Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2728/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı “test tapşırıqlarının cavablarının düzgün qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2-1(112)-8414/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2q MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 fevral 2023-cü il tarixində dövlət qulluğunun BA kateqoriyası üzrə X4 tərəfindən keçirilən imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında A variantı üzrə 51-ci və 63-cü test tapşırıqlarının cavablarının düzgün cavab kimi qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2-1(112)-8414/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmçinin ərizəçi Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə 2-1(112)- 8414/2023 nömrəli inzibati işi üzrə icraatın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2-1(112)-8414/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardan narazı qalan cavabdeh və qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayətləri verilərək qərar və qərardadın ləğv olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2-1(103)-3702/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2-1(112)-8414/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən kassasiya şikayəti verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2-1(102)- 1026/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti mümkün hesab edilməmiş və şikayətin qəbulundan imtina edilmişdir. Bundan sonra 2-1(103)-2728/2024 nömrəli inzibati iş 20 iyun 2023-cü il tarixli, 2- 1(112)-8414/2023 nömrəli qərardan verilmiş apellyasiya şikayətinə baxılması üçün elektron bölgüyə verilmiş və hakim Elvin Əliyevin sədrliyinə qəbul edilmişdir. Sonradan məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2-1(103)-3702/2023 nömrəli qərardadından ərizəçi tərəfindən kassasiya şikayəti daxil olmuşdur. Bununla bağlı Kollegiya hesab edir ki, ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə baxılması ilə əlaqədar hazırki inzibati iş apellyasiya baxışından çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı “test tapşırıqlarının cavablarının düzgün qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-2728/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2728/2024
30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver