Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2709/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi qarşı müavinətin ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5644/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan asılı olmayan səbəblərdən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə X7 X1 sistemdə düzəliş aparmadığını səbəb göstərərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüququ olan aylıq 190 manat müavinət əhaliyə neçə ay ödənilibsə, hüququ yarandığı gündən digər vətəndaşlara ödəndiyi qədər yenidən hesablanaraq ödənilməsinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ondan asılı olmayan səbəblərdən hüququ olan aylıq 190 manat müavinət əhaliyə neçə ay ödənilibsə hüququ yarandığı gündən digər vətəndaşlara ödəndiyi qədər yenidən hesablanaraq, ona ödənilməsi ilə bağlı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nazirlər Kabineti 2020-ci ildə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar qəbul etmişdir. O, da öz növbəsində həmin ilin aprel ayının ortalarında e-sosial.az saytında 190 manat yardım almaq üçün elektron qaydada müraciət etmişdir. Lakin 30.04.2020-ci il tarixində ona “ESOSİAL.AZ” tərəfindən nömrəsinə bildiriş olaraq imtina cavabı gəlmişdir. Səbəb olaraq isə “ərinin” adına aktiv əmək müqaviləsinin aşkarlandığı göstərilmişdir. Halbuki o, 11 il öncə X4 (05.05.2010-cu ildə) məhkəmə qərarı ilə rəsmi qaydada boşanmışdır. Hətta 2 dəfə ailəli olub boşanmışdır, rəsmi qaydada ikinci evliliyi də X2 ilə olmuşdur və ondan da 19.09.2018-ci ildə rəsmi qaydada boşanmışır. Birinci evliliyindən 12.03.2008-ci il doğumlu Nərmin Məmmədova, ikinci evliliyindən isə 30.06.2017-ci il doğumlu Alina Muradova anadan olmuşdur. İmtina cavabında ailə tərkibinə görə imtina verildiyini öyrəndikdən sonra “mygov.az saytı”na daxil olaraq ailə tərkibinin düzəldilməsi ilə bağlı müraciət etmişdir. Onun da də öz növbəsində elektron dövlətdəki ailə tərkibindəki səhvliyin ortadan qaldırılması ilə bağlı müvafiq müraciətləri nəhayət ki, müsbət nəticələnmiş və həmin səhvliyin ortadan qaldırılmasına və ailə tərkibinin düzəldilməsinə nail olmuşdur. O, subaydır və öhdəliyində 2 qız uşağı var. Ailə tərkibindəki səhvlik düzəldildikdən sonra o Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə 07.01.2021 -ci ildə elektron qaydada ərizə ilə, 12.01.2021-ci ildə isə poçt vasitəsi ilə ərizə göndərərək ondan asılı olmayan səbəblərə görə 190 manatdan məhrum olmaması gərəktiyini düşünərək müraciət etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Beləliklə, birdəfəlik ödəmənin verilməsi Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.9cu (əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara), 2.3.10-cu (əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə), 2.4-cü (birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir) və 3.8-ci (Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili işlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur) bəndləri nəzərə alınmaqla həyata keçirilir. Qeyd olunanlar nəzərə alınmaqla MAS tərəfindən iddiaçının məlumatlarının təhlili zamanı Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində evli kimi qeyd olunmuşdur və əri X10 (FİN: 1D2EWPN) “Əmək müqaviləsi bildirişi” altsistemində 14.09.2009-cu il tarixində bağlanılmış 1D2EWPN000102 nömrəli və hal hazırda qüvvədə olan aktiv əmək müqaviləsi olması səbəbindən Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş sözügedən Qaydanın 2.3.9-cu bəndinə əsasən iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Qeyd edilməlidir ki, işsiz şəxslərə birdəfəlik ödənişin verilməsi zamanı vətəndaşlarla bağlı məlumatlar müvafiq qaydada digər icra hakimiyyət orqanlarının elektron informasiya sistemlərindən əldə olunmuşdur. İddiaçı ilə bağlı məlumatlar da müvafiq qaydada icra hakimiyyət orqanının elektron informasiya ehtiyatından əldə olunan məlumatlara əsasən yoxlanmış və şəxsin yuxarıda qeyd edildiyi kimi evli olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar birdəfəlik ödəmənin təyin edilməsi və keçmiş müddət üzrə yaranmış borcun ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması”na dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5644/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5644/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində torpaq sahələrinin olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, “iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir”. Qanuni sübutlar onun təqdim etdiyi rəsmi sənədlərdir, hakimin istinad etdiyi arayışlar isə iddiaçının təqdim etdiyim rəsmi sənədlərin əksinədir, yəni hakimin istinad etdiyi sübutlar qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlardır. Bildirilmişdir ki, iddiaçının ailəli olmağı və mülkiyyətində torpaq sahələrinin olması işin hallarına uyğun deyil, ailəli deyil və mülkiyyətində yaşayış yeri kimi istifadə etdiyi, yaşayış yeri qeydiyyatında olduğu ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən başqa heç bir mülkiyyəti yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5644/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1987-ci ildə doğulmuşdur. ünvan 2 ünvanında qeyydiyyatdadır. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş; - AZ-İ 110391 №-li nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X10 ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2010-cu ilin 05-ci ayının 05-ci günündə 98 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Məmmədov, qadına Məmmədova soyadı verilmişdir. AZ-İ seriyalı 301544 №-li nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X2 ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2018-ci ilin 09-cu ayının 19-cu günündə 289 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Məmmədova soyadı verilmişdir. İddiaçı “E.Sosial.az”-dan göndərilmiş SMS-in mətnindən müəyyən olunur ki, onun ərinin adına aktiv əmək müqaviləsi aşkarlandığı üçün Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli 127 saylı qərarına əsasən, ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. İddiaçı hazırki tələblə bağlı 12.01.2021-ci il tarixdə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********11 №li 22 iyul 2021-ci il tarixli məktubla bildirilmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı adına ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (iddiaçının bildirdiyinə görə qeyd olunan ünvanda yerləşən daşınmaz əmlak yaşayış sahəsi kimi istifadə olunur) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən təqdim edildiyi məlumata əsasən İddiaçı adına Kürdəmir rayonu, Atakişili kəndində ümumibirgə mülkiyyətində 0,03 həyətyanı torpaq sahəsi, Kürdəmir rayonu, Qarasaqqal kəndində ümumibirgə mülkiyyətində 0,24 ha və 0,51 ha həyətyanı torpaq sahəsi vardır. Lakin, elektron məlumat bazasında və arxiv sənədlərində vətəndaşın təvəllüdü barədə məlumat olmadığından həmin şəxs olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 26 iyul 2021-ci il tarixli **********254 nömrəli məktubunda DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********11 №li 22 iyul 2021-ci il tarixli məktubla eyni məzmunlu cavab verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 23 iyul 2021-ci il tarixli 84576-1221 saylı məktubda qeyd olunmuşdur ki, DİN-in Baş X14 idarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter-uçot bazasına görə İddiaçı adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etdiyi zaman Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində evli kimi qeyd olunduğundan və əri X6 (FİN: 1D2EWPN) “Əmək müqaviləsi bildirişi” altsistemində 14.09.2009-cu il tarixində bağlanılmış 1D2EWPN000102 nömrəli və qüvvədə olan aktiv əmək müqaviləsi olması səbəbindən, həmçinin iddiaçının mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə "Koronavirus (COVİD19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq aztəminatlılıq meyarına cavab verməmiş, bu səbəbdən birdəfəlik ödəməni almaq hüququ yaranmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın: 1-1.ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra - Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra - işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3-cü bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1 -ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə (2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in "Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1 -ci -2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). Sonradan "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11 -2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara (2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il 216 №-li, 7 avqust 2020-ci il 283 №-li və 23 dekabr 2020-ci il 50 №-li Qərarlarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilməsinə qərar verilmişdir. "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Həmin Qanunun 4.1 və 4.1.3-cü maddələrinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslərə aiddir. Həmin Qanunun 5.12.1-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxslərə aid edilən şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejimi tətbiq olunduğu zaman, işsiz kimi qeydiyyatda olan şəxslərə aprel, may, iyun, avqust və dekabr ayları üzrə birdəfəlik ödəmənin verilməsi həyata keçirilirdi. Nəzərə alınmalıdır ki, işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün onlar müvafiq meyarlara uyğun olmalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinasının əsasını iddiaçının Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində evli kimi qeyd olunçası və əri X10 (FİN: 1D2EWPN) “Əmək müqaviləsi bildirişi” altsistemində 14.09.2009-cu il tarixində bağlanılmış 1D2EWPN000102 nömrəli və hal hazırda qüvvədə olan aktiv əmək müqaviləsi olması olmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, işsiz şəxslərə birdəfəlik ödənişin verilməsi zamanı vətəndaşlarla bağlı məlumatlar müvafiq qaydada digər icra hakimiyyət orqanlarının elektron informasiya sistemlərindən əldə olunur. İddiaçı ilə bağlı məlumatlar da müvafiq qaydada icra hakimiyyət orqanının elektron informasiya ehtiyatından əldə olunan məlumatlara əsasən yoxlanmış və şəxsin yuxarıda qeyd edildiyi kimi evli olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi araşdırması zaman müəyyən edilmişdir ki, İddiaçı kənd təsərrüfatına yararlı pay torpaq mülkiyyətçisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın tələblərindən də göründüyü kimi, birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq 2020-ci il 1 aprel tarixinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə qeyd olunan "Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir. Həmçinin iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxs olmasını təsdiq edən sənəd hər hansı sənəd-sübutu iş materiallarına əlavə edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiqlənmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nda qeyd edilən şərtlərə uyğun olmadığından onun hazırkı iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati 2-1(112)- 5644/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Hazırki iş üzrə apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5644/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2709/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2709/2021
06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver