Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2722/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” X2 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4934/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1.İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, 17 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Evin ümumi sahəsi 154.7 kv.m, yaşayış sahəsi 102.3 kv.m, yardımçı sahə 52.4 kv.m, yaşayış otaqlarının sayı 4 olmuşdur. Çıxarışda tikilinin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olduğu, iddiaçının istifadəsində olan torpaq sahəsinin 0,01983 ha olduğu qeyd edilmişdir.
2. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evini sökərək yeni 7 mərtəbəli ev inşa etmiş və yeni ev üzərində mülkiyyət hüququnun qeydə alınması və layihəyə uyğun texniki pasportun verilməsi üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir.
3. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli bildirişdə qeyd olunur: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi sökülmüş, yerində zirzəmili, mansard mərtəbəsi olan 7 mərtəbəli yeni tikili inşa edilmişdir. Tikilinin təmir-inşası tam başa çatdırılmamış, qapıları, pəncərələri qoyulmamış, yaşayışa yararsız vəziyyətdə olduğu aşkar olunmuşdur. Həmçinin yeni inşa edilən tikilinin bir hissəsinin texniki pasportunda qeyd edilən torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Qeyd edilən əlavə torpaq sahəsinə və üzərində inşa edilən tikiliyə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
4. İddiaçının xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətində olan yaşayış evinin sökülüb yenidən tikintisinə icazə verilməsini xahiş etmişdir. 5.İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd edilir: Sizin mülkiyyətinizdə olan Rasim Muxtarov küçəsi, 17 saylı evin (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ******* nömrəli çıxarış) sökülüb yenidən tikilməsi ilə bağlı müraciətinizə baxılmışdır. 01 yanvar 2013-cü il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq inşa edilməsi təklif olunan yeni evinizin təqdim olunmuş fərdi layihə əsasında yenidən tikintisinə etiraz etmirik. Lakin bununla yanaşı bildiririk ki, tikinti zamanı razılaşdırılmış layihədən kənara çıxma halları tərəfimizdən aşkar olunarsa, inşaat işləri dayandırılacaq. İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsinə, həmçinin qüvvədə olan qanunvericiliyin digər tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.
6. İddiaçı yeni inşa etdiyi fərdi yaşayış evinin layihəsini məhkəməyə təqdim etməmişdir.
Birinci instansiya məhkəməsində icraat
7.İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sökərək yerində inşa etdiyi yeni fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən dövlət qeydiyyatına alınaraq bununla bağlı texniki pasportun tərtib edilməsi, habelə hüquqların dövlət qeydiyyatına alınması haqqında dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 8.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Rasim Muxtarov küçəsində yerləşən 17 saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin yaşayış evi köhnələrək yaşayışa tam yararsız olduğundan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək qeyd olunan evin sökülüb yerində yeni evin inşa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli məktubu ilə yeni evin inşa edilməsinə icazə verilmişdir. Müvafiq icazəni aldıqdan sonra qeyd olunan fərdi yaşayış evini sökərək yerində layihəyə uyğun olaraq zirzəmili, ümumilikdə 7 mərtəbəli yeni fərdi yaşayış evi inşa etmişdir. Bu səbəbdən də inşa etdiyi fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, layihəyə uyğun texniki pasportun tərtib edilməsini və çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli məktubla binanın təmirinin başa çatmaması, qapı və pəncərələrin olmamasını əsas gətirərək daşınmaz əmlaka dair hüquqların qeydiyyatından imtina etmişdir. Cavabdehin imtinası tam əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sökərək yerində inşa etdiyi yeni fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən dövlət qeydiyyatına alınaraq bununla bağlı texniki pasportun tərtib edilməsi, habelə hüquqların dövlət qeydiyyatına alınması haqqında dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 9.Cavabdehin iddiaya yazılı etirazında qeyd olunmuşdur ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş sənəd-tikinti obyektinin istismarına icazə sənədi, o zaman ikintinin inşa edildiyi əlavə torpaq sahəsinə hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən ərizənin təmin edilməsindən imtina qanuni və əsaslı olmuşdur. 10.Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(112)-4934/2022 saylı qərarı ilə (hakim Pərviz Hüseynov) iddia tələbi təmin edilməmişdir. 11.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsində yerləşən 17 saylı fərdi yaşayış evini sökərək yerində zirzəmili, 7 mərtəbəli yeni tikili inşa etmişdir. İddiaçı həmin tikili üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tikilinin təmir-inşasının tam başa çatdırılmaması, yaşayışa yararsız vəziyyətdə olması, yeni inşa edilən tikilinin bir hissəsinin texniki pasportda qeyd edilən torpaq sahəsindən kənarda yerləşdiyinin müəyyən edilməsi, qeyd edilən əlavə torpaq sahəsinə və üzərində inşa edilən tikiliyə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsini qeyd etməklə müraciətin təmin edilməsindən imtina etmişdir. 12.Məhkəmə hesab etmişdir ki, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini sökərək yerində inşa etdiyi yeni fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən dövlət qeydiyyatına alınaraq bununla bağlı texniki pasportun tərtib edilməsi və hüquqların dövlət qeydiyyatına alınması haqqında dövlət reyestrindən çıxarışın verilməsini tələb etsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həm tikilinin inşa edildiyi torpaq sahəsinə, həm də tikiliyə aid sənədləri (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə və s.) cavabdeh inzibati orqana və məhkəməyə təqdim edə bilmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı esab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat 13.Qərardan narazı qalan iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(112)-4934/2022 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayətində qeyd edilmişdir ki, Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli məktubu ilə iddiaçıya tikintiyə icazə verilmişdir. Həmin məktubda tikintiyə icazə verən təşkilat tərəfindən tikintinin aparılmasına hər hansı etiraz bildirilməmişdir. Bundan başqa həmin tikinti başa çatdıqdan sonra qeyd edilən tikilinin Azərbaycan Respublikasında qüvvədə olan normativ-texniki sənədlərin, standartların tələblərinə uyğun olaraq sifarişçinin yerinə yetirdiyi tikinti quraşdırma işlərinin memarlıq, konstruktiv cəhətdən layihə həllərinə uyğunluğunun kompleks yoxlanılmasını və həmin tikintinin elektrik təchizatının müayinəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu ilə müqavilə imzalanmış, həmin instutut tərəfindən xx.xx.2021-ci il tarixdə qeyd edilən tikilinin texniki vəziyyəti haqqında müayinə protokolu tərtib edilərək təqdim edilmişdir. Həmin müayinə protokolunun nəticə hissəsində Bakı şəhəri, Nərimanov rayonu Rasim Muxtarov və Cıdır-7 küçələrinin kəsişməsində inşa olunmuş tikilinin yükdaşıyıcı konstruksiyalarında deformasiya və çatlara rast gəlinmədiyi, binanın konstruksiyalarını sınaqdan keçirməklə betonun möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun müəyyən edildiyi, yükdaşıyan konstruksiyalarda (sütun, rigel, örtük) armatur millərinin sayı və mühafizə qatı PROFOMETR 5* model S cihazı ilə təyin edildiyi qeyd edilmişdir. 15.İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
16.Təqbiq edilən hüquq
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 12.2-ci maddəsi- yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələbələrinə cavab verməyən) ayrıca sahə başa düşülür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim olunur. 9.1-ci maddə- hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi; 11.1-ci maddə-hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 15.1-ci maddə- hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 74.1-ci maddə- bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 74.2-ci maddə- bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. 80.1-ci maddə-mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 101.1-ci maddə-tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2-ci maddə- tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddiaçı tərəfindən mülkiyyətində olmuş fərdi yaşayış evinin sökülərək yerində inşa edilmiş 7 mərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün qanunla nəzərdə tutulmuş sənədlər (tikintiyə icazə, tikinti obyektinin istismarına icazə) cavabdeh inzibati orqana təqdim edilmədiyindən ərizənin təmin edilməsindən imtina qanuni və əsaslı olmuşdur.
20. Apellyasiya şikayətində iddiaçı qeyd edir ki, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli məktubu yeni evin inşa edilməsinə icazə verilmiş, bu sübut məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 dekabr tarixli 495 nömrəli qərarı ilə tikiniyə icazənin forma və məzmunu təqsdiq edilmişdir. Hazırkı halda iddiaçıya həmin formada icazə verilməmiş, o cümlədən tikinti başa çatdıqdan sonra tikinti obyektinin istismarına icazə alınmamışdır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
22. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddianın rədd edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(112)-4934/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(112)-4934/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.