Məhkəmə qərarları › İş №2-1(103)-2713/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2713/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2713/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, İddiaçı “X3 Təsərrüfatı” MMC-nin cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “lizinqə verilmiş avadanlığa güzəşt tətbiq edilməsi tələbinə dair" inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6046/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə cavabdehin ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6046/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçı “X3 Təsərrüfatı” MMC-nin "xxxx" ASC ilə arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən “X3 Təsərrüfatı” MMC-yə lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırma aparılaraq müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmuş, iddia, qalan hissədə təmin edilməmişdir. Cavabdeh Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il, 2-1(112)-6046/2023 nömrəli qərarını qismən təmin edilən hissəsində ləğv edərək, iddianın tam həcmdə təmin olunmaması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh, elektron kabinet vasitəsilə iş apellyasiya məhkəməsinin icraatına daxil olduqdan sonra, 12.072024-cü il tarixdə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6046/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin olunmalı, apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, apellyasiya şikayətini geri götürmək işdə iştirak edən şəxslərin qanunla müəyyən edilən hüququdur və konkret halda cavabdehin apellyasiya şikaytlərinin geri götürməsi, hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğundur və üçüncü şəxslərin hüquqlarını pozmur. İddiaçının elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim olunmuş məktubundan da görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6046/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı cavabdeh tərəfindən icra edilərək, “X3 Təsərrüfatı” MMC-yə lizinqə verilmiş avadanlığa görə güzəşt tətbiq edilmiş, qalan məbləğdə isə tərəflr arasında CL-02-LA/12-24 nömrəli müqavilə bağlanmışdır Cavabdehə izah edilir ki, İPM-in 88.3-cü məddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İPM-in 86.4-cü maddəsindən isə görünür ki, şikayətin geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Beləliklə də, qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin ərizəsi təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6046/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti geri qaytarılsın. Şikayət üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar