Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2717/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10rşı Bakı şəhəri Nizami rayonu Nizami Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı əsasında ayrılmış Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 1140 kv.m. torpaq sahəsi üzərində iddiaçının icarə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarışın verilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(112)-468/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X15 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 40/85-ci məhəllədə yerləşən ümumi sahəsi 1140 kv.m. torpaq sahəsinə dair icarə hüququ əsasında dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 21 sentyabr 2007 ci il tarixli, 10 saylı qərarı və Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 oktyabr 2007-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 40/85-ci məhəllədə yerləşən ümumi sahəsi 1140 kv.m. torpaq sahəsi 2000-ci ildən bu günə qədər iddiaçının istifadəsindədir. İddiaçı 21 aprel 2021-ci il tarixdə Bakı şəhəri Nizami Bələdiyyəsinə ərizə ilə müraciət edərək istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 40/85-ci məhəllədə yerləşən ümumi sahəsi 1140 kv.m. torpaq sahəsini icarə hüququ əsasında daşınmaz əmlakin dövlət reyestr xidmətində qeydiyyata götürülməsinə və icarə hüququ əsasında torpaq sahəsinə çıxarışın verilməsinə münasibət bildirməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Bələdiyyəsi onun müraciətinə cavab olaraq bildirmişdir ki, istifadəsində olan torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 26 sentyabr 2000 ci il tarixli, 911 saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələrinin sərhədi daxilindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamına və Bakı şəhər İcra Hakimiyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktına əsasən, Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələlərinin sərhədləri müəyyən edilmiş və iddiaçının istifadəsində olan torpaq sahəsi bələdiyyə ayrılan torpaq sahəsinə aiddir. İddiaçının istifadəsində olan torpaq sahəsinə icarə hüququ əsasında çıxarışın alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunması tövsiyə edilmişdir. İddiaçı istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair Bələdiyyənin qərarını, torpaq sahəsinin icarə müqaviləsini və torpaq sahəsinin plan və ölçünü təqdim edərək dövlət reyestrindən icarə hüqüqu əsasında çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh orqan heç bir əsas göstərmədən sənədlərin qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar olunmamış və şərti göstərilən torpaq sahəsi digər fiziki şəxsin - X2 istifadəsindədir. Həmçinin, torpaq sahəsinə digər fiziki şəxs - X9 tərəfindən müraciət olmuşdur. xx.xx.2023-cü il tarixdə idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi digər üç qonşu torpaq sahəsi ilə bir hasar daxilindədir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami rayonu Nizami Bələdiyyəsi, Bakı İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərardadı ilə isə X7 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(112)-468/2025 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Nizami rayonu Nizami Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı əsasında ayrılmış Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 1140 kv.m. torpaq sahəsi üzərində İddiaçı icarə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarışın verilməsi vəzifəsinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şərti göstərilən torpaq sahəsi digər fiziki şəxsin - X2 istifadəsindədir. Həmçinin, torpaq sahəsinə digər fiziki şəxs - X9 tərəfindən müraciət olmuşdur. xx.xx.2023-cü il tarixdə idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi digər üç qonşu torpaq sahəsi ilə bir hasar daxilindədir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, göstərilən torpaq sahəsi digər fiziki şəxsin, yəni X2 istifadəsindədir. Torpaq sahəsi digər 3 qonşu torpaq sahəsi ilə bir hasar daxilindədir, yəni torpaq sahəsi şəxslər tərəfindən birgə istifadə olunur. İddiaçı tərəfindən göstərilən torpaq sahəsi faktiki olaraq X7 tərəfindən istifadə olunur. Birinci instansiya məhkəməsi qərarında torpaq sahəsinin Nizami rayonu ərazisində yerləşdirini qeyd etmişdir. Eyni zamanda nümayəndə ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsində aparılan məhkəmə icratının gedişatında ekspertiza keçirilməmiş, qonşu torpaq sahəsinə münasibətdə ekspertiza təşkil edilmişdir (X8 tərəfindən mübahisələndirilən torpaq sahəsinə). ... İş materiallarında olan X2 adına olan çıxarış Suraxanı rayonuna aid ola bilər. Belə ki, şəxsin mülkiyyətində bir-neçə torpaq sahəsinin olması mümkündür. ... Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan sahə deyil, dövlət mülkiyyətində olan sahədir. ... İstinad olunan ekspert rəyi sübut kimi qəbul edilə bilməz. ... Bakı şəhərində vahid elektron kadastr baza məlumatlarına əsasən hər hansı torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması müəyyən edilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, ekspertiza rəyindən göründüyü kimi, naturada və sənəd üzrə yer üst-üstə düşür, bələdiyyə torpağıdır, bələdiyyə qərarı qüvvədədir, torpaq sahəsi iddiaçının istifadəsindədir və torpağa dair heç bir mübahisə yoxdur. Bu səbəbdən apellyasiya şikayətinin əsasları formaldır və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Bakı şəhər Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli, 10 saylı X1 əsasən, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 1140 kv.m. olan ərazi yaşıllıq və abadlıq məqsədi ilə 49 illiyə İddiaçı icarəsinə verilmişdir. - Bakı şəhəri Nizami Bələdiyyəsinin “Bakı şəhər sakini İddiaçı faktiki istifadə etdiyi boş torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 10 saylı Qərarına əsasən, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 1140 kv.m. faktiki istifadədə olan torpaq sahəsi 49 il müddətinə yaşıllıq və abadlıq məqsədi ilə İddiaçı icarəsinə verilmişdir. - “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli Müqaviləyə əsasən, “İcarəyəverən” (Bakı şəhəri Nizami Bələdiyyəsi) icarə əsasında Nizami rayon Şərq küçəsi 4085-ci məhəllədə yerləşən ümumi sahəsi 1140 (min yüz qırx) kv.m olan, gələcəkdə “sahə” adlanan ərazini “İcarəçiyə” (İddiaçı) uzun (qısa) müddətli 49 il istifadəyə vermiş, “İcarəçi” (İddiaçı) isə onu qəbul etmişdir. - Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli, 02/522 saylı məktubda qeyd edilmişdir ki, İddiaçı və Bakı şəhəri Nizami bələdiyyəsi arasında xx.xx.2007-ci ildə bağlanmış torpaq icarə müqaviləsində qeyd olunan və İddiaçı istifadəsində olan ünvan 2də yerləşən ümumi sahəsi 1140 kv.m. torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2000-ci il tarixli, 911 saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş Bakı şəhər Nizami bələdiyyəsinə ayrılmış torpaq sahələrinin sərhədləri daxilində olan torpaq sahəsinə aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərinə əsasən torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılır. Nizami Bələdiyyəsi ünvan 2də yerləşən ümumi sahəsi 1140 kv.m olan bələdiyyə mülkiyyətinin icarə hüququ əsasında Sizin adınıza Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına etiraz etmir. - Üçüncü şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş analoji məhkəmə mübahisəsi üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1750 saylı Ekspert Rəyində qeyd olunmuşdur: “ ... Mülki iş materiallarından göründüyü kimi Bakı şəhəri Nizami Bələdiyyəsinin 10 nömrəli 21 sentyabr 2007-ci il tarixli qərarı ilə vətəndaş X3 icarəsinə, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 1050 kv.metr sahəsi icarə üçün qayrılmışdır. .. .Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30 iyun 2021-ci il tarixli, **********50 nömrəli məktubunun məlumatlarını, Azərbaycan Respublikasının Torpaq Məcəllləsini, “Bələdiyyənin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini Bakı şəhəri, Nizami rayonu, Nizami bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini, o cümlədən Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarını (kadastrportalı.az) nəzərə alaraq, iddiaçı X4 icarəsinə verilmiş 1050 kv.metr torpaq sahəsi Bakı şəhəri Nizami Rayon Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. ... X3 icarəsinə verilmiş 1050 kv.metr torpaq sahəsi Bakı şəhəri Nizami Rayon Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir”. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə mövqeyi X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına əsaslanmış və apellyasiya instansiya məhkəməsi bu yanaşma ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndinə görə, Xidmətin vəzifələri daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə görə, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən, dövlət obyektlərinin dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə görə, dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ... Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Birinci instansiyası məhkəməsi qərarında ona istinad etmişdir ki, hazırkı mübahisənin predmeti olan torpaq sahəsi və analoji iş üzrə X8 tərəfindən mübahisələndirilən torpaq sahəsi eyni ərazidə qonşuluqda yerləşir. Belə ki, hər iki torpaq sahəsi Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşir. X8 tərəfindən mübahisələndirilən torpaq sahəsinin Bakı şəhəri Nizami Rayon Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşməsi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş Ekspert Rəyi ilə təsdiq edilmişdir. Belə olan təqdirdə hazırki iş üzrə İddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinin Bakı şəhəri Nizami Rayon Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşməsi məhkəmədə şübhə yaratmır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ona istinad etmişdir ki, həmin ekspert rəyi hazırkı iş üzrə mötəbər sübut olaraq qəbul edilə bilməz. Buna münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(103)-2717/2025 saylı qərardadının icrası ilə əlaqədar olaraq Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2025-ci il tarixli, 10/5203 saylı ekspert rəyindən görünür ki, xx.xx.2007-ci il tarixdə 49 il müddətinə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş 1140 kv.m. torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğu, naturada və sənəd (cizgi üzrə) üzrə yerinin üst-üstə düşdüyü və ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin Bakı şəhəri Nizami Bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. xx.xx.2007-ci il tarixdə 49 il müddətinə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş 1140 kv.m. torpaq sahəsinin mişar daşı ilə hasara alınmış boş torpaq sahəsi olduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsinin kimin istifadəsində olmasının müəyyən edilməsi məhkəmə ekspertinin səlahiyyətinə aid deyil. Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı ilə İddiaçı icarəsinə verilməsi qərara alınmış 1140 kv.m torpaq sahəsinin Bakı şəhəri Nizami Bələdiyyəsinin torpaqlarına (iş materiallarına əlavə edilmiş ayrıc göstəricilərinə əsasən bələdiyyənin inzibati ərazi hüdudlarına) aid ərazidə yerləşir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə isə qeyd edir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınmasını tələb etsə də, X5 məxsus torpaq sahəsi ünvan 4 ünvanında yerləşir (cavabdeh orqan tərəfindən təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış iş materiallarına əlavə edilmişdir). Odur ki, mübahisələndirilən torpaq sahəsi və X5 məxsus torpaq sahəsi üst-üstə düşmür (ünvanlar tamamilə fərqlidir, biri Suraxanı rayonu, digəri isə Nizami rayonunun ərazisində yerləşir). Həmçinin birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında iştirak etmiş X9 izahatında bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə X6 iddia etdiyi torpaq sahələri ayrı-ayrı torpaq sahələridir. Həmin torpaq sahələri üst-üstə düşmür. Hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir. Göstərilənlərin əksi isə cavabdeh inzibati orqan tərəfindən sübut edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də, Bakı İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(112)-468/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(112)-468/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE**********00********) köçürülsün. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2717/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2717/2025
28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver