməkçisi qismində xidməti düzgün təşkil ermədiyinə görə “Töhmət”; - N7.07.N019-cu il tarixdə hərbi hissə komandiri tərəfindən funksional vəzifə borclarının icrasında yol verdiyi nöqsanlara və verilən tapşırıqlara laqeyd münasibət bəslədiyinə görə “Şiddətli töhmət”; - N1.10.N019-cu il tarixdə hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən bölmənin döyüş hazırlığını aşağı saldığına, eləcə də, məsul cavabdeh şəxs olduğu bölükdə vəzifə borclarının icrasına məsuliyyətsiz yanaşdığına görə “Şiddətli töhmət”; - 31.01.N0N0-ci il tarixdə hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən 30.01.N0N0-ci il tarixdə xidmət yerinə gecikdiyinə, həmçinin tutulan iradlardan düzgün nəticə çıxarmadığına görə “Şiddətli töhmət”; İş materiallarında olan N saylı hərbi hissə komandirinin N nömrəli N8.01.N0N0-ci il tarixli göndərişin surətindən görünür ki, leytenant İddiaçı Daxili Qoşunların Hərbi hospitalına psixiatr müayinəsinə göndərilmişdir. İş materiallarından görünür ki, İddiaçı olan Daxili Qoşunların Hərbi hospitalında zəruri müayinələrdən keçmiş (FDŞ, klinikidiaqnostika laboratoriyanın analizlərə dair nəticələrinin surətləri), N9.01.N0N0-ci il tarixli Flüoroqrafiyaya əsasən ağciyərlər üzərində potologiya aşkar olunmamışdır. İş materiallarında olan N saylı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin qərarından çıxarışdan görünür ki, Hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsinin N6.10.N019-cu il tarixli iclasında İddiaçı barəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasına dair daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul olunmuşdur. İş materiallarında olan N saylı hərbi hissənin tibb xidmətinin 30.1N.N0N0-ci il tarixli tibbi arayışından görünür ki, N saylı hərbi hissədə xidmət etdiyi müddət ərzində ümumilikdə bir dəfə N8.01.N0N0-ci il tarixdə hərbi-hissənin tibb məntəqəsinə hərarətinin olması ilə bağlı müraciət etmişdir. Yoxlama zamanı heç bir patologiya aşkar olunmamışdır. Bundan əlavə, davranışlarında qeyri-adekvativ hərəkətlər aşkar olunduğuna görə N8.01.N0N0-ci il tarixdə D/z “psixiatrın müayinəsinə” DİN-nin DQ-nın hospitalına göndərilmişdir. DQ-ın hospitalında müayinələrdən keçirilmiş, lakin heç bir psixoloji xəstəlik aşkar olunmadan hərbi hissəyə geri qaytarılmışdır. İş materiallarında olan 1N0 №li 03.0N.N0N0-ci il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı N saylı hərbi hissə komandirinin əmrinə əsasən hissənin kiçik zabitlərinin şərəf məhkəməsinə cəlb edilmişdir (Əsas: Ayrı yerləşən əməliyyat taborunun komandirinin 01.0N.N0N0-ci il tarixli 561 №li raportu). İş materiallarında olan söhbət vərəqəsinin surətindən görünür ki, N saylı hərbi hissənin Ayrı yerləşən əməliyyat taborunun komandiri tərəfindən İddiaçı ilə 04.1N.N019-cu il (1-ci söhbət) və 04.0N.N0N0-ci il tarixlərində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161ci maddəsinə uyğun olaraq söhbət aparılmışdır. İş materiallarında olan 1NN №li 04.0N.N0N0-ci il tarixli əmrdən çıxarışdan görünür ki, N saylı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Şərəf Məhkəmələri haqqında Əsasnamə”nin 5.1-ci maddəsinin 5.16-cı bəndinə əsasən 04.0N.N0N0-ci il tarixli qərarı ilə İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında hissə komandiri qarşısında vəsatət qaldırmışdir. İş materiallarında olan Azərbaycan Rеspublikаsı Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin 04.0N.N0N0-ci il tarixli NN ş/h nömrəli əmrindən görünür ki, əsasən leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən N saylı hərbi hissənin ayrı yerləşən əməliyyat taborunun təminat bölüyündə təminat taqımının komandiri vəzifəsindən azad edilmiş və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin 3-cü bəndində göstərilmişdir ki, hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Nizamnamənin 5-ci bəndində göstərilmişdir ki, hərbi qulluqçu komandirlərə (rəislərə), böyüklərə hörmət etməli, intizamın və qayda-qanunun saxlanmasında onlara yardım göstərməli, əsgəri nəzakət və əsgəri salamlaşma qaydalarına ciddi riayət etməli, həmişə hərbi forma üzrə geyinməli, təmiz və səliqəli olmalıdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377- İQ 6 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsində qeyd olunub ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156-159cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Əsasnamənin 156-cı maddəsinin “e” bəndində qeyd olunub ki, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılırlar. Əsasnamənin 16N-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının NN.06.N018-ci il tarixli 6N nömrəli əmrilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbini bitirmiş hesab edilərək, N saylı hərbi hissənin təminat bölüyündə rabitə taqımının komandiri vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 09.11.N019-cu il tarixli 165 nömrəli əmrinə əsasən xidmətini davam etdirmək üçün N saylı hərbi hissənin ayrı yerləşən əməliyyat taborunun təminat bölüyündə təminat taqımının komandiri vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 04.0N.N0N0-ci il tarixli NN nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) N saylı hərbi hissənin ayrı yerləşən əməliyyat taborunun təminat bölüyündə təminat taqımının komandiri vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məlum olmuşdur ki, iddiaçı xidmət etdiyi müddət ərzində dəfələrlə yol verdiyi intizam pozuntularına görə müxtəlif vaxtlarda intizam qaydasında cəzalandırılmışdır. Belə ki, 1N.11.N018-ci il tarixdə bölük komandiri tərəfindən bölük üzrə məsul cavabdeh şəxs olduğu müddətdə xidməti zəif təşkil etdiyinə görə “Töhmət”, 01.05.N019-cu il tarixdə hərbi hissə komandiri tərəfindən funksional vəzifə borclarının yerinə yetrilməsində və briqada üzrə növbətçi köməkçisi qismində xidməti düzgün təşkil ermədiyinə görə “Töhmət”, N7.07.N019-cu il tarixdə hərbi hissə komandiri tərəfindən funksional vəzifə borclarının icrasında yol verdiyi nöqsanlara və verilən tapşırıqlara laqeyd münasibət bəslədiyinə görə “Şiddətli töhmət”, N1.10.N019-cu il tarixdə hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən bölmənin döyüş hazırlığını aşağı saldığına, eləcə də, məsul cavabdeh şəxs olduğu bölükdə vəzifə borclarının icrasına məsuliyyətsiz yanaşdığına görə “Şiddətli töhmət”, 31.01.N0N0-ci il tarixdə hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən 30.01.N0N0-ci il tarixdə xidmət yerinə gecikdiyinə, həmçinin tutulan iradlardan düzgün nəticə çıxartmadığına görə “Şiddətli töhmət” intizam cəzaları ilə cəzalandırılmışdır. Xidmət etdiyi müddətdə heç bir mükafatla təltif edilməmişdir. Yol verdiyi intizam pozuntuları ilə əlaqədar iddiaçı N saylı hərbi hissə komandirinin NN.10.N019-cu il tarixli 551 nömrəli əmrinə əsasən hissənin kiçik zabitlərin şərəf məhkəməsinə cəlb olunmuşdur. Hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsində N6.10.N019-cu il tarixli iclasında o, dinlənilmiş, barəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasına dair daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul olunmuşdur. N saylı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin qərarı ilə əlaqədar daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının qarşısında vəsatət qaldırılmış, lakin daxili işlər nazirinin müavini-daxili qoşunların komandanı leytenant İddiaçı qəbul edərək, onunla söhbət aparmış, ona öz hərbi intizamında, funksional vəzifə və xidməti vəzifə borclarının icrasında dönüş yaratması üçün tapşırıq vermiş, gələcəkdə bu kimi intizam pozuntularına və nöqsanlara yol verəcəyi halda daha ciddi tədbirlər görəcəyini bildirərək, xidmətini davam etdirmək üçün digər hərbi hissəyə N saylı hərbi hissəyə keçrilməsi barədə 09.11.N019-cu il tarixli 165 nömrəli əmr vermişdir. Verilmiş tapşırıqlardan və ona qarşı atılmış humanist addımdan nəticə çıxartmayan iddiaçı N saylı hərbi hissədə də, hərbi intizamında dönüş yaratmamış, vəzifə borclarına laqeyid münasibət bəsləmişdir. Bununla əlaqədar olaraq o, N saylı hərbi hissənin zabit yığıncağına dəvət olunmuş, yol verdiyi nöqsanlar ona izah olunmuş, xidməti döyüş fəaliyyətində dönüş yaratması ilə əlaqədar ona 1 ay sınaq müddəti verilərək ictimai təsir tədbiri kimi “Yoldaşlıq xəbərdarlığı” elan edilmişdir. İddiaçı xidmətdə yol verdiyi intizam pozuntuları, xidməti vəzifə borclarının yerinə yetirilməsində yol verdiyi nöqsanları xəstəliyi ilə əlaqələndirsə də, onun ixtisaslı tibbi müayinəsi zamanı sağlamlığında və psixi vəziyətində heç bir potologiya aşkar olunmamışdır. Həmçinin iddiaçı hərbi hissədə keçirilən ümumi yerbəyer mərasimində hərbi hissə komandirinin verdiyi komandaya qeyri-adekvat cavab vermiş, komandanı icra etməmiş, səbəbini hərarətinin olması və huşunun olmaması ilə izah etmiş, hərbi hissə komandirinin tapşırığına əsasən tibb məntəqəsinə yerləşdirilmiş müayinə zamanı qeyd etdikləri təsdiq edilməmişdir. İddiaçı xidməti döyüş fəaliyyətində, vəzifə borclarının icrasında dönüş yaratmadığına görə hərbi hissə komandirinin 1N0 nömrəli 03.0N.N0N0-ci il tarixli əmrinə əsasən hissənin kiçik zabitlərinin şərəf məhkəməsinə cəlb edilmişdir. N saylı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Şərəf Məhkəmələri haqqında Əsasnamə”nin 5.1-ci maddəsinin 5.16-cı bəndinə əsasən 04.0N.N0N0-ci il tarixli qərarı ilə iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında hissə komandiri qarşısında vəsatət qaldırmışdir. Daxili işlər nazirinin müavinidaxili qoşunların komandanının 04.0N.N0N0-ci il tarixli NN nömrəli əmrinə əsasən iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Göründüyü kimi iddiaçı yol verdiyi intizam pozuntuları ilə əlaqədar tətbiq olunmuş intizam cəzalarından, ictimai təsir tədbirlərindən, həmçinin daxili işlər nazirinin müavini daxili qoşunların komandanının onunla apardığı söhbətdən nəticə çıxartmayaraq xidməti döyüş fəaliyyətində və hərbi intizamında dönüş yaratmamış, xidmətə davamiyyətində pozuntulara yol vermiş və nəticədə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə əsasən iddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılarkən cavabdeh inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilməsi iş materialları ilə müəyyən olunmur. Məhkəmə kollegiyası iddiaçının “cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər içərisində eyni tarixli və eyni nömrəli fərqli məzmunda olan “N saylı hərbi hissə komandirinin əmrindən çıxarışlar mövcud olmuşdur” apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bununla bağlı izahat verərək bildirmişdir ki, həmin əmrləri o, birinci instansiya məhkəməsində təqdim etmişdir. Əmrin surətini verən və onu yazan icraçı mexaniki səhv olaraq əmrin iksinin də 1N0 sayılı yazmışdır. Lakin iş materiallarından da göründüyü kimi onlar ayrı-ayrı əmrlərdir. Sadəcə mexaniki olaraq, nömrələrdə texniki səhvə yol verilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 3N.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 1N.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N8N7/N0N1 saylı 14.07.N0N1-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2705/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2705/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver