Məhkəmə qərarları › İş №2-1(103)-2724/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2724/2023

20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2724/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X13 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehlərin nümayəndələri X9 və Vəkil2 iştirakı ilə, İddiaçı Saladulla qızının cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 Nurəddin qızına qarşı «evə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3360/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Saladulla qızı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 Nurəddin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə dair Cavabdeh2 adına verilən 27 may 2017-ci il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarışın və qeydiyyatın ləğv edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə 2003-cü ildə iddiaçı ailəsi ilə Bakı şəhərində mənzil almaq qərarına gəlmişlər və bu məqsədlə müəyyən qədər vəsait toplamışlar. Münasib sayılan evlər içərisindən X5 məxsus evi seçmişlər. Daha sonra iddaçı yaxın qohumlarının da iştirakı ilə həmin şəxsə evinə görə X5 6.000 ABŞ dolları məbləğində pul vəsaiti vermiş və evi almışdır. Adıçəkilən şəxs evin açarlarını təqdim etmiş və iddiaçının ailə üzvləri ilə birlikdə evə qeydiyyata alınmasını təmin etmişdir. İddiaçı həmçin vaxtdan etibarən evə köçüb yaşamışdır. Onun övladları bu ünvandan məktəbə getmişlər. O, evin kommunal haqlarını ödəmişdir. Hazırda da orada yaşayır. Qeyd olunan ev köhnə və təmirsiz olmaqla bir mərtəbədən, bir otaqdan ibarət idi və yaşayış sahəsi 40 kv.m təşkil edirdi. İddiaçı 2016cı ilin yay və payız aylarında həmin evi sökərək yerində iki mərtəbəli, 3 otaqlı yeni ev inşa etdirmişdir. Qonşu ilə həyətyanı sahə ilə bağlı narazılıq olmaması üçün torpaq sahəsinin sərhədləri X7 ilə dəqiqləşdirilmişdir. Bir müddət sonra X7 vəfat etmişdir. Sonradan məlum olmuşdur ki, X3 övladı Cavabdeh2 atasının ölümündən sonra həmin evə dair heç bir məlumat vermədən hüquqların reyestrdə qeydiyyatı barədə çıxarış almışdır. Daha sonra Cavabdeh2 məhkəməyə müraciət edərək, hazırkı iddiaçının və onun ailə üzvlərinin istifadə hüquqlarının olmamasının müəyyən edilməsi tələbini irəli sürmüşdür. Halbuki, həmin evə dair reyestrdən çıxarışın verilməsi tam qanunsuz və əsassızdır. ünvan 1 ünvanında yerləşən evə dair Cavabdeh2 adına verilən 27 may 2017-ci il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarış ləğv edilməlidir. Belə ki, qeyd olunduğu kimi, mərhum X7 2003-cü ildə qeyd olunan evi iddaçıya satmış və dəyərini də almışdır. Həmin ildən etibarən iddiaçı və ailə üzvləri köçüb o evdə yaşamağa başlamış və evə daimi qeydiyyata alınmışlar. Həmin vaxtdan etibarən iddiaçı mülkiyyətçi kimi qeyd olunan evə sahiblik etmiş və evdən istifadə etmişdir. Evin bütün kommunal xidmət haqlarını o ödəmiş və evdən öz ünvanı kimi istifadə etmişdir. 2016-cı ilin sentyabr – oktyabr aylarında isə, həmin ev tamamilə sökülmüş və iddiaçı tərəfindən həmin ünvanda başqa ölçüdə yeni ev tikilmişdir. Hazırda da həmin yeni ev ona məxsusdur və istifadəsindədir. Mübahisəli ev fərdi yaşayış evidir və evin 1/2 hissəsi mərhum X3 mülkiyyətində olmuşdur. Həmin hissə birmərtəbəli və bir otaqdan ibarət olmuş və sahəsi 40 kv.m təşkil etmişdir. Lakin hazırkı ev ümumi sahəsi 120 kv.m təşkil edən 3 otaqlı iki mərtəbəli evdir. Yəni cavabdehin adına verilən reyestrdən çıxarışda göstərilən ev faktiki olaraq mövcud deyil və həmin ünvanda iddiaçıya məxsus yeni bir ev tikilmişdir. Bu mənada iddiaçı hesab edir ki, cavabdehə verilən reyestrdən çıxarış reallığı əks etdirmir və bu qeydiyyat əsassızdır. Bundan başqa hesab olunur ki, cavabdehin adına verilmiş reyestrdən çıxarış və əmlakın qeydiyyatı həmin evin tamamilə sökülməsi səbəbindən də ləğv edilməlidir. Həmçinin hesab olunur ki, cavabdeh təşkilat həmin ünvanla bağlı maraqlı şəxsin hüquqlarını qeydə almazdan əvvəl araşdırma aparılmasını təmin etməli və müəyyən etməli idi ki, həmin daşınmaz əmlak artıq mövcud deyil və onun yerində həmin əmlakın texniki göstəricilərinə uyğun olmayan başqa daşınmaz əmlak vardır. Bu faktiki hal ərazidə fəaliyyət göstərən 64 saylı MKİS-in 20 noyabr 2019-cu il tarixli 69 saylı məktubu ilə də təsdiq olunur. Həmin məktubda qeyd olunur ki, İddiaçı Yasamal rayonu, K.Kazımzadə küçəsi 13 ünvandakı evin 2-ci mərtəbəsində öz vəsaiti hesabına 54,7 kv.m ev inşa edib. Bu isə o deməkdir ki, Cavabdeh2 xeyrinə mülkiyyət hüquqları qeydə alman daşınmaz əmlak artıq mövcud deyil. Bu isə, qeydiyyatın ləğvi üçün əsasdır. Odur ki, aparılmış qeydiyyat ləğv edilməlidir. Cavabdeh qeydiyyat orqanı iddianı qəbul etməmiş, mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə 27 sentyabr 2022-ci tarixdə İdarəyə müraciət etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həl edilir. Bununla bağlı iddiaçıya 12 oktyabr 2022-ci il tarixli məktub ünvanlanmışdır. İddia ərizəsində qeyd edilən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 2/4 hissədə Cavabdeh2, 1/4 hissədə X6, 1/4 hissədən qalan hissə X8 və 1/4 hissədən 1 otaq (y/s 14,8 kv.m, k/s 8,8 kv.m) X10 paylı mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 mülkiyyətində olan 2/4 hissə 2V-67 nömrəli 22 may 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3360/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: «... Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Məhkəmənin gəldiyi bu nəticə əsassızdır. Çünki hazırkı iş üzrə iddiaçı faktiki olaraq onun sahiblik və istifadəsində olan, Cavabdeh2 isə adına çıxarışla rəsmiləşdirilən evinfaktiki ölçülərinin İbrahimov Nürəddindən miras qalan evlə eyni olmadığınıbildirir və bunu təsdiq edən sübutlara istinad edir. Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.3cü maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi dövlət qeydiyyatının aparılması üçün vacib şərtlərdən biridir. Bu mənada hesab edirik ki, cavabdeh təşkilat həmin ünvanla bağlı maraqlı şəxsin hüquqlarını qeydə almazdan əvvəl araşdırama aparılmasını təmin etməli və müəyyən etməli idi ki, həmin daşınmaz əmlak artıq mövcud deyil və onun yerində həmin əmlakın texniki göstəricilərinə uyğun olmayan başqa daşınmaz əmlak vardır. Bu faktiki hal ərazidə fəaliyyət göstərən 64 saylı MKİS-in xx.xx.2019- cu il tarixli 69 saylı məktubu ilə də təsdiq olunur. Həmin məktubda qeyd olunur ki, İddiaçı Yasamal rayonu, K.Kazımzadə küçəsi 13 ünvandakı evin 2-ci mərtəbəsində öz vəsaiti hesabına 54,7 kv.m ev inşa edib. Bu isə o deməkdir ki, Cavabdeh2 xeyrinə mülkiyyət hüquqları qeydə alınan daşınmaz əmlak artıq mövcud deyil. Bu isə qeydiyyatın ləğvi üçün əsasdır. Belə bir tələbi irəli sürmək üçün isə iddiaçının subyektiv hüququ vardır. Çünki, cavabdeh təşkilatın hərəkəti (çıxarışın verilməsi) və hərəkətsizliyi (yerində müayinə aparılmaması) nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Bu mənada, məhkəmənin qərardadı ləğv edilməlidir. Bundan əlavə, məhkəmə qərardadında göstərilmişdir ki, hazırkı iddia tələbi ilə ümumi məhkəməyə müraciət oluna bilər. Bununla bağlı olaraq bildirilir ki, iddiaçı tərəf əvvəlcə yalnız Cavabdeh2na qarşı eyni tələblə ümumi məhkəməyə müraciət edərək qeydiyyatın ləğv edilməsini tələb etmiş, lakin məhkəmələr bu tələbi təmin etməyərək belə nəticəyə gəlmişdir ki, qeydiyyata dair mübahisə qeydiyyatı həyata keçirən orqana qarşı qaldırılmalıdır (apellyasiya və kasasiya instansiyasıməhkəməsinin qətnamə və qərarı işə əlavə edilmişdir). Odur ki, məhkəmənin hazırkı qərardadı qanunsuz və əsassızdır. İşə baxan məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, cavabdehin adına reyestrdə çıxarışla rəsmiləşdirilən daşınmaz əmlakın iddiaçının faktiki sahibliyində olan əmlakla eyni olub-olmamasını yoxlamamış, bu əsasla iddiaçının subyektiv hüququnun yaranıb-yaranmadığını müəyyən etməmiş, beləliklə də səhv nəticəyə gəlmişdir. Evə dair kommunal ödənişlərin kim tərəfindən ödənilməsi, evin ölçüləri, otaq sayı, mərtəbəliliyi araşdırılmamış, iddiaçının hüquqdan sui-istifadə etməsi haları nəzərdə qaçırılmış, cavabdehlərin evə hansı əsasla daimi qeydiyyata düşməsinin müəyyənləşdirilməsi üçün müvafiq sorğular verilməmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, 1-ci cavabdehin nümayəndəsi N.Rzazadə etirazda göstərilənlərə uyğun izahat verərək, 2-ci cavabdehin nümayəndəsi Vəkil2 isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının eyni tələbinin mülki icraat qaydasında rədd edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və iddiaçının hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda, iddiaçının cavabdehlərə qarşı iddia tələbinin məhkəmə icraatının mümkünlük şərtləri ödənilmir. Belə ki, işə əlavə olunmuş qanuni qüvvəsini almış, Bakı şəhəri Yasmal rayon Məhkəməsinin 2(004)-293/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iş materiallarında olan - İddiaçı Saladulla qızının Cavabdeh2 qarşı “sonuncunun adına verilən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarışın və qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1262/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi , həmin qətnamədə öz növbəsində AR Ali Məhkəməsinin 2(102)- 3981/2021 saylı xx.xx.2021-ci il tarxli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsi ilə müəyyən olunan hallardan və cavabdehin etirazının qeyd olunan dəlillərindən aydın olur ki, İddiaçı 2003-cü ildə 6000 ABŞ dollarına mübahisəli evi hazırkı Cavabdeh2 atası X1 aldığını iddia edərək Cavabdeh2 adına olan xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarışın ləğv edilməli olduğunu iddia etmiş, lakin o, həmin alqı-satqı münasibətlərinin baş verdiyini sübut edə bilməmişdir. Aşkar olunan hal isə ondan ibarət olmuşdur ki, Yasamal rayonu, K.Kazımzadə küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə ½ hisədə X4 adında olmuş, onun ölmündən sonra evin 2/4 hissəsini vərəsələk üzrə üzrə Cavabdeh2 qəbul etmiş və 2V-67 nömrəli 22 may 2017-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində onun mülkiyyəti kimi qeydiyyata alınmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallardan göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (evin 1/2 hissəsinə) üçüncü şəxs KCavabdeh2 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmasına əsas kimi atasının ölümü lə əlaqədar 2V-67 nömrəli 22 may 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə çıxış etmişdir. İPM-in 1.2-ci maddəsi baxımından, MPM-in 82.3-cü maddəsinin tələbinə görə çir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə də prosessual qanunvericiliyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, iddiaçı subyektiv baxımdan, Cavabdeh2 Nurəddin qızının mülkiyyətində olan həmin daşınmaz əmlakı mübahisəlndirmək hüququnu itirmişdir. Digər tərəfdən, qeyd olunmalıdır ki, iddiaçı, mübahisəli daşınmaz əmlaka dair iddia tələbini dövlət qeydiyyatını aparan 1 saylı Bakı Ərazi İdarəsi ilə yanaşı, həm də İPM-in 2.2ci maddəsinin tələblərinə zidd olaraq, cavabdeh qismində inzibati orqan hesab olunmayan mülki vətəndaş Cavabdeh2 Nurəddin qızına qarşı da irəli sürmüşdür (Hazırkı apellyasiya mərhələsində də iddiaçının nümayəndəsi ona qarşı iddia tələbində isralı olmuşdur). Belələliklə , konkret halda iddiaçının hazırkı öhdəliyin icrası haqqında iddia ərizəsi, İPM-in 35.1-ci maddəsinin qeyd olunan tələbləri baxımından, əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatının mümkün sayıla bilməz Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edilir. Ona görə də qeyd edilənlər baxımından birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması düzgün nəticə kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmadığını, əsassız qərar qəbul ediliyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3360/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3360/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar