Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-272/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və X3 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (“Faiq Nağıyev və Partnyorları” Vəkil Bürsou) , cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1963-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və planölçünün verilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2-1(82)-3473/2019 nömrəli qərarından cavabdehin apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1690a saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bağ və binaların uzunmüddətli icarəyə verilməsi haqqında 16973 saylı müqavilə ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 1690a saylı bağ sahəsi mərhum atası X7 adına verilmişdir. Həmin bağ sahəsi uzun müddət onların istifadəsində olmuş, atası vəfat etdikdən sonra bağ onun istifadəsinə keçmişdir. Həmçinin atasının vəfatından sonra vərəsələrin dairəsi müəyyən edilərək vərəsə kimi tanınmışdır. Bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının atasının adına qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlər tərəfindən toplanaraq cavabdeh orqana təqdim edilmişdir. Cavabdeh orqan əsassız olaraq formal mülahizələrə istinad edərək, heç bir sənəd sübut təqdim etmədən tələbinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də onun pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1ci və 15-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası İPM-in 14.2-ci, 35.1-ci və 68.2-ci maddələrinə istinad edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1690a saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1690a bağ sahəsinin faktiki koordinatları daxilində üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçının mərhum atasının X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 3473/2019 nömrəli qərarı ilə (hakim Z.Tağıyev) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1690a bağ sahəsinin faktiki koordinatları daxilində üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı mərhum atasının X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2-1(82)-3473/2019 nömrəli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərilən bağ sahəsi digər bağ sahəsi ilə birlikdə (831.0 kv.m. sahəyə sənəd təqdim edilməyib) ümumi hasar daxilindədir və bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki yerləşməsində (arxiv cizgisi yoxdur və 1690a saylı bağ sahəsinin əvəzinə başqa bağ sahəsi göstərilib) uyğunsuzluq mövcuddur. Bundan başqa elektron kadastr məlumatına əsasən koordinatlar verilmiş sahə **********62 reyestr nömrəsi ilə 5373 saylı bağ kimi 1690a bağ nömrəsi ilə 0.12 ha bağ sahəsi ilə order əsasında (BTK-70) digər şəxsin adına (göstərilən sahədən 2219 metr kənarda) **********51 reyestr nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmış, həmçinin ölüm haqqında şəhadətnamə təqdim edilməmiş və qəzetdə elanda işə bağ nömrəsi fərqli göstərilmişdir. Bundan əlavə elektron kadastr baza məlumatına əsasən koordinatlar verilmiş sahə **********62 reyestr nömrəsi ilə X8 adına 5373 saylı bağ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin bağ nömrəsi 1690a olan bağ sahəsi isə order əsasında (BTK-70) digər fiziki şəxsin adına X5 **********51 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin apellyasiya icraatı zamanı X13 və X6 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Əlavə olaraq, o, 1690A saylı bağ sahəsinə başqa şəxsə malik sənəd verildiyini, müqavilə bu bağ sahəsi üzrə bağlandığından və sahə öz sahəsi olmadığından tərəflərindən imtina verildiyini, göstərilən sahənin digər şəxs X10 məxsus olduğunu qeyd etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq,o, iddiaçının işdə olduğunu,işin birinci instansiya icraatı zamanı tam araşdırıldığını və cavabdehin imtinasının əsassız olduğunu, sahənin uzun müddətdir ki, iddiaçının istifadəsində olduğunu, iddiaçının sahəni özəlləşdirmək istədiyini, 25 sot torpağın bir hissəsinin üçüncü şəxs X1 ilə üst-üstə düşdüyünü, bu səbəbdən iddia tələbinin azaldılması barədə dəqiqləşdirmə verdiyini, 8 sot torpağa çıxarış verilməsini xahiş etdiyini bildirdi. Üçüncü şəxslər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, sonuncu məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, Məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs X13 izahat verərək, onun bağ sahəsinin 5373 nömrəli bağ sahəsi olduğunu, iddiaçının bağ sahəsinin nömrəsi ilə üst-üstə düşmədiyini, bağ sahəsinin 25 sot olduğunu və iddiaçını tanımadığını, özünün müqaviləsinin olduğunu və şəhadətnamə əsasında kupça verildiyini bildirdi. Əlavə olaraq, o, torpağın mülkiyyətə verilməsinə dair JN-3786H seriya və nömrəli, xx.xx.2002-ci il tarixli şəhadətnamənin surətini, RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın kserosurətlərini təqdim etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs X6 məhkəməyə təqdim etdiyi yazılı izahatını müdafiə edərək, Bakı şəhər İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli 4/151 №-li qərarı ilə 70-li Bağ-Tikinti kooperativinin nəzdində ona Ləhiş bağ massivində ümumi sahəsi 0,12 ha olan 1690A №-li bağ sahəsinin ayrıldığını və bu barədə Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən xx.xx.1989-cu il tarixli, 40№-li order verildiyini, bu order əsasında cavabdeh tərəfindən qeyd olunan 0.12 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixdə onun adına dövlət qeydiyyatına alındığını və 0251763№-li Çıxarış verildiyini, ona ayrılan bağ sahəsinin nömrəsinin 70№-li Bağ-Tikinti kooperativinin təsdiq olunmuş planına uyğun olduğunu, onun bağından solda 1689a №-li, arxada 1690 №-li bağ sahələrinin yerləşdiyini, bağ sahəsinin 1989-cu ildən onun istifadəsində, hasarın içində olduğunu, açarın onda olduğunu, və oraya özündən başqa heç kimin daxil ola bilməyəcəyini bildirdi. Eyni zamanda, X7 mülkiyyət hüququnu tələb etdiyi bağ sahəsinin onun sahəsindən 2219 metr aralıda olduğunu, elektron kadastr koordinatlarına görə də bağların bu qədər məsafədə yerləşdiyini, onun bağ sahəsinin 0.12 ha, R.Y.Maminovun tələb etdiyi bağ sahəsinin 0.25 ha olduğunu, bağ nömrələrinin nəyə görə eyni olduğunu bilmədiyini qeyd etdi. Əlavə olaraq, o, 70№ DSK (mətnə uyğun) xx.xx.1989-cu il tarixli, 40№ orderin, MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın, A № 351817 seriya və nömrəli, X15 kitabında xx.xx.2011-ci il tarixdə, 26224 nömrə ilə qeydə alınmış Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsünün, Torpaq sahəsinin planının kserosurətlərini təqdim etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini dəqiqləşdirərək bağ və binaların uzunmüddətli icarəyə verilməsi haqqında 16973 saylı müqavilə əsasında Sabunçu rayonu, Ləhiş bağ massivində ayrılmış 1690a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, naturada müəyyən olunan 0.831 ha həmin bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini dəqiqləşdirərək bağ və binaların uzunmüddətli icarəyə verilməsi haqqında 16973 saylı müqavilə əsasında Sabunçu rayonu, Ləhiş bağ massivində ayrılmış 1690a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, naturada müəyyən olunan 0.831 ha həmin bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: İş materiallarında olan - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda “ Miras əmlak üzərində miras qoyan, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X7 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata alınmadığından, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsilə verilməsinin təmin edilməsi xahiş edilmişdir. - Bakı Xəbər qəzetinin xx.xx.2019-cu il tarixli, 77№-li (3975) buraxılışında “X7 adına, Bakı şəhəri, Sabunçu rayonu, X12 yerləşən 1690 saylı bağın 16973 nömrəli müqavilə itdiyi üçün etibarsız sayılır” qeyd edilmişdir. - RX seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5373 saylı 0.25 ha bağ sahəsi üzərində X8 mülkiyyət hüququ qeydiyyata alınmışdır. (Daşınmaz Əmlakın Dövlət Reyestrində 640 nömrəli reyestr kitabının 50564 nömrəli vərəqində qeydiyyata alınmışdır) - MA seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1690a saylı 0.12 ha bağ sahəsi üzərində X4 mülkiyyət hüququ qeydiyyata alınmışdır. (Daşınmaz Əmlakın Dövlət Reyestrində 322 nömrəli reyestr kitabının 30396 nömrəli vərəqində qeydiyyata alınmışdır) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iş üzrə iddia tələbinin predmetini “bağ və binaların uzunmüddətli icarəyə verilməsi haqqında 16973 saylı müqavilə əsasında Sabunçu rayonu, Ləhiş bağ massivində ayrılmış 1690a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, naturada müəyyən olunan 0.831 ha həmin bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” təşkil edir. Lakin iş materiallarından müəyyən olunur ki, hazırkı iş üzrə iddianın predmetini təşkil edən yuxarıda qeyd olunan tələb ilə bağlı iddiaçı cavabdeh orqana müraciət etməmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********43 saylı məktubunun məzmunundan görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1690a bağ sahəsinin faktiki koordinatları daxilində üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçının mərhum atasının X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsini xahiş etdiyi müəyyən olunur. Məhkəmə kollegiyası eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qüvvədə olan qanunvericilikdən göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Göründüyü kimi, iddiaçı 0.831 ha həmin bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etsə də, qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçı ilk öncə qeydiyyat orqanına arayış verilməsi üçün müraciət etməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına çıxarış verilməsi üçün müraciət etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2-1(82)-3473/2019 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 3473/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ və binaların uzunmüddətli icarəyə verilməsi haqqında 16973 saylı müqavilə əsasında Sabunçu rayonu, Ləhiş bağ massivində ayrılmış 1690a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, naturada müəyyən olunan 0.831 ha həmin bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə” dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-272/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-272/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver