Məhkəmə qərarları › İş №2-1(103)-2713/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2713/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2713/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı (xx.xx.1996-cı il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Təhsildə X3rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6832/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oglu 24.05.2021-ci il tarixində cavabdeh Təhsildə X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya Ukrayna Respublikasının Ukrayna X1-X7 İnstitutu tərəfindən verilmiş 30 iyun 2017-ci il tarixli B 17 225924 nömrəli bakalavr diplomu üzrə və Ukrayna Respublikasının Ukrayna X1-X7 İnstitutu tərəfindən verilmiş 31 dekabr 2018-ci il tarixli B (faktiki M) 18 136531 nömrəli magistr diplomu üzrə ixtisasların Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildə Ukrayna Respublikasının Ukrayna X2 X7 İnstitutunun İqtisadiyyat fakültəsinə daxil olmuş və 2017-ci ildə təhsilini əyani formada bitirmişdir. Bununla bağlı Ukrayna Respublikasının Ukrayna X1 X7 İnstitutu tərəfindən 30 iyun 2017-ci il tarixində İqtisadiyyat istiqaməti üzrə B 17 № 225924 nömrəli diplomu verilmişdir. Bundan başqa 2017-ci ildə Ukrayna Respublikasının Ukrayna X1 X7 İnstitutunun İqtisadiyyat fakültəsinin magistr pilləsinə daxil olmuş və 2018-ci ildə təhsilini əyani formada bitirmişdir. Bununla bağlı Ukrayna Respublikasının Ukrayna X1 X7 İnstitutu tərəfindən 31 dekabr 2018-ci il tarixində İqtisadiyyat istiqaməti üzrə B 18 № 136531 nömrəli magistr diplomu verilmişdir. Bundan sonra 10.06.2019-cu il tarixdə A78C237D4E56844 və A78C237D4E63525 nomrəli müraciətlərlə Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasıyası) uzrə X8 vasitəsi ilə sənədlərini vermiş və bütün mərhələlərdən müvəffəqiyyətlə keçmiş, hətta 07.11.2019-cu il tarixində keçirilmiş şifahi müsahibə mərhələsindən də uğurla keçmişdir. Lakin daha sonra ona məlum olmayan səbəbdən müraciətinə dair mənfi qərar qəbul edilmişdir. Buna görə də 12.04.2021-ci il tarixli ərizəylə poçt vasitəsi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edərək qəbul edilmiş qərardan narazı qaldığından və gələcəkdə məhkəməyə müraciət etmək niyyətinin olmasını nəzərə alaraq hansı səbəbdən müraciətinə dair mənfi qərar qəbul edilməsi barədə ətraflı cavab verilməsini, müraciəti üzrə toplanmış sənədə surətlərinin və qəbul edilmiş qərarın kağız daşıyıcıda ona təqdim edilməsini xahiş etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən ünvanlanmış və poçt vasitəsi ilə 04.05.2021-ci il tarixində aldığı 28.04.2021-ci il tarixli, Ə-102/03-TKTA nömrəli məktub və əlavə edilmiş 02 vərəq qoşmada ona cavab verilmişdir. Həmin cavaba əlavə edilmiş qoşmanın birində “Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukrayna Mühəndis - Pedaqoji Akademiyasının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddət - qarşılığında Siz həmin ölkədə qısa müddət ərzində olduğunuzdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyiniz qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (nostrifikasıyası Qaydaları"nın 3.7-ci bəndinə əsasən. A78C237D4E56844 nömrəli müraciətiniz üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir.” göstərilmişdir.Hesab edir ki, cavabdehin imtinası əsassızdır. 14.09.2021-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə ünvanlanaraq buraxılmış prosessual müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6832/2021 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 27.09.2021-ci il tarixdə şikayət vermişdir. Şikayət ərizəyə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya şikayətinin “Şikayət” kimi qeyd olunmasını texniki yazı xətası kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İddiaçı, onun birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş Vəkil (Bakı şəhəri 14 saylı Vəkil Bürosu) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarında olan SX seriyalı, ******* nömrəli, 24.04.2019-cu il tarixində AR SHXÇDX-nin Ağcabədi rayonu İdarəsi tərəfindən doldurulmuş hərbi biletin notarial qaydada təsdiq olunmuş surətinə əsasən qeyd olunmuşdur ki, İddiaçı 24.04.2019- 01.04.2020-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “iş üzrə iddiaçı hazırkı iddia ilə qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq iddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürülməsini əsaslandırmamaqla yanaşı, bu müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı mötəbər sübutu da məhkəməyə təqdim etməmişdir. İddiaçının ərizəsində göstərilən hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Ona görə də qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları, həmçinin müddətə əməl olunmasına mane olan hallar mövcud olmadığından prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilməməlidir.” Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, iddiaçı ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi məqsədilə inzibati orqana müvafiq ərizə ilə müraciət etmiş və ona tələbinin təmin olunmasından imtina edilməsi barədə 16.12.2019-cu və 13.03.2020-ci il tarixlərdə məlumat verilmişdir. Sonradan iddiaçı 16.04.2021-ci il tarixdə cavabdehə yenidən müraciət etmiş və ona cavabdeh tərəfindən artıq eyni adlı diplomlar üzrə imtina almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, İPM-in qeyd olunan 38.2-ci maddəsinin tələbi baxımından, iddia müddətinin axımı inzibati aktın qəbul edilməsindən imtina cavabı iddiaçıya təqdim edildiyi və ya bu barədə yazılı məlumat verildiyi vaxtdan başlanır. Konkret halda isə iddiaçının sonuncu müraciətinə cavabdeh tərəfindən 28.04.2021-ci il tarixində cavab verilmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi, iddiaçının əvvəlki müraciətinin cavabdeh tərəfindən 16.12.2019-cu il və 13.03.2020-ci il tarixli məktublarla cavablandırılmasına gəldikdə isə, 2021-ci ildə iddiaçının təkrar müraciətinə verilmiş 28 aprel 2021-ci il tarixli cavab məktubunda əvvəlki (16.12.2019-cu il və 13.03.2020-ci il) məktublara istinad olunması imtinanın səbəbləri (məzmunu) kimi başa düşülməlidir. Ən azından, cavabdeh orqan iddiaçının sonrakı (2021) müraciətini «İnzibati icraat haqqında» Qanunun 34.1-ci maddəsi ilə müəyyən olunan hüququndan istifadə edərək baxılmamış saxlamamış, onları mahiyyəti üzrə cavablandırmışdır. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını inzibati hüquq normalarına uyğun olmayan nəticə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6832/2021 nömrəli qərardadı ləğv edilərək, iş iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6832/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Təhsildə X3rşı “iddiaçıya Ukrayna Respublikasının Ukrayna X1-X7 İnstitutu tərəfindən verilmiş 30 iyun 2017-ci il tarixli B 17 225924 nömrəli bakalavr diplomu üzrə və Ukrayna Respublikasının Ukrayna X1-X7 İnstitutu tərəfindən verilmiş 31 dekabr 2018-ci il tarixli B (faktiki M) 18 136531 nömrəli magistr diplomu üzrə ixtisasların Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə ərizəsinə dair inzibati iş iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar