Məhkəmə qərarları › İş №2-1(103)-2719/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2719/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2719/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına (3-cü şəxs Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi) qarşı “pulun geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5843/2021 saylı 04 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə (prosessual müddətin bərpası barədə ərizəyə) 04 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası X3rşı 1-ci cavabdeh vəkillər kollegiyasının rəyasət heyəti tərəfindən vəkilliyə namizədlərin hər birindən imtahana buraxılmaları üçün 200 manat pul məbləğinin tutulmuş olması üçün 17 mart 2018-ci il tarixdə çıxarılmış qərarın ləğv edilərək etibarsız sayılması, iddiaçıdan alınmış 850 manat pul məbləğinin ona qaytarılması, cavabdeh təşkilatın respublikanın vəkillər kollegiyasının sədri və digər məsul vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılması və prokurorluğa göndərilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçının xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddianın dəqiqləşdirilməsi barədə ərizəsi qismən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının cavabdeh qismində, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin isə üçüncü şəxs qismində göstərilməsi hissəsində icraata qəbul edilməsi, tələbin isə iddia ərizəsində göstərilən tələblə eynilik təşkil etdiyindən, həmin hissədə icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5843/2021 saylı 04 iyun 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, iddianın mümkün hesab edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Həmçinin şikayətə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə də əlavə edilmişdir. Prosessual müddətin bərpası barədə ərizəyə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdi. Məhkəmə kollegiyasının iclasına iddiaçı, cavabdehin nümayəndəsi gəlmiş, lakin üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlük məsələsinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ötürülmüş prosessual müddətin bərpası barədə ərizənin təmin olunmasını, apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etdi. Həmçinin izahatında bildirdi ki, Bakı İnzibati Məhkəməsinin qərardadı ilə 2021ci ildən tanışdır, həmin vaxtı qərardadın məzmunu ilə razılaşmış, hakimin hüquqi yardımına əsasən mülki icraat qaydasında iddia qaldırmışdır. Lakin mülki icraat qaydasında iddia tələbi üzrə işin icraatına xitam verilmişdir. Daha sonra cavabdeh orqana müraciət etmiş, yenidən inzibati məhkəmədə iddia qaldırmış, lakin həmin iddia tələbi də mümkün sayılmamış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5843/2021 saylı 04 iyun 2021-ci il tarixli qərardadına istinad edilmişdir. Odur ki, mülki iş üzrə Ali məhkəmənin qərarından sonra yenidən inzibati məhkəmədə iddia qaldırdığından ötürülmüş bu müddət üzürlü hesab edilməli və bərpa edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi ötürülmüş prosessual müddətin bərpası barədə ərizənin təmin olunmamasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, mülki icraat qaydasında iddiaçının tələbinə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı 20 sentyabr 2022-ci il tarixində çıxarılmışdır, lakin iddiaçı dərhal deyil, 8 ay sonra hazırki ərizə və apellyasiya şikayəti ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Odur ki, Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5843/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadından məlumatlı olmuş, lakin həmin qərardaddan 2 il sonra mülki icrat qaydasında vermiş olduğu tələb üzrə kassasiya instansiya məhkəməsinin qərarından isə 8 ay sonra hazırki ərizə və apellyasiya şikayəti ilə müraciət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası ötürülmüş müddəti üzürlü hesab etməyərək nəticəyə gəlir ki, ötürülmüş prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, apellyasiya mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5843/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadından verdiyi apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar