Məhkəmə qərarları › İş №2-1(103)-2722/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2722/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2722/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-987/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək-“Vətəndaşların pensiya təminatı haqqında” 07 mart 2007-cı il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda nəzərdə tutulmuş şəxs kimi ona: - 2013-cü ilin 18 fevralından (57 yaşının tamam olduğu gündən) güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və həmin tarixdən həmin pensiyanın ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: ..."xxxx" QSC-nin 13 yanvar 2023-cü il tarixli 13-1/2-M3/1-42/2023 nömrəli arayışına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə (peşələrdə) qeyd edilən tarixlər (xx.xx.1976-xx.xx.1989) üzrə 11 il 18 gün, eyni zamanda, hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsi ilə oxşarlıq təşkil edən lokomotivlərin təmiri və baxışı üzrə çilingər peşəsində qeyd edilən tarixlər (xx.xx.1976-xx.xx.1978) üzrə 1 il 11 ay 15 gün, yuxarıda qeyd edilən bütün peşələr üzrə ümumi sosial sığorta (əmək) staşı 13 il 3 gün təşkil edir. Beləliklə, 14 may 1974-cü il tarixdən 19 fevral 2016-cı il tarixə kimi cəmi 41 il 6 ay 3 gün, 14 may 1974- cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək, yəni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək 31 il 4 ay 14 gün ümumi, 13 il 3 gün (26 avqust 1976-31 avqust 1989) isə xüsusi (güzəştli şərtlərlə) əmək stajı vardır...” 10 fevral 2023-cü il tarixdə məslə ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu 14 mart 2023-cü il tarixli 3-17-1/2-M-53398/2023 nömrəli məktubu ilə onun xahişinin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun güzəştli şərtlərlə iş stajı 12 il 6 aydan az, yəni 11 il 14 gün təşkil edir. Odur ki, qanunvericiliyə uyğun olaraqona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir: Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Güzəştli iş stajı 12 il 6 aydan az - 11 il 14 gün (xx.xx.1976-xx.xx.1976-cı il, xx.xx.1978xx.xx.1981-ci il və xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-987/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, 6 avqust 1976-cı ildən 12 sentyabr 1976-cı ilədək Azərbaycan Dəmir Yolu Biləcəri Lokomotiv deposunda teplovozların qaldırıcı təmiri üzrə çilingər, 13 sentyabr 1976-cı il tarixdən 30 noyabr 1976- cı ilədək həmin Deponun texniki nəzarət məntəqəsində lokomotivlərin təmiri və yoxlanılması üzrə birinci dərəcəli çilingər, 01 dekabr 1976-cı il tarixdən 31 may 1977-ci ilədək həmin Deponun texniki nəzarət məntəqəsində lokomotivlərin təmiri və yoxlanılması üzrə ikinci dərəcəli çilingər, 01 iyun 1977-ci il tarixdən 31 may 1978-ci ilədək həmin Deponun texniki nəzarət məntəqəsində lokomotivlərin təmiri və yoxlanılması üzrə üçüncü dərəcəli çilingər, 01 iyun 1978-ci il tarixdən 28 avqust 1978-ci ilədək həmin Deponun texniki nəzarət məntəqəsində lokomotivlərin təmiri və yoxlanılması üzrə dördüncü dərəcəli çilingər, 29 avqust 1978- ci il tarixdən 14 noyabr 1978-ci ilədək elektrovoz maşinistinin köməkçisi, 15 noyabr 1978-ci ildən 17 iyun 1981-ci ilədək Dəvəçi p/p elektrovozunun maşinistinin köməkçisi, 18 iyun 1981-ci il tarixdən 22 iyun 1981-ci ilədək Dəvəçi p/p elektrovozunun maşinistinin dublyoru, 23 iyun 1981-ci il tarixdən 04 mart 1984-cü ilədək Dəvəçi p/p elektrovozunun maşinisti, 05 mart 1984-cü il tarixdən 31 mart 1986-cı il tarixədək Şirvan stansiyasının elektrovoz maşinisti, 01 aprel 1986-cı il tarixdən 31 avqust 1989-cu il tarixədək 3- cü dərəcəli elektrovoz maşinisti işləmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 14 mart 2023-cü il tarixli 3- 17- 1/2-M-53398/2023 nömrəli məktubunda qeyd etmişdir ki, onun güzəştli iş stajının 12 il 6 aydan az 11 il 14 gün (xx.xx.1976- xx.xx.1976-cı il, xx.xx.1978-xx.xx.1981-ci il və xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər) təşkil etəməsi ilə bağlı hərəkəti qanunsuzdur. Çünki, həm təqdim etdiyi sənədlərdən, eləcə də "Azərbaycan Dəmir Yolları” QSC-nin 13 yanvar 2023-cü il tarixli 13-1/2-M-3/1-42/2023 nömrəli arayışından görünən odur ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə (peşələrdə) ümumi sosial sığorta (əmək) stajı 13 il 3 gün təşkil edir. Bu da tələb olunan 12 il 6 ay xüsusi stajdan 6 ay 3 gün çoxdur. Azərbaycan Dəmir Yolları” QSC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 13-1/2- 9243/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, sorğu edilən İddiaçı xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək ADY-nin Biləcəri lokomotiv deposunda işlədiyi “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsi üzrə işlərin xüsusiyyətləri əmək qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1997-ci il 22 oktyabr tarixli 33-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid X2”nda təsbit edilmişdir. QSC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq,13-1/2-9243/2023 saylı xx.xx.2023-cü il tarixli digər məktubunda isə bildirilmişdir ki, İddiaçı müvafiq strukturda qeyd edilmiş dövr ərzində işlədiyi “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər ” peşəsi Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 21.4-cü oxşar funksiyaları mövcuddur. Məhkəmə tərəfindən qərar çıxarılarkən, maddi və prosesual hüquq normaları pozularaq tətbiq olunmalı hüquq normaları düzgün tətbiq edilməmişdir...” Cavabdeh apellyasiya şikayətinə etirazında imtina məktubuna və iddia ərizəsinə etizında göstərilənrə uyğun olaraq apellyasiya şikayətinə öz etirazını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə etirazın müdafiə etdiyini bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq, son nəticədə belə qənaətə gəlmişdir ki, 57 yaşının tamam olduğu tarixə güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malik deyil. Odur ki, iddiaçının 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlər yaşa görə pensiya təyin edilməsindən cavabdehin imtinası qanunsuz hesab edilə bilməz. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası isə nəzərdə tuturdu ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Həmin Qanunun 9.8-ci maddəsinin həmin vaxt və indi də qüvvədə olan redaksiyasına görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). İş materialları üzrə iddiaçının şəxsiyyət vəsiqəsinin (AA 2241008) məlumatlarına əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 57 yaşı xx.xx.2013-cü il tarixdə tamam olur. Qanunun qeyd olunan tələbləri baxımından, iddiaçının 57 yaşınının tamam olduğu xx.xx.2013-cü il tarixədək azı 25 il ümumi, və bu müddətin azı 12 il 6 ayı miqdarında güzəştli pensiya hüququ verən stajı mövcud olmalıdır ki, ona həmin tarixdən pensiya təyin edilməsi mümkün olsun. Konkret halda, isə iş materiallarına əsasən iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdək 25 il ümumii satıjının mövcud olduğu işin mübahisələndirilməyn halıdır. İşin mübahisələndirilən halı isə iddiaçının güzüştli pensiya hüququ verən stajı ilə bağlıdır. Belə ki, cavabdeh orqan tərəfindən mübahisələndirilir ki, iddiaçının güzəştli stajı qanunvericiliyin qeyd olunan normasında tələb olunan 12 il 6 aydan az, yəni, 11 il 14 gün (xx.xx.1976-xx.xx.1976-cı il, xx.xx.1978-xx.xx.1981-ci il və xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. Belə olan halda, iddiaçıya 57 yaşına qədər, daha 1 il 5 ay 16 gün güzəştli staj müddəti tələb olunur ki, onun 12 il 6 ay güzəştli stajı tamamlanmış olsun. Cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyəti üzrə güzəştli stajı kimi qəbul olunmayan hissəsi isə xx.xx.1976-xx.xx.1978 dövrünü əhatə edir. Əmək kitabçasının müvafiq qeydlərindən isə görünür ki, həmin dövrdə iddiaçı “Texniki nəzarət məntəqəsində lokomativlərin təmiri və yoxlanılması üzrə çilingər” kimi, fəhlə kateqoriyalı işdə çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 20-ci abzasına, eləcə də, 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ bölməsinin 23001000—17863 kodunda: “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” güzəştli pensiya hüququ verən peşələr sırasına aid edilmişdir. Qeyd edilməlidir ki, “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” ifadəsi, əslində, dəmiryolu nəqliyyatında istər hərəkət edərkən, istərsə də dayanmış vəziyyətdə “hərəkət tərkibi” mənasını ehtiva edir. Belə ki, dəmiryolu nəqliyyatı ədəbiyyatında hərəkət tərkibi özüdə - lokomativləri, yük vaqonlarını, lokoativ dartıcı sərnişin vaqanlarını mağorvaon hərəkət tərkibini, həmçinin müxtəlif xüsusi hərəkət tərkibini birləşdirir (Rus dilində həmin cümlənin ifadə forması aşağıdakı kimidir: Подвижной состав включает в себя локомотивы, грузовые вагоны, пассажирские вагоны локомотивной тяги, моторвагонный подвижной состав, а также различный специальный подвижной состав) Başqa sözlə, lokomativlər hərəkət tərkibinin bir elementi sayılır. Belə olan halda cavabdeh iddiaçının əmək kitabçası üzrə xx.xx.1976-xx.xx.1976-cı illərdə Biləcəri Lokomativ deposunda teplovoz lokomativlərin qaldırıcı təmiri üzrə çilingər işin güzştli stajı kimi qəbul etdiyi halda, həmin məntəqədə onun lokomativlərin təmiri və yoxlanılması üzrə çilingər işini - güzəştli pensiya hüququ verən stajı kimi qəbul edilməsindən imtina etməsi əsaslı hesab oluna bilməz. Qeyd edilməlidir ki, mübahisələndirilən həmin məsələ ilə bağlı "xxxx" QSC birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli (No13-1/2-********) cavab məktubunda bildirmişdir ki, - “... iddiaçının xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək ADY-nin Biləcəri lokomotiv deposunda işlədiyi “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsi üzrə işlərin xüsusiyyətləri əmək qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1997-ci il 22 oktyabr tarixli 33-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid X2”nda təsbit edilmişdir. “Texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 20-ci abzasında göstərilən “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşəsi arasında icra etdikləri işlərin xüsusiyyətləri üzrə bəzi oxşarlıqlar mövcuddur. Belə ki, “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsinin əsas xüsusiyyətləri hərəkət tərkibinə (lokomotivə) təmirə dayanmadan texniki baxışın keçirilməsi və ya təmir edilməsindən, “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşəsinin əsas xüsusiyyətləri isə təmirə dayanmış hərəkət tərkibinə (lokomotivə) texniki baxışın keçirilməsi və ya ağırlıq qaldıran qurğuların vasitəsilə lokomotivin motor və digər hissələrinin sökülərək təmir edilməsindən ibarətdir. Hər iki peşə üzrə iş yerində aparılmış attestasiyanın nəticəsində əməkhaqqqına 8 % əlavə zərərlilik ödənişi müəyyən edilmişdir...” Eyni zamanda, "xxxx" QSC tərəfindən məhkəmənin digər bir sorğusuna xx.xx.2023cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, İddiaçı müvafiq strkturda qeyd edilmiş dövr ərzində işlədiyi “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 20-ci abzasında göstərilən “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşəsi arasında hərəkət tərkibinə (lokomativə) texniki baxışını geçirilməsi və ya təmir edilməsi” göstəricisi ilə oxşardır. Apellyasiya mərhələsində məhkəməsnin sorğusu əsasında "xxxx" QSC-nin təqdim etdiyi, həmin QSC ilə işçi arasında bağlanmış əmək müqaviləsinin ayrılmaz hissəsi olan vəzifə təlimatlarına əsasən də müəyyən olunur ki, hərəkət heyətinin (yəni, tərkibinin) təmir üzrə çilingər –Biləcəri lokomotivlərin təmiri deposunda (yəni məntəqəsində) qapalı məknda lokomotivlərin təmiri xidməti ilə məşğul olur və onun vəzifə funksiyaları amartizator, ventilyator və koloriferi sökmək, təmir etmək və yığmaqdan, buksun diyirlənən yastığına baxmaq və yastığın vəziyyətini yoxlamaqdan, teplovozun silindrinin qapağını, su nasosunu, trubasını və silindrin vtulkasını hidravlik üsulla yoxlamaqdan, tormoz hava trubasının və pnevmatik avadanlıqlarının cihazlarının birləşmələrini sınaqdan keçirməkdən, dizelin forsunkası, su nasosu, yağ, yanacaq, rubokompressor, havaüfürücü silindrin qapağını çıxarmaq və quraşdırmaqdan ibarətdir. Qeyd olunanlar baxımından iddiaçı, Biləcəri texnik xidmət məntəqəsində (yəni, Biləcəri lokomotivlərin təmiri deposunda) sadəcə çilingər deyil, məhz, “lokomtvlərin təmiri və və baxışı üzrə çilingər” işləmişdir. Belə olan halda, yuxarıda qeyd edildiyi kimi, “lokomotivlər” (məs., “teplovozlar”) hərəkət tərkibinə aid olan predmet olduğu halda, iddiaçının həmin hərəkət tərkibinin təmiri üzrə çilingərlər sırasına aid edilməyə bilməz. Hər bir halda, bu sıraya aid edilməsə belə, sözügedən məntəqədə (depoda) çalışan çilingərlərin işə əlavə oolunmuş vəzifə təlimatında müəyyən edilən funksiyalaırına görə onlar - lokomotivlərdə mexaniki hissənin yoxlanması üsulunu, nizamlanması və konstruksiyasını, elektrik, pnevmatik avadanlıqlar, elektrik maşınları, aparat, cihaz və elektrik sxeminin təmirini həyata keçirməkdən, lokomotivin elektrik sxemində, avadanlıqlarında yaranan nasazlıqları aradan qaldırmaq, avadanlıqların iş prinsipi və onların yığılmasında düzgün texnoloji prosesi aparmaqdan, lokomotivlərin (elektrovoz, teplovoz) təmiri, texniki vəziyyətinin yoxlanması, xüsusi çətin mexaniki hissənin sınanması və nizamlanması işini icra etməkdən, elektrik, pnevmatik avadanlıqların, aqreqatların, aparaturaların, cihazların quraşdırılması, elektrik sxemində yaranan nasazlıqların aradan qaldırılması və lokomotivin istismara verilməsinə hazırlıq işlərini görürlər. Müqayisə və həlil edildikdə, hər iki vəzifə təlimatında - lokomotivlərdə avadanlıqların və sair mexaniki hissəlrin, təmiri, yığılması, nizamlanmsı, yoxlanılması və sair bu kimi oxşar xarakterli əmək funksiyaları mövcuddur iddiaçının mübahisələndirlən həmin dövr üzrə gördyü “lokomativlərin (yəni hərəkət tərkibinin) təmiri və baxışı üzrə çilingər” işnin "xxxx" QSC-nin tədqiq olunan məktunlarından da göründüyü kimi, Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 20-ci abzasında göstərilən “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” işi ilə oxşar olduğu, başqa sözlə həmin göstəriciyə uyğun gəldiyi təsdiq oolunmuşdur. Məhkəmə kollegiyası iddiaçının xx.xx.1976-xx.xx.1978-ci illərdə “Texniki nəzarət məntəqəsində lokomativlərin təmiri və yoxlanılması üzrə çilingər”ə münasibətdə onu da qeyd edir ki, SSRİ Dövlət Əmək Komitəsinin, X3 X4 Heyətinin xx.xx.1974-cü il tarixli 298/P-22 tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli məzuniyyət və qısaldılmış iş günü hüququ verən zərərli istehsalat, sex, professiya və vəzifələrin Siyahısının Nəqliyyat (XXXİİİ) bölməsinin “25a” bəndi nəzərdə tuturdu ki, hərəkət tərkibinin vaqonların və onların daşınmaya hazırlanması üzrə texniki xidmət məntəqələrindəhərəkət təkibinin təmiri üzrə çilingər zərərli iş şəraitinə aid peşə sahibi hesab olunmaqla onlara 6 gün əlavə məzuniyyət verilirdi. (“Постановление Госкомтруда СССР, Президиума ВЦСПС от xx.xx.1974 N 298/П-22 (ред. от xx.xx.1991) "Об утверждении Списка производств, цехов, профессий и должностей с вредными условиями труда, работа в которых дает право на дополнительный отпуск и сокращенный раборчий день XXXİİİ. ТРАНСПОРТ. “25 a Слесарь по ремонту подвижного состава на пунктах технического обслуживания вагонов и подготовки вагонов к переперевозкам”) Belliklə də yuxarıda göstərilənlər baxımından, cavabdeh orqan tərəfindən iddiaçının Biləcəri texniki nəzarət məntəqəsində (depoda) lokomativlərin təmiri və yoxlanılması üzrə çilingər” kimi çalışdığı xx.xx.1976-xx.xx.1978-ci illərin ( 1 il 11 ay 16 gün), onun güzəştli stajı kimi nəzərə alınmasını zəruri edən şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, iddiaçının sözügedən stajına ( 1 il 11 ay 16 gün) cavabdeh tərəfindən onun güzəştli staj kimi nəzərə alınan 11 il 14 günü əlavə etdikdə, o, 12 il 6 aydan da çox güzəştli staja malik olur. Başqa sözlə, 57 yaşından pensiya hüququ yaranır. Cavabdeh orqan isə iddiaçının müvafiq müraciəti üzrə hərtərəfli inzibati icraat aparılmamış, iddiaçının xeyrinə olan halların əldə olunmasından çəkinmiş, bununula da, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərini pozmuş, bütün bunlar isə iddiaçının qanunla qorunun hüquqlarını pozulması ilə nəticələnmişdir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlara, maddi hüquq normalarının tələbləri baxımından düzgün züquq qimət verilməmiş, iddianın rədd olunması barədə səhv nəticəyə gəlmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə də, Qanunun sözügedən tələblərini də nəzərə alan məhkəmə kollegiyası, yekunda, iddiaçının apellyasiya şikayətinin - birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-987/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddia qismən təmin edilməli və iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və müraciət etdiyi edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi, qalan hissədə iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-987/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar