Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2720/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın qismən ləğvi, tutulan pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın qismən ləğvi və tutulan pensiya məbləğinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3306/2023 saylı 11 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1951-ci il təvəllüdlüdür. YU seriyalı 290341 saylı xx.xx.1973-cü il tarixli diplomdan görünür ki, İddiaçı 1969cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsinə daxil olmuş və 1973-cü ildə institutu orta məktəbdə fizika müəllimi ixtisası üzrə bitirmişdir. İddiaçıya xx.xx.2006-cı il tarixdən İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, 2014-cü ildə isə pensiya növü dəyişdirilərək yaşa görə əmək pensiyasına keçirilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, iddiaçıya təyin edilmiş pensiya təhsil müddəti (diplom) də nəzərə alınmaqla yenidən hesablanmış, hazırki pensiya məbləği 568.05 manat təşkil etmiş və 8459,70 manat artıq ödəmənin aparıldığı müəyyən edilmişdir. Ona görə də cavabdeh qurumun adı çəkilən xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı təyin olunmuş əmək pensiyasının məbləğinin dəyişdirilməsi, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş 8459,70 manat məbləğin bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla DSMF-nun hesabına bərpa edilməsi qərara alınmışdır. İddiaçı onun pensiyasından artıq ödənilmiş məbləğlərin tutulması ilə bağlı cavabdehin qərarı ilə razılaşmayaraq onun ləğv edilməsi, tutulmaların bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçıya ünvanlanmış “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması” haqqında **********0 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2006-cı il tarixdə qüvvədə olan 12.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya həmin tarixdən İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Sözügedən Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Məlumat üçün bildirilir ki, xx.xx.2014-cü il tarixli müraciəti əsasında pensiyasının növü İİİ dərəcəli əlilliyə görə əmək pensiyasından xx.xx.2014-cü il tarixində yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. xx.xx.2021-ci il tarixli məktubla cavablandırılmış müraciəti ilə əlaqədar olaraq bir daha bildirilir ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2014-cü il tarixindən xx.xx.2020-ci il tarixinə qədər fərdi hesabın sığorta hissəsində qeydə alınmış 13536,36 manat pensiya kapitalı əsasında əyani təhsil müddəti nəzərə alınmaqla iddiaçının yaşa görə pensiyası yenidən hesablanmış və əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 533,95 manat müəyyən edilmişdir. Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. Bildirilir ki, qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2011 -ci il tarixində İİİ dərəcəli əlilliyə görə əmək pensiyaçısı olduğu zaman işlədiyi halda əmək pensiyası həm baza həm də sığorta hissəsi nəzərə alınaraq hesablanmışdır. Eyni zamanda əmək pensiyasının məbləği xx.xx.2021 -ci il tarixində düzgün indeksləşməmişdir. Nəticədə iddiaçıya xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək və xx.xx.2021 -ci tarixindən xx.xx.2021-ci il tarixinədək 8459,70 manat artıq ödəmə müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qərarı ilə təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və xx.xx.2021-ci il tarixli ərizəyə əsasən yaşa görə əmək pensiyasının məbləği təqdim edilən sənədlər əsasında aşağıda verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmışdır. Son tarix Məbləğ Başlanğıc tarix Hesablamayadək olan Hesablandıqdan sonra olan xx.xx.2011 xx.xx.2011 116.59 55.25 xx.xx.2012 xx.xx.2012 122.11 55.25 xx.xx.2013 xx.xx.2013 122.94 55.25 xx.xx.2013 xx.xx.2013 131.19 65.00 xx.xx.2014 xx.xx.2014 133.02 65.00 xx.xx.2014 xx.xx.2014 294.52 263.59 xx.xx.2014 xx.xx.2014 294.52 223.59 xx.xx.2015 xx.xx.2015 296.54 225.18 xx.xx.2016 xx.xx.2016 302.40 229.78 xx.xx.2016 xx.xx.2016 317.40 240.78 xx.xx.2017 xx.xx.2017 336.30 255.63 xx.xx.2018 xx.xx.2018 352.33 269.57 xx.xx.2019 xx.xx.2019 362.90 277.33 0'.04.2019 xx.xx.2019 362.90 266.33 xx.xx.2020 xx.xx.2020 423.14 310.54 xx.xx.2020 xx.xx.2020 509.92 310.54 xx.xx.2020 xx.xx.2020 509.92 479.31 xx.xx.2021 xx.xx.2021 568.05 533.95 Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarına əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək və xx.xx.2021 -ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 8459,70 manat bölünərək əmək pensiyasından tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunmaqdadır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və 5 məhkəmə qaydasında şikayət etmək hüququ vardır. Həmçinin cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Qanunun xx.xx.2021-ci il tarixinədək qüvvədə olan 19.1.1-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Məlumat üçün bildirilmişdir ki, əmək pensiyasına edilən həmin əlavə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020ci il tarixli fərmanı ilə Prezident təqaüdü ilə əvəz olunmuşdur. Qeyd olunanlara əsasən bildirilmişdir ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 il sığorta stajı olmadığı halda (20 il 1 ay) ona fəlsəfə doktoru kimi 120 manat məbləğində Prezident təqaüdü təyin edildiyi üçün əmək pensiyasının məbləğində xx.xx.2011-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 13.664,99 manat məbləğində artıqvermə müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********5 saylı qərarı ilə sizə təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və görə əmək pensiyanızın məbləği cədvələ uyğun olaraq yenidən hesablanmışdır (həmin cədvəl yuxarıda göstərilib). Bu səbəbdən, xx.xx.2011-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək artıq ödənilmiş 13.664,99 manat məbləğində vəsait bölünərək aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır. Həmin imtinadan narazı qalan İddiaçı Sfiyar oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “xx.xx.2021-ci il tarixli qərarın nəticəvi hissəsinin ikinci abzasının ləğvi, cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş pensiya məbləğinin geri qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixdə 3-cü dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, daha sonra onun müraciətinə əsasən pensiyasının növü 3-cü dərəcəli əlilliyə görə əmək pensiyasından xx.xx.2014-cü il tarixində yaşa görə əmək pensiyası növünə keçirilmişdir. O, xx.xx.1973-cü ildən fasiləsiz olaraq xx.xx.2021-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gün cavabdeh inzibati orqan tərəfindən onun pensiyasının məbləği fərdi hesabının sığorta hissəsində qeydə alınmış 13536.36 manat pensiya kapitalı əsasında və əyani təhsil müddəti də nəzərə alınmaqla xx.xx.2021-ci il tarixdən 533.95 manat müəyyən edimişdir. Cavabdeh inzibati orqan tərəfindən onun pensiya məbləğinin dəyişdirilməsi və ona artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərar qəbul edilmişdir. Qeyd olunmalıdır ki, adıçəkilən qərarın özü rəsmi qaydada iddiaçıya təqdim olunmasa da onun pensiyasından tulmalar qanunsuz olaraq həyata keçirilməkdədir. Cavabdeh inzibati orqan pensiya məbləğinin dəyişdirilməsini onunla izah edir ki, o, əlilliyə görə pensiya alan zaman DSMF orqanı tərəfindən onun pensiyası işləməyən əmək pensiyaçısı qaydasında müəyyənləşdirilmişdir. Halbuki iddiaçı həmin dövrdə işlədiyindən onun pensiyasının yalnız baza hissəsi əsas götürülməli idi. Eləcə də, iddiaçının pensiyası hesablanan zaman onun məbləği xx.xx.2021-ci il tarixində düzgün olaraq indeksləşdirilməmişdir. Nəticədə ona ümumilikdə 8459.70 manat məbləğində atıq ödəmə həyata keçirilmişdir. Hazırda cavabdeh inzibati orqan tərəfindən həmin məbləğ onun pensiyasından tutulmaqdadır. Hesab edir ki, cavabdeh inzibati orqanın adıçəkilən qərarı əsassız olduğundan ləğv edilməlidir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı 21 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 2 saylı Bakı “DOST” Mərkəzinə ərizə ilə müraciət etmiş və ərizəyə əlavə edilmiş sənədlərə aidiyyəti üzrə mərkəzi filialda baxılmışdır. Təqdim olunmuş sənədlərin araşdırılması zamanı iddiaçıya Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixədək 8459.70 manat məbləğində artıq ödənilmiş pul vəsaiti müəyyən olunmuşdur. Həmin məbləğin bölünərək iddiaçının əmək pensiyasından tutulub Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunmağı barədə məlumat verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3306/2023 saylı 11 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi filialının İddiaçı barəsində qəbul etdiyi artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarı “xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək və xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 8459,70 manat məbləğ bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdaəfiə Fondunun hesabına bərpa edilməsi” hissəsində ləğv edilməsi və həmin qərarın icrası nəticəsində tutulmuş məbləğin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Əlavə olaraq “İnzibati icraat haqqında” Qanuna uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaq iddiaçı iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, cavabdeh iddiaçının pensiyasının dəyişdirilməsi və ona artıq ödənilmiş pensiya məbləğinin Fondun hesabına bərpa edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli qərarını məlumat üçün iddiaçıya göndərməmiş, bu barədə xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin həm mübahisələndirmə, həm də öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu, Azərbaycan Respublikası İPM-nin 38.1-ci, “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddələrinin tələblərini və “öhdəliyin icrası haqqında” iddia növləri üzrə iddia müddətinin qanunla müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmişdir və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “**********0 saylı xx.xx.2021-ci il tarixli qərarının- tutulan məbləğin geri qaytarılması hissəsində ləğv edilməsi və həmin qərarın icrası ilə bağlı tutulmuş məbləğlərin ona geri qaytarılması” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İddiaçının mübahisələndirdiyi- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarı ilə İddiaçı təyin olunmuş əmək pensiyasının məbləği dəyişdirilmiş, xx.xx.2021-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək və xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 8459,70 manat məbləği bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının 1 sentyabr 1973-cü il tarixdən 26 dekabr 1975-ci il tarixədək olan təhsil dövrü (əyani təhsil dövrü) nəzərə alınmaqla pensiyası yenidən hesablansa da, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli qərar bundan öncə qəbul edilmiş “əlverişli inzibati akt” qüvvədə olduğu halda inzibati icraat aparılmadan qəbul edildiyi üçün “artıq ödəmələrin iddiaçının pensiyasından tutulması” hissəsində ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə xx.xx.2021-ci il tarixli qərar qəbul edilməmişdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi xidməti yoxlamanın (daxili araşdırmanın) aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Lakin hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli qərar qəbul edilərkən yuxarıda qeyd olunan inzibati icraatla bağlı prosedur qaydalara riayət olunmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının “xx.xx.2021-ci il tarixli qərarın artıq ödənilmiş pensiya məbləğinin tutulması hissəsində ləğv edilməsi” barədə iddiasını əsaslı olaraq təmin etdiyindən, digər- iddiaçıdan xx.xx.2021ci il tarixli qərarın icrası ilə bağlı tutulan pensiya məbləğlərinin ona qaytarılması ilə bağlı iddia tələbinin də təmin edilməsi barədə düzgün qənaətə gəlmişdir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Əlavə olaraq Kollegiya onu da qeyd edir ki, məhkəmə qərarının “qərara aldı” hissəsində cavabdeh qurumun mübahisələndirilən qərarının tarixi texniki səhv nəticəsində “xx.xx.2021-ci il tarixi” əvəzinə “xx.xx.2021-ci il tarixi” kimi göstərilmişdir. Belə ki, işə apellyasiya qaydasında baxılarkən müəyyən olundu ki, cavabdeh qurumun mübahisələndirilən qərarının tarixi məhz xx.xx.2021-ci il tarixlidir. Bu səbəbdən məhkəmə qərarının nəticəvi hissəsindəki texniki səhv (qərarının tarixinin xx.xx.2021-ci il kimi göstərilməsi) kobud pozuntu kimi qiymətləndirilmədiyi üçün bu hal qərarın ləğvi üçün də əsas yaratmır. Buna görə də məhkəmə qərarı ilə qismən ləğv edilən cavabdeh qurumun qərarının tarixi “xx.xx.2021-ci il tarixli” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3306/2023 saylı 11 aprel 2023-cü il tarixli qərarı həmin məhkəmə qərarı ilə qismən ləğv edilən cavabdeh qurumun qərarının tarixi “xx.xx.2021-ci il tarixli” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3306/2023 saylı 11 aprel 2023-cü il tarixli qərarı, həmin məhkəmə qərarı ilə qismən ləğv edilən cavabdeh qurumun qərarının tarixi “xx.xx.2021-ci il tarixli” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2720/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2720/2023
04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver