Məhkəmə qərarları › İş №2-1(103)-2709/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2709/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2709/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vladlena Buzmakovanın və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4892/2023 nömrəli 11 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından verilmiş 01 dekabr 2022-ci il tarixli **********70 saylı imtina məktubunu qeyri-qanuni hesab edilərək, ona güzəştli şərtlərlə 52 yaşından əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-4892/2023 nömrəli 11 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı S.A.Aponoviç 28 oktyabr 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, təqdim etdiyi sənədlər əsasında 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçı S.A.Aponoviçə verilmiş xx.xx.2022-ci il tarixli **********0 nömrəli cavab məktubunda kifayət qədər ümumi iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (17 il 10 ay 8 gün (xx.xx.1987- xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Yuxarıda qeyd olunan dövlərə aiddir: 1) xx.xx.1987-xx.xx.1989-cu illər (hərbi xidmətdə olduğu dövr); 2) xx.xx.1989xx.xx.1992-ci illər (təhsil aldığı dövr); 3) xx.xx.1992-xx.xx.2005-ci illər (əmək kitabçasında qeyd olunan dövr). Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə İddiaçı iddiası təmin olunmamalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vladlena Buzmakova apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 01 dekabr 2022-ci il tarixli **********0 nömrəli imtina məktubunda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-1İİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 Ne-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən Sizin 1 yanvar 2006-cı ii tarixinədək ümumi iş stajınız 20 ildən az (17 il 10 ay 8 gün (xx.xx.1987xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan NZ seriyalı, ******* nömrəli hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1987-cı ildən xx.xx.1989-cu ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 01/394 nömrəli Arxiv arayışında qeyd olunmuşdur ki, M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya institutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərini əsas tutaraq bildirir ki, İddiaçı 1985-ci ildə Neft-mexanika fakültəsinin “Texnoloji maşınlar və avadanlıqlar” ixtisası üzrə əyani şöbənin İ Kursuna daxil olmuşdur (Əmr; № 02/838, xx.xx.1985-ci il). İddiaçı 1987-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır (Əmr; № 02/760, xx.xx.1987-ci il) və 1989-cu ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İ kursuna daxil olmuşdur (Əmr; № 02/839, xx.xx.1989-cu il). 1992-ci ildə əyani şöbənin V kursun tələbəsi İddiaçı dərs davamiyyəti pis olduğuna görə Vİ kursun qiyabi şöbəsinə köcürülmüşdür. (Əmr; № 02/1160, xx.xx.1992-ci il). İddiaçı 1996-cı ildə akademik kəsrləri olduğuna görə Vİ kursdan akademiyadan xaric edilmişdir. (Əmr; № 02/712, xx.xx.1996-cı il) və 2001-cı ildə İV kursun qiyabi şöbəsinə bərpa olunmuşdur (Əmr; № 02/540, xx.xx.2001-ci il). İddiaçı 2003-cü ildə NMF-nin qiyabi şöbəsini bitirmişdir və ona bakalavır dərəcəsi verilmişdir (Əmr; № 02/431, xx.xx.2003-cü il). Diplom A №131593 (qeyd №0183) xx.xx.2003-cü il. Əsas: İnstitut üzrə əmrlər. İş materiallarında olan Azərbaycan Dövlət Neft Akademiyası tərəfindən 2003-cü ildə verilmiş 0183 qeydiyyat nömrəli, A № 131593 saylı Diplomun surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının 20 №-li xx.xx.2003-cü il tarixli Qərarı ilə İddiaçı “Texnoloji maşınlar və avadanlıqlar” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, Socar **********81200598X00023 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı SOCAR-ın “X10” trestin nəzdində olmuş müxtəlif İdarələrdə aşağıda göstərilmiş peşə və vəzifələrdə işləmişdir: “Bayıl Limanı” X7 İdarəsi üzrə: xx.xx.1995-ci ildən xx.xx.2007-ci ilədək - 8 saylı X2maya xidmət edən çilingər; xx.xx.2007-ci ildən xx.xx.2011-ci ilədək 19 saylı X2ma avadanlığına xidmət edən mexanik; xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilədək 10 saylı X8 Özüldə ətraf mühitin mühafizəsi və ekologiya üzrə mühəndis; xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək 6 saylı X8 Özüldə avadanlıqların təmiri və xidməti üzrə mexanik; “Neft Daşları” X12 İdarəsi üzrə: xx.xx.2012ci ildən xx.xx.2014-cü ilədək Günəşli yatağı 6 saylı X8 Özüldə avadanlıqların təmiri və xidməti üzrə mexanik; “X10” tresti üzrə: xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək 6, 19, 13, 14 saylı X8 Özüllərdə avadanlıqların təmiri və xidməti üzrə mexanik; xx.xx.2017-ci ildən hal-hazırki vaxta kimi “Günəşli” istehsalat bölümündə 5 saylı X8 Özüldə avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik vəzifəsində işləyir. İş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01-2046 nömrəli Arxiv arayışında qeyd olunmuşdur ki, M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya institutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərini əsas tutaraq bildirir ki, İddiaçı 1985-ci ildə Neft mexanika fakültəsinin “Texnoloji maşınlar və avadanlıqlar” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur (Əmr: № 02/838, xx.xx.1985-ci il). İddiaçı 1987-ci ildə əyani şöbənin İ kursundan həqiqi hərbi xidmətə çağırılmışdır (Əmr: № 02/760, xx.xx.1987-ci il) və 1989-cu ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İ kursuna bərpa olmuşdur (Əmr: № 02/839, xx.xx.1989-cu il). 1992-ci ildə əyani şöbənin V kursun tələbəsi İddiaçı dərsə gəlmədiyi üçün təkrar Vİ kursun qiyabi şöbəsinə köcürülmüşdür. (Əmr: № 02/1160, xx.xx.1992-ci il). İddiaçı 1996-cı ildə akademik kəsrləri olduğuna görə Vİ kursdan akademiyadan xaric edilmişdir. (Əmr: № 02/712, xx.xx.1996-cı il) və 2001-cı ildə Vİ kursun qiyabi şöbəsinə bərpa olunmuşdur (Əmr: № 02/540, xx.xx.2001-ci il). İddiaçı 2003-cü ildə NMF-nin qiyabi şöbəsini bitirmişdir və ona bakalavır dərəcəsi verilmişdir (Əmr: № 012/431, xx.xx.2003-cü il). Diplom A №131593 (qeyd №0183) xx.xx.2003-cü il. Əsas: İnstitut üzrə əmrlər. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1992-ci il tarixdə doldurulmuş İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı “Sahil” DKQİ-nə işə qəbul olmazdan əvvəl xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilədək Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almışdır, xx.xx.1992-ci ildə “Sahil” X7 İdarəsinin QAYTS-ə 4-cü dərəcəli təmirçi-çilingər vəzifəsinə qəbul edilmişdir, xx.xx.1992-ci ildə Neft Akademiyasının qiyabi şöbəsinə keçirilmişdir, xx.xx.1995-ci ildə Azərbaycan Respublikası ƏQM 36-cı maddəsinin 5-ci bəndinə əsasən idarənin ləğvi ilə əlaqədar “Bulla” DKQİ-ə köçürmə qaydasında işdən azad edilmişdir, xx.xx.1995-ci ildə Azərbaycan Respublikası ƏQM 36-cı maddəsinin 5-ci bəndinə əsasən ləğv edilmiş “Sahil” DKQİ-dən QAYTS-ə 4-cü dərəcəli təmirçi-çilingər vəzifəsinə qəbul edilmişdir, xx.xx.1995-ci ildə Azərbaycan Respublikası ƏQM 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Bayıl Limanı” X9 İdarəsinə köçürmə qaydasında işdən azad edilmişdir, xx.xx.1995-ci ildə “Bayıl Limanı” X7 İdarəsində “Bulla” DKQİ-dən köçürmə yolu ilə 8 saylı DDSP-a 4-cü dərəcəli quyulara xidmət üzrə çilingər vəzifəsinə qəbul edilmişdir, xx.xx.1997-ci ildə həmin yerdə 5-ci dərəcəli quyulara xidmət üzrə çilingər keçirilmişdir, xx.xx.2007-ci ildə 19 saylı DDSÖ-nə 12-ci dərəcəli mexanik (qazma avadlıqlara xidmət edən) vəzifəsinə keçirilmişdir, Azərbaycan Respublikası Prezidentinin 7 mart 2007-ci il tarixli 539 nömrəli Fərmanına uyğun olaraq AR DNŞ-nin 12 mart 2007-ci il tarixli 51 nömrəli və 14 mart 2007-ci il tarixli 60 nömrəli əmrlərinə əsasən “Bayıl Limanı” DKQİ yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi “X10” Trestinin tabeliyinə verilmişdir, xx.xx.2008-ci ildə 19 saylı DDSÖ-nə 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə keçirilmişdir, xx.xx.2011-ci ildə 10 saylı DDSÖnə 12-ci dərəcəli Ətraf mühitin mühafizəsi və ekologiya üzrə mühəndis vəzifəsinə keçirilmişdir, xx.xx.2012-ci ildə 6 saylı DDSÖ-nə 12-ci dərəcəli avadanlıqlarının təmiri və xidmət üzrə mexanik vəzifəsinə keçirilmişdir, ARDNŞ-nin xx.xx.2012-ci il tarixli 65 saylı və “X10” trestinin xx.xx.2012-ci il tarixli 62 saylı əmrlərinə əsasən “Bayıl limanı” X11 İdarəsinin adı dəyişdirilərək “Xəzər” Dəniz Kəşfiyyat İdarəsi adlandırılmışdır, xx.xx.2012-ci ildə ƏMnin 64-cü maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi başladığı üçün öz təşəbbüsü ilə işdən azad edilmişdir, xx.xx.2012-ci ildə “X10” tresti X13 İşləri İdarəsində Günəşli yatağı 6 saylı X8 Özülünə 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə işə qəbul edilmişdir, xx.xx.2014-cü ildə onunla bağlanmış əmək müqaviləsi ƏM-nin 69.3-cü maddəsinə əsasən ləğv edilmişdir, xx.xx.2014-cü ildə “Günəşli” istehsalat bölümü 6 saylı DDSÖ-nə 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə işə qəbul edilmişdir, xx.xx.2014-cü ildə “Günəşli” İB, 19 saylı DSÖ-yə 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə keçirilmişdir, xx.xx.2017-ci ildə “Günəşli” istehsalat bölümü 13 saylı DSÖ-yə 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə keçirilmişdir, xx.xx.2017-ci ildə “Günəşli” istehsalat bölümü 14 saylı DSÖ-yə 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə keçirilmişdir, xx.xx.2017-ci ildə ştat cədvəlindəki dəyişikliyə əsasən “Günəşli” İB-yə 14 saylı DDSÖ-yə 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik keçirilmişdir, xx.xx.2017-ci ildə “Günəşli” İB-yə 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik 5 saylı DSÖ-yə keçirilmişdir, xx.xx.2021-ci ildə Neft Daşları-Günəşli istehsalat bölümü, 3 saylı briqadaya 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik vəzifəsinə keçirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xx.xx.1987-xx.xx.1989-cu illər - hərbi xidmətdə olduğu dövr, xx.xx.1989-xx.xx.1992-ci illər - təhsil aldığı dövr, xx.xx.1992xx.xx.2005-ci illər - əmək kitabçasında qeyd olunan işlədiyi dövr mübahisələndirilmir (cəmi 17 il 10 ay 08 gün). Məhkəmə kollegiyası iddiaçının təhsil aldığı dövrlə əlaqədar qeyd edir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arxiv arayışına əsasən iddiaçı xx.xx.1985-ci ildə Neft mexanika fakültəsinin “Texnoloji maşınlar və avadanlıqlar” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuş, xx.xx.1987-ci ildə əyani şöbənin İ kursundan həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1989-cu ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İ kursuna bərpa olmuş, xx.xx.1992-ci ildə əyani şöbənin V kursun tələbəsi İddiaçı dərsə gəlmədiyi üçün təkrar Vİ kursun qiyabi şöbəsinə köcürülmüş, xx.xx.1996-cı ildə akademik kəsrləri olduğuna görə Vİ kursdan akademiyadan xaric edilmiş, xx.xx.2001-ci ildə Vİ kursun qiyabi şöbəsinə bərpa olunmuş, xx.xx.2003-cü ildə qiyabi şöbəni bitirmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək və xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək əyani təhsil almışdır. Qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən həmin dövrlər iddiaçının ümumi iş stajına daxil edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, təhsil və hərbi xidmət dövrü nəzərə alınmaqla xx.xx.2006-cı ilədək iddiaçının ümumi stajı 20 ildən çoxdur (xx.xx.1985xx.xx.1987 və xx.xx.1989-xx.xx.1992 - təhsil, xx.xx.1987-xx.xx.1989 - hərbi xidmət, xx.xx.1992-xx.xx.2006 - əmək kitabçasında göstərilən iş dövrü – cəmi 20 il 02 ay 06 gün). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı cavabdeh tərəfindən mübahisələndirilməsə də, bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi qazmaya xidmət edən çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: X Bölmə - Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı; 1. Qazma; a) fəhlələr; kod 1100000a—18497 buruqlara xidmət üzrə çilingərlər. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 13 il 02 ay 01 gün). İddiaçı tərəfindən təqdim edilmiş iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 52 yaşından (xx.xx.2020-cu ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının müraciəti üzrə inzibati icraat materiallarında olan xx.xx.2020-ci il tarixli imtina məktubuna əsasən iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana xx.xx.2020-ci il tarixində müraciət etmişdir. Bu səbəbdən də iddiaçıya ödəniləcək pensiya onun pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən hesablanaraq ödənilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4892/2023 nömrəli 11 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar