Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2715/2023 24.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X9 ibarət tərkibdə Abdullayev Nofəl Rəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X19 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “məktubun qanunsuz hesab edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4478/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsini və Azərbaycan Respublikasının vətəndaşı kimi tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtinası onun konstitusion hüquqlarını pozur. Belə ki, o, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” 1998-ci il tarixli Qanunun 11-ci maddəsinə əsasən də Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Qanunun ilkin redaksiyasına əsasən, vətəndaşlığı təsdiq edən sənədlərdən biri doğum haqqında şəhadətnamədir. Göründüyü kimi, həmin Qanunun ilkin redaksiyasının müddəalarına və Konstitusiyaya əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşı kimi tanınmalıdır. Lakin, cavabdeh Qanuna xx.xx.2014-cü il tarixdə edilmiş dəyişikliklərə istinad etməklə onun vətəndaşlığını tanımaqdan imtina edir ki, bu da “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun müddəalarına, o cümlədən Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndinə ziddir. Bakı İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(112)-4478/2022 nömrəli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələrində aparılan icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2- 1(103)-2370/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-340/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2- 1(103)- 2370/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, ....işin məhkəmələr tərəfindən araşdırılmış halları ilə iddiaçının anası X4 Gürcüstan Respublikasının vətəndaşı və vətəndaşı olduğu həmin ölkənin pasportuna sahib olduğu müəyyən edilsə də, iddiaçının atası barədə hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qüvvəyə minənədək iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə də iş materiallarında hər hansı məlumat mövcud deyildir. Halbuki, yuxarıda istinad olunan normaların tələbləri baxımından qeyd edilən halların araşdırılması iddiaçının vətəndaşlıq mənsubiyyəti barədə qanunauyğun qərarın qəbul edilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiya məhkəməsinin mövqeyi Tərəflərin izahatları : Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan : Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8295/2015 nömrəli, 21 avqust 2015-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi X12 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi X10 faktiki nikahından xx xxxx 1992-ci il tarixdə Bakı şəhər Səhiyyə İdarəsinin 3 saylı şəhər Klinik Xəstəxanasında bir oğlan uşağı doğmuşdur. Müəyyən səbəblərdən uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir. X14 adlandırmışdır. Ərizəçinin oğlu Bakı şəhər Səhiyyə İdarəsinin 3 saylı Klinik Xəstəxanasında verilmiş doğum arayışı əsasında 1999-cu ildə Bakı şəhəri üzrə Təhsil İdarəsi C.Məmmədov adına 15 nömrəli orta məktəbinin birinci sinfinə daxil olmuşdur. Həmin məktəb tərəfindən oğluna 2008-ci ildə əsas təhsil haqqında şəhadətnamə, 2010-cu ildə isə həmin məktəb tərəfindən orta təhsil haqqında attestat verilmişdir. Orta məktəbi qurtardıqdan sonra oğlu Bakı şəhəri Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən tibbi komissiyadan keçirilmiş, hərbi xidmətə yararlı hesab edilmiş və xx.xx.2008-ci ildə də, hərbi uçota alınmışdır. Hal-hazırda isə oğlu şəxsiyyət vəsiqəsi olmadığından hərbi xidmətə gedə bilmir. Bunun üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Polis Şöbəsinə müraciət etdikdə isə, oradan şəxsiyyət vəsiqəsinin doğum haqqında şəhadətnamə əsasında verilməsi bildirilmişdir. Doğum haqqında şəhadətnamə alınması üçün isə Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən doğum faktının müəyyən edilməsinin zəruri olduğu və bunun üçün isə məhkəmyə müraicət edilməsi tövsiyyə edilmişdir. Sözügedən qətnaməyə əsasən ərizə təmin edilmiş, X5 xx.xx.1992-ci il tarixdə Bakı şəhərndə bir oğlan uşağı doğması faktı müəyyən edilmişdir. Faktın müəyyən edilməsi doğumun qeydə alınması üçün əsas hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixi, K/İ-1128 nömrəli məktubdan görünür ki, O.İmanovun Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə xx.xx.2021-ci ildə daxil olmuş və Y-2970/3719/ə daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı xx.xx.2019cu il tarixli, 73394/m nömrəli sorğusu əsasında vətəndaşlıq mənsubiyyəti araşdırılmış və barəsində xx.xx.2019-cu il tarixli, ******* nömrəli arayış tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş MYİ seriyalı, ******* nömrəli “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi”nin surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X18 Respublikasının vətəndaşıdır. Onun yaşayış yeri Bakı şəhəri, Sabunçu rayonu, Əsədullayev küçəsi, dalan 1, ev 1, mənzil 4. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli, 2015-05/15 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, İddiaçı X33, atası X24. Doğum haqqında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixli, 42-B saylı akt qeydi tərtib edilmişdir. Valideynlər arasında nikah olmadığına görə doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 676333 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X24, ana qrafasında Yaqubova Ərkinaz göstərilmişdir. Bakı şəhəri C.Məmmədyarov adına 155 nömrəli tam orta məktəb tərəfindən verilmiş B seriyalı, 682311 nömrəli orta təhsil haqqında attestatın surətindən görünür ki, 1992-ci ildə anadan olmuş X34 2010-cu ildə Bakı şəhəri C.Məmmədyarov adına 155 nömrəli orta məktəbi bitirmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, K/Y1917 nömrəli məktubdan görünür ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə xx.xx.2018-ci ildə daxil olmuş və Y-2077 daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar sorğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələblərinə və Qaydaya əlavə olunmuş müvafiq ərizəanket nümunəsinə uyğun şəkildə tərtib olunaraq Dövlət Miqrasiya Xidmətinə təqdim olunması vacibdir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar şəxs tərəfindən verilən ərizə-anket nümunəsi və həmin ərizə-anketə əlavə edilən sənədlərin siyahısı ünvanlarına göndərilmişdir. Notarial qaydada təsdiq edilmiş ünvan 1 ünvanında qeydiyyatda olan X16, Zəngilan rayonu, Ördəkli kəndində qeydiyyatda olan X31 və ünvan 3 ünvanında qeydiyyatda olan X25 tərəfindən verilmiş **********287 nömrəli ərizədən görünür ki, X34 həqiqətən də Bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” 13 mart 2019-cu il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, 12 mart 1992-ci il təvəllüdlü X26 73394/m nömrəli, 07 mart 2019-cu il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 21077/m nömrəsi ilə xx.xx.2021-ci il tarixdə daxil olmuş “Azərbaycan Respublikası vətəndaşının mənsubiyyətinin müəyyənləşdirilməsi barədə” ərizə-anketin surətindən görünür ki, ərizə anketdə aşağıdakı məlumatlar öz əksini tapmışdır – soyad, ad, ata adı: İddiaçı; doğum tarixi: xx xxxx 1992-ci il; doğulduğu yer: Bakı şəhəri; milliyyəti Azərbaycanlı; şəxsiyyəti təsdiq edən sənədin növü: doğum haqqında şəhadətnamə; seriya və nömrəsi: AZ-İİİ 676333; verilmə tarixi xx.xx.2015; anası: X11, atası: haqqında heç bir məlumat yoxdur; yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan: Sabunçu rayonu, A.Əsədullayev küçəsi, ev 1, dalan 1, mənzil 4. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Tərcümeyi-haldan görünür ki, İddiaçı xx.xx.1992ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. Orta təhsillidir. Sabunçu 155 nömrəli orta məktəbdə təhsil almışdır. Atası haqqında heç bir məlumat yoxdur. Anası X1 Respublikası Bolnisi rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” ******* nömrəli arayışın surətindən görünür ki, xx xxxx 1992-ci il təvəllüdlü İddiaçı 210277/m nömrəli, 27 sentyabr 2021-ci il tarixli müraciətinə baxılmış və o “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı hesab edilməmişdir. Məhkəmə Kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq təkrar araşdırmasını iki istiqamətdə aparmışdır. 1)İddiaçının atası barədə hər hansı məlumatın əldə edilməsi (hansı ölkənin vətəndaşı olması və s.) 2)“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qüvvəyə mi nənədək iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı Məhkəmənin sorğusuna cavab olaraq Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 18/2-34085/23 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. İddiaçının atası ilə bağlı məlumata gəldikdə isə, cavabdeh tərəfindən sonuncu məhkəmə iclasında təqdim edilmiş Bobrovskiy rayonunun DİN X15 tərəfindən verilmiş sənədin surətindən görünür ki, iddiaçının atası X6 vətəndaşıdır, xx.xx.1992-ci il tarixdə Voronej vilayətinin Novopekostsi rayonunda qeydiyyatda olmuşdur. Həmçinin iş materiallarında olan iddiaçı tərəfindən doldurulmuş ərizə-anketin surətindən görünür ki, iddiaçı atası X17 doğulduğu yer olaraq Gürcüstan, Bolnisi, yaşadığı və vətəndaşı olduğu yer olaraq isə Rusiya Federasiyasını qeyd etmişdir. Eyni zamanda iddiaçı tərəfindən yazılmış tərcümeyi-halda iddiaçı atasının 30 ildən artıq Rusiya Federasiyasının vətəndaşı olduğunu qeyd etmişdir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir . Göründüyü kimi, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin tələbinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində göstərilmişdir ki, şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. İş materiallarından müəyyən edilir ki, iddiaçının anası X2 Respublikasının vətəndaşıdır və vətəndaşı olduğu ölkənin pasportuna sahibdir, iddiaçının atası X6 Federasiyasının vətəndaşıdır. İddiaçının Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olması ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir və bu hal iddiaçı tərəfindəndə etirazla qarşılanmamışdır. Beləliklə, qeyd edilənlərərə əsasən Kollegiya hesab edir ki, iddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin qərarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün əsaslar olmadığından hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4478/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2715/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2715/2023
24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver