Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2709/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «fərq məbləğinin ödənilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6018/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 13 - 20 sentyabr 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin hesablanaraq ödənilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X3 vəfat etdiyi günədək fasiləsiz olaraq 30 ilə yaxın müddətdə Azərbaycan Respublikasının Silahlı qüvvələrinin zabiti olmuşdur. Bütün bu dövrlər ərzində o, xidmətini qüsursuz yerinə yetirmiş, buna görə də dəfələrlə müxtəlif təltiflərlə mükafatlandırılmışdır. Həyat yoldaşı X3 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Qeyd edir ki, xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ yaranmış, bununla bərabər qanunvericiliyin tələblərinə əsasən eyni tarixdən ailə başçısını itirməyə görə pensiya hüququ da yaranmışdır. Lakin iddiaçı bu hüququnun mövcud olmasından çox sonralar-2021-ci ilin sentyabr ayında xəbər tutmuş və xx.xx.2021ci il tarixdə cavabdeh orqana müraciət edərək ona ailə başçısını itirməyə görə pensiya təyin olunmasını xahiş etmişdir. Bundan sonra cavabdeh tərəfindən ona müvafiq pensiya növü təyin olunmuşdur. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ailə başçısını itirməyə görə pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən həmin hüququnun mövcud olmasından xəbərdar olduğu xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ona verilməli olan pensiya məbləğinin hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh müraciətinə xx.xx.2022-ci il tarixli məktubla cavab vermiş və ərizəmi təmin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6018/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: E.Əliyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olmaqla yanaşı dövlətimizin sosial siyasətinə də ziddir. Belə ki, iddia ərizəsinin əsaslandırma hissəsində cavabdeh orqanın müraciətimdən imtina etməsinin əsassız olması ilə bağlı geniş şəkildə göstərilsə də məhkəmə buna qiymət verməmiş, iş üçün əhəmiyyətli olan bütün halları araşdırmadan qərar qəbul etmişdir. Dəfələrİə məhkəmə praktikasında (xüsusən də Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edilən qərarlarda) bu tipli işlərdə məhkəmələrin əsasən dövlətimizin sosial siyasətinə uyğun olaraq vətəndaş yönümlü qərarlar qəbul edildiyin şahidi olmuşuq. Bu tipli işlərdə mövcud məhkəmə presedentləri onu göstərir ki, mövcud ziddiyyətlər vətəndaşın xeyrinə həll olunur, vətəndaş bilməməzlikdən, savadsızlıqdan, səhhəti ilə əlaqəli hallardan və s. dolayı hansısa bir hüququndan vaxtında istifadə edə bilmədikdə bu hal məhkəmələr tərəfindən üzlü hal kimi hesab edilir. Lakin birinci instansiya məhkəməsi qərar qəbul edərkən bu cür halları nəzərə almamış, ola bilsin təcrübəsizlikdən yuxarı instansiya məhkəmələrinin təcrübəsindən faydalanmağa lüzum görməmişdir. Məhkəmə araşdırma aparsa görərdi ki, hazırki işə münasibətdə presedent ola biləcək çoxsaylı məhkəmə qərarları mövcuddur. Cavabdeh orqan apellyasiya şikayətinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh etirazda qeyd etmişdir ki, iş üzrə icraat materiallarından göründüyü kimi İddiaçıa xx.xx.2009-cu il tarixdə 408.88 manat məbləğində yaşa görə pensiya təyin edilmişdir. İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdən Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial tərəfindən İddiaçı mərhum həyat yoldaşı X2 təminat xərcliyinin (1411,20 manat) 80 faizi-1128,96 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir. İddiaçı Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala müraciət edərək, ona xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsini xahiş etmişdir. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialın xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubuna əsasən həmin məbləğin ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Belə ki, iddiaçı ona verilmiş bu hüquqdan əvvəlki illərə münasibətdə istifadə etməmiş və bu haqda məlumatının olmamasını bildirmişdir. Lakin qanunvericilik norması ilə bağlı məlumatlı olmamaq əsaslı bir səbəb hesab olunmur. Bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1dən ayrılır. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial tərəfindən verilmiş sorğuya əsasən, Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialının 15 noyabr 2021-ci il tarixli **********0 nömrəli məktubunda iddiaçıya yaşa görə əmək pensiyasının 30 noyabr 2021-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. Qeyd olunanlara əsasən yasa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamısdır. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından keçmiş dövr üzrə fərq məbləğinin hesablanaraq ödənilməsi üzrə iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. İşə apelyasiya qaydasında baxılarkən İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Brilyant Sücahət qızı xx.xx.1958-ci il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus pensiya işinin surətindən müəyyən edilir ki, İddiaçıa xx.xx.2009-cu il tarixdə 408.88 manat məbləğində yaşa görə pensiya təyin edilmişdir. İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2021-cı il tarixdə müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 1 oktyabr 2021-ci il tarixdən Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial tərəfindən İddiaçı mərhum həyat yoldaşı X2 təminat xərcliyinin (1411,20 manat) 80 faizi- 1128,96 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir. İddiaçı Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala müraciət edərək, ona xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsini xahiş etmişdir. İş materiallarında olan cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********8 №li keçmiş dövr üzrə fərq məbləğinin hesablanmaması haqqında məktubda göstərilmişdir ki, iddiaçı 28 sentyabr 2021-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən verilmiş sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 15 noyabr 2021-ci il tarixli **********0 nömrəli məktubunda iddiaçıya yaşa görə əmək pensiyasının 30 noyabr 2021-ci il tarixinədək ödənildiyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Bununla əlaqədar olaraq 1 oktyabr 2021-ci il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən iddiaçının mərhum həyat yoldaşı X1 təminat xərcliyinin (1411,20 manat) 80 faizi- 1128,96 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi Filialın iddiaçıya ödənilməli olan hər hansı borc məbləği yoxdur. İşdən görünür ki, iddiaçı cavabdeh orqanın cavabından narazı qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial tərəfindən verilmiş sorğuya əsasən, Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialının 15 noyabr 2021-ci il tarixli **********0 nömrəli məktubunda iddiaçıya yaşa görə əmək pensiyasının 30 noyabr 2021-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, həmçinin qanunvericilik şəxsin pensiya növünün dəyişdirilməsini öz arzusundan asılı etdiyindən və bununla bağlı iddiaçı xx.xx.2021-ci il tarixində müraciət etdiyindən, onun hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə iddia ərizəsində göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2009-cu il tarixdə 408.88 manat məbləğində yaşa görə pensiya təyin edilmişdir. İddiaçıya yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixədək ödənilmişdir. İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Hazırda iddiaçıya xx.xx.2021-ci il tarixdən Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial tərəfindən mərhum həyat yoldaşı X2 təminat xərcliyinin (1411,20 manat) 80 faizi-1128,96 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir. İddiaçı cavabdeh orqana müraciət edərək, ona xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsini xahiş etsə də müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın imtinası “qanunçuluq” prinsipinə uyğun olmuşdur. Belə ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd olmamasını və qanunla nəzərdə tutulmayan tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında həyata keçirilməsini də müəyyən edir. Yəni inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının öz arzusu ilə xx.xx.2021-ci il tarixdə pensiya növünün dəyişdirilməsi ilə bağlı müraciətinə əsasən ona növbəti ayın 1-dən, yəni xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiydən və yasa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi isə qanunvericilikdə nəzərdə tutulmadığından cavabdeh orqanın imtinası iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olmamışdır və birinci instansiyası məhkəməsi də haqlı olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6018/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2709/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2709/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver