Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2706/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5588/2025 saylı, 17 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 Universiteti tərəfindən verilmiş 03 iyul 2009-cu il tarixli, ВСГ № ******* nömrəli (qeydiyyat nömrəsi 942) diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü il tarixində Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “X8 Universiteti” Ali Peşə Təhsilinin Dövlət Təhsil Müəssisəsi (əyani forma) daxil olmuş və 5 il əyani təhsil aldıqdan sonra 2009-cu il tarixində həmin Universiteti bitirərək “Məktəbəqədər təhsil və psixologiya” Xarici (ingilis) dil əlavə ixtisasla istiqamət üzrə “Məktəbəqədər təhsil və psixologiya müəllimi və Xarici dil (ingilis) müəllimi” ixtisası verilmişdir. Bu barədə ona, X9 Universiteti tərəfindən 03 iyul 2009-cu il tarixli, ВСГ № ******* nömrəli (qeydiyyat nömrəsi 942) ali təhsil diplomu verilmişdir. Xüsusi olaraq qeyd etmişdir ki, təhsil aldığı müddətdə universitetdə olmuş və bütün dərslərdə iştirak etmiş, Universitet tərəfindən müəyyən edilmiş imtahanları verərək kursdan kursa keçmiş və dövlət imtahanını müvəffəqiyyətlə vermişdir. O təhsilinin ilk 3 ilini 2004-2007-ci illər ərzində daimi olaraq Moskva şəhərində yaşamış, sonradan isə Azərbaycana qayıtsa da, növbəti 2 il təhsil dövründə mütəmadi olaraq Moskva şəhərinə gedərək, təhsil proqramında iştirak edib, müvafiq imtahanları müvəffəqiyyətlə vermişdir. Onu da qeyd edir ki, ümumvətəndaş pasportumun giriş-çıxışına dair qeydlərə baxıldıqda da bu xüsuslar öz təsdiqini tapır. Nəzərə alınmalıdır ki, o, Azərbaycanda 2009-cu ildə rəsmi nikaha girmişdir. İxtisası üzrə işləmək zərurəti yarandığı üçün, diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh orqan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə nostrifikasiya ilə bağlı müraciət etmiş, Təhsildə Keyfiyyət Təminatı Agentliyi 28 noyabr 2024-cü il tarixli, NA00034786 nömrəli “Xaricdə dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərar qəbul edilmişdir. Sözügedən imtina qərarı onunla əsaslandırılmışdır ki, “AR NK-nin xx.xx.2010-cu il tarixli, 75 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5-ci bəndinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir, hər semestr 20 (iyirmi) həftədən ibarətdir”. Dərhal, elə həmin tarixdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron qaydada müraciət edərək, verilən cavabın formal olduğunu bildirmişdir. İmtina barədə qərar qəbul edilərkən hansı faktlara əsasən bu nəticəyə gəlindiyi və ən əsası hüquqlarının müdafiəsi məqsədi ilə imtinanın faktiki əsasını təşkil edən hallar barədə ətraflı və dəqiq (hansı illər üzrə, hansı tarixlərdə təhsildə iştirak etməməyi və s.) qısa müddətdə məlumat verməklə, qəbul olunan qərara yenidən baxılmasını xahiş etmişdir. Lakin, Təhsildə Keyfiyyət Təminatı Agentliyi 03 dekabr 2024-cü il tarixdə onun elektron poçt ünvanına aşağıdakı məzmunda cavab vermişdir. “Müraciətə baxılaraq ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil müddətində İV kursa münasibətdə sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir”. Göründüyü kimi, 28 noyabr 2024-cü il tarixli, NA00034786 nömrəli “Xaricdə dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarı formal xarakter daşıyır və cavabdeh təşkilatın həmin qərarla imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, hər şeydən əvvəl qeyd olunmalıdır ki, mübahisəli qərarda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1, 4.1.4 və 4.1.5ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5ci bəndinə istinad olunmuşdur. Halbuki, o xarici dövlətdə 2004-2009-cu illərdə təhsil aldığı halda, sonradan qəbul edilən Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1, 4.1.4 və 4.1.5-ci bəndlərinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5-ci bəndinin tətbiqinin mümkünlüyü əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, 2004-2009-cu illərdə yaranmış münasibətə 2023-cü il 18 avqust tarixli Fərmanın tətbiq edilməsi absurddur. Hesab edir ki, sözügedən məsələyə 2009-cu ildə qüvvədə olmuş müvafiq qaydalar tətbiq olunmalıdır. Bundan başqa, inzibati orqan olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyi həmin normativ xarakterli aktlara əsaslandığı üçün müəyyən olunur ki, imtinanın faktiki əsasını müraciət müəllifinin təhsil dövründə müəyyən olunan müddətdən az müvafiq xarici dövlətdə olması təşkil etmişdir. Lakin, Qərarda bu mövqe konkret faktlarla əsaslanmamışdır. Cavabdeh orqana təkrar müraciət etməyimə baxmayaraq, cavabdeh orqan onun müraciətinə yenə formal olaraq, eyni cavabı vermiş və “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5-ci bəndinin tətbiqinin mümkünlüyünü əsaslandırmamışdır. Zəruri olaraq qeyd etmək istəyir ki, tərəfindən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. Hər bir halda, tədris yükünün yerinə yetirilib-yetirilməməsi halı ayrılıqda götürülməklə yalnız ölkədə faktiki olma müddəti əsas götürülməklə qiymətləndirilə bilməz. Yəni nəticə etibarı ilə, təqdim edilmiş diploma əlavədən də görünür ki, o, həmin İnstitutda təhsil aldığı ixtisas üzrə təhsil proqramlarında nəzərdə tutulmuş diplom işini yazmış, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni onun tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmişdir. Bu mənada, cavabdehin imtinası iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Daha sonra, 2004- 2007-ci illər ərzində o daimi Moskva şəhərində yaşadığı halda, sonradan isə Azərbaycana qayıdaraq təhsil dövründə mütəmadi olaraq Moskva şəhərinə gedərək, təhsil proqramında iştirak etdiyi halda və ən əsası müvafiq imtahanları müvəffəqiyyətlə verdiyi halda, ona münasibətdə təhsildə müəyyən olunan müddətdə iştirak edilməməsinə görə diplomun tanınmasından imtina əsası tətbiq edilə bilməz. Onu da qeyd etmişdir ki, cavabdeh təşkilata yazdığı müraciətə cavabında, “təhsil müddətində İV kursa münasibətdə sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir”. Halbuki, bu hal belə, imtina üçün əsas deyil, ən azından ona görə ki, tədris yükünün yerinə yetirilib-yetirilməməsi halı ayrılıqda götürülməklə yalnız ölkədə faktiki olma müddəti əsas götürülməklə qiymətləndirilə bilməz. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-ci maddəsinə əsasən, Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: 1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; 3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2-ci və 2.2.2.-ci maddələrindən göründüyü kimi, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Hazırki işdə sübutetmə yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Yəni, inzibati orqan vətəndaşın narazılığını yaradan hərəkətin icraçısı olduğu üçün, öz davranışının qanuna əsaslandığını məhkəməyə və ona izah etməyə və əsaslandırmağa borcludur. Göstərilənlərə əsasən hesab edir ki, X8 Universiteti tərəfindən verilmiş 03 iyul 2009-cu il tarixli, ВСГ № ******* nömrəli (qeydiyyat nömrəsi 942) bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı Şamayeva X4 Federasiyası X8 Universiteti tərəfindən verilmiş ВСГ ******* nömrəli xx.xx.2009-cu il tarixli diplom üzrə “Məktəbəqədər pedaqogika və psixologiya” ixtisası (əyani) üzrə aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamələrnin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının 5 illik mütəxəssis diplomu üzrə təhsili üçün təhsil aldığı ölkədə dərslərdə qiyabi təhsilalma formanının normativ tələblərə uyğun iştirakının aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: İ il-16 yaş (məlumat yoxdur), İİ il-9 ay, İİİ il-9 ay, İV il-3 ay 4 gün, V il-5 ay 8 gün. İddiaçının diplom əlavəsində tədris olunan proqramın əyani təhsilalma forması üzrə təhsil müddətinin 5 il olduğu göstərilmişdir. Cavabdeh ərizəçinin tanınma haqqında müraciətinə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu müddətin qüvvədə olan tanınmaya dair tələblərlə uyğunsuzluğunu müəyyən etmiş və xx.xx.2024-cü il tarixində iddiaçıya tanınma haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məlumat üçün bildirilir ki, Rusiya Federasiyası təhsil sistemində mövcud olan mütəxəssis proqramları tədris müddəti, tədris yükü və əldə edildiyi ölkədə doktorantura pilləsinə müraciət etmək hüququ verdiyi üçün, bu qəbildən proqramların nəticəsində əldə olunmuş diplomlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəs”nin 6-cı pilləsi (bakalavr) üzrə diplom sahiblərinə verilən hüquqlar tanınmaqla, 7-ci pillə (magistr) üzrə tanınır. İddiaçının təhsil aldığı proqram öz ölkəsində mütəxəssis diplomu təqdim etməklə bakalavr təhsil səviyyəsi üzrə nəzərdə tutulandan daha artıq tədris yükünün yerinə yetirilməsini nəzərdə tutur ki, bu da Azərbaycan Respublikasının da öz ali təhsil sistemində tətbiq etdiyi Avropa Kredit Transferi və Toplanması Sisteminə uyğun olaraq 300 kreditə ekvivalentdir ki, bakalavr üçün bu miqdar 240 kredit olaraq nəzərdə tutulmuşdur. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalan tanınması Qaydalan”na uyğun olaraq həyata keçirilir. Sözügedən Qaydaların 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Bununla bağlı bildirilir ki, Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında göstərilmişdir. Bu Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Lakin, iddiaçının xarici ali təhsil müəssisəsində dərslərdə iştirak üçün xarici ölkədə olma müddəti nəinki magistratura səviyyəsi üzrə, hətta bakalavriat üzrə də uyğunsuzluq təşkil etmişdir. Qaydaların 6.2-ci bəndinə əsasən, "Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra - DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.” Bildirilir ki, iddiaçın ixtisası tənzimlənən ixtisaslar sırasına aid olduğu üçün iddiaçı imtahanda iştirak etməlidir. Cavabdeh orqan DİM-in imtahan barədə xüsusi rəyi olmadığı təqdirdə iddiaçının xaricdə əldə etmiş olduğu kvalifikasiyasını tam tanıya bilmir. Bu da o deməkdir ki, iddiaçı iddia qaldırarkən cavabdehə yalnız kvalifikasiyanın akademik tanınması öhdəliyinin qoyulmasını tələb edə bilər. Yekun olaraq qeyd edilir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci və 73.3.2-ci maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı Rusiya Federasiyası X8 Universiteti tərəfindən verilmiş ВСГ ******* nömrəli xx.xx.2009-cu il tarixli diplom üzrə “Məktəbəqədər pedaqogika və psixologiya" (əyani) ixtisası üzrə aldığı ali təhsilə dair kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsin NA00034786 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı xarici ali təhsilə dair (ölkə-Rusiya Federasiyası, təhsil səviyyəsi-magistratua, əyani, təhsil müddəti - 2004-2009, ixtisas-məktəbəqədər pedaqogika və psixologiya, müəssisə - X8 Universiteti) kvalifikasiyasının tanınmasından imtina edilmişdir. “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müraciətə baxılaraq ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil müddətində İV kursa münasibətdə sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən onun xarici dövlətin ali təhsilə aid kvalifikasiyanızın tanınmasından imtina edilmişdir. O, Qərar hüquqi qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verə bilər. Rusiya Federasiyası X8 Universiteti tərəfindən verilmiş ВСГ ******* nömrəli xx.xx.2009-cu il tarixli diploma əsasən Dövlət Attestasiya Komissiyasının xx.xx.2009-cu il tarixli qərarı ilə İddiaçı “Məktəbəqədər təhsil və psixologiya” Xarici (ingilis) dil əlavə ixtisasla istiqaməti üzrə Məktəbəqədər təhsil və psixologiya müəllimi və xarici dil (ingilis) müəllimi ixtisası verilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 3-38- 33/2-562/25 saylı xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı 2004-2009-cu illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2004 Çıxış Rusiya, xx.xx.2005 Giriş Rusiya, xx.xx.2005 Çıxış Rusiya, xx.xx.2006 Giriş Rusiya, xx.xx.2006 Çıxış Rusiya, xx.xx.2007 Giriş Rusiya, xx.xx.2007 Çıxış Rusiya, xx.xx.2007 Giriş Rusiya, xx.xx.2008 Çıxış Rusiya, xx.xx.2008 Giriş Rusiya, xx.xx.2008 Çıxış Rusiya, xx.xx.2008 Giriş Rusiya, xx.xx.2008 Çıxış Rusiya, xx.xx.2009 Giriş Rusiya, xx.xx.2009 Çıxış Rusiya, xx.xx.2009 Giriş Rusiya, xx.xx.2009 Çıxış Türkiyə, xx.xx.2009 Giriş Türkiyə. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5588/2025 saylı, 17 mart 2025-ci il tarixli qərarı ilə (hakim A.Almazova) iddia tələbinin təmin edilməsi, İddiaçı X8 Universiteti tərəfindən verilmiş 03 iyul 2009-cu il tarixli, ВСГ № ******* nömrəli (qeydiyyat nömrəsi 942) diplom üzrə ixtisasın tanınması və kvalifıkasiya haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, qərar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinin kobud şəkildə pozulması və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının mövqeyini nəzərə alınmamaqla qəbul edilmişdir. Qərar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 48.1-ci bəndlərində qeyd olunmuş göstərişləri nəzərə alınmadan aparılmış məhkəmə icraatının yekunu olaraq qəbul edilmişdir. Qərar maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi" (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin on azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında göstərilmişdir. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Məhkəmənin öz qərarının əsaslandırma hissəsində tanınmadan imtina edilməsinə səbəb olan əsaslara münasibət bildirərkən hal-hazırda qüvvədə olan və ərizəçinin müraciət etdiyi tarixdə qüvvədə olduğu üçün inzibati icraat aparılan Qaydalara istinad etməyərək ərizəçinin tanınma üçün müraciət etdiyi tarixdən (xx.xx.2024-cü il) öncə ləğv edilmiş (xx.xx.2023) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarına istinad etmiş, həmin Qaydalardakı tələblər qiymətləndirilmişdir. Lakin Məhkəmə nəzərə almamışdır ki, Tanınma Qaydaları vətəndaşın təhsilalma prosesini deyil, həmin təhsil sənədlərinin Azərbaycan Respublikası ərazisində tanınmasını tənzimləyir. Cavabdeh qurum ərizəçinin könüllü olaraq etdiyi müraciəti üzrə inzibati icraatı düzgün və qanuni olaraq həmin dövrdə qüvvədə olan normativ hüquqi akt əsasında aparmışdır. Təəssüf ki, məhkəmə mövqeyinin əsaslandırmasında inzibati icraatın aparılmasından əvvəl ləğv olunmuş aktı təhlil edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü bəndində əks olunmuş (Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir) məhkəmə qərarının forması və məzmunu barədə tələblərə əməl etməyərək prosessual normanı pozmuşdur. İşin faktiki halında İddiaçı xx.xx.2024-cü il tarixində elektron ərizə sistemi vasitəsilə xarici diplomun tanınması üçün cavabdeh quruma müaciət etmiş, aparılmış inzibati icraatın nəticəsində onun müraciəti barədə imtina qərarı verilmiş, bununla bağlı xx.xx.2024-cü il tarixli elektron akt elektron sistem vasitəsilə ona təqdim olunmuşdur. Belə ki, araşdırma zamanı ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun xarici ali təhsil aldığı ölkədə olma müddəti illər üzrə aşağıdaki kimi müəyyən edilmişdir: İ il – 16 yaş (məlumat yoxdur), İİ il – 9 ay, İİİ il – 9 ay, İV il – 3 ay 4 gün, V il – 5a y 08 gün. Göründüyü kimi, ərizəçinin aldığı təhsilin müddəti qanunvericiliklə hər il üzrə müəyyən edilmiş normalara uyğun deyildir. Məhkəməyə də məlum olduğu kimi, iddiaçının xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydalan”na (bundan sonra - Qaydalar) uyğun olaraq həyata keçirilir. Bu Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən, Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Qərarın 11-ci səhifəsində məhkəmə cavabdehin imtinasına əsas olmuş hala - təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasına münasibətdə qeyd edir. Məhkəmə qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti 5 il ərzində cəmi 150 (halbuki, 5 il üçün 100 həftə nəzərdə tutulmuşdur) həftədən çox olmuş, hətta 3 tədris ilində 2 dəfədən, son tədris ilində 5 aydan artıq müddətdə olmuşdur ki, bu da ali təhsil alan iddiaçının ixtisasın mənimsənilməsi istiqamətində tədris prosesinə olan həssas yanaşmasının və məsuliyyətinin göstəricisi kimi qiymətləndirilməyə bilməz”. Lakin məhkəmə nəzərə almamışdır ki, Qaydalarda ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblərdən biri kimi təsbit olunmuşdur. Nəzərə alınmalıdır ki, hazırkı işdə iddiaçının tədris normativi 5 il təşkil etmiş və onun normativ müddətdən əlavə illərdə təhsil alması faktı mövcud olmadığından məhkəmənin qeyd etdiyi yanaşma işin faktiki hallarında təsdiqini tapmır. Həmçinin, iddiaçının normativlərdən az olan həcmdə tədris prosesində iştirak etdiyi dövrlər üzrə bu halın səbəbləri və sonrakı illərdə əskik qalmış dövrlərin sonradan tamamlanması barədə müvafiq izahatı ehtiva edən faktlar və sənədlər nə inzibati icraat nə də məhkəmə icraatı zamanı təqdim olunmamışdır. Cavabdeh orqan iddiaçının əldə etdiyi diplomun həqiqiliyini yox, əldə etdiyi xarici təhsilin keyfiyyətini mübahlsələndirir. İnzibati icraat zamanı sənədin apostili yoxlanılmışdır və sənədin həqiqiliyi iş üzrə mübahisə predmeti deyildir. Həmçinin, oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının kassasiya şikayətinin vahid məhkəmə təcrübəsinə uyğun olmadığı üçün mümkün sayılmaması barədə xx.xx.2025-ci il tarixli, 2-1(102)-450/2025 nömrəli qərardadının 8-ci bəndində qeyd olunur: “İddiaçının diplom və diploma əlavənin apostil möhürü ilə təsdiq edilməsi barədə dəlili də əsassızdır. Belə ki, iddiaçının diplomunun apostil möhürü ilə təsdiq edilməsi yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur”. Yuxarıda qeyd edilənlərə baxmayaraq, məhkəmə qərarının son səhifəsində əsassız olaraq cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsini işin hallarına, qanunvericiliyə zidd olduğundan iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-111/2025 nömrəli Qərarın 42-ci bəndində Kollegiya qeyd edir ki, “Tanınma üzrə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2306 saylı Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması” Qaydalarının 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında göstərilmişdir ki, bu tələb, yerli qanunvericliyin müəyyən etdiyi normativlərə nisbətdə iddiaçının vəziyyətini yüngülləşdirsə də, iddiaçının ali təhsil müəssisəsində sessiyalarda əyani təhsil forması üzrə iştirak həcmi bu tələblə uyğunsuzluq təşkil etmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)- 1783/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının 36-cı bəndində qeyd edilmişdir ki, "İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə tələb olunan müddətdə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır”. Azərbaycan Respublikası All Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1592/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının 27-ci bəndində isə qeyd olunur ki, “Qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçı 2011-2015-ci illərdə Gürcüstan Respublikasının Suxişvili Tədris Universiteti MMC-də Biznesin idarə olunması üzrə əyani təhsil alsa da, həmin dövr üzrə Gürcüstan Respublikasında olduğu müddət əyani təhsil alma forması üzrə tədris ili üçün qanunla müəyyən edilmiş müddətdən az təşkil etmişdir. Göstərilən müddətlərdə iddiaçının təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsi qeyri-mümkündür.” Ali Məhkəmənin əyani tehsilalma forması üzrə qəbul edilmiş qərarlarında da məhkəmə kollegiyası iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlərin tədris normativinin yerinə yetirilməsi baxımından yetərli olmaması ilə bağlı cavabdeh orqanın imtina qərarını haqlı hesab etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın məhkəmə icraatında təqdim olunmuş sübutlar və ortaya çıxan hallarla bağlı dəyərləndirmə aparmadan birbaşa iddianı təmin edərək tələsik şəkildə icraatı formal olaraq yekunlaşdırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Cavabdeh qurumun iddiaçının müraciətinə cavab olaraq “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarında bildirilmişdir ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.5ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən ibarətdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən az üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır. Qərardan onun hüquqi qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən təqdim edilmiş 3-38-33/2-562/25 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2004-ci ilə qədər və xx.xx.2005-xx.xx.2005, xx.xx.2006-xx.xx.2006, xx.xx.2007 xx.xx.2007, xx.xx.2007 - xx.xx.2008, xx.xx.2008 - xx.xx.2008, xx.xx.2008 - xx.xx.2008, xx.xx.2009 - xx.xx.2009, xx.xx.2009 - xx.xx.2009 tarixlər Rusiya Federasiyası ərazisində olması müəyyən edilir. İş materiallarından müəyyən olunur ki, Rusiya Federasiyası X8 Universiteti tərəfindən verilmiş ВСГ ******* nömrəli xx.xx.2009-cu il tarixli diploma əsasən Dövlət Attestasiya Komissiyasının xx.xx.2009-cu il tarixli qərarı ilə İddiaçı “Məktəbəqədər təhsil və psixologiya” Xarici (ingilis) dil əlavə ixtisasla istiqaməti üzrə Məktəbəqədər təhsil və psixologiya müəllimi və xarici dil (ingilis) müəllimi ixtisasını müvəffəqiyyətlə bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir. Diplomun tanınması barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının diplomunun tanınmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdeh tərəfindən verilən apelyasiya şikayətinin dəlilləri də, iddiaçıya verilən imtinanın və iddiaya qarşı verilən etirazın dəlilləri ilə eyni məzmunludur. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın: 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları ilə müəyyən edilir. Hər iki Qaydalar eyni məzmunlu olmaqla Qaydaların 4.1-ci bəndində tanınmaya dair ümumi tələblər qeyd edilmişdir. Həmin tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Təhsil müddəti 5 il əyani formada olmaqla 2004-2009-cu illəri əhatə edir. Cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçının təhsil aldığı ölkədə olduğu müddətdə (: İ il-16 yaş (məlumat yoxdur), İİ il-9 ay, İİİ il-9 ay, İV il-3 ay 4 gün, V il-5 ay 8 gün.) tədris yükünü yerinə yetirə bilməməsinə münasibətdə Kollegiya qeyd edir ki, göstərilən müddətin müəyyən edilmiş tədris yükünün mənimsənilməsini yetərsiz hesab etməyə əsas yoxdur. Belə ki, cavabdeh iddiaçının ali bakalavr diplomunda və diploma əlavədə göstərilən məlumatların mötəbər olmamasını sübuta yetirməmişdir. Ali Məhkəmənin 2-1(102)-770/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında əksini tapmış hüquqi mövqeyə görə “iddiaçı tərəfindən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu diqqətə alınmalıdır. Başqa sözlə, iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçının diplomuna əsasən müəyyən olunur ki, o, 240 AKTTS (Avropa Kredit Toplanması Sistemi) kredit yığmışdır. İddiaçı təhsil almasına dair təhsil aldığı ölkənin müvafiq qurumu tərəfindən apostil olunmuş təhsilə dair sənədi, diplomu və diploma əlavəni təqdim etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının diplomunun tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina edilməsi əsassızdır. Cavabdehin imtinası yuxarıda istinad olunan normaların tələblərinə zidd olduğundan və iş üzrə müəyyən edilmiş hallara əsaslanmadığından iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir”. (Qərarın 30, 31, 32, 33-cü bəndləri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iddiaçıya verilən imtinanın və iddiaya qarşı verilən etirazın dəlilləri ilə tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5588/2025 saylı, 17 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5588/2025 saylı, 17 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2706/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2706/2025
08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver