Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2718/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)- 2718/2023 (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı şəhəri 03 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1332/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9459 nömrəli qərarı ilə iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
2. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9459 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və xx.xx.2022 tarixədək 1000 manat məbləğin büdcəyə ödənilinəsi təmin edilməsi qərara alınmışdır.
3. Cavabdeh vergi orqanının əməkdaşları tərəfindən DVX seriyalı 014037 nömrəli xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta qeyd olunmuşdur ki, xx.xx.2022ci il tarixdə saat 14:03-də operativ vergi nəzarəti zamanı ünvan 1 ünvanında yerləşən “Padişah şirniyyat” evində aparılmış OVN nəticəsində alınmış 1(bir) ədəd torta görə 19 manat ödənildiyi, lakin ödənişin müqabilində NKA çek vurulmamış və müştəriyə təqdim edilməmişdir. Yayındırılmış məbləğ saat 14:07-də 18 nömrəli çeklə bərpa edilmişdir. Nəticə olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələbləri pozulmuş və buna görə də İddiaçı barəsində Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri X9 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********9459 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Tələb onunla əsaslandırmışdır ki, fərdi sahibkar İddiaçı aid təsərrüfat subyektində operativ vergi nəzarəti həyata keçirilmiş, yoxlama nəticəsində aşağıdakı vergi məsuliyyəti tədbirləri görülmüşdür. ünvan 2 ünvanda yerləşən “Padişah” şirniyyat evində keçirilmiş yoxlamanın nəticələrinə dair tərtib edilmişxx.xx.2022-ci il tarixli 006076 saylı aktda göstərilmişdir ki, iddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş 8 işçi aşkar edilmiş, onlardan ikisi ilə əmək müqaviləsi bağlanmamışdır. Akta əsasən çıxarılmış cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********9459 saylı qərarı ilə əsasən iddiaçıya 4000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı aşağıda göstərilən səbəblərdən, inzibati orqanın xx.xx.2022-ci il tarixli **********9459 saylı qərarının ləğv edilməsini zəruri hesab edir. Vergi orqanı tərəfindən əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsi kimi göstərilmiş şəxslərdən Kubra Həmzəyevanın işçi kimi sənədləşdirilməsi barədə sahibkar məhz operativ nəzarətin həyata keçirildiyi gün - xx.xx.2022-ci il tarixdə qərar vermiş, sənədləşməyə başlanması ilə eyni vaxtda o obyektə dəvət olunmuşdur. İşçinin əmək müqaviləsinin qeydiyyatının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən e.gov.az saytından yeni alt sistemi olan emas.sosial.gov.az saytına keçirilməsi səbəbindən, Kübra Həmzəyevanın işçi kimi qeydiyyata alınması prosesində texniki çətinlik yaranmış, əmək müqaviləsinin qeydiyyatı yalnız xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Həmin dəqiqədən cəmi 45-50 dəqiqə əvvəl vergi orqanının əməkdaşları tərəfindən operativ vergi nəzarətinə başlanmışdır. Vergi orqanının mövqeyinə görə əmək müqaviləsi olmadan muzdlu işə cəlb edilmiş digər şəxs Nərgiz Muradova, həmin an mağazada işə götürmə və işlə bağlı tanışlıq üçün olmuş, onun işə götürülməsi ilə bağlı sahibkarla həmin şəxs arasında razılıq əldə edilməmişdir. Vergi yoxlaması həyata keçirilən zaman, Nərgiz Muradova işçilər üçün nəzərdə tutulmuş geyim formasında olmamış və heç bir əmək funksiyalarını yerinə yetirməmişdir. Bu hal, onun həmin an iddiaçının işçisi olmadığını sübuta yetirir. Nərgiz Muradova ilə razılaşma əldə edildikdən sonra, həmin günün sonunda qeydiyyata alınmışdır. İddiaçı məlumat üçün bildirmişdir ki, qeyd olunan obyekt sahibkar tərəfindən yoxlamadan cəmi bir neçə gün əvvəl icarəyə götürülmüş, xx.xx.2022-ci il tarixdə obyektə**********-17001 kodu verilərək sahibkarın təsərrüfat subyekti kimi uçota alınmış, xx.xx.2022-ci il tarixdə obyektin nəzarət kassa aparatı qeydiyyata alınmış və aparat təhvil verilmişdir. Yəni, obyekt mübahisələndirilən qərarların rəsmiləşdirildiyi vergi yoxlaması keçirilən tarixdən bir neçə gün əvvəl fəaliyyət başladığından, işçilərin işə götürülməsi və ştat cədvəlinin komplektləşdirilməsi davam etmişdir.
6. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, cavabdeh Bakı səhəri X9 üzrə Bas İdarəsi icraatınızda olan e-2- 1(112)-9370/2022 saylı iş üzrə iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********7733 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2022-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 3 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2022-ci il tarixli DVX seriyalı 006076 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********9459 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********881900 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 17:17:13-də oxunduğu müəyyən edilmişdir. O cümlədən operativ vergi nəzarəti tədbiri nəticəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 014037 nömrəli aktla rəsmiləşdirildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********9457 nömrəli qərar qəbul olunaraq, iddiaçı barəsində 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, aktda adı qeyd olunmuş fiziki şəxslərdən Kubra Həmzəyevanın işçi kimi sənədləşdirilməsi barədə sahibkar məhz operativ vergi nəzarətinin həyata keçirildiyi gün - xx.xx.2022-ci il tarixində qərar vermiş, həmin fiziki şəxsin əmək müqaviləsi qeydiyyatının aparılmasında texniki çətinlik yaranmışdır. Nərgiz Muradova həmin anda mağazaya işlə tanışlıq üçün gəlmiş və onun işə götürülməsi ilə bağlı sahibkarla həmin şəxs arasında razılıq əldə edilməmişdir. Qeyd olunanların əksinə bildiririk ki, işçi X2 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən etibarən İddiaçı tərəfindən “nəzarətçi” vəzifəsinə işə götürüldüyünü, aylıq əmək haqqının 300 manat təşkil etdiyini, iş vaxtının saat 07:00-dan 17:00-a qədər olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Gülnarə və Esmiranı tanıdğını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X3 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 3 gün əvvəl İddiaçı tərəfindən “xadimə” vəzifəsinə işə götürüldüyünü, aylıq əmək haqqının 300 manat təşkil etdiyini və obyektdə özündən başqa işləyən işçilərdən Məmmədova Kəmalə, Kərimova Arzu, İbrahimova Şərqiyyəni tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. İddiaçı ərizəsində eyni zamanda əsassız olaraq qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli 014037 nömrəli aktda göstərilmiş nağd hesablaşmaların aparılması qaydalarının pozulması həqiqətə uyğun deyil, qeyd olunan məbləğ kassa aparatına mədaxil edilmişdir. Bildiririk ki, xx.xx.2022-ci il tarixdə saat 14:03-də tərəfimizdən keçirilən operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən alınmış torta görə 19 (on doqquz) manat ödəniş edildiyi, lakin ödənişin müqabilində NKA-ya çek vurulmadığı müəyyən olunmuş və uçotdan yayındırılmış məbləğ xx.xx.2022-ci il tarixində saat 14:07-də 18 nömrəli çeklə bərpa edilmiş və “X” hesabatı və bərpa çeki akta əlavə olunmuşdur. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmiş, iddiaçı ümümi ifadələrdən istifadə etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddia ərizəsini əsaslandırmağa çalışmışdır.
7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1332/2023 xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********9459 saylı qərarı 1(bir) nəfər fiziki şəxs üçün (X2) tətbiq edilmiş maliyyə sanksiyası (2000 manat) hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməsi qərara alınmışdır.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrini əsas tutaraq xx.xx.2022-ci il tarixli, **********733 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, iddiaçıya məxsus olan obyektdə (obyektin adı: şirniyyat mğazası; ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət 39) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır.
9. Həmin yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY221739036 nömrəli çıxarışa əsasən qeydiyyata alınmış və keçirilmə əsası olaraq (yoxlayıcı orqanın adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: “İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖENi:**********; yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2022-xx.xx.2022; yoxlanılan dövr: cari fəaliyyət; yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: 17001 şirniyyat mağazası; AZ 1066 Baki şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsi, ev 39; yoxlamanın növü: operativ vergi nəzarəti; yoxlamanın tipi: plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar)) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi göstərilmişdir.
10. Cavabdehin xx.xx.2022-ci il tarixli DVX seriyalı 006076 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktına əsasən keçirilmiş operativ yoxlama zamanı iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən “Padişah deserti” şirniyyat mağazasında 8 (səkkiz) nəfər fiziki şəxs yoxlamaya cəlb edilmişdir. Cəlb edilmiş 8 (səkkiz) nəfər fiziki şəxsdən 2 (iki) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmiş, həmin aktın əlavəsinə əsasən 1.X7 və 2.X2 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər. Buna görə iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
11. İnzibati icraat zamanı izahatı alınmış X2 öz izahatında qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixində işə qəbul edilmiş və onunla işəgötürən arasında əmək və xidməti müqavilə bağlanılmamışdır.
12. İnzibati icraat zamanı izahatı alınmış X7 öz izahatında qeyd etmişdir ki, o, xx.xx.2022ci il tarixindən xadimə vəzifəsinə təyin edilmiş və onunla işəgötürən arasında əmək və xidməti müqavilə bağlanılmamışdır.
13. İnzibati icraat zamanı izahatı alınmış İddiaçı öz izahatında qeyd etmişdir ki, o, ünvan 7 ünvanında yerləşən “Padişah desserti” obyektində sahibkarlıq faəliyyəti ilə məşğul olur. Fəaliyyət göstərdiyi obyektdə xx.xx.2022-ci il tarixdə saat 14.10-da OVN zamanı müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş 8 nəfər işçinin 7 nəfəri ilə əmək müqaviləsi mövcud olmuşdur. Lakin həmin 7 nəfər işçidən 1 nəfər işçi X8 ilə bağlanılmış əmək müqaviləsi elektron informasiya sistemi xətasından OVN keçirilən vaxtdan 40 dəqiqə sonra sistemə düşmüşdür. Bir nəfər işçi X2 isə əmək müqaviləsi (kontraktı) olmadan fəaliyyət göstərmişdir.
14. Məhkəmə prosesi gedişində X2 şahid qismində dəvət edilmiş və məhkəmə iclasında dindirilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən X2 verdiyi ifadəsində qeyd etmişdir ki, vergi orqanı tərəfindən yoxlama aparılan zaman iş elanı ilə əlaqədar olaraq işin hansı qaydada görülməsinə baxmaq, tanış olmaq üçün getmişdir. Həmin vaxt iddiaçı ilə arasında heç bir müqavilə mövcud olmamışdır. Şahid məhkəmə iclasında verdiyi izahatında vergi orqanının nümayəndələrinin təzyiqi ilə onların diktə etdiyi qaydada yazdığını qeyd etmiş, həmin qaydada yazılmadığı təqdirdə cərimə olunacağını bildirmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında verdiyi ifadə onun izahatının cavabdeh inzibati orqan tərəfindən təzyiq altında diktə edilərək yazıldığını qeyd etmiş və buna dair hər hansı video görüntülərin də aparılmadığını bildirmişdir.
15. Məhkəmə iclasında sədrlik edən, cavabdehin nümayəndəsinə video görüntünün təqdim edilməsini təklif etmişdir.
16. Cavabdehin nümayəndəsi belə video görüntünün olmadığı üçün təqdim edə bilmədiyini qeyd etmişdir.
17. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında verilmiş izahatlardan da görünür ki, yoxlama aparılan zaman həmin şəxs iş elanı ilə bağlı olaraq həmin vaxt iddiaçının sahiblik etdiyi obyektdə olmuşdur. İddiaçı tərəfindən işə cəlb edilmiş 1 nəfər fiziki şəxs X7 ilə sonradan əmək müqaviləsi bağlanılmış, bağlanmış əmək müqaviləsi vergi nəzarətinin həyata keçirilməsindən sonra müvafiq sistemə daxil edilmiş və o, rəsmi olaraq əmək fəaliyyətinə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər fiziki şəxs X2 verdiyi izahatda həmin müəssisədə işləmədiyini, iş axtardığını bildirmişdir. Qeyd olunan izahatdan da göründüyü kimi həmin obyektə iş elanı ilə bağlı olaraq gəlsə də, sonradan həmin obyektdə işləməkdən imtina etmişdir. Həmin şəxsin iddiaçının sahiblik etdiyi obyektlə heç bir əlaqəsi olmamışdır.
18. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi yoxlamasının həyata keçirilməsi qərarına gəlsə də, operativ vergi nəzarətinin nəticələrinin protokollaşdırılmasında Vergi Məcəlləsinin tələblərinə əməl etməmişdir. Belə ki, həmin şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Hansı ki, vergi orqanın əməkdaşları pozuntu faktını vergi qanunvericiliyinin tələbləri baxımından, protokollaşdırmalı, foto və (və ya) video çəkilişdən istifadə etməli olduğu halda bunları etməmişdir. Nəzərə alınmalıdır ki, yalnız foto və (və ya) video çəkilişdən istifadə edilərək protokollaşdırılan hallar məhkəmə və ya inzibati icraat çərçivəsində sübut qismində istifadə oluna bilər. Hazırkı halda, cavabdehin iddiaçının əmək müqaviləsi olmadan hansısa şəxsləri işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir.
19. Vergi orqanı tərəfindən vergi ödəyicisinin operativ vergi nəzarəti zamanı əhali ilə pul hesablamaları qaydalarının pozulması müəyyən olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən iddiaçının istifadəsində olan “Padişah şirniyyat” evində müştəri tərəfindən alınmış torta görə 19 manat nağd pul ödənilmiş, lakin vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatına çek vurulmamış və müştəriyə təqdim olunmamışdır.
20. Məhkəmə qeyd edir ki, vergi ödəyicisi tərəfindən həmin nağd pul ödənişinin sonradan nəzarət kassa aparatına vurulması göstərilən pozuntunun törədilməsinin etirafı kimi qiymətləndirilməldir. Bununla da iddiaçı tərəfindən qeyd edilən pozuntuya yol verilməsi sübuta yetirilmiş hesab olunmalıdır.
21. Beləliklə də, xx.xx.2022-ci il tarixli **********9457 saylı qərar qəbul edilərəkən cavabdeh vergi orqanı tərəfindən maddi hüquq normalarının və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilmədiyi müəyyən olunur.
22. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.11-ci, 23.1.1-ci, 36.2-ci, 41.1-ci, 41.2-ci, 41.1-ci, 49.1-ci, 49.5-ci, 50.1-ci, 50.1.7-ci, 50.3, 50.6-cı, 53.3-cü, 58.10-cu maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə, 7-ci maddəsinin 2-ci bəndinə, 3-cü maddəsinin 5.1-ci bəndinə, 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə, 49-cu maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 62.3-cü, 62.4-cü, 194.1-cü, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci, 67.1-ci, 67.2-ci maddəsinə əsasən istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
23. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-1332/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: **********) cavabdeh Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********9459 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir.Qeyd olunanların əksinə bildirirlər ki, operativ vergi nəzarəti tədbiri zamanı işçi X2 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən etibarən İddiaçı tərəfindən “nəzarətçi” vəzifəsinə işə götürüldüyünü, aylıq əmək haqqının 300 manat təşkil etdiyini, iş vaxtının saat 07:00-dan 17:00-a qədər olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Gülnarə və Esmiranı tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir.Xüsusilə vurğulamaq istəyir ki, məhkəmə Muradova Nərgizin məhkəmə iclasında verdiyi ifadəni əsas götürmüş olsa da, qərarda qeyd olunan “həmin şəxsin iddiaçının sahiblik etdiyi obyektlə heç bir əlaqəsi olmamışdır” ifadəsi həqiqəti əks etdirmir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən OVN tədbiri başa çatdıqdan bir neçə saat sonra, elə həmin gün iddiaçı X2 ilə müqavilə bağlayaraq, əmək müqaviləsi bildirişini elektron sistemə əlavə etmiş və həmin müqaviləyə 10 gün sonra xitam verilmişdir. Yuxarıda qeyd olunan hallar bir daha sübut edir ki, OVN tədbiri zamanı X1 Səbuhi Oktay oğlu tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb edilmiş və məhkəmənin Muradova Nərgizin məhkəmə iclasında verdiyi həqiqəti əks etdirməyən izahata əsaslanaraq həmin şəxsin obyektlə heç bir əlaqəsi olmaması barədə qeydi tamamilə əsassızdır. Əlavə olaraq qeyd etmək istərdi ki, məhkəmə iclasında İddiaçı və X2 izahat verərək OVN tədbiri zamanı cavabdeh inzibati orqan tərəfindən təzyiq edildiyini, N.Muradovanın təzyiq altında izahatı yazdığını bildirsələr də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdirlər. Göründüyü kimi, məhkəmənin iddianın təmin edilməsi hissəsində olan əsaslandırmaları tamamilə əsassız və qanunsuzdur.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
e) Prosses iştirakçılarının izahatları
26. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
27. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: - 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. - Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, (...) əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. - Həmin Məcəllənin 3-cü maddəsinin 5.1-ci bəndinə əsasən, əmək müqaviləsi bildirişi- (...) əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. - Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (...) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. - Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, (...) əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
29. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: - 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. - 36.2-ci maddəsinə əsasən Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. - 41.1-ci maddəsinə əsasən Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. - 41.2-ci maddəsinə əsasən Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. - 50.1-ci maddəsinə əsasən Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - ..... - 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 62.3-cü maddəsinə əsasən şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. - 62.4-cü maddəsinə əsasən şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. - 194.1-cü maddəsinə əsasən sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir.
31. “İnzibati icraat haqqında” Qanunu: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayətində qərar iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
36. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
37. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrini əsas tutaraq xx.xx.2022-ci il tarixli, **********733 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, iddiaçıya məxsus olan obyektdə (obyektin adı: şirniyyat mğazası; ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət 39) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır.
38. Cavabdehin xx.xx.2022-ci il tarixli DVX seriyalı 006076 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktına əsasən keçirilmiş operativ yoxlama zamanı iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən “Padişah deserti” şirniyyat mağazasında 8 (səkkiz) nəfər fiziki şəxs yoxlamaya cəlb edilmişdir. Cəlb edilmiş 8 (səkkiz) nəfər fiziki şəxsdən 2 (iki) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmiş, həmin aktın əlavəsinə əsasən 1.X7 və 2.X2 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər. Buna görə iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
39. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9459 nömrəli qərarı ilə iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
40. İddiaçı (VÖEN: **********) cavabdeh Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********9459 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir.
42. Məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsasən (Qərarın 28-29-cu bəndləri) iddianın təmin olunmuş hissəsində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********9459 saylı qərarı 1(bir) nəfər fiziki şəxs üçün (X2) tətbiq edilmiş maliyyə sanksiyası (2000 manat) hissəsində ləğv edilməsi) birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, operativ vergi nəzarəti tədbiri zamanı işçi X2 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022ci il tarixindən etibarən İddiaçı tərəfindən “nəzarətçi” vəzifəsinə işə götürüldüyünü, aylıq əmək haqqının 300 manat təşkil etdiyini, iş vaxtının saat 07:00-dan 17:00-a qədər olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Gülnarə və Esmiranı tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir.
43. İnzibati icraat zamanı izahatı alınmış İddiaçı öz izahatında qeyd etmişdir ki, o, ünvan 7 ünvanında yerləşən “Padişah desserti” obyektində sahibkarlıq faəliyyəti ilə məşğul olur. Fəaliyyət göstərdiyi obyektdə xx.xx.2022-ci il tarixdə saat 14.10-da OVN zamanı müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş 8 nəfər işçinin 7 nəfəri ilə əmək müqaviləsi mövcud olmuşdur. Lakin həmin 7 nəfər işçidən 1 nəfər işçi X8 ilə bağlanılmış əmək müqaviləsi elektron informasiya sistemi xətasından OVN keçirilən vaxtdan 40 dəqiqə sonra sistemə düşmüşdür. Bir nəfər işçi X2 isə əmək müqaviləsi (kontraktı) olmadan fəaliyyət göstərmişdir.
44. Birinci instansiya məhkəməsi Muradova Nərgizin məhkəmə iclasında verdiyi ifadəni əsas götürmüş olsa da, qərarda qeyd olunan “həmin şəxsin iddiaçının sahiblik etdiyi obyektlə heç bir əlaqəsi olmamışdır” ifadəsi həqiqəti əks etdirmir.
45. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən OVN tədbiri başa çatdıqdan bir neçə saat sonra, elə həmin gün iddiaçı X2 ilə müqavilə bağlayaraq, əmək müqaviləsi bildirişini elektron sistemə əlavə etmiş və həmin müqaviləyə 10 gün sonra xitam verilmişdir.
46. Yuxarıda qeyd olunan hallar bir daha sübut edir ki, OVN tədbiri zamanı X1 Səbuhi Oktay oğlu tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb edilmiş və məhkəmənin Muradova Nərgizin məhkəmə iclasında verdiyi həqiqəti əks etdirməyən izahatına əsaslanaraq həmin şəxsin obyektlə heç bir əlaqəsi olmaması barədə qeydi tamamilə əsassızdır.
47. Əlavə olaraq qeyd edilməlidir ki, məhkəmə iclasında İddiaçı və X2 izahat verərək OVN tədbiri zamanı cavabdeh inzibati orqan tərəfindən təzyiq edildiyini, N.Muradovanın təzyiq altında izahatı yazdığını bildirsələr də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdirlər.
48. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1332/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qismən- iddianın təmin olunmuş (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********9459 saylı qərarı 1(bir) nəfər fiziki şəxs üçün (X2) tətbiq edilmiş maliyyə sanksiyası (2000 manat) hissəsində ləğv edilməsi) hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1332/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qismən- iddianın təmin olunmuş (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********9459 saylı qərarı 1(bir) nəfər fiziki şəxs üçün (X2) tətbiq edilmiş maliyyə sanksiyası (2000 manat) hissəsində ləğv edilməsi) hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.