Məhkəmə qərarları › İş №2-1(103)-271/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-271/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-271/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X8 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-853/2023 saylı 19 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı "xxxx" MMC-nin fəaliyyəti üzrə operativ vergi nəzarəti keçirilmiş və həmin nəzarət tədbiri zamanı vergi ödəyicisi kimi iddiaçının 177.003,40 manat məbləğində digər şəxslərdən elektron-qaimə faktura əsasında alınmış məhsulun (müxtəlif çeşiddə metal tullantı və qırıntıları) mal qalığı kimi aşkarlanmaması və 113.731,96 manat məbləğində digər şəxslərə elektron-qaimə faktura əsasında satdığı məhsulunun (dəmir borular) alış sənədlərinin, alınma mənbəyinin müəyyənləşdirilməməsi əsasları ilə müvafiq olaraq Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi üzrə 17.700,30 manat (10%) və 58.13-cü maddəsi üzrə 11.373,20 manat (10%) məbləğində maliyyə sanksiyalarının tətbiqi barədə 21 yanvar 2022-ci il tarixli **********1797 və **********1799 nömrəli qərarlar qəbul etmişdir. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi 13 aprel 2020-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. İddiaçı MMC faktiki olaraq metalın alışı və satışı ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçı MMC-də 2020-ci ildən hal-hazırkı vaxtadək onun sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Sonuncu dəfə 12 noyabr 2021-ci il tarixdən 11 dekabr 2021-ci il tarixədək müəssisədə sonuncu operativ vergi nəzarəti qaydasında yoxlama aparılmışdır. Bu operativ vergi nəzarəti yoxlaması 2021-ci ili əhatə etmişdir. Operativ vergi nəzarəti təqdim olunmuş ilkin mühasibat sənədləri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Nəzarət zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Buna baxmayaraq 21 yanvar 2022-ci il tarixdə **********1799 və ********** 1797 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarlar tərtib edilmiş, bu qərarlar əsasında 11.373,20 manat və 17.700,30 manat, ümumilikdə 29.073,5 manat məbləğ üzrə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlar çıxarılmışdır. Əslində isə, müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdıraraq nəzərdən keçirildikdə, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı müəyyən edilir. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəricələri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları operativ vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmamış, qeyri-obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. İddiaçı MMC-də aparılan göstərilən operativ vergi yoxlaması aktları qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin aktı imzalamaqdan imtina edilmişdir. Bütün bunlar göstərir ki. vergi ödəyicisi İddiaçı MMC-yə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri-qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Operativ vergi yoxlaması aktından göründüyü kimi, əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə, vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanın 21 yanvar 2022-ci il tarixli məsuliyyət qərarlarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Vergi qanunvericiliyin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması vergi ödəyicisinə izah olunmamışdır. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal formada hazırlanmışdır. Eyni zamanda, «İnzibati icraat haqqında» Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlat. habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Vergi orqanı tərəfindən yol verilmiş digər nöqsanlar nəzərə alınmasa belə qeyd olunan pozuntu faktı operativ vergi yoxlamasının nəticələri ilə bağlı qəbul edilmiş məsuliyyət qərarının ləğv edilməsi üçün birbaşa əsasdır. Çünki Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xəərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Operativ vergi yoxlaması zamanı Azərbaycan Peslublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaima-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil- qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmasına görə və malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən hesablamalar aparılmışdır. Vergi orqanı isə, qərəzli olaraq həmin müəssisənin təqdim etdiyi mallara görə elektron qaimənin təqdim edilməməsi əsası ilə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə formal olaraq istinad etməklə maliyyə sanksiyası hesablamışdır. Belə hal isə birbaşa olaraq müəssisənin sərbəst iqtisadi fəaliyyətinin məhdudlaşdırılmasıdır. Çünki, müəssisənin fəaliyyətindən heç bir kənarlaşma mövcud deyil, dövlət büdcəsinə heç bir zərər toxunmamışdır. Bu isə, vergi orqanının formal olaraq əsassız sanksiyasını istisna edir. Hesab edilir ki, məhkəmə tərəfindən işin bu hallarına düzgün hüquqi qiymət verilərək hesablanmış maliyyə sanksiyası ləğv edilməlidir. Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu məcəllə ilə müəyyən edilməyən, yaxud bu məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz, 3.11-ci maddəsinə əsasən isə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin maddələrinin tələblərinə tam olaraq riayət edilməmişdir, operativ vergi yoxlanmasının nəticələri rəsmiləşdirilərkən təqdim edilmiş sənədlər tam araşdırmadığından akt tərtib edilərkən yanlış hesablamalara və maliyyə sanksiyasına yol verilmişdir. Müəssisədə aparılan yoxlamalar zamanı Vergi Məcəlləsinin 13, 50, 58, 67-ci maddələrinin tələbləri kobud surətdə pozulmuşdur, qanunvericiliyə zidd qərarlar qəbul edilmişdir. Vergi ödəyicisinin iş şəraiti, mühasibat uçotunun spesifikliyi, əlaqəli məlumatlar əsasında müəssisənin iqtisadi cəhətdən rentabelliyinə qiymət verilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 59 və 73-cü maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 67-ci maddəsinə, Vergi Məcəlləsinin 3.8, 3.11, 53.3, 54.0.2, 62-ci maddələrinə, İPM-in 32, 45-ci maddələrinə əsaslanaraq, cavabdehin 21 yanvar 2022-ci il tarixli **********1797 və **********1799 nömrəli qərarlarının ləğv edilməsi məhkəmədən xahiş olunur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı MMC-nin iddiasına etiraz edilir. Cavabdehin 11 noyabr 2021-ci il tarixli **********2285 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarı əsasında MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Nərimanov rayayinu, 2095 – 2096-cı məhəllə, Dərnəgül Şossesi (Meşə materiallarının, Tikinti Materiallarının və X1 Satışı – Anbar) ünvanında yerləşən anbarda həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 12 noyabr 2021-ci il tarixdə vergi ödəyicisinin anbarında olan mallar vergi orqanı tərəfindən yerindəcə sayılmış, sayılan malların alış qiymətinə əsasən, ümumi dəyərinin 230.268,76 manat olduğu müəyyən olunmuşdur. Həmin mallar EQF, YGB və Avis aktlarına əsasən üzləşdirildikdən sonra, vergi ödəyicisinə məxsus mallardan 177.003,40 manat dəyərində olan hissəsi qeyd olunan sənədlərdə öz əksini tapmamışdır. Qeyd olunanlar əsasında 11 dekabr 2021-ci il tarixli DVX seriyalı 003674 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Vergi ödəyicisi hər hansı üzrlü səbəb göstərmədən aktın bir nüsxəsini qəbul etmiş, onu imzalamaqdan imtina etmişdir. Yuxarıda göstərilən akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 yanvar 2022ci il tarixli **********1799 nömrəli qərarı ilə iddiaçı barəsində 17.700,30 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfat daxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilmiş operativ vergi nəzarəti zamanı malların siyahısı 11 dekabr 2021-ci il 001149 DVX nömrəli sənədlə rəsmiləşdirilərək metal qırıntısı, şpunt, ikitavr üzrə ümumilikdə 113.731,96 manat dəyərində malın müvafiq sənədlər tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə müvafiq olaraq, xx.xx.2022-ci il tarixli **********1797 nömrəli qərarla vergi ödəyicisinə 11.373,20 manat miqdarında vergi məsuliyyətinə cəlb olunmuşdur. 11 dekabr 2021-ci il tarixli 001149 DVX nömrəli sənədin imzalanmasından və nüsxəsinin götürülməsindən vergi ödəyicisi imtina etmişdir. Vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarət tədbirinin nəticəsi kimi qəbul olunacaq 17 yanvar 2022-ci il tarixli qərarın materiallarına baxılmasında iştirak üçün vergi ödəyicisinə bildiriş göndərilmiş və vergi ödəyicisinin iştirakı ilə 18 yanvar 2022-ci il tarixdə vergi orqanında aidiyyəti üzrə görüş keçirilmiş və keçirilmiş görüşdə vergi ödəyicisi dinlənilmiş və qanunvericiliyin tələbləri izah olunmuşdur. 21 yanvar 2022-ci il tarixdə cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1797 və **********1799 saylı qərarlar qəbul edilərək, müvafiq sanksiyaların ödənilməsi barədə həmin tarixli tələbnamələr göndərilmişdir. Göstərilənlərə və Vergi Məcəlləsinin 16.1, 23.1, 24, 58.8, 71.1, 94, 130-cu maddələrinə, İPM-in 58.7-ci maddəsinə əsaslanaraq, İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-853/2023 saylı 19 aprel 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli **********1797 və **********1799 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə iddianın təmin edilməsi kimi aşağıdakı səbəbləri göstərir: 1. İddia müddətinin ötürülməmiş hesab edilməsi ilə bağlı məhkəmə bildirir ki, iddia ərizəsinin xx.xx.2022-ci il tarixində daxil olmasına baxmayaraq, müvafiq qərarların iddiaçıya xx.xx.2022-ci il tarixinədək müvafiq qaydada təqdim edilməsinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim etməmişdir. İddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli **********1797, **********1799 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlar xx.xx.2022-ci il tarixində “Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında” bildirişər vasitəsilə elektron qaydada göndərilmiş, xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən oxunmuş, iddiaçının şikayətinin məhkəməyə daxil olma vaxtı isə xx.xx.2022-ci il tarixinədir. Müvafiq halla bağlı məhkəməyə verilmiş vəsatətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına uyğun əsaslandırılma verilmiş lakin, məhkəmə tərəfindən görməzlikdən gəlinmişdir. Məhkəmə qeyd edir ki, 2021-ci ilin dekabr ayında keçirilmiş OVN-i zamanı müəyyən edilən hallar VM ilə OVN-nin əhatə dairəsindən kənara çıxır və bu hallarla bağlı VM-nin 58.8.2-ci və 58.13-cü maddələri ilə maliyyə sanksiyalarının tətbiqi yolverilən deyil. Məhkəmə qeyd edir ki, vergi orqanının vergi ödəyicisinin fəaliyyəti üzrə kameral və səyyar vergi yoxlaması keçirmək səlahiyyəti var. Müvafiq halların nəticələri həmin yoxlamaların gedişatı üzrə yekun akt və qərarlarda öz əksini tapır. İlk öncə qeyd edilməlidir ki, məhkəmənin yuxarıda qeyd edilən fikir ilə hansı nəticəyə gəldiyi ümumiyyətlə aydın deyil. Məhkəmə işin hallarını düzgün qiymətləndirməyərək normativ hüquqi aktın tətbiqində səhvə yol vermiş, qanunu səhv təfsir etmişdir. Belə ki, Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinə əsasən malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə nəzarət edilməsi məqsədilə operativ vergi nəzarəti tədbiri həyata keçirilə bilər. Məhkəmənin qənaətinə görə 2021-ci ilin dekabr ayında keçirilmiş OVN-i zamanı müəyyən edilən hallar VM ilə OVN-nin əhatə dairəsindən kənara çıxır və bu hallarla bağlı VM-nin 58.8.2-ci və 58.13-cü maddələri ilə maliyyə sanksiyalarənın tətbiqi yolverilən deyil. Bu cür yanaşma ağlabatan və düzgün hesab edilə bilməz, çünki operativ vergi nəzarətinin məqsədləri məhkəmə qərarı əsasında cılızlaşdırılır və nəticədə vergi orqanının VM-i təsbit olunmuş vergi ödəyicilərinin vergi qanunvericiliyinə əməl edib-etməməsinə dair yoxlamasını mənasız edir. Operativ vergi nəzarətinin məqsədlərindən biri isə artıq baş vermiş, yəni keçmişdə törədilmiş hər hansı qanun pozuntusunu aşkar edərək qanunu pozmuş vergi ödəyicisini məsuliyyətə cəlb etməkdən ibarətdir. Operativ vergi nəzarətinin keçirilməsi üçün əsasları müəyyən edən Vergi Məcəlləsinin 50.2-ci maddəsin də buna dəlalət edir. Belə ki, vergi orqanı vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması barədə kifayət qədər əsaslar aşkar etdikdə operativ vergi nəzarəti həyata keçirərək həmin pozuntunun həqiqətən də baş verib-vermədiyini müəyyən etmək üçün operativ vergi nəzarəti keçirir. Yəni, hər bir halda operativ vergi nəzarətinin məqsədi təkcə cari fəaliyyəti yoxlamaq yox, həmçinin artıq baş vermiş qanun pozuntusu faktını aşkar edərək şəxsi məsuliyyətə cəlb etməkdən ibarətdir. Bundan əlavə, elektron qaimə faktura olmadan malların təqdim edilməsi üzrə operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanı tərəfindən təqdim edilmiş malların (operativ vergi nəzarətindən əvvəl təqdim edilmiş malların) qanunvericilikdə nəzərdə tutulmuş sənədlərinin olub-olmamasını yoxlanılır. Digər tərəfdən, operativ vergi nəzarətinin ayrı-ayrı növləri üzrə məsələlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 31 May 2020-ci il tarixli, **********516100 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydaların”-da (bundan sonra – “Qaydalar”) əks edilmişdir. Həmin Qaydaların 14.2-ci bəndinə əsasən nəzarətə başlayarkən birinci növbədə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən təsərrüfat subyektindəki (subyektlərindəki) malların və pul vəsaitinin vergi ödəyicisinə məxsus olub-olmaması, habelə sahibkarlıq fəaliyyəti ilə bağlı vergi ödəyicisinə məxsus hər hansı başqa malların və pul vəsaitinin digər yerlərdə saxlanılıbsaxlanılmaması barədə vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən sərbəst formada iltizam alınır. Təqdim olunan iltizamda vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi malların və (və ya) pul vəsaitinin ona məxsus olmamasını, yaxud qismən məxsus olmasını bildirdiyi halda, vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən həmin malların və pul vəsaitinin vergi ödəyicisinin təsərrüfat subyektində (subyektlərində) saxlanılmasına hüquqi əsas verən təsdiqedici sənədlər (icarə, saxlama müqavilələri və s.) tələb edilməlidir. Həmin Qaydaların 14.5-ci bəndinə əsasən malların və pul vəsaitinin siyahısının tərtib edilməsi prosesi vergi orqanının operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarında nəzərdə tutulmuş müddətdə davam edə bilər. Qaydaların 14.8-ci bəndinə əsasən siyahı tərtib edildikdən sonra qalıqda olan malların mədaxilini (alışını) təsdiq edən elektron qaimə-faktura, idxal malları olduğu halda həmin malların idxalı ilə bağlı yük gömrük bəyannaməsinin və fakturanın (invoys), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının, mallar təqdim edilərkən, elektron qaiməfakturaların tərtib edilməsi, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi məqsədilə təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsi məsələlərinin mövcudluğu araşdırılır. Qaydaların və Vergi Məcəlləsinin müddəalarından göründüyü kimi, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə nəzarət məsələsini əhatə edən operativ vergi nəzarəti zamanı bir tərəfdən, cari vəziyyət yoxlanılır, yəni, vergi ödəyicisinin mal qalığı araşdırılır, müvafiq sənədlər tələb edilir və s., cari vəziyyətin yoxlanmasının məqsədi isə operativ vergi nəzarəti tədbirindən əvvəl satılmış malların elektron qaiməfaktura əsasında təqdim edilibedilməməsini müəyyən etməkdir. Hazırki halda da, keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2021-ci il tarixində vergi ödəyicisinin anbarında olan mallar vergi orqanı tərəfindən yerindəcə sayılmış, sayılan malların alış qiymətinə əsasən, ümumi dəyərinin 230.268,76 manat olduğu müəyyən olunmuşdur. Həmin mallar EQF, YGB və Avis Aktlarına əsasən üzləşdirildikdən sonra, vergi ödəyicisinə məxsus mallardan 177.003,40 manat dəyərində olan hissəsi qeyd olunan sənədlərdə öz əksini tapmamışdır. Həmçinin, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfat daxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilmiş operativ vergi nəzarəti zamanı malların siyahısı xx.xx.2021-ci il 001149 DVX Seryalı sənədlə rəsmiləşdirilərək metal qırıntısı, şpunt, ikitavr üzrə ümumilikdə 113.731,96 manat dəyərində malın müvafiq sənədlər tərtiv edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə müvafiq olaraq, xx.xx.2022-ci il tarixli **********1797 nömrəli Qərarla vergi ödəyicisinə 11.373,20 manat miqdarında vergi məsuliyyətinə cəlb olunmuşdur. Məhkəmə tərəfindən isə yuxarıda qeyd edilən hallar nəzərə alınmamış, yuxarıda göstərilən faktları təsdiq edən sübutlar (alınmış, satılmış mallar barədə məlumatlar və s.) təqdim edilməsinə baxmayaraq, məsələyə birtərəfli yanaşılaraq əsassız qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli Qərarlar qəbulu üçün şərtlər ödənilmiş sayıla bilməz. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə başqa şəxslərdən aldığı və digərlərinə satdığı mallar çeşid etibarı ilə fərqlənsələrdə eyni qəbildən oxşar məhsullardır. Onlara aid sənədlərdə məhsulların adlarında qeyri-müəyyənliyə yol verilməsi formal şəkildə müvafiq maliyyə sanksiyalarının tətbiqi üçün əsas deyil. Məhkəmənin bu mövqeyi isə birmənalı olaraq əsassızdır. Əvvəla sual yaranır, məhkəmə həmin malların eyni qəbildən olan mallar olmasını hardan bilir ? Əgər bilirsə, həmin malların eyni qəbildən olmasına hansı qanuni əsaslarla gəlmişdir ? Doğurdanda istehsalatda eyni məqsədlər üçün istifadə olunan eyni mallar sayıla bilərmi ? Görüldüyü kimi, burada xüsusi sualların cavablandırılması üçün ekspertiza təyin olunmalı olduğu halda, məhkəmə tərəfindən buna gedilməmiş əksinə, haqsız olaraq, cavabdehin göstərdikləri nəzərə alınmadan bu qənaətə gəlinmişdir. Buna müvafiq olaraq, məhkəmənin cavabdeh tərəfindən formal şəkildə müvafiq maliyyə sanksiyalarının tətbiqinə dair qənaəti qanunsuzdur. Məhkəmə qeyd edir ki, müvafiq Qərarlar qəbul edilən zaman vergi borcununun səbəbləri və düsturu aydın şəkildə göstərilməmişdir. Qeyd edilənlə bağlı bildiririk ki, hər iki qərarın qərara aldım hissəsində nəyə əsasən qərarın verildiyi və tərtib olunan sanksiyasının vergi məcəlləsinin hansı maddəsinə istinad olunaraq müvafiq faiz dərəcəsində maliyyə sanksiyasının verildiyi aydın şəkildə göstərilib. Məhkəmə qeyd edilən halla bağlı nəyə əsasən qənaətə gəlməsi və bunu qərarda göstərməsi anlaşılan deyldir. Məhkəmə qeyd edir ki, müvafiq aktlarla qanunvericiliklə müəyyən edilməyən qaydada hesablanmış vergi borcunun ödənilməsinin tələb olunması qanunsuzdur. Yuxarıdakı göstərilən hallar nəzərə alındıqda qərarların əsaslı şəkildə və vergi qanunvericilyinin tələblərinə uyğun şəkildə tərtib olunması sübuta yetirilir. Halbuki, məhkəmənin ilk andan görüldüyü kimi istiqaməti vergi orqanın əleyhinə şəkildədir. Heç kim həm vergi məcəlləsi, həm də AR-nın Konstitusiyasına əsasən əsassız və qanunsuz vergilərin ödənilməsinə məcbur edilə bilməz. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 22 may 2024-cü il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İşin birinci instansiya məhkəməsində icraatı zamanı cavabdeh inzibati orqan tərəfindən iddia müddətini mübadisələndirmiş, lakin məhkəmə cavabdehin mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarlara münasibətdə iddia müddəti buraxılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi bildirmişdir ki, cavabdeh inzibati orqanın mübahisə predmeti olan 21 yanvar 2022-ci il tarixli **********1797 və **********1799 nömrəli qərarlarının ləğvi barədə hazırkı iddia ərizəsi məhkəməyə 4 mart 2022-ci il tarixdə daxil olsa da, həmin qərarların iddiaçıya 2 fevral tarixədək (iddiaçı tərəfin bildirdiyinə görə) müvafiq qaydada təqdim edilməsi (rəsmi təqdim edilmə və ya elektron üsulla elektron kabinetinə göndərilmə) ilə bağlı cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia müddəti buraxılmamış saymışdır. Göstərilənlərə, habelə iddiaçının 21 yanvar 2022-ci il tarixli **********1797 və **********1799 nömrəli qərarları mübahisələndirmək üzrə subyektiv hüququnun olmasına (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddətin buraxılmamasına, qərarın cavabdeh tərəfindən qəbul edilməsinə, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmamasına əsaslanaraq, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmişdir. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, cavabdeh orqan (vergi orqanı) tərəfindən iddiaçı "xxxx" MMC-nin fəaliyyəti üzrə operativ vergi nəzarəti keçirilmiş və həmin nəzarət tədbiri zamanı vergi ödəyicisi kimi iddiaçının 177.003,40 manat məbləğində digər şəxslərdən elektron-qaimə faktura əsasında alınmış məhsulun (müxtəlif çeşiddə metal tullantı və qırıntıları) mal qalığı kimi aşkarlanmaması və 113.731,96 manat məbləğində digər şəxslərə elektron-qaimə faktura əsasında satdığı məhsulunun (dəmir borular) alış sənədlərinin, alınma mənbəyinin müəyyənləşdirilməməsi əsasları ilə müvafiq olaraq Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi üzrə 17.700,30 manat (10%) və 58.13-cü maddəsi üzrə 11.373,20 manat (10%) məbləğində maliyyə sanksiyalarının tətbiqi barədə 21 yanvar 2022-ci il tarixli **********1797 və **********1799 nömrəli qərarlar qəbul etmişdir. İddiaçı hazırda cavabdehin həmin qərarlarını mübahisələndirir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 58.8-ci maddəsinə görə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: (58.8.2) malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. Həmin Məcəllənin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qaydaların 1.5-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən aşağıda göstərilənlər operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas hesab edilir: 1.5.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 1.5.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar olduqda, o cümlədən: 1.5.2.1. vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrinin araşdırılması zamanı müvafiq vergi dövrü (ay, rüb, il) ilə müqayisədə növbəti vergi dövrlərində vergi ödəyicilərinin dövriyyələrinin azalması, təqdim olunan bəyannamələrdə vergi dövrləri üzrə eyni və ya oxşar məbləğdə dövriyyələrin əks olunması, bəyannamələrdə göstərilmiş dövriyyə məbləğlərinin vergi ödəyicilərinin obyektlərinin faktiki iqtisadi göstəricilərinə (işçilərinin sayı, əmtəə-material ehtiyatlarının həcmi və vahidlərinin satış qiymətləri, obyektin sahəsi, satış üçün əlverişli coğrafi ərazidə yerləşməsi, alıcı axınının və alqı-satqı əməliyyatlarının intensivliyi, gözlənilən faktiki dövriyyə, aktivlərin dəyəri və s.) uyğun olmaması barədə operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; 1.5.2.2. vergi orqanına bəyan olunmuş mal qalığı göstəricisinin sonradan vergi ödəyisi tərəfindən artırılması və ya azaldılması hallarının müəyyən edilməsi barədə məlumatlar; 1.5.2.3. Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən təqdim olunan məlumat formasında qeyd olunan məlumatlar; 1.5.2.4. vergi ödəyicisinin fəaliyyəti olduğu halda bəyannamə təqdim etməməsi, vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (subyektlərinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında və ya vergi öhdəliyinin yaranmaması barədə arayış təqdim edilməsi haqqında operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; 1.5.2.5. rəsmi statistikaya əsasən təqdim olunan malların (iş və xidmətlərin) qiymətlərinin artdığı, vergi ödəyicisinin yeni sahibkarlıq obyektlərinin qeydiyyata alındığı, habelə reklam və digər mənbəyi bəlli məlumatlara əsasən malların (iş və xidmətlərin) çeşidinin artdığı halda, büdcəyə vergi hesablamalarının və ödənişlərin müvafiq dövrlə müqayisədə azalması və ya eyni məbləğdə olması barədə operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; 1.5.2.6. vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində artıq ödəmə məbləğləri yaranması barədə vergi orqanının digər strukturlarından daxil olmuş məlumatlar; 1.5.2.7. vergidən yayınma, həmçinin operativ vergi nəzarəti məsələləri üzrə qanun pozuntusu hallarına yol verilməsi barədə digər dövlət orqanlarından, vergi ödəyicilərindən, vətəndaşlardan və ya 195 telefon xidməti vasitəsi ilə daxil olmuş müraciətlər; 1.5.2.8. istehsal həcminin və ya satış dövriyyəsinin azalması ilə əlaqədar olaraq xronometraj metodu ilə yeni müşahidənin aparılması barədə vergi ödəyicilərindən daxil olmuş müraciətlər; 1.5.2.9. vergi orqanlarının, o cümlədən operativ nəzarət strukturlarının müəyyən etdikləri digər əsaslar. 1.5.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələbləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, o cümlədən vergi qanunvericiliyi, həmçinin operativ vergi nəzarəti məsələləri üzrə yol verilmiş qanun pozuntularının aradan qaldırılması barədə vergi orqanları tərəfindən vergi ödəyicilərinə rəsmi müraciətlər (xəbərdarlıq, bildiriş, tələbnamə, məktub və s.) göndərildikdən sonra da qanun pozuntusu hallarına yol verildikdə. 1.5.4. sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən operativ vergi nəzarətinin əhatə etdiyi məsələlər barədə qanunvericiliyin pozulmasına dair vergi orqanlarının kifayət qədər əsası olduqda. 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. Həmin Qaydaların 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. Həmin Qaydaların 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. Həmin Qaydaların 10.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. Həmin Qaydaların 10.2-ci bəndinə əsasən operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. Həmin Qaydaların 10.3-cü bəndinə görə operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Həmin Qaydaların 10.7-ci bəndinə əsasən operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. Həmin Qaydaların 13-cü bəndində Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin bənddən bu qənaətə gəlmək olur ki, Operativ vergi nəzarəti tədbiri aşağıdakı prosedur ardıcıllıqla aparılır:

1. Vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən təsərrüfat subyektindəki (subyektlərindəki) malların və pul vəsaitinin vergi ödəyicisinə məxsus olub-olmaması, habelə sahibkarlıq fəaliyyəti ilə bağlı vergi ödəyicisinə məxsus hər hansı başqa malların və pul vəsaitinin digər yerlərdə saxlanılıb-saxlanılmaması, malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilib-edilməməsi (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla) və bu Məcəllənin 71-1.5.10-cu maddəsinə əsasən aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə elektron qaiməfakturanın tərtib edilməsi (və ya edilməməsi) barədə vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən sərbəst formada iltizam alınır. Təqdim olunan iltizamda vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi malların və (və ya) pul vəsaitinin ona məxsus olmamasını, yaxud qismən məxsus olmasını bildirdiyi halda, malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi barədə təqdim edilmiş elektron qaimə-faktura tələb edilməlidir. Yazılı arayış və ya təsdiqedici sənədlər (elektron qaimə-faktura və s.) təqdim olunmadığı təqdirdə, təsərrüfat subyektində (subyektlərində) mövcud olan bütün malların və pul vəsaitinin vergi ödəyicisinə məxsus olması qənaətinə gəlinir.

2. Nəzarət tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) mövcud olan malların və pul vəsaitinin uçotunu təsdiq edən uçot sənədlərinin və ya elektron faylların 1 iş günü ərzində vergi orqanının vəzifəli şəxsinə (şəxslərinə) təqdim edilməsi üçün vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə Vergi Məcəlləsinin 42-ci və 50.5-ci maddələri ilə müəyyən edilmiş qaydada dərhal Tələbnamə təqdim olunur.

3. Tələbnamə təqdim olunduqdan sonra vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə vergi ödəyicisinin təsərrüfat subyektində (subyektlərində) mövcud olan malların və pul vəsaitinin bu Qaydalara uyğun olaraq siyahısının tərtib edilməsinə başlanılır. Siyahıda siyahını tərtib edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri), vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, vergi ödəyicisinin obyekti və dəvət edildiyi təqdirdə ekspertlər və mütəxəssislər haqqında məlumatlar, habelə malların adı, növü (fərqləndirici əlamətləri), miqdarı, alış və satış qiymətləri, qalıq malların alış qiymətinin həm faktiki (invoys), həm də statistik dəyəri, qalıq malların hər bir çeşidi üzrə ticarət əlavəsinin, o cümlədən yekun (orta) ticarət əlavəsinin, əmtəənin qlobal identifikasiya nömrəsinin (GTİN-təqdim edildikdə), pul vəsaitinin hansı valyutada olması, pul əskinasının adı, miqdarı, konvertasiya olunmuş və cəmi məbləği barədə məlumatlar əks etdirilir. Siyahı vergi orqanının vəzifəli şəxsi (şəxsləri), vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi və dəvət edildiyi təqdirdə ekspertlər və mütəxəssislər tərəfindən imzalanır. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi siyahını imzalamaqdan imtina etdikdə, bu barədə həmin siyahıda qeyd aparılır. Malların və pul vəsaitinin siyahısının tərtib edilməsi vergi ödəyicisinin normal iş fəaliyyətinə maneçilik törətmədən və onun sahibkarlıq fəaliyyətini heç bir halda məhdudlaşdırmadan aparılmalıdır. Malların və pul vəsaitinin siyahısının tərtib edilməsi prosesi vergi orqanının 13.6. Malların siyahısı tərtib olunan zaman malların alış və satış qiymətləri aşağıdakılardan hər hansı biri ilə müəyyən edilir: 13.6.1. ilkin sənədlərlə; 13.6.2. mənbəyi bəlli olan məlumatlarla; 13.6.3.vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən alınmış yazılı izahatla; 13.6.4. vergi orqanı tərəfindən dəvət edilmiş ekspert və ya mütəxəssis tərəfindən verilmiş rəylə; 13.6.5. topdansatış bazar qiyməti ilə; 13.6.6. qanunla müəyyən edilmiş digər üsulla. 13.7. Siyahının hər bir səhifəsinin aşağı hissəsində əmtəə-material dəyərlilərinin sözlə yazılmaqla sıra nömrələrinin sayı, hansı ölçü vahidi ilə (ədədlə, kiloqramla, metrlə və s. ilə) ifadə olunmasına baxmayaraq həmin səhifədəki maddi qiymətlilərin nominal göstəricilərinin ümumi cəmi göstərilməli, vergi orqanının şəxsi (şəxsləri) və vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır.

4. Siyahı tərtib edildikdən sonra malların mədaxilini (alışını) təsdiq edən elektron qaimə-fakturanın, idxal malları olduğu halda həmin malların idxalı ilə bağlı yük gömrük bəyannaməsinin və fakturanın (invoys), topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsinə əsasən aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə elektron qaimə-fakturasının, mallar təqdim edilərkən elektron qaimə-fakturaların tərtib edilməsi, məsələlərinin mövcudluğu araşdırılır.

5. Tələbnamə əsasında vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər (uçot sənədləri) qanunla müəyyən olunmuş müddət ərzində təqdim edildikdə, malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarının aşkar edilməsi məqsədi ilə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən tərtib olunmuş siyahı ilə vergi ödəyicisinin təqdim etdiyi təsdiqedici sənədlər (uçot sənədləri) üzləşdirilir. Üzləşdirmə nəticəsində malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması halları aşkar edildikdə, tərtib olunmuş siyahıda qeydlər aparılır. Nəzarət tədbiri zamanı ümumiyyətlə mal qalığı aşkar olunmadığı və ya bir qismi aşkar olunduğu təqdirdə, eyni zamanda topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməməsi müəyyən olunduğu halda vergi ödəyicisindən bu barədə izahat alınmalı, malların nağd və ya nağdsız təqdim edilməsi barədə sənədlər tələb olunmalıdır. Malların nəzarət tədbiri başlayana qədər təqdim olunması faktı aşkar edildikdə və bu barədə təsdiqedici sənədlər təqdim edildikdə və ya edilmədikdə nəzarət tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) xidməti məktubla kameral vergi yoxlamasını həyata keçirən struktur bölməni məlumatlandırmalıdır. Sonuncu isə nəzarət tədbiri həyata keçirilmiş vergi ödəyicisi tərəfindən hesabat təqdim edildikdən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirləri həyata keçirməlidir.

6. Tələbnamə əsasında vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər (uçot sənədləri) qanunla müəyyən olunmuş müddət ərzində təqdim edilmədikdə, vergi orqanının vəzifəli şəxsi (şəxsləri) və vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanan sərbəst formada akt tərtib edilir. Vergi ödəyicisi sənədlərin onda olmaması barədə yazılı izahat təqdim edərsə, yaxud sənədləri qismən təqdim etməklə onda başqa sənədlərin olmaması barədə yazılı izahat təqdim edərsə tələbnamədə nəzərdə tutulan müddət bitmədən də həmin akt tərtib edilə bilər. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda öz qeydlərini edə bilər, habelə aktı imzalamaqdan imtina edə bilər. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktı imzalamaqdan imtina etdikdə, bu barədə həmin aktda qeyd aparılır. Tələbnamə əsasında vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər qanunla müəyyən olunmuş müddət ərzində təqdim edilmədikdə, tərtib olunmuş siyahıda əks olunan bütün mallar və pul vəsaiti uçotdan gizlədilmiş və ya uçota alınmamış hesab olunur və bununla bağlı həmin siyahıda qeydlər aparılır.

7. Malların alışını və ya istehsalını təsdiq edən sənəd məlumatları ilə malların müəyyən edilən faktiki göstəriciləri arasında fərq olduğu halda kənarlaşmaya səbəb olan malların təqdim edilməsini, o cümlədən malların satışını, hədiyyə verilməsini, zay və ya xarab olmuş malların uçotdan silinməsini təsdiq edən sənədlərlərlə üzləşdirmə aparılır.

8. Operativ vergi nəzarəti tədbiri zamanı malın (işin, xidmətin) satışından daxil olmuş pul vəsaitinin uçota alınmaması faktları aşkar edildiyi halda, həmin vəsait uçotdan gizlədilmiş pul vəsaiti kimi qiymətləndirilir və vergi ödəyicisinin uçot sənədlərində (NKA-ya mədaxil edilməklə və ya ciddi hesabat blankında əks etdirilməklə) bərpa edilir.

9. Operativ vergi nəzarətinin nəticəsi haqqında bu Qaydalara uyğun olaraq akt tərtib edilir. Həmin aktda aktı tərtib edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri), vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, vergi ödəyicisinin obyekti haqqında məlumatlar, vergi nəzarəti zamanı aşkar olunan faktiki hallar və vergi qanunvericiliyin pozulması müəyyən edildiyi hallarda tətbiq edilməsi təklif olunan maliyyə sanksiyası barədə məlumatlar əks olunur. Akt vergi orqanının vəzifəli şəxsi (şəxsləri) və vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda öz qeydlərini edə bilər və ya aktı imzalamaqdan imtina edə bilər. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktı imzalamaqdan imtina etdikdə, bu barədə həmin aktda qeyd aparılır. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı vergi ödəyicisi tərəfindən aparılmış əmtəə-material ehtiyatlarının uçotu forması (faktiki dəyər və ya idxal olunmuş mallara münasibətdə gömrük orqanları tərəfindən müəyyən edilmiş statistik dəyər) müəyyən edilir, tərtib olunan aktlarda və syahıda bununla bağlı müvafiq məlumatlar qeyd edilməlidir.

10. Uçotdan gizlədilmiş və ya uçota alınmayan malların və pul vəsaitinin qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alınması vergi orqanının nümayəndələri tərəfindən vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə tövsiyə edilir. 11 . Operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə bu Qaydalara uyğun olaraq akt tərtib edilir. Aktda hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin rekvizitləri və onların səlahiyyətli nümayəndəsinin adı və soyadı göstərilir, vergi orqanının əməkdaşlarının, habelə obyektin məsul şəxsinin və müşahidəçilərin imzaları ilə təsdiqlənir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda qeyd aparılır. Hazırki iş materiallarında olan xx.xx.2021-ci il tarixdə vergi orqanının əməkdaşları tərəfindən tərtib olunmuş Malların siyahısından müəyyən olunur ki, vergiödəyicisi "xxxx" MMC-yə məxsus TufanTT” MMC-yə məxsus Bakı şəhəri, Nərimanov r-nu, 2095-2085-ci məhəllə, Dərnəgül şossesində yerləşən (taxta bazarı) Dəmir məmulatların satışı obyektində mallar və digər sərvətlər dövlət orqanı tərəfindən siyahıya alınmış və malların cəmi alış qiyməti 230268,76 manat, elektron qaimə faktura idxal gömrük bəyannaməsi əsasında alınmayan malın məbləği 1770003,04 manat müəyən olunmuşdur. V/Ö-nin rəhbəri X10 malların siyahısı ilə tanış olmasına baxmayaraq imza etməkdən və bir nüsxəsini götürməkdən imtina etmişdir. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli 003705 nömrəli aktdan görünür ki, iddiaçı vergiödəyicisi "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov r-nu, 2095-2085-ci məhəllə, Dərnəgül şossesində yerləşən (taxta bazarı) Dəmir məmulatların satışı obyektində direktor- X7 iştirakı ilə operativ vergi nəzarəti keçirilmiş və məlum olmuşdur ki, vergi ödəyicisi fəaliyyət dövründə elektron qaimə-faktura tərtib etmədən ümumi dəyəri (ƏDV ticarət əlavəsi vergi məcəlləsinin 13.1.11-6 və 71-1-ci maddənin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.3cü, 71 ci və 130-cu maddələrinin tələbləri pozulduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 11373,19 manat məbləğində maliyyə sankiyasının tətbiq edilməsi təklif olunur. V/Ö-nin rəhbəri əsaslı bir səbəb göstərilmədən Aktı imzalamaqdan imtina etmişdir. Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli 003674 nömrəli aktdan görünür ki, iddiaçı vergiödəyicisi "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov r-nu, 2095-2085-ci məhəllə, Dərnəgül şossesində yerləşən (taxta bazarı) Dəmir məmulatların satışı obyektində direktor- X7 iştirakı ilə operativ vergi nəzarəti keçirilmiş və operativ vergi nəzarətini həyata keçirilməsi zamanı 12.112021-ci il tarixdə v/önə məxsus olan obyektdə olan mallar sayılan zamn onların alış qiymətinə əsasən ümumi dəyərinin 230268, 76 q ilduğu müəyyən olunmuşdur. Həmin mallar EQF, YGB və alış aktların aəsassən üzləşdirildi, araşırma nəticəsində v/önə məxsus mallardan 177003 m 04 q dəyərində olan hissəsi sənədlərdə öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.3-cü, 71 ci və 130-cu maddələrinin tələbləri pozulduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 17700,30 manat məbləğində maliyyə sankiyasının tətbiq edilməsi təklif olunur. V/Ö-nin rəhbəri əsaslı bir səbəb göstərilmədən Aktı imzalamaqdan imtina etmişdir. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1797 nömrəli qərarı ilə vergiödəyicisi "xxxx" MMC 11.373,20 manat miqdarında vergi məsuliyyətinə cəlb olunmuşdur. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1799 nömrəli qərarı ilə vergiödəyicisi "xxxx" MMC 17700.30 manat miqdarında vergi məsuliyyətinə cəlb olunmuşdur. Apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunan "xxxx" MMC-nin xx.xx.2000ci il tarixə olan Nizamnamə Kapitalının formalaşmasına dair auditor rəyinə əsasən qiymətləndirilən mal-material (dəmir məmulatları) haqqında məlumata əsasən toplam bazar dəyərləri 372.000.00 manat təşkil edir. İş materiallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən operativ vergi nəzarəti qanunvericiliyin tələblərinə uyğun aparılmış və ona müvafiq qəbul oluna qərarları qəbul etməkdə haqlı olmuşdur. Qeyd olunanlarla bağlı aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə araşdırmaları zamanı təsdiqini tapmamış, cavabdeh tərəfindən təqdim edilmiş yoxlama materialları ilə təkzib edilmişdir. Belə olan halda vergi orqanı iddiaçı barəsində operativ vergi yoxlaması ilə bağlı 16 iyun 2022-ci il tarixli **********3237 nömrəli qərarı qəbul etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan mübahisələndirilən Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1797 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirir. Odur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-853/2023 saylı 19 aprel 2023-cü il tarixli qərarı qismən, iddia tələbinin təmin olunan hissəsində ləğv olunmalı və həmin hissədə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-853/2023 saylı 19 aprel 2023-cü il il tarixli qərarı qismən, iddia tələbinin təmin edildiyi hissədə ləğv olunsun. Həmin hissədə iddia tələbi rədd olunsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X11 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar