Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2718/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşa görə əmək pensiyasının təyin olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, onun 64 yaşı xx.xx.2019cu il tarixdə tamam olmuşdur.
2. İddiaçıya məxsus BB-İ №019293 nömrəli xx.xx.2012-ci il tarixli diplomun surətindən görünür ki, iddiaçı 1973-cü il tarixdə Bakı Dövlət Universitetinə daxil olmuş və xx.xx.1978-ci ildə riyaziyyat ixtisası üzrə tam kursu bitirmiş, riyaziyyatçı, riyaziyat müəllimi ixtisası verilmişdir.
3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin xx.xx.2022-ci il tarixli, 01-Tt/783 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 1972-ci il 29 noyabr tarixli 415/c nömrəli əmrlə hazırliq şöbəsinin (əyani) dinləyici, 1973-cü il 23 iyul tarixli 123 n/c nömrəli əmrlə Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsinin İ kursuna qəbul olunmuş, 1978-ci il 10 iyul tarixli 3/226 nömrəli əmrlə həmin fakültənin əyani şöbəsini “Riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisası üzrə bitirmiş və ona 2012-ci il 10 sentyabr tarixində qeydiyyat nömrəsi MR-06 olan BB-İ seriyalı 019293 nömrəli dublikat adi diplom verilmişdir.
4. xx.xx.1978-ci il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdə ADU-nun riyaziyyat fakultəsini bitirib təyinatla rayona gəlmiş, həmin tarixdən Vəlibəyli kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. xx.xx.1992-ci il tarixdə Vəlibəyli kənd orta məktəbinin riyaziyyat müəllimi Bakı şəhəri Yasamal rayonunda təşkil edilmiş 35 saylı Laçın orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. Avqust 1997-ci il tarixdə irəli çəkilərək 35 saylı Laçın orta məktəbinə direktor vəzifəsinə təyin edilmişdir.
5. Laçın rayon RTŞ üzrə 234 saylı 18 iyun 2002-ci il tarixli əmrdən çıxarışdan görünür ki, X1 ali təhsilli texniki fənlər və əmək təlimi müəllimi beş ildən artıq pedoqoji staja malik olmaqla irəli çəkilərək 35 saylı Laçın orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir.
6. Laçın rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 15 nömrəli məktubundan görünür ki, arxivdə saxlanılan Laçın rayon Təhsil şöbəsinin 1992-2002-ci illəri əhatə edən arayış xarakterli arxiv sənədlərinə baxış keçirilmişdir. iddiaçının Yasamal rayonunda təşkil edilmiş 35 saylı Laçın orta məktəbində ancaq 1996-2002-ci illərdə müəllim işləməsi aşkar olunmuşdur. İşə qəbul və işdən çıxma barədə əmrlər isə arxivə təqdim olunmamışdır.
7. Laçın rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 02 nömrəli arxiv arayışında isə Ağdam rayon Dövlət arxivində saxlanılan Laçın rayon Təhsil şöbəsinin arayış xarakterli arxiv sənədlərinə əsasən iddiaçının 35 saylı orta məktəbdə müəllim işlədiyi və iyul 1996iyun 2002-ci illərdə əmək haqqı aldığı göstərilmişdir.
8. Laçın rayon 35 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli, M-048/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin cavablandıra bilməmələrinin səbəbi xx.xx.2002-ci il tarixdə məktəbi təhvil-təslim edərkən keçmiş illərə aid heç bir məktəb sənədlərinin olmamasıdır. Bu səbəbdən tələb olunan sənədləri təqdim etmək mümkün deyil.
9. İddiaçı xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) müraciət etmişdir.
10. Cavabdeh **********6 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, onun təqdim etdiyi xx.xx.1978-ci il tarixli ИТ-İ №1115824 saylı əmək kitabçasının və diplomun surətinə əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığı dövr) 24 il 10 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. xx.xx.1978-ci il tarixində adına tərtib olunmuş ИТ-İ №1115824 saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Laçın rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 02 saylı arxiv arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Laçın rayon Təhsil şöbəsindəki əmək fəaliyyəti dövründə xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək adına əmək haqqı ödənişinə rast gəlinməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1971-ci ildə Laçın rayonunun Vəlibəyli kəndində yerləşən orta məktəbi bitirmiş, daha sonra Bakı Dövlət Universitetinin “Mexanika Riyaziyyat” fakültəsinə imtahan versə də, konkursa düşmüşdür. Konkursa düşdüyü üçün Laçın rayonu Vəlibəyli kəndində yerləşən Firidirx Engels adına kolxozda fəhlə işləməyə başlamışdır. Növbəti ilin qəbulunda isə, yəni 1972-ci ildə həmin kolxozdan ona göndəriş verilmiş və Bakı Dövlət Universitetinin hazırlığına qəbul olunmuşdur. 1973-cü ildə Bakı Dövlət Universitetinin “Mexanika Riyaziyyat” fakültəsinə qəbul olmuş, 1978-ci ildə həmin Universiteti bitirmişdir. Universiteti bitirdikdən sonra yenidən Vəlibəyli kəndinə qayıdaraq müəllim kimi fəaliyyətini davam etdirməyə başlamışdır. Həmin ildən, yəni 1978-ci ildən 2002-ci ilədək iş stajı barədə məlumat əmək kitabçasında vardır. İddiaçı lazımi sənədləri toplayaraq yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, bir neçə ay çatışmadığı üçün ona imtina cavabı verilmişdir. Laçın rayon Təhsil şöbəsindəki əmək fəaliyyəti dövründə xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək adına əmək haqqı ödənişinə rast gəlinmədiyi göstərilmişdir. Cəmi 2 ay iş stajı çatmadığı üçün ona əmək pensiyası təyin olunmur. Onun işlədiyi bütün dövrlər toplanan zaman isə stajı 27 ildən artıq edir. O, xx.xx.2022-ci il tarixdə əmək stajı barədə dəqiq məlumatı olması üçün Azərbaycan Respublikasının Milli Arxiv idarəsinə, Bərdə rayonunda yerləşən Laçın rayon Arxiv idarəsinə və Bakı Dövlət Universitetinə rəsmi müraciət edərək arxiv çıxarışlarının verilməsini xahiş etmiş, lakin bu sənədləri göndərdiyi tarixə kimi ona nə Milli Arxiv idarəsindən, nə də ki, Laçın rayon Arxiv İdarəsindən heç bir məlumat verilməmişdir.
13. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Etiraz onunla əsaslandırılmışdır ki, Filialın xx.xx.2022-ci il tarixli **********6 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə” qərarında İddiaçı məxsus xx.xx.1978-ci il tarixli əmək kitabçasına və diplomun surətinə əsasən onun ümumi iş stajının 24 il 10 ay olmaqla qanunla tələb olunan müddətdən az olduğu, eyni zamanda fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı və xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Laçın rayon Təhsil şöbəsində işlədiyi dövr ərzində adına əmək haqqı ödənişinə rast gəlinməmişdir, bu səbəbdən də sözügedən illərin sosial sığorta stajına daxil edilməsinin qanunun tələblərinə müvafiq olmadığı qeyd edilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.1978-ci il tarixdə tərtib olumuş ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Vəlibəyli kənd orta məktəbində, xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 35 saylı Laçın orta məktəbində işləmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli BB-İ 019293 nömrəli diplomun dublikatının surətinə və xx.xx.2021-ci il tarixli 01-H/1058 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində “Riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisası üzrə əyani təhsil almışdır. İddiaçı yaşa görə əmək pensiyasına hüququ ‘‘Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 64 yaşda, yəni xx.xx.2019-cu il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq İddiaçı həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. Qeyd olunanlarla yanaşı, iddiaçının şəxsiyyət vəsiqəsində qeyd olunan soyad, ad, ata adı (İddiaçı) ilə əmək kitabçasında qeyd olunan soyad, ad, ata adında (X8) fərq mövcuddur. İşin mübahisələndirilən bir neçə halı vardır və onlardan birincisi İddiaçı ona məxsus olduğunu iddia etdiyi xx.xx.1978-ci il tarixli əmək kitabçasında iddiaçının adının X5 olaraq qeyd edilməsindən ibarətdir. Bununla yanaşı əmək kitabçasının birinci səhifəsində işçinin özü haqqında məlumatlar İddiaçı tərəfindən öz imzası ilə təsdiq edilməmişdir. Sözügedən bütün arqumentlər həmin əmək kitabçalarının İddiaçı məxsusluğuna şübhə yaradır. Bundan əlavə iddaçı İddiaçı təqdim etdiyi arxiv arayışlarında və diplomun surətində onun adı X5 olaraq qeyd edilmişdir. İşin mübahisələndirilən digər halı İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Laçın rayon Təhsil şöbəsində işlədiyi dövrdür. Belə ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (3 il 9 ay 29 gün) iddaçı İddiaçı adına əmək haqqı ödənişi yoxdur. Bu halda həmin dövrlərin iş stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququ yarandığı 64 yaşda, yəni xx.xx.2019-cu il tarixdə qanunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir və təgdim edilən əmək kitabçası,arxiv arayışları və diplom pensiya hüguqunu reallaşdırmaq üçün əsas olduğundan İddiaçı məxsus olması faktı məhkəmə qaydasında tanınmalıdır.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, stinad olunan normalar nəzərə alınmaqla iddiaçının diplomunu və əmək kitabçasındakı qeydləri əsas götürdükdə aydın olur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək cəmi 28 il 7 ay 28 gün ümumi sığorta stajına malik olmuşdur.
17. İddiaçının hüququnun yarandığı xx.xx.2019-cu il tarixdə qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.
18. Bundan əlavə, işdə olan sənədlərdən görünür ki, iş materialları ilə iddiaçının 35 saylı orta məktəbdə işləməsi müəyyən edilmiş, lakin müvafiq sənədlər arxivə təhvil verilməmişdir.
19. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Laçın təhsil şöbəsinin metodisti Nəriman Əliyev, Bozlu orta məkətinin direktoru Rüstəm Həsənov, 35 saylı orta məktəbin yeni təyin olunmuş direktoru Səbinə Nəcəfova, 35 saylı orta məktəbin tədris işləri üzrə direktor müavini Əhliyyət Cəfərov və 35 saylı məktəbin təşkilat məsələləri üzrə müavini Muxtarova Asimə aktı tərtib etmişlər ki, məktəbin yeni təyin olunmuş direktoru Səbinə Nəcəfovaya təhvil-təslim edərkən keçmiş illərə aid heç bir məktəb sənədləri, o cümlədən möhür və ştamp olmadı.
20. Məhkəmə qeyd edir ki, iddiaçının müəllim vəzifəsində işlədiyi dövrdəki arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
21. Bundan başqa, cavabdeh əmək kitabçasında qeyd edilən həmin dövrlərin mötəbər olmaması ilə bağlı hər hansı bir sübutu təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
22. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin birinci abzasına əsasən 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.
23. Lakin işdən görünür ki, cavabdeh heç bir əsaslı şübhə olmadan iddiaçının 1992- 1996-ci illərə aid sığorta stajını qəbul etməmiş, bununla iddiaçının hüquqlarını pozmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövrlər iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə həmin inzibati orqan hər hansı mötəbər sübut təqdim etmədiyindən onun bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
24. İşdən görünür ki, cavabdeh etirazında həmçinin əmək kitabçasında və diplomda iddiaçının soyadının “Abışov”, şəxsiyyət vəsiqəsində isə “Abuşov” göstərilməsinə istinad etmişdir.
25. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, tədqiq olunan sənədlərdən aydın olur ki, iddiaçıya məxsus ilkin sənədlərin rus dilində tərtib edilməsi sonradan Azərbaycan dilində tərtib edilmiş sənədlərlə fərqliliyin yaranmasına səbəb olmuşdur və bu hal iddiaçıya pensiya təyinatından imtina üçün əsas deyildir.
26. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Laçın rayon Təhsil şöbəsində işlədiyi dövr ərzində adına əmək haqqı ödənişinə rast gəlinməmiş, bu səbəbdən də sözügedən illərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə qərarının əsaslandırma hissəsində qeyd edir ki, cavabdeh inzibati orqan heç bir əsas olmadan iddiaçının əmək kitabçasındaki qeydlərin mötəbərliyini mübahisələndirmişdir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Sözügedən Qaydaların 3.2-ci bəndinə əsasən, işəgötürənlər tərəfindən əmək kitabçasındaki qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. 25 dekabr 1991-ci il tarixli “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasənhəmin tarixdən 1940-cı ilə qədər Azərbaycanda istifadə edilən 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbası bərpa edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.1978-ci il tarixli əmək kitabçasının 3 nömrəli qeydində doldurulma qaydasının pozulduğu müəyyən edilmişdir. Belə ki, müvafiq qeyddə əmrin nömrəsi və tarixi qeyd edilməmiş, həmçinin müvafiq qeydlər kiril qrafikalı əlifba ilə aparılmışdır. Bu səbəbdən həmin qeydlərin mötəbərliyinə şübhə yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə 28 aprel 2022-ci il tarixli qərarının 4.1.1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyası təyin edilərkən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən sığorta stajı kimi nəzərə alınır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2 nömrəli arxiv arayışına əsasən iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək Laçın rayon Təhsil şöbəsində işləmiş və əməkhaqqı almışdır. Qeyd olunanlara əsasən, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işləməsi və əməkhaqqı alması barədə məlumatlar təqdim edilmədiyindən qeyd edilən dövrün iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-1838/2023 nömrəli qərarında qeyd edilir ki, məhkəmə əməkhaqqı alınmayan dövrlər sığorta stajına daxil edilməzdən qabaq ətraflı araşdırma aparılmalı, iddiaçının işdən azad edilmədiyi hallarda ona əməkhaqqının hansı səbəblərdən hesablanmadığı aydınlaşdırmalı və müvafiq dövrlərin sığorta stajına daxil edilməsini tam əsaslandırmalıdır. Göründüyü kimi, məhkəmə yekun qərarını qəbul edərkən iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Laçın rayon Təhsil şöbəsində işlədiyi və əməkhaqqı almadığı dövrləri araşdırmadan sığorta stajına daxil etmiş, lakin kifayət qədər əsaslandırma aparmamışdır. Həmçinin işin mübahisəli digər məqamını nəzərinizə çatdırmaq istərdik ki, iddiaçının təqdimetdiyi sənədlərdəki ad, soyad və ata adı ilə şəxsiyyət vəsiqəsində qeyd olunmuş ad, soyad və ata adı üst-üstə düşmür. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsində ad, soyad və ata adı İddiaçı kimi qeyd olunmasına baxmayaraq, əmək kitabçasında, diplomun surətində və digər sənədlərdə X8 kimi qeyd edilmişdir. Məhkəmə bu hala münasibətdə qərarın əsaslandırma hissəsində qeyd edir ki, iddiaçıya məxsus ilkin sənədlərin rus dilində tərtib edilməsi sonradan Azərbaycan dilində tərtib edilmiş sənədlərdə fərqliliyin yaranmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən,şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında tanınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: - birincisi, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); - ikincisi, həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; - üçüncüsü, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndində göstərilir ki,məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Qeyd olunan qanunvericilik normalarının tələblərindən görünür ki, iddiaçı təqdim etdiyi sənədlərin özünə məxsus olmasını məhkəmə qaydasında təsdiq etməlidir. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən qeyd edilməlidir ki, iddiaçının 25 il ümumi stajı olmadığından və təqdim etdiyi sənədlərin özünə məxsus olması barədə məhkəmə qətnaməsi olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkünsüzdür.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın:
4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
4. əyani təhsil dövrünü tələb edən sənədlərə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5.2-ci bəndinə əsasən, 1 iyul 2018 - 30 iyun 2019-ci illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 64 yaş müəyyən edilmişdir
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:
67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
35. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
37. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:
3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır.
38. “İnzibati icraat haqqında” Qanunun:
15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
42. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
43. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
46. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
47. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
48. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsidir.
49. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 64 yaşdan yaşa görə pensiya hüququnun yaranması üçün göstərilən iki şərtdən biri mövcud olmalıdır:
1. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq;
2. Azı 25 il sığorta stajı olduqda;
50. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması və fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmadığı işin mübahisələndirilməyən halıdır.
51. İşin mübahisəli halı və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh iddiaçıya 24 il, 10 ay əmək stajı hesablamaqla onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək ( 3 il 9 ay 29 gün) olan müddəti sığorta stajına daxil etməmişdir. İmtinanın əsası kimi həmin dövrdə iddiaçının adına əmək haqqı ödənişinin olmaması qeyd olunmuşdur. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir.
52. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati icraat dövründə ətraflı araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçının xx.xx.2006-ci il tarixə kimi 28 il 7 ay 25 gün ümumi iş stajının mövcud olması ona məxsus əmək kitabçası, Laçın rayon Dövlət Arxivinin arayışı, Bakı Dövlət Universitetinin arxiv arayışı ilə öz təsdiqini tapmışdır.
53. Məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Laçın rayon 35 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli, M-048/2023 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinin cavablandıra bilməmələrinin səbəbi xx.xx.2002-ci il tarixdə məktəbi təhvil-təslim edərkən keçmiş illərə aid heç bir məktəb sənədlərinin olmamasıdır. Bu səbəbdən tələb olunan sənədləri təqdim etmək mümkün deyil. Buna görə də iddiaçının həmin dövrdəki əmək fəaliyyəti üzrə hər hansı arxiv məlumatının əldə olunması mümkünsüzdür.
54. Belə ki, iddiaçının müəllim vəzifəsində işlədiyi dövrdəki arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bu hal iddiaçının məsuliyyət sferasına aid edilə bilməz və sənədlərin arxivdə olmaması onun təqsirinə yozaraq hüquqlarını məhdudlaşdıra bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
55. Bununla bağlı kollegiya qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
56. Həmin Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
57. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
58. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
59. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır.
60. Bu əsasla iddiaçının xx.xx.1992-xx.xx.1996-cı illərdə Laçın rayon Təhsil şöbəsindəki 3 il 9 ay 29 gün əmək faliyyəti onun iş stajına daxil edilməlidir. Belə ki, iddiaçı qeyd olunan dövrlərdə Laçın rayon Təhsil şöbəsində əmək fəaliyyəti göstərməsi barədə müvafiq qeyd əmək kitabçasında öz əksini tapmışdır.
61. Həmçinin, kollegiya apellyasiya şikayətinin əmək kitabçasının doldurulma qaydasının pozulması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, əmək kitabçasının doldurulma qaydasına riayət olunmamasının iş stajına daxil edilməsinin yolverilməzliyini müəyyən edən müddəa qanunvericilikdə təsbit edilməmişdir.
62. Vətəndaşın iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədər (arayış, əmr və s.) nəzərə alınır.
63. İş materiallarından görünür ki, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir.
64. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh inzibati orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
65. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
66. Cavabdeh apellyasiya şikayətində həmçinin əmək kitabçasında və diplomda iddiaçının soyadının “Abışov”, şəxsiyyət vəsiqəsində isə “Abuşov” göstərilməsinə istinad etmişdir. Kollegiya bununla bağlı birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır. Tədqiq olunan sənədlərdən aydın olmuşdur ki, iddiaçıya məxsus ilkin sənədlərin rus dilində tərtib edilməsi sonradan Azərbaycan dilində tərtib edilmiş sənədlərlə fərqliliyin yaranmasına səbəb olmuşdur və bu hal iddiaçıya pensiya təyinatından imtina üçün əsas deyildir.
67. Belə olan halda da, iddiaçının əmək kitabçasında qeydiyyat aparılmış xx.xx.1992xx.xx.1996-ci illər üzrə nəzərə alınmayan 3 il 9 ay 29 gün ümumi iş stajına daxil edildikdə və cavabdeh tərəfindən mübahisələndirilməyən 24 il 10 ay sosial sığorta stajı ilə toplandıqda iddiaçıya qanunla tələb olunan 25 ildən artıq ümumi sosial sığorta stajı yığmağa kifayət edir (24 il 10 ay + 3 il 9 ay 29 gün = 28 il 7 ay 29 gün).
68. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
69. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.