Məhkəmə qərarları › İş №2-1(103)-2719/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2719/2025

03.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2719/2025 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İbrahimov Maşallah İbad oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (mülkiyyət hüququnun qeydiyyata alınması ) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X3 və Hüseynov Pərviz Aktiv oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı İbrahimov Maşallah İbad oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı, üçüncü şəxs1 və Abbasova (Metin) Sevinc Soltan qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının Aparatının ## ###### 2023-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli, **** №-li sərəncamdan çıxarış: Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair bağ məsələləri üzrə komissiya yığıncağının ## #### 1993-cü il ** №-li protokolu. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin ## #### 1988-ci il */*** №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin # #### 1988-ci il *** №-li Qətnaməsinə əsasən aşağıdakı vətəndaşlara fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində bağ saəhsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar İdarəsi Göradil bağlar sahəsindəki ** №-li kooperativ tərəfindən iddiaçıya # #### 1993-cü il tarixli **** №-li qərara əsasən ona Göradil bağlar sahəsində ** №-li BTK nəzdində 0,12 hektarlıq torpaq sahəsi 888 T saylı bağ sahəsi ayrılmasına dair *** №-li Order verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh ## ######## 2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, “...idarənin arxivində eyni bağ tikinti kooperativi nəzdində “888T” nömrəli bağa dair digər şəxsin adına order mövcuddur. Bundan əlavə, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə və bağ-tikinti kooperativinin sxemində əksini tapmamışdır. Həmçinin göstərilən sahə digər bağların ərazisinə uyğun gəlir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli qərarı ilə tənzimlənir”. Birinci instansiya məhkəməsində icraat İddiaçı İbrahimov Maşallah İbad oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adına Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən “888T” saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmaqla həmin torpağa çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti, Apparatının Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfat İdarəsi tərəfindən ona Goradil bağlar sahəsindəki ** saylı kooperativ tərəfindən *** saylı order verilmişdir. Həmin order əsasında ona Bakı şəhəri İcra Hakimiyyətinin ##.##.1993-cü il tarixli **** saylı qərarına əsasən sahəsində ** saylı ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 888 ”T” saylı bağ sahəsi ayrılmışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, idarənin arxivində eyni bağ tikinti kooperaitivi nəzdində “888T” nömrəli bağa dair digər şəxsin adına (X1) order mövcuddur. Torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə və bağtikinti kooperativinin sxemində əksini tapmamışdır. Həmçinin göstərilən sahə 1500-1600 ilə başlayan bağların ərazisinə uyğun gəlir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən “888T” saylı torpaq sahəsi ***** nömrəli bağın icarəyə verilməsi haqqında müqavilə əsasında bağ evi kimi X2 adına qeydiyyatdan keçmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ###### 2023-cü il tarixli qərardadı ilə vəsatət qismən təmin edilərək, Abbasova (Metin) Sevinc Soltan qızının zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi və vəsatətin X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsinə dair hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ###### 2023cü il tarixli qərardadının qismən-cavabdeh inzibati orqanın ərizəsinin təmin edilməyən hissəsində ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## #### 2024-cü il tarixli qərardadı ilə X1 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ####### 2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs1 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ####### 2024-cü il tarixli qərardadı ilə həmin məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ləğv edilərək X1 üçüncü şəxs kimi prosessual statusu ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Bəhlul Cəlalov) iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək yeni qərar çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya oxşar məzmunda əsaslandırılmış, həmçinin əlavə olaraq qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti, Aparatının Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfat İdarəsi tərəfindən ona Göradil bağlar sahəsindəki ** saylı kooperativ tərəfindən *** saylı order verilmişdir. Həmin order ona Bakı şəhəri İcra Hakimiyyətinin ##.##.1993-cü il tarixli **** saylı qərarına əsasən sahəsində ** saylı ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 888 ”T” saylı bağ sahəsi ayrılmışdır. Orderin əsli iddiaçıdadır və həmin torpaq sahəsi də onun istifadəsindədir. Həmin torpaq sahəsinin digər bağların sayı ilə eyni olması iddiaçının günahından olmamışdır. Ona görə ki, ona sənədi dövlət orqanı vermişdir. Digər bağların yerin müəyyən etmək üçün mütləq həmin adamların istifadəsində olan torpaq sahələri müəyyən olunmalı idi. Ona görə ki, əgər onların əlində də eyni nömrə ilə bağ sahəsinə aid order mövcuddursa və həmin bağların mövcud olub olmamamsı, vətəndaşın istifadəsində olub-olmaması mütləq aydınlaşdırılmalı idi. İddiaçıya isə heç kəs 95 manat pulun ödənilməsini bildirməmişdir. Əgər bildirsə idilər iddiaçı həmin pulu ödəməkdən imtina etmir. Ona görə də hakimin çıxardığı qərar iddiaçının mülkiyyət hüququnu pozur. Ona görə də yenidən mütəxəssis rəyinin alınmasını istəyir və bunun üçün ekspertiza keçirilməsini xahiş edir. Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair bağ məsələləri üzrə komissiya yığıncağının ## #### 1993-cü il 50 No-li protokolu qeyd olunmuşdur. Digər adları qeyd olunan X1 və X2 adının həmin protokolda qeyd olunub-olunmaması hakim tərəfindən aydınlaşdırılmamışdır. Bir sözlə iddia əsassız olaraq rədd edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli, *** nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il ######un ##-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il ######un ##-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il ######un ##-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla); 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il ######ın #-dan 1995-ci il ######ın ##-dək qəbul edilmiş qərar;[11] 2.3. 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; [14] 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il ######ın #-dək qəbul edilmiş qərarlar; 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar; 2.8. yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə)

Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.

9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır.

İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşdiyini bildirdiyi “888T” saylı torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına və həmin hüquqa dair çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçı tələbini əsaslandırmaq üçün Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar İdarəsi tərəfindən verilmiş *** nömrəli orderə istinad edir. Həmin orderdə Bakı şəhəri İcra Hakimiyyətinin ## #### 1993-cü il tarixli **** nömrəli qərarına əsasən iddiaçıya Göradil bağlar sahəsində ** nömrəli BTK-nın nəzdində 0,12 hektar sahəsi olan “888T” nömrəli bağ sahəsinin ayrıldığı göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilmiş order hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil edən sənədlərdən biridir. Həmin Qanunun 10.2.1-ci maddəsinə görə isə hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bununla belə, qeyd olunan normaların məzmunundan hüquqmüəyyənedici sənədin mövcud olduğu bütün hallarda həmin sənəddə göstərilən hüququn qeyd-şərtsiz dövlət qeydiyyatına alınmalı olduğu nəticəsi çıxmır. Hüququn dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənədlə yanaşı, həmin hüququn aid olduğu daşınmaz əmlak obyektinin də müəyyən edilməsi, başqa sözlə, qeydiyyata alınmalı obyektin fərdiləşdirilməsi və onun naturada eyniləşdirilməsinin mümkün olması zəruridir. Bu baxımdan, hazırkı iş üzrə həll edilməli əsas məsələ iddiaçının adına verilmiş orderin ümumiyyətlə hüquqmüəyyənedici sənəd olub-olmaması deyil, həmin orderdə göstərilən “888T” saylı 0,12 hektar bağ sahəsinin iddiaçının hazırda faktiki olaraq göstərdiyi torpaq sahəsi ilə eyniləşdirilməsinin mümkün olub-olmamasıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusu bu suala müsbət cavab verməyə imkan vermir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında, digər məsələlərlə yanaşı, iddiaçıya ayrılmış “888T” saylı torpaq sahəsinin naturada yerləşdiyi yerin və koordinatlarının, həmin sahənin ** nömrəli BTK-nın ərazisinə uyğunluğunun, sənəd üzrə vəziyyətlə faktiki vəziyyət arasında fərqin olub-olmamasının, habelə iddiaçının göstərdiyi sahənin digər şəxslərin adına olan eyni nömrəli bağ sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi barədə suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin ## #### 1993-cü il tarixli **** nömrəli qərarına torpaq sahəsinin yerləşmə vəziyyətinə dair sxem və koordinatlar əlavə edilmədiyindən, habelə Mərkəzdə BTK-lara dair elektron baza məlumatları olmadığından iddiaçıya ayrılmış “888T” saylı bağ sahəsinin naturada harada yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. Eyni səbəblərdən iddiaçının və üçüncü şəxslərin adına olan “888T” saylı bağ sahələrinin eyni və ya ayrı-ayrı torpaq sahələri olması, eləcə də onların sənəd üzrə və ya faktiki olaraq üst-üstə düşüb-düşməməsi barədə də qəti nəticəyə gəlmək mümkün olmamışdır. Bununla yanaşı, ekspert baxışı zamanı iddiaçının faktiki olaraq göstərdiyi torpaq sahəsinin 1362 kv.m olduğu müəyyən edilmişdir. Halbuki iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənəddə ona ayrılmış torpaq sahəsinin ölçüsü 0,12 hektar, yəni 1200 kv.m göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ## ####### 2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində də “888T” saylı bağ sahəsinin nömrəsinin ** nömrəli BTKnın sxemində və bağların bölgüsünə dair sxematik xəritədə əksini tapmadığı, bağ sahələri ayrılarkən koordinatların müəyyən edilmədiyi və buna görə də sənəd üzrə sahənin yerləşdiyi yerin müəyyənləşdirilməsinin mümkün olmadığı göstərilmişdir. Beləliklə, həm ekspert rəyi, həm mütəxəssis rəyi, həm də işdə olan digər sübutlar eyni nəticəyə gəlməyə əsas verir: iddiaçının adına verilmiş orderdə göstərilən 0,12 hektar “888T” saylı bağ sahəsinin hazırda iddiaçının faktiki olaraq göstərdiyi 1362 kv.m torpaq sahəsi ilə eyni daşınmaz əmlak obyekti olduğunu müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası bununla bağlı xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı öz mahiyyəti etibarilə abstrakt hüququn deyil, fərdiləşdirilmiş daşınmaz əmlak obyekti üzərində mövcud olan hüququn reyestrdə rəsmiləşdirilməsini nəzərdə tutur. Buna görə də hüquqmüəyyənedici sənədin mövcudluğu qeydiyyat üçün zəruri hüquqi əsas yaratsa da, həmin sənədin aid olduğu daşınmaz əmlak obyektini müəyyən etmək mümkün olmadıqda, təkcə belə sənədin mövcudluğu dövlət qeydiyyatının aparılması üçün yetərli sayıla bilməz. Torpaq sahəsi kimi daşınmaz əmlak obyektinin fərdiləşdirilməsi isə onun yerləşdiyi yerin, sərhədlərinin və ölçüsünün müəyyən edilməsini tələb edir. Torpaq Məcəlləsinin 65-ci maddəsinin məzmunundan da görünür ki, torpaq sahəsinin ayrılması zamanı onun sərhədlərinin yerdə (naturada) və xəritədə müəyyən edilməsi torpaq sahəsinin fərdiləşdirilməsinin mühüm elementlərindən biridir. Hazırkı halda isə iddiaçının istinad etdiyi orderdə torpaq sahəsinin yalnız nömrəsi, sahəsi və aid olduğu BTK göstərilmiş, həmin torpaq sahəsinin naturada yerləşdiyi yeri müəyyən etməyə imkan verən koordinatlar və ya digər fərdiləşdirici məlumatlar göstərilməmişdir. Üstəlik, “888T” nömrəli bağ sahəsi ** nömrəli BTK-nın sxemində də əksini tapmamışdır. İşin digər mühüm xüsusiyyəti ondan ibarətdir ki, eyni “888T” nömrəsi ilə bağlı digər şəxslərin adına da sənədlərin mövcudluğu müəyyən edilmişdir. Belə ki, cavabdehin arxivində eyni nömrəli bağ sahəsinə dair X1 adına order mövcuddur. Bu hallar özlüyündə iddiaçının adına verilmiş orderin hüquqi qüvvəsini aradan qaldırmır. Lakin həmin hallar iddiaçının orderində göstərilən torpaq sahəsinin konkret olaraq hansı əraziyə aid olduğunu və onun hazırda iddiaçı tərəfindən göstərilən torpaq sahəsi ilə eyni olub-olmadığını müəyyən etməyin zəruriliyini daha da artırır. Aparılmış araşdırmalar, o cümlədən ekspertiza isə belə eyniliyi təsdiq etməyə imkan verməmişdir. Bu mənada, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü ona orderin dövlət orqanı tərəfindən verilməsi və sənədlərdəki uyğunsuzluqların onun təqsirindən yaranmaması barədə dəlillər mübahisənin nəticəsini dəyişdirmir. Məhkəmə kollegiyası iddiaçının sənədlərin tərtib edilməsində hər hansı təqsirinin olub-olmamasını mübahisələndirmir. Lakin hazırkı mübahisənin həlli təqsirin müəyyən edilməsindən deyil, dövlət qeydiyyatına alınması tələb olunan daşınmaz əmlak obyektinin mövcud sübutlar əsasında hüquqmüəyyənedici sənəddə göstərilən obyektlə eyniləşdirilməsinin mümkün olub-olmamasından asılıdır. Eyni səbəbdən, iddiaçının əlavə ekspertiza keçirilməsi barədə dəlili də əsaslı sayıla bilməz. İş üzrə artıq məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş, ekspert qarşısında mübahisənin həlli üçün əhəmiyyətli olan və apellyasiya şikayətində qaldırılan məsələləri əhatə edən konkret suallar qoyulmuşdur. Ekspertin həmin sualların bir qismini cavablandıra bilməməsi ekspert tədqiqatının natamam aparılmasından deyil, torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən ilkin sxem, koordinat və digər zəruri məlumatların mövcud olmamasından irəli gəlmişdir. Belə məlumatların olmadığı şəraitdə eyni predmet üzrə yenidən ekspertiza keçirilməsi də özlüyündə həmin obyektiv maneəni aradan qaldırmır. Beləliklə, iddiaçının adına verilmiş order qanunvericilik baxımından daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı üçün nəzərə alına bilən hüquqmüəyyənedici sənəd olsa da, hazırkı iş üzrə həmin orderdə göstərilən torpaq sahəsinin iddiaçının faktiki olaraq göstərdiyi torpaq sahəsi ilə eyniliyi müəyyən edilməmişdir. Əksinə, iş üzrə aparılmış araşdırmalar belə eyniləşdirmənin mövcud sənədlər əsasında mümkün olmadığını göstərmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, daşınmaz əmlak obyektinin fərdiləşdirilməsi və hüquqmüəyyənedici sənədlə faktiki obyekt arasında eyniliyin müəyyən edilməsi mümkün olmadığı halda, cavabdehin üzərinə həmin obyekt üzərində iddiaçının hüququnu dövlət reyestrində qeydiyyata almaq və çıxarış vermək vəzifəsinin qoyulması üçün hüquqi əsas mövcud deyildir. Odur ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər həmin nəticənin qanuniliyini və əsaslılığını şübhə altına almaq üçün yetərli olmadığından apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar