Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2710/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3809/2024 saylı 05 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehlərdən müvafiq olaraq ümumilikdə 160.000 manat kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1958-ci ildə Naxçvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuşdur. 1978-ci ildə Rusiya Federasiyası Krosnoyarsk şəhərində Krosnoyarsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra həmin şəhərdə 10 ilə yaxın hüquq mühafizə orqanlarında işləmişdir. 1987-ci ildə Azərbaycana gəlmiş və Azərbaycan Respublikasının X13 idarəsində fəaliyyətini davam etdirmişdir. 1990-cı ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünü erməni işğalçılarından qoruduğu zaman güllə yarası alaraq ağır yaralanmışdır. 1998-ci ildə X13 işçisi və 2-ci qrup Qarabağ müharibə əlili kimi Azərbaycan Dəmir Yol İdarəsi tərəfindən bağçılıq məqsədi ilə 8 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Binəqədi rayonu 7-ci mikrorayon, Biləcəri- Keşlə dəmir yol stansiyasının 3097 st. Məhəllədə yerləşir. Həmin torpaq sahəsi 10 ildən artıq onun istifadəsində olmuşdur. Həmin torpaq sahəsini iri qaya daşlardan təmizlətdirərərk, orada abadlıq işləri aparmış, meyvə ağacları əkmiş və ora yaşayış və təsərrüfat işlərini aparmaq üçün vaqon yerləşdirmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 noyabr tarixli 354 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və korporativ bağların, dövlət bağçılıq təsərrüfatının tərkibindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnaməyə əsaslanaraq həmin torpaq sahəsinə 4000 mişar daşı, 6 kub taxta, yerə döşəmək üçün piltə daşlar, qum, sement, dəmir darvaza, 3 ədəd taxta qapı və digər təmir-tikinti avadanlıqları gətirmişdi, lakin maddi imkanı olmadığına görə, tikintini başa çatdıra bilməmişdir. 2009-cu ildə Azərbaycan Respublikasının müvafiq dövlət proqramına əsasən Metronun Müşfiq stansiyasının ona ayrılan torpaq sahəsinə düşdüyü bildirilmişdir. Həmin vaxtlar həmin əraziyə tapşırıq verilmişdir ki, tikinti həmin torpaq sahəsinə düşdüyü üçün müvafiq torpaq sahəsi ilə təmin edilməlidir. Bundan sonra həmin ərazidən çıxmalı olmuşdur. Çıxarkən tikinti və işlərinin aparılması üçün bağ sahəsinə gətirdiyi avadanlıqları saxlanmağı istənilmişdir. Həmin sahəyə gətirdiyi bütün təmir-tikinti işləri ilə bağlı avadanlıqlar müvafiq şirkət tərəfindən satın alınmışdır. Daha sonra torpaq sahəsinin ayrılması üçün Azərbaycan Dəmir Yoluna müraciət etmişdir. Və oradan bildirilmişdir ki, hazırda bağçılıq bölməsi ləğv olunub. Bundan sonra indiki "xxxx" QSC-yə müraciət etmişdir. Ona bildirilmişdir ki, müvafiq icra hakimiyyətinə müraciət etməlidir. Bundan sonra aidiyyəti dövlət orqanlarına müraciət etməli olmuşdur. Lakin 12 ildən çoxdur ki, problemini həll edən bir dövlət orqanı tapa bilməmişdir. 2009-cu ildə Müşfiq metrosunun tikintisini ilə əlaqədar olaraq olaraq bir daha aidiyyəti qurumlara müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. 2023-cü ildə yenidən Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı Metropaliteni QSC-yə müraciət etmişdir. Həmin qurumlar tərəfindən onlarda belə bir məlumat olmadığı bildirilmişdir. Halbuki həmin illərdə ona ayrılan torpaq sahəsinin ətrafında olan qonşulara müvafiq kompensasiyalar verilmişdir. Lakin kompensasiya verəcəklərini bildirsələr də, 1 ildən sonra imtina edilmişdir. Əgər torpaqlar dövlət üçün alınıbsa, ona da kompensasiya ödənilməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti cavabdehlər sırasından çıxarılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3809/2024 saylı 05 fevral 2024-cü il tarixli qərardadı ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən şikayət verilərək, qərardadın ləğv edilib işin mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" QSC-yə qarşı cavabdehdən Azərbaycan Dəmir Yol İdarəsi tərəfindən Binəqədi rayonu 7-ci mkr, Biləcəri- Keşlə dəmir yol stansiyasının 3097 st. məhəllədə ona bağçılıq məqsədi ilə ayrılmış 8 sot torpaq sahəsinin dövlət məqsədləri üçün istifadə edildiyinə görə müvafiq olaraq ümumilikdə 160.000 manat kompensasiyanın tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia icraatı üzrə Bakı İnzibati Məhkəməsinin tərəfindən iddianın mümkün sayılmaması barədə xx.xx.2024-cü il tarixli 2-1(112)-3809/2024 saylı Qərardad qəbul etmişdir. Məhkəmə iş üzrə qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, qanunvericiliyə əsasən tətbiq olunmalı qanunu və ya normanı tətbiq etməmiş, habelə hüquqi faktları düzgün müəyyən etməyərək iddiaçının real vəziyyəti əks etdirməyən iddia tələbini təmin etmişdir. Hesab edir ki, iddiaçının iddia tələbinin hüquqi faktları düzgün müəyyən edilməyən iddia tələbi barədə çıxarılmış qərar ləğv olunmalıdır. Bununla bağlı olaraq bildirir ki, qeyd olunan torpaq sahəsi Azərbaycan Dəmir Yol İdarəsi tərəfindən ayrılmışdır. Təyinatı bağçılıq məqsədi olmuşdur. İddiaçı həmin torpaq sahəsini 10 ildən artıq müddətə istifadə etmişdir və həmin müddət ərzində heç bir qurumdan, o cümlədən Azərbaycan Dəmir Yol İdarəsi tərəfindən iddiaçının həmin tropaqdan istifadə etməməsi və ya geri tələb edilməsi ilə bağlı hər hansı bir mübahisə yaşanmamış və İddiaçı həmin torpaq sahəsindən istifadə etmiş və bir müddət də həmin vaqonda ailəsi ilə birlikdə yaşamışdır. Qeyd olunan məsələ heç bir vaxt mübahisə obyekti olmamışdır. Həmin torpaq sahəsinin yanında dəmir yolunun təhkim zolağına düşən torpaq sahəsində digər tikililər olmuşdur və həmin tikililərdən təxminən 30-a yaxın ailənin köçürülməsi də həmin vaxt tikintini aparan təşkilat tərəfinin vəsaiti hesabına kompensasiyanın ödənilməsi və ya digər yerdə mənzilin verilməsi ilə həyata keçirilmişdir. Lakin Bakı İnzibati Məhkəməsi tərəfindən qeyd olunan məsələlər araşdırılmamışdır. Belə ki, orada yaşayan ailələrə və İddiaçı münasibətdə eyni hüquqi şərtlər olduğu halda bir qrup ailəyə kompensasiya və ya mənzillə əvəzləmə həyata keçirildiyi halda İddiaçı münasibətdə həyata keçirilməməsinin səbəbi nədir? Qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmamış və nəticədə düzgün hüquqi qiymət verilməmişdir. Digər bir məsələ ondan ibarətdir ki, İddiaçı qeyd olunan torpaq sahəsinə gətirmiş olduğu 1 ədəd 12 metrlik vaqon, 4000 mişar daşı, 6 kub taxta, yerə döşəmək üçün piltə daşlar, qum, sement, dəmir darvaza, 3 ədəd taxta qapı və digər təmir-tikinti avadanlıqlarını 4000 azn-ə alan tikintini aparan təşkilat hansı əsasla və nəyə görə almışdır? Qeyd olunan 4000 azn vəsaitin qeydiyyatının araşdırılması məsələsi də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmin avadanlıqlar alındıqdan sonra kompensasiya və ya digər yerdə torpaq sahəsinin verilməsi vəd olunmuşdur. Lakin bu vəd yerinə yetirilməmişdir, digərlərinə kompensasiya və mənzil verildiyi halda İddiaçı subyektiv hüququ təmin edilməmişdir. 2009-cu ildə Muşfıq metrosunun tikintisini ilə əlaqədar olaraq olaraq bir daha aidiyyəti qurumlara müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. 2023-cü ildə o, yenidən Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı Metropaliteni QSC-yə müraciət etmişdir. Ərazinin foto şəkilləri və orada olan vaqon və tikinti avadanlıqlarına dair şəkillər Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə müraciət edərkən 2009-cu il tarixli məktuba qoşma kimi göndərilmişdir. Lakin həmin şəkillərin foto kopiyası onda qalmamışdır. Bu məqsədlə Milli Arxiv İdarəsindən və ya Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətindən həmin fotoşəkillər çıxarıla və araşdırla bilərdi. Lakin məhkəmə tərəfindən qeyd olunan məsələlər araşdırılmamışdır və nəticədə düzgün hüquqi nəticəyə gəlinməmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti, Bakı Metropaliteni QSC-yə və digər məsul olan qurumlara təhkim zonasında yerləşən mənzil və obyektlərin söküntüsü zamanı kompensasiyanın ödənilib-ödənilməməsi barədə sorğu verilib araşdırılma aparılmamışdır. Halbuki həmin illərdə ona ayrılan torpaq sahəsinin ətrafında olan qonşulara müvafiq kompensasiyalar verilmişdir. Lakin ona kompensasiya verəcəklərini bildirsələr də, 1 ildən sonra hər hansı bir əsas göstərmədən verilməmişdir. Hesab edir ki, əgər torpaqlar dövlət üçün alınıbsa qonşularına ödənlən kompensasiya kimi ona da kompensasiya ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(112)-3809/2024 saylı Qərardadında qeyd edildiyi kimi, tikinti işləri Bakı Metropaliteni QSC-yə tapşırılmış və həmin şirkət tərəfindən tikinti aparılmışdır. Hesab edir ki, qaldırdığı iddia doğrudur və cavabdehdən müvafiq kompensasiya tutularaq ona ödənilməlidir. Apellyasiya şikayətinə etirazın dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd edir ki, həmin torpaq sahəsindən 10 ildən artıq müddətə istifadə etmişdir və həmin müddət ərzində heç bir qurumdan, o cümlədən Azərbaycan Dəmir Yol İdarəsi tərəfindən iddiaçının həmin torpaqdan istifadə etməməsi və ya geri tələb edilməsi ilə bağlı hər hansi bir mübahisə yaşanmamışdır. Qeyd olunan ərazidəki topaq sahəsi İddiaçı ayrılmamışdan əvvəl həmin torpaq sahəsinin Azərbaycan Dəmir Yol İdarəsinin mülkiyyətində (və ya balansında) olmasını təsdiq edən və ona sərəncam vermək səlahiyyətini əks etdirən sənəd olmalı idi. Belə bir sənəd iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmayıb. İkincisi, Sənədin məzmununa görə həmin torpaq sahəsi dəmir yollarının təhkim zonasına aid olmuş, məqsədli təyinatına və hüquqi rejiminə görə nəqliyyat təyinatlı torpaqdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 33 nömrəli 23 fevral 2005-ci il tarixli Qərarı ilə təsdiq olunmuş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalan"nın 2-ci bəndinə əsasən təhkim zolağı -dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır. Qaydaların 17-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, 'Azərbaycan Dəmir Yollan Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər Qaydaların 19-cu və 20-ci bəndlərinin tələbinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti dəmir yolunun təhkim zolağı hüdudlarında torpaq sahəsindən müddətli istifadəçilərin uçotunu aparır. Təhkim zolağı hüdudlarında qısamüddətli istifadəyə verilmiş torpaq sahələrinin saxlanması və yaxşılaşdırılması ilə bağlı tərəflərin öhdəlikləri "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə və ya dalan yolları olan başqa təşkilat, müəssisə və idarə ilə torpaq sahələrindən müvəqqəti istifadə edən şəxs arasında bağlanmış müqavilədə müəyyən edilir. İddiaçı elə bir müqavilə təqdim etməmişdir (elə bir müqavilə olsa idi belə qanunvericiliyin tələbinə görə dəmir yolunun təhkim zolağı hüdudlarında torpaq sahəsindən istifadə qısamüddətli olacaqdır). İddiaçı qeyd edir ki, həmin torpaq sahəsindən 10 ildən artıq müddətdə istifadə etmiş, yaşayış və təsərrüfat işləri aparmaq üçün ora vaqon yerləşdirmiş və bir müddət də həmin vaqonda ailəsi ilə birlikdə yaşamış, (4000 mişar daşı, 6 kub taxta, yerədöşəmək üçün plitələr, qum, sement, dəmir darvaza, taxta qapı və diər təmir-tikinti materialları) gətirmiş, lakin maddi imkanı olmadığına görə tikintini başa çatdıra bilməmişdir. Qeyd olunan məsələ heç bir vaxt mübahisə obyekti olmamışdır” Birinci instansiya məhkəməsində işə baxılarkən bunları təsdiq edəcək heç bir mötəbər sübutun təqdim edilmədiyi məhkəmənin diqqətinə çatdırılmışdır. Lakin iddiaçı apellyasiya şikayətində bu halları təsdiq edəcək sübutları bir daha təqdim edə bilməmişdir, iddia ərizəsinə etirazda qeyd edilən suallara iddiaçı heç bir aydınlıq gətirməmiş, sübutlar təqdim edə bilməmiş, iddia ərizəsində qeyd etdiyi ümumi sözləri apellyasiya şikayətində təkrarlamaqla kifayətlənmişdir. Belə ki, yuxarıda istinad olunan Qaydaların 17-ci bəndinin ikinci cümləsində (bu cümlə sonradan, Nazirlər Kabinetinin 5 dekabr 2016-cı il tarixli, 492 nömrəli Qərarı ilə çıxarılmışdır, yəni həmin dövr üçün hüquqi qüvvəyə malik idi) qeyd olunmuşdur ki, “Təhkim zolağı hüdudlarında müəyyən obyektin yerləşdirilməsinə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi icazə verilə bilər.” Qaydaların 21-ci bəndinin tələbinə əsasən Təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yol təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Göründüyü kimi, qanunvericilik normasında təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən şəxslərə həmin ərazidə tikinti işlərinin aparılmasına və s. hallara qəti qadağa qoymuş, istisna halda isə müəyyən obyektin yerləşdirilməsi Nəqliyyat Nazirliyinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi icazə əsasında mümkün ola bilərdi. İddiaçı həmin ərazidə vaqon yerləşdirilməsinə, tikinti materialları gətirərək tikinti işləri aparılmasına aidiyyəti dövlət qurumlarının razılığını və rəsmi icazəsini əks etdirən heç bir sübut təqdim edə bilməmişdir. Həmin ərazidə guya vaqonun, tikinti materiallarına olmasına dair iddiaçının təqdim etdiyi akta gəldikdə isə bir daha hesab edirəm ki, bu ciddi sənəd kimi qiymətləndirilə bilməz, iddiaçının qeyd etdiyi hallar digət sübutlarla təsdiqlənməmiş, xüsusən də qanunnvericiliyin yuxarıda qeyd olunan imperativ tələblərinə əməl edilməsinə dair iddiaçının heç bir sübut təqdim etməməsi həmin akt ın ümumiyyətlə mötəbər sübut kimi qəbul edilməsini mümkünsüz edir. İddiaçı tikinti şirkəti tərəfindən ona 4000 AZN ödənilməsini qeyd etsə də, heç bir sübut təqdim etməmişdir. Hər bir halda, müəsissəmizdə araşdırma aparılmış və belə bir alqı-satqı prosesi təsdiq edən heç bir sənəd (müqavilə, ödəniş sənədi və s.) tapılmamışdır, eyni zamanda İddiaçının özü də heç bir sənəd təqdim etməmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, həmin torpaq sahəsinin yanında dəmir yolunun təhkim zolağına düşən torpaq sahəsində digər tikililərdən təxminən 30-a yaxın ailənin köçürülməsi də həmin vaxt tikinti aparan təşkilat tərəfinin vəsaiti hesabına kompensasiyanın ödənilməsi və ya digər yerdə mənzilin verilməsi ilə həyata keçirilmişdir. Lakin Bakı İnzibati Məhkəməsi tərəfindən qeyd olunan məsələlər araşdırılmamışdır. Belə ki, orada yaşayan ailələrə və İddiaçı münasibətdə eyni hüquqi şərtlər olduğu halda bir qrup ailəyə kompensasiya və ya mənzillə əvəzləmə həyata keçirildiyi halda İddiaçı münasibətdə həyata keçirilməməsinin səbəbi nədir? Qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmamış və nəticədə düzgün hüquqi qiymət verilməmişdir.” İddiaçı apellyasiya şikayətində həmin ərazidə digər şəxslərə kompensasiya ödənildiyini iddia etmiş, lakin konkret bir subut ortaya qoya bilməmişdir. İddiaçı eyni hüquqi şərtlər olmasını necə müəyyənləşdirmişdir? Bakı Şəhər İcra Hakimiyyəti başçısının 23.12 2008-ci il tarixli 662 nömrəli Sərəncamı əsasında metropoliteninin İİİ növbəsinin Şimal sahəsinə aid olan “Dərnəgül” stansiyasının tikintisi üçün, Binəqədı rayonu 7-ci mikrorayon, S.S. Axundov küçəsində 3,42 ha torpaq sahəsi ayrılmışdır. Sərəncamın 1,1-cı bəndinə əsasən tikinti üçün nəzərdə tutulmuş ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mövcud qanunvericiliyə uyğun olaraq köçürülməsi Bakı Metropoliteninə həvalə olunmuşdur. İnşaat sahəsinə düşən daşınmaz əmlakların inventarizasiyası işləri aparılmış, müvafiq qaydada köçürülmə işləri həyata keçirilmiş, Bakı metropoliteninin "Dərnəgül” stansiyasının tikintisi və yerüstü sahənin abadlıq işləri 2011-ci ilin iyun ayında başa çatdırılmış, ölkə başçısının iştirakı ilə metro stansiyasının açılış mərasimi həyata keçirilərək sərnişinlərin istifadəsinə verilmişdir. Stansiyanın abadlaşdırılmış yerüstü sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2011-ci il tarixli 381s nömrəli Sərəncamı ilə Bakı Metropoliteninin balansından çıxarılaraq Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. “Dərnəgül" stansiyasının tikinti zamanı layihə altına düşən və köçürülməyə məruz qalan əmlakların siyahısında hər hansı şəxsə aid torpaq sahəsi barədə heç bir məlumat qeydə alımamışdır ki, bu barədə iddiaçıya əvvəlki illərdə ünvanlanmış məktublarla cavab verilmişdir. İddiaçı heç bir hüquqmüəyyənedici sənəd (reyetrdən çıxarış, ayrıc aktı, kadastr nöqtələrini və topoqrafik koordinatları əks etdirən sənəd, Dəmir yolu ilə müvafiq müqavilə, torpaq haqqında şəhadətnamə, aidiyyəti dövlət orqanlarının razılığı və rəsmi icazə və s.) təqdim etməmişdir. Yuxarıdakıları nəzərə alaraq bir daha bildirirk ki, İddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur: təsdiq edən sənədlərin olmamasından əlavə, həmin torpaq sahəsi texniki zonaya aiddir. Bunların hamısı araşdırılaraq Bakı şəhər İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-3809/2024 saylı Qərardadında öz əksini tapmışdır. Məhkəmə iclası zamanı İddiaçıdan dəfələrlə onun subyektiv hüququ əks etdirən sənədlərin təqdim olunması xahiş olunsa da, lakin bu heç bir nəticə verməmişdir və iddiaçı bildirmişdir ki, məktubdan başqa heç bir sənədi yoxdur. Qərardadın əsaslandırıcı hissədə göstərilmişdir ki “iddiaçı subyektiv hüququnu (hüquqi marağını) təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.” Apellyasiya şikayətinə də bununla bağlı heç bır sənəd əlavə edilməmişdir. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı tələbi “cavabdehdən 160.000 manat kompensasiyanın tutulması” barədədir. Bununla bağlı o, məhkəməyə müraciət etmiş, lakin onun iddiası mümkün sayılmamışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə kompensasiya ilə bağlı iddiaçının iş üzrə cavabdeh inzibati orqana müraciətinin, həmçinin iddiaçının subyektiv hüququnun olmamasına istinad edərək, həmin iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianı qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış 13-19/2-Ə-3xx-xx/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Dərnəgül” stansiyasının tikintisi zamanı layihə altına düşən və köçürülməyə məruz qalan əmlakların siyahısında hər hansı şəxsə (o cümlədən ona) aid torpaq sahəsi haqqında məlumat qeydə alınmamışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış Ə-98 saylı xx.xx.2011-ci il tarixli məktub ilə bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə uyğun olaraq, vətəndaşlara hər hansı bir məqsədlə torpaq sahəsinin ayrılması 01 yanvar 2001-ci il tarixdən Rayon İcra Hakimiyyətinin deyil, bələdiyyələrin səlahiyyətlərinə verilmişdir. Eyni amanda, 23 oktyabr 2007-ci il tarixdə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 10 dekabr 2008-ci il tarixdən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə həyata keçirilir. Odur ki, torpaq hərracları və ya müsabiqələrində iştirak edərək, bələdiyyələrdən münasib torpaq sahələri əldə edə bilər. Cavabdeh Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış 40N-10/5-50 saylı xx.xx.2017-ci il tarixli məktub ilə bildirilmişdir ki, “Dərnəgül” stansiyasının tikinti sahəsindən köçürülən obyektlərin siyahısında hər hansı şəxsə ayrılmış torpaq sahəsi haqqında heç bir məlumat olmamışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 02/09-11- 11/Ə-86-152 saylı xx.xx.2018-ci il tarixli məktub ilə bildirilmişdir ki, məlumat verilməsi üçün tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə göndərilmişdir. Torpaq sahəsi ilə təmin olunmağı ilə bağlı bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, vətəndaşlara hər-hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması 01 yanvar 2001-ci il tarixdən bələdiyyələrin səlahiyyətinə verilmişdir. Bu səbəbdən də, torpaq sahəsi ilə təmin olunmağına köməklik göstərilməsi barədə müraciəti aidiyyəti üzrə Binəqədi Rayon Bələdiyyəsinə göndərilmişdir. Qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 5-10/2- Ə-203-068/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cu il tarixli 271 saylı sərəncamı ilə Azərbaycan Respublikasının Qarabağ müharibəsinin əlili kimi Binəqədi Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlara mənzillər, onların uçota götürüldüyü vaxt əsasında və siyahı ilə müəyyən edilən növbə qaydası ilə ayrılır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamına əsasən növbəlilik qaydasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunması nəzərdə tutulmuşdur. Z.Hüseynov, A.Hüseynov və F.Bəyaliyev tərəfindən tərtib edilmiş aktda bildirilmişdir ki, həqiqətən də təqdim olunmuş sənədlərə əsasən Binəqədi rayonu 7-ci mkr, 3097-ci məhəllədə (Seibin Təmir Tikinti İdarəsinin yanı) yerləşən 8 sot torpaq sahəsi İddiaçı əvvəllər X13 idarəsində işlədiyi üçün ona Azərbaycan Respublikası Dəmir Yol İdarəsindən bağçılıq sahəsi kim ayrılmışdır. Ailəsi ilə birlikdə yaşadıqları müddətdə orada abadlıq işləri aparılmış və orada bir çox şam və meyvə ağacları əkmişlər. 2003-cü ildən həmin vaqonda ailəsi ilə birlikdə yaşamışlar və Dövlət proqramına uyğun həmin ərazi plana düşəndən sonra ailəsi ilə birlikdə kirayəyə çıxmışlar. Metronun Müşfiq stansiyasının tikintisi üçün ayrılmış əraziyə düşən İddiaçı məxsus bağçılıq sahəsində uzunluğu 9 metr olan yaşayış vaqonu 1 ədəd, tikinti materialları və digər təmir avadanlıqları yerləşir. Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı X8” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 34 saylı sərəncamının icrası haqqında” 662 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən:
1. “Bakı Metropoliteninin Perspektiv İnkişafı ilə bağlı X8” Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2008-ci il tarixli, 34 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 17/5918-12/26 saylı tapşırığı və Bakı Metropoliteninin xx.xx.2008-ci il tarixli, 40N-10/2-560 saylı müraciəti nəzərə alınaraq yem metri stansiyalarının tikintisinin layihələndirilməsi üçün aşağıdakı ünvanlarda torpaq sahələri, Bakı Metropoliteninin daimi istifadəsinə verilmişdir: a) Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Moskva prospektinin (keçmiş Sumqayıt şosesi) cənub-qərb hissəsi. Yeni avtovağzalın yaxınlığında 2,89 ha torpaq sahəsi; b) Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində İİİ növbə, M.Müşfiq stansiyası üçün 3.42 ha torpaq sahəsi; c) Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi, 3005-ci məhəllədə “Memar Əcəmi” stansiyasında İİ əlavə keçid stansiyası üçün 2,5 ha torpaq sahəsi. 1.1. Tikinti üçün nəzərdə tutulmuş ərazidə yerləşən yaşayış sahələrinin və qeyriyaşayış obyektlərinin mövcud qanunvericiliyə uyğun olaraq köçürülməsi və sökülməsi Bakı Metropoliteninin vəsaiti hesabına aparılmışdır. Cavabdeh Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin tərtib etdiyi 09/51 saylı 2009-cu il tarixli istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktı təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı X8” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 34 saylı sərəncamının icrası haqqında” 662 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsində tikilən, Bakı Metropoliteninin Ш növbəsinin Şimal sahəsinə daxil olan, “Dərnəgül” stansiyasının yerüstü sahəsində salınmış parkda yerləşən, bu sərəncamın əlavəsində göstərilən siyahı üzrə obyektlər və qurğular Bakı Metropoliteninin balansından Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Metropoliteni bu sərəncamdan irəli gələn məsələləri müvafiq qaydada həll etmişlər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qeyrimümkün sayılarkən iddiaçı tərəfindən kompensasiya tələbi ilə bağlı iddia qaldırmamışdan əvvəl cavabdehə müraciət edilməməsi əsas götürülmüşdür. Lakin apellyasiya baxışı zamanı məhkəməyə QSC-nin təqdim etdiyi- iddiaçının cavabdeh orqana etdiyi müraciət məktubunun surətindən görünür ki, iddiaçının kompensasiya tələbi ilə bağlı ərizəsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının iş üzrə cavabdeh orqana müraciətinin olub-olmaması məsələsini sonadək araşdırmamış və buna görə də iddianın qeyri-mümkün sayılması qənaətinə gələrkən səhvə yol vermişdir. Bundan əlavə iş üzrə birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması barədə mövqeyini onunla əsaslandırır ki, iddiaçının subyektiv hüququnu (hüquqi marağını) təsdiq edən sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Lakin iş materiallarında olan Azərbaycan Dövlət Dəmir Yollarının rəisinin xx.xx.1998-ci il tarixli P-119 nömrəli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 270 nömrəli xx.xx.1973-cü tarixli Qərarı və yol rəisinin 29 nömrəli xx.xx.1979-cü il tarixli əmrinə əsasən bağçılıq ərazisindən X1 8 sot torpaq sahəsi ayrılmışdır. Qeyd olunan sənədlərin əslləri işə baxan birinci instansiya məhkəməsi tərəfindən tələb olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işdə iddianın mümkünlük şərtləri birinci instansiya məhkəməsi tərəfindən sonadək yoxlanılmadığı üçün məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3809/2024 saylı 05 fevral 2024-cü il tarixli qərardadı Azərbaycan Respublikası İPM-nin 35ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3809/2024 saylı 05 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev