Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2727/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə (Açar sözlər: məcburi köçkün vəsiqəsinin verilməsi; apellyasiya şikayətinin mümkün sayılmaması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3587/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinin verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3587/2022 nömrəli, xx.xx.2022-ci il qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı xx xxxxxx 2004-cü il təvəllüdlü İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsinə dair iddiası rədd edilmişdir.
3. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3749/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “xx xxxxxx 2004-cü il təvəllüdlü İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3587/2022 nömrəli, xx.xx.2022-ci il qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
5. İddiaçı yenidən apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3587/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, İddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi təmin edilməmişdir.
7. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etdi.
8. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etdi.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalıdır. 10.Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin: -81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. -85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. -87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. 11.İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin iddiaçı tərəfindən mübahisələndirilən 2-1(112)-3587/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində xəbərnaməyə imza edilməklə təhvil alınmışdır. İlkin apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı özüdə etiraf etmişdir ki, həmin qərar xx.xx.2023-cü il tarixində təhvil alınmışdır. İddiaçının apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və Bakı İnzibati Məhkəməsinə həmin tarixdə təqdim edilmişdir. Göründüyü kimi, mübahisələndirilən məhkəmə qərarı xx.xx.2022-ci il tarixdə alınmış, apellyasiya şikayəti 1 il 3 ay 14 gün sonra (xx.xx.2023-cü il) verilmişdir. Hazırkı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə artıq baxılaraq iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Belə olan halda, iddiaçının yenidən həmin qərarı mübahisələndirməyə dair hüquqi marağı və imkanı ortadan qalxmış olur. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ müəyyən prosessual qaydalara və hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun həyata keçirilə bilən hüquqdur. Buna görə, hər hansı məhkəmə aktı proses iştirakçıları tərəfindən yalnız bir dəfə yuxarı instansiya məhkəməsinə şikayət verməklə mübahisələndirilə bilər. Beləliklə, iddiaçı tərəfindən daha əvvəl mübahisələndirildiyi və apellyasiya məhkəməsi tərəfindən şikayətin qeyri-mümkün hesab edilməsinə baxmayaraq yenidən apellyasiya şikayəti verildiyi üçün şikayət mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidir. 12.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 13.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3587/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov