Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2725/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, XN və X2 ibarət tərkibdə. Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili VəkilN, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N87/2024 nömrəli, N5 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı N992-ci ilin avqust ayından könülü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Ağdam rayon Komissarlığı tərəfindən Ağdam rayonunda yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Həmin hərbi hissənin nəzdində olan N saylı hərbi hissəsində artileriya bölməsində xidmət etmişdir. xx.xx.N992-cü il tarixdə ordu sıralarından tərxis olunmuşdur. N saylı hərbi hissənin xx.xx.N992-ci il tarixli, N saylı əmri ilə hərbi hissənin şəxsi heyətinə daxil olmuş və həmin hərbi hissənin xx.xx.N992-ci il tarixli, 202 saylı əmri ilə ordu sıralarından azad edilmişdir. (Hərbi biletdə səh. N7) Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. (Hərbi biletdə səh. N8) xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Ağdam cəbhəsində gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində iştirak etmiş, xx.xx.N992-ci il tarixdə ordu sıralarından tərxis olunmuşdur. Müharibə vaxtı hərbi xidmət keçmə N saylı hərbi hissənin qərargah rəisi mayor C.Məmmədov tərəfindən möhür və imza ilə təsdiq olunmuşdur. (Hərbi biletdə səh. 24) Bu baradə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə etdiyi müraciətinə cavab olaraq 0N dekabr 202N-ci il tarixli 4/2-2N06 nömrəli məktubunda bildirilmişdir ki, N saylı hərbi hissə komandirinin N6 avqust N992-ci il tarixli N5 nömrəli əmrində N №-li hərbi hissədə tam döyüş hazırlığın təmini üçün səfərbəliyə alınmış əsgərlərin siyahısında İlqar Heydərovun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N nömrəli əmrində həmin gündən etibarən əsgər XN0 sıralarından azad edilərək ümumi təchizatdan xaric edilməsi barədə məlumat vardır. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciət etmiş, komissiya tərəfindən xx.xx.20N9-cu il tarixli iclasda iddiaçının müraciətinə baxılaraq müsbət qərar qəbul edilməmişdir. Qərar barədə iddiaçının ünvanına komissiya tərəfindən məlumat göndərilmişdir. İddiaçı həmin qərarın, yəni inzibati aktın qəbul edilməsindən N il sonra onu mübahisələndirmişdir. Bu səbəbdən iddia mümkün sayılmamalıdır. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N87/2024 nömrəli, N5 fevral 2024-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 2- N(N0N)-2N60/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin N5 fevral 2024-cü il tarixli qərarı ləğv edilərək iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N02)-906/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 2-N(N0N)- 2N60/2024 nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili VəkilN apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən N0 gün ərzində verilmişdir (İPM-85.N), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.N). Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in NN.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya məxsus hərbi biletə əsasən o, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Ağdam cəbhəsində gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində iştirak etmiş, xx.xx.N992-ci il tarixdə ordu sıralarından azad olunmuşdur. N №-li hərbi hissə komandirinin N6 avqust N992-ci il tarixli N5 nömrəli əmrində N №li hərbi hissədə tam döyüş hazırlığın təmin üçün səfərbərliyə alınmış əsgərlərin siyahısında iddiaçının adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 202 saylı əmrinin arxiv çıxarışında N №-li hərbi hissə tərkibində olan N №-li hərbi hissənin 27№-li əmrinə əsasən ordu sıralarından azad edilən və ümumi təchizatdan xaric edilən əsgərlərin siyahısında iddiaçının adı qeyd olunmuşdur. İddiaçı cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.202N-ci il tarixli məktubunda Azərbaycan Respublikasının Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 4/2-2N06 nömrəli arayışına əsasən iddiaçının döyüş əməliyyatları aparılan dövrdə hərbi xidməti barədə məlumatın olmadığını qeyd edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N02)- 906/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında qeyd edilir ki, “...Kassasiya şikayətindən göründüyü kimi, cavabdehin əsas dəlili iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasını təsdiq edən sübutların olmaması və məhkəmənin bu halı qiymətləndirməməsidir. Bu dəlili əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, hazırkı qərarın N9-20-ci bəndlərində göstərilən normaların tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il tarixli 28 sentyabr 422 nömrəli Qərarına əsasən “Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda” sözləri əlavə edilmişdir. Sözügedən dəyişikliyin edilməsi bunu deməyə əsas verir ki, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyi halda hərbi biletlər əsasında hərbi qulluqçulara müharibə veteranı adı verilə bilməz. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən İddiaçı ordu sıralarından azad edilməsi və ümumi təchizatdan çıxarılması barədə xx.xx.N992-ci il tarixli, N nömrəli əmrdə onun hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyi və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi ilə bağlı hər hansı məlumatın qeyd edilməməsinə istinad etmişdir. İstinad olunan əmrdə qeyd edilmişdir ki, “həmin gündən etibarən N №-li hərbi hissənin tərkibində olan N №-li h/h-nin 27№-li əmrinə əsasən əsgər Heydərov İlqar ordu sıralarından azad edilərək ümumi təchizatdan xaric edilsin”. Göründüyü kimi iddiaçı N №-li hərbi hissənin N №-li əmri ilə ordu sıralarından azad edilmiş və həmin əmrin arxiv çıxarışı iş materiallarına əlavə edilməmişdir. Digər tərəfdən iddiaçının ordu sıralarından azad edilməsinin əsası iş materiallarından müəyyən edilmir. Başqa sözlə, iddiaçının qanuni əsasla tərxis olması səbəbindən ordu sıralarından azad edilməsi işdən görünmür. Qeyd edilənlərdən əlavə apellyasiya məhkəməsi iddianı təmin edərkən şahid ifadələrinə istinad etmişdir. Belə ki, apellyasiya məhkəməsinin iclasında şahid kimi ifadə vermiş X7 və XN izahatlarında bildirmişlər ki, İddiaçıla birlikdə N nömrəli hərbi briqadanın tərkibində N nömrəli hərbi hissədə döyüşdə iştirak etmişlər, N99N-cü ilin avqust ayında birlikdə döyüşə getmişlər və N99N-cü ilin dekabr ayında tərxis olunmuşlar. Halbuki, iddiaçı özü iddia ərizəsində xx.xx.N992-ci il tarixdə ordu sıralarından tərxis olmasını bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən şəxslər ilə N99N-cü ildə döyüşlərdə iştirak etməsi qeyri-mümkündür. Lakin apellyasiya instansiyası məhkəməsi bu ziddiyyətli halları araşdırmayaraq iddiaçıya münasibətdə barabərlik hüququnun pozulduğunu bildirmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunları etməmiş, əldə edilən sübutları tam və hərtərəfli araşdırmadan qiymətləndirməklə yanlış nəticəyə gəlmişdir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.NN-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun N-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 saylı, 22 sentyabr N995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin N-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “«Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat”ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun N-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (7 oktyabr N997-ci il tarixli, N78-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərin “müharibə veteranı” adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. İşə təkrar apellyasiya instasiya məhkəməsində baxılması zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərinin icrası və qanunvericiliyin tələbinin yerinə yetirilməsi məqsədilə İddiaçı qanuni əsaslarla tərxis olunması ilə bağlı əmrlərin müvafiq qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış N0 iyun 2025-ci il tarixli, N-25-29/2-NN74/2025 nömrəli əmrdə qeyd edilir ki, İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N5 nömrəli, xx.xx.N992-ci il tarixli 27 nömrəli (əmrdə əlavə məlumat yoxdur), xx.xx.N99N-cü il tarixli 0N nömrəli və N nömrəli hərbi hssə komandirinin xx.xx.N992-ci il tarixli N nömrəli əmrlərindən (əmrlərdə atasının adı, hərbi rütbəsi və vəzfəsi yazılmamışdır) arxiv çıxarışları təqdim edilir. N nömrəli hərbi hissə komandirinin N99N-N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. Məktuba əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N5 nömrəli əmrindən arxiv çıxarışından görünür ki, İddiaçı N nömrəli hərbi hissəyə sərəncama götürülmüşdür. N nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-cü il tarixli 0N nömrəli arxiv çıxarışından görünür ki, İddiaçı 0N dekabr N992-ci ildən sərəncamdan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N6 dekabr N992-ci il tarixli, N nömrəli əmrində qeyd edilir ki, İddiaçı ordu sıralarından azad edilmiş və ümumi təchizatdan xaric edilmişdir. Əsas olaraq N nömrəli hərbi hissə komandirinin əmridir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-cü il tarixli 0N nömrəli əmrindən görünür ki, İddiaçı 0N dekabr N992-ci ildən sərəncamdan çıxarılmışdır. Əvvəlki apellyasiya baxışında şahid qismində dindirilmiş X4 xidmət keçməsi ilə bağlı məlumatın əldə edilməsi üçün işə təkrar apellyasiya instansiya məhkəməsində baxılması zamanı xx.xx.20N9-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.N964-cü il təvəllüdlü X6 münasibətdə tərtib olunan 086420 nömrəli müharibə veteranı vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin, habelə sözügedən 086420 nömrəli müharibə veteranı vəsiqəsinin hazırda qüvvədə olubolmaması barədə müvafiq məlumatın qısa müddət ərzində məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 28 oktyabr 2025-ci il tarixli məktubunda qeyd edilir ki, vətəndaş X6 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün göndərilən sənədlərə komissiyanın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış, 6N4 nömrəli protokol ilə ona “Müharibə veteranı” adı verilmiş və M/V-086420 nömrəli vəsiqə ayrılmışdır. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən təqdim edilmiş 02 sentyabr 20N9-cu il tarixli arxiv arayışında qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-cü il tarixli 0N nömrəli əmrində (əsas səh.N, sıra N0, əmrdə atasının adı yazılmamışdır) Elşən Rüstəmovun xx.xx.N992-ci il tarixdən sərəncamdan çıxarılması barədə məlumat vardır. Göründüyü kimi, İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixə kimi hərbi hissədə sərəncamda olmuşdur. Bu isə onun hərbi xidmət keçməsi və qanuni əsaslarla tərxis olunması kimi qiymətləndirilmir. İş materiallarına təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi (qanuni əsaslarla tərxis olunması) müəyyən edilmədiyi üçün birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.N). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N87/2024 nömrəli, N5 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N87/2024 nömrəli, N5 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2725/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2725/2025
13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver