Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2713/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, iddiaçı və onun nümayəndəsi-vəkili X1, cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “çıxarışın və texniki pasportun dəyişdirilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 191/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında araşdırıb m ü ə y y ə n e t d i: İ. İddiaçı məhkəməyə öhdəliyin icrası haqqında iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25b saylı evin iddiaçının mülkiyyətində olan bağlı eyvanın 13,8 kv.metr sahəsinin X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış yalnışlığın düzəldilməsi, bağlı eyvanın həmin sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatının bərpa olunması, X2 adına verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli ******* nömrəli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun dəyişdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir (i.v.184-185, 191-192). Dəqiqləşdirilmiş iddia tələbi aşağıdakılarla əsaslandırılmışdır: “Bakı şəhəri. Sabunçu rayonu. Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25B saylı ev və həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə ona və X3 məxsusdur. Paylı mülkiyyət olan həmin daşınmaz əmlakın mənə məxsus hissəsinə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı əsasında ona xx.xx.2015-ci il qeydiyyat tarixli, seriya RX, ******* nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda iddiaçının mülkiyyətində olan hissə 1 yaşayış otağı (y/s 13,6 kv.m), keçid otağı (13,3kv.m), giriş (7,2 kv.m), bağlı eyvan (22,8kv.m), həyətdə sahəsi 27,5kv.m olan qaraj, sahəsi 3,2 kv.m olan sanitar qovşağından və 0,06527 kv.m torpaq sahəsindən ibarətdir. Cavabdeh 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən 3-cü şəxs X2 adına verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, seriya nömrəsi olmayan, ******* nömrəli çıxarışın surətindən aydın olur ki, mülkiyyəti olan sahəsi 22,8 kv.m olan bağlı eyvanın 13,8 kv.m sahəsi cavabdeh orqan tərəfindən heç bir əsas olmadan qanunsuz olaraq X2 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmin evin iddiaçının mülkiyyətidə olan 1 yaşayış otağı(y/s 13,6 kv.m) keçid otağı (13,3kv.m) girişi (7,2 kv.m) Sabunçu(keçmiş Leninjrayon məhkəməsinin 31 mart 1969-cu il tarixli,2-207/1969-cu 1 tarixli qətnaməsi ilə verilmişdir. Həyat yoldaşından boşanandan uzun illər sonra öz vəsaitimlə tikdiyi 22,8 kv.m sahəsi olan bağlı eyvan, 27,5 kv.m sahəsi olan qaraj və 3,2 kv.m sahəsi olan sanitar qovşağ Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 28 fevral 2005-ci il tarixli,! 18 saylı sərəncamı ilə iddiaçının adına mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. Boşanmadan sonra iddiaçının tikdiyi sahələr miras kütləsinə daxil olmadığından 3-cü şəxs X2 vərəsəlik qaydasında əldə etdiyi paya heç bir aiddiyyəti yoxdur. Eyni zamanda, sahəsi 22,8 kv.m olan bağlı eyvanın iddiaçıya məxsus olmasına dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 iyun 2012-ci il tarixli,2in(82)-1077/201 2 nömrəli qərarı vardır. Həmin qərar ləğv edilməmiş və hazırda qanun qiivvəsindədir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 may 2016-cı il tarixli,2-1 (102)-894/l6 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 24 noyabr tarixli 2-1 (103)-l636/2015 saylı qərarı X2 iddiası texniki pasportun tikililərə aid hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin olunmamışdır. İddiaçının mülkiyyəti olan 22,8 kv.m bağlı eyvanın 13,8 kv.metr sahəsi heç bir hüquqverici sənəd olmadan X2 adına əsassız qeytiyyata alınmışdır və adına verilmiş texniki pasportda da bağlı eyvanın 13,8 kv.m sahəsi ona aid hissə kimi göstərilmişdir. Cavabdeh orqan tərəfindən mülkiyyətim olan və daşınmaz əmlakın dövlət reyestrində adıma qeydə alınmış bağlı eyvanın 13,8 kv.m sahəsinin heç bir əsas olmadan mülkiyyətimdən çıxarıb 3-cü şəxs X2 adına qeydə alınması iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozmuşdur...” İddiaçı mübahisələndirilən sənədlərdə düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli cavab məktublarında texniki pasportda qeyd olunan 8 saylı bağlı eyvan sahəsi iki hissəyə bölündüyü göstərilsə də faktiki olaraq onun istifadəsinə verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında müvafiq qeydlər aparılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-191/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25b saylı evin iddiaçının mülkiyyətində olan bağlı eyvanın 13,8 kv.metr sahəsinin X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı aparılmış yalnışlığın düzəldilməsi, bağlı eyvanın həmin sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatının bərpa olunması, X2 adına verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ******* nömrəli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun dəyişdirilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Üçüncü şəxs M.Rzayev apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Qərar tam qanunsuzdur. Belə ki, məhkəmənin qərarında qeyd edilir ki, sözügedən ünvanda bağlı eyvanın 13,8 kv.m. sahəsi mənim adıma qeyri qanuni alaraq keçmişdir, Halbuki bu belə deyildir. Həmin sahə uzun illərdir ki onun istifadəsində olmuşdur. Onun adına verilən çıxarışda da həmin sahə öz əksini tapmışdır. Sahəsi 13,8 kvm. sahənin altındakı torpaq sahəsi onun mülkiyyətindədir. Bu evin texinki pasportunda öz əksini tapmışdır. Həmin sahənin iddiaçıya verilməsi düzgün deyidir, ona görə ki əvvəla, həmin sahənin atındakı torpaq sahəsi mülkiyyətimdə olduğu üçün mülkiyyət hüquqlarımı pozur. Sabunçu (keçmiş Lenin) rayon məhkəməsinin 31 mart 1969-cu il tarixli, 2-207/1969-cu il tarixli qətnaməsi ilə iddiaçı X13 cavabdeh X14 qarşı nikahın pozulması və əmlakın bölünməsi tələbi təmin edilərək onların nikahları pozulmuş, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25 «b» saylı ev bölünərək evin yarı sağ hissəsi, yəni sahəsi 13,6 və 13,33 kv.m olan iki otaq, sahəsi 7,36 kv.m olan otaq, habelə evin arakəsməsi istiqaməti boyunca 1305 kv.m olan torpaq sahəsinin yarı hissəsi X10, evin yarı sol hissəsi, yəni, sahələri 13,28 kv.m və 20,91 kv.m iki otaq, sahəsi 7,48 kv.m olan mətbəx, sahəsi 2,3 kv.m olan vanna otağı, habelə evin arakəsməsi istiqaməti boyunca 1305 kv.m olan torpaq sahəsinin yarı hissəsi X12 istifadəsində saxlanılmışdır. O, bibisinin vərəsəsidir. İşdə olan bütün qətnamələr onun xeyrinə qəbul edilmişdir. Bağlı eyvanın 13,8 kvm. sahəsi də ona məxsusdur, buna dair onun adına dövlət reyestrindən çıxarışı vardır. Sahəsi 22,80 kv.m olan bağlı eyvan hal-hazırda onunla S.Azayevin paylı mülkiyyətindədir, bağlı eyvanın mənə aid hissəsinin altında olan torpaq sahəsi ona aiddir, həmin bağlı eyvanın yarısı mülkiyyətimdə olan evin, istifadəmdə olan torpaq sahəmin ayrılmaz hissəsini təşkil edir və Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin X6 adına verilmiş 30 aprel 2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mübahisəli evin % hissəsi onun, digər 14 hissəsi isə mərhum bibim X14 məxsus olmuş və bibim də artıq 30 aprel 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış öz 14 hissəsini mənə 10 oktyabr 2008-ci il tarixdə vəsiyyət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən onun adına verilən çıxarış və texniki pasporta əsasən Sabunçu qəsəbəsi, İ.Anaşkin küçəsi 25 «b» saylı ev, qaraj, sanitar qovşağı, yaşayış və yardımçı sahələr mənimlə X7 14 paylı mülkiyyətindədir. Aralarında həmin bağlı eyvanın bölünməsi ilə bağlı razılıq əldə edilməmişdir. Qeydiyyat orqanı tərəfindən sözü gedən mübahisəli evə 1973-cü ildə çıxarış və 2005-ci ildə isə qeydiyyat vəsiqəsi iddiaçı Sabir Azayev və Şeyda Rzayevanın adına verilmişdir. Hər iki mülkiyyəti təsdiq edən sənəddə onların payları 14 hissə göstərilmişdir. 10 oktyabr 2008-ci il tarixli vəsiyyətnaməyə əsasən bibim Şeyda Rzayeva həmin evin 14 hissəsini və bütün əmlakını mənə vəsiyyət etmişdir. Bibisinin ölümündən sonra isə evin 14 hissəsi mənim mülkiyyətimə keçmişdir. Bu barədə mənim adıma dövlət reyestrindən çıxarış vardır. Həmin çıxarışdan aydın şəkildə göstərilmişdir ki, sahəsi 102,3 kv.m olan yaşayış və yardımçı sahələrin, habelə sahəsi 22,8 kv.m olan bağlı eyvanın 14 hissəsi mənim də mülkiyyətimdədir. Vərəsəliklə həmin sahənin yarısı mənim adına keçmişdir. Dəfələrlə iddiaçı Sabir Azayev məhkəmədə həmin evə aid torpaq sahəsinin bölünməsi ilə bağlı iddia qaldırsa da onun bu barədə heç bir iddia tələbi təmin edilməmişdir, bağlı eyvanın 13,8 kvm. torpaq sahəsi də ona məxsusdur, bu barədə onun məhkəmə qərarları vardır, həmin qərarları məhkəməyə təqdim etsəm də məhkəmə həmin qərarlar barəsində bir söz də belə yazmamışdır. Bağlı eyvan sahəsi 3 dəmir sütunların üzərində tikilmişdir, həmin bağlı eyvanın altı boşdur. Bağlı eyvanın altından evin zirzəmisinə daxil olmaq üçün istifadə edir. Ona görə də hesab edir ki, qətnamə tam qanunsuz olduğundan ləğv olunmalıdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun olan izahatlarında, qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə istinadən mübabahisələndirilən bağlı eyvanın iddiaçının istidəsinə aid olduğunu bildirərək üçüncü şəxs M.Rzayevin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Əhmədov işin qanuni həllini məhkəmənin sələhiyyətlərinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş apellyator üçüncü şəxs M.Rzayev məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İİ. Məhkəmə kollegiyası, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, keçmiş İ.Anaşkin (Ə.Əliyev) küçəsi, 25b saylı evin iddiaçının mülkiyyətində olan bağlı eyvanın ona məxsus oluğu halda 13,8 kv.metr hissəsinin üçüncü şəxs M.Rzayevin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsassız olduğunu mübahisələndirirərək, yol verilmiş həmin yanlışlığın dızəldilərək, üçüncü şəxs M.Rzayevin adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun dəyişdirilməsini tələb etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. İş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən olunan hallara əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında paylı mülkiyyətdə olan fərdi yaşayış evinə dair üçüncü şəxs M.Pzayevin payı üzrə onun adına qeydiyyat aparılarkən səhvə yol verilmiş, evin 22,80 kv m sahyə malik bağlı eyvanının 13,8 kv.m hissəsinə M.Rzayevin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, bu barədə çıxarış verilmiş və texniki pasport tərtib olunmuşdur. Hadisələrin xronoloji ardıcıllığı isə iş materiallarına əsasən aşağıdakılardan ibarətdir:
1. Bakı şəhəri Sabunçu (keçmiş Lenin) Rayon Məhkəməsinin 1969-cu il 31 mart tarixli, 2- 207/1969 nömrəli qanuni qüvvəsini aldığı mübahisələndirilməyən qətnaməsi ilə iddiaçı X13 iş üzrə cavabdeh X14 qarşı nikahın pozulması və əmlakın bölünməsi tələbi təmin edilərək onların nikahları pozulmuş və Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25B saylı ev bölünərək: -evin yan sağ hissəsi, yəni, sahəsi 13,6 və 13,33 kv.m olan iki otaq, sahəsi 7,36 kv.m olan otaq, habelə evin arakəsməsi istiqaməti boyunca 1305 kv.m olan torpaq sahəsinin yan hissəsi X10; -evin yan sol hissəsi, yəni, sahələri 13,28 kv.m və 20,91 kv.m iki otaq, sahəsi 7,48 kv.m olan mətbəx, sahəsi 2,3 kv.m olan vanna otağı, habelə evin arakəsməsi istiqaməti boyunca 1305 kv.m olan torpaq sahəsinin yan hissəsi X12 istifadəsində saxlanılmışdır.
2. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin “vətəndaş X10 məxsus Sabunçu qəsəbəsi, Anaşkin (Proletar) küçəsi 25B saylı yerdə yerləşən tikilmiş fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması barədə” 118 saylı xx.xx.2005-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində X13 tərəfindən tikilmiş birmərtəbəli, kürsülü, üç yaşayış otağından sahəsi 47.8 kv.m, köməkçi sahəsi 31.7 kv.m, bağlı eyvan sahəsi 22.8 kv.m, torpaq sahəsində tikili qaraj sahəsi 275 kv.m, ayaqyolu sahəsi 4.0 kv.m,torpaq sahəsi 1305.4 kv.m. olan yaşayış evinin Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 25 b saylı yerdə hüquqi qeydiyyata alınmasına icazə verilmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhəməsinin 2(011)-637/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə X7 iddiası təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 25b saylı evin eyvan hissəsi cavabdeh X5 tərəfindən boşaldılması və həmin eyvanın cavabdeh tərəfindən giriş hissəsinin bağlanaraq təcrid olunması qət edilmişdir. Qətnamə xx.xx.2013-cü il tarixdə qanuni qüvvəyə minmişdir.
4. Qanuni qüvvəyə minmiş, Bakı şəhəri Sabunçu Rayon Məhəməsinin 2(011)637/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi və Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 118 saylı 28 fevral 2005-ci il tarixli sərəncamı ilə mübahisəli bağlı eyvanın X10 məxsus olması öz təsdiqini tapmışdır” (qətnamənin 5-ci səhifəsinin yuxardan 1-ci abzası) Həmin qətnamənin 3-cü səhifəsinin yuxardan 4-cü və 5-ci abzaslarındə isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 oktyabr 2010-cu il tarixli 2(008)-1711/2010-cu il tarixli qətnaməsinin surətinə istinadən müəyyən edilmişdir ki, X4 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 25b saylı evin 22.80 kv.m sahəsi olan bağlı eyvanın vanna otağı ilə birləşdirərək 2/3 hissəsinin özünə aid etməsi ilə əlaqədar tikdiyi hörgünün sökülməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2011-ci il tarixli 2(103)-886/2011 saylı qətnaməsi və həmin qətnamə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2011-ci il tarixli 2(102)-2243/2011 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Qeyd olunmalıdır ki, Sabunçu rayon Məhkəməsinin 2(008)-2380/10 saylı 31 avqust 2010cu il tarixli qanuni qüvvəsinə almış qətnaməsi ilə, hazırkı iş üzrə üçüncü şəxs M.Rzayevin iddiaçının mərhum əri X10 qarşı qaldırdığı sonuncuya məxsus mübahisəli ünvanda yerləşən əmlakına dair 28 fevral 2005-ci il tarixli sərəncamın, 30 aprel 2005-ci il tarixli qeydiyyat vəsiqəsinin və həmin tarixli texniki pasportun etibarsız hesab olunması barədə iddia tələbləri rədd edilmişdir ki, həmin qətnamə ilə də müəyyən olunan hallara görə mübahasəli fərdi yaşayış evinin 22,8 kv m bağılı eyvanı X19 tərəfindən tikilmişdir, ona məxsusdur.
5. İddiaçı Aza yeva Gülşəhər Kazım qızı ilə X13 arasındakı münasibətləri və mübahisəli əmlaka dair hüquqlar əldə etməsi aşağıdakılarla ehtiva olunur: -Bakı şəhəri Nərimanov Rayon VVAQ şöbəsi tərəfindən verilmiş 452019 saylı nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən 01 may 1997-ci il il tarixində iddiaçı X13 ilə rəsmi nikah bağlamış və ərinin soyadını qəbul etmişdir. - Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 dekabr 2020-ci il tarixli 127392 saylı ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçının əri X13 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. -5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notoariat ofisinin xüsusi notariusu X15 tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən mərhum X8 qalmış əmlak tam hissədə pay iddiaçıya, yəni İddiaçı keçmişdir. Lakin iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən 190679 nömrəli çıxarışa əsasən müəyyən olunur ki, əri X11 ölümündən sonra vərəsəsi olan İddiaçı adına - Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev (keçmiş İvan Anaşkin) küçəsi, ev 25B (yeni qaydalarla: AZ1034, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlaka dair hüquq sahiblərinin payları aşağıdakı kimi göstərilmişdir: -X2 – ümumi sahə 59.3 kv.m (1,3,5,6 saylı sahələr, 8 saylı sahədən 13.8 kv.m) və 0.06527 ha torpaq sahəsi (********** qeydiyyat nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli); -İddiaçı – ümumi sahə 43.1 kv.m (2,4, 7 saylı sahələr, 8 saylı sahədən 9.0 kv.m) və 0.06527 ha torpaq sahəsi (********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli). Üçüncü şəxs M.Rzayevin adına xx.xx.2018-ci il tarixində tərtib olunmuş texniki pasportdan isə tam aydın görünür ki, iddiaçı G Azayevanın qanuni istifadəsində olan 22,8 kv m bağlı eyvanın 13,80 kv.m hissəsi M.Rzayevin mülkiyyəti kimi təsbit olunmuşdur (1-ci cild i.v.169-170). Halbuki, iddiaçının vərəsəsi olduğu mərhum əri X7 adına xx.xx.2015-ci il tarixində tərtib olunmuş texniki pasporta əsasən həmin evin 22,8 kv. m sayə malik olan bağlı eyvanı, bütövlükdə, S.Azpyevin mülkiyəti kimi cizgilənmişdir (1-ci cild, i.v142-143) Göründüyü kimi, üçüncü şəxs M.Rzayevin apellyasiya şikayətinin bağlı eyvanın 13,8 kv.m hissəsin ona məxsus olduğunu əsaslandırmağa çalışan dəlillirinin əsassız olduğu sübuta yetirilir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin həmin qərarın qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-191/2022 saylı xx.xx.2022-ci il tarixli qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-191/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.