Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-273/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X8-Yusiflinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2522/2021 saylı 24 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. 13265 saylı 21 iyul 1980-cı il tarixli attestatdan və Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə təhsili üzrə Dövlət Agentliyinin Q-122/25 saylı 20 noyabr 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı 01.09.1979-25.06.1980-cı il tarixlərdə həmin məktəbdə təhsil almışdır. NZ seriyalı ******* saylı 22 may 1983-cü il tarixli hərbi biletdən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin 494 saylı 21.07.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 10 noyabr 1983-cü il tarixdən 10 dekabr 1985-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 18.02.1981-ci il tarixli əmək kitabçasından görünür ki, o, 09.12.1980-ci ildə “Azneft” Birliyinin idarəçilik hərbiləşdirilmiş gözətçi dəstəsinin 4 saylı kom. atıcı vəzifəsinə qəbul edilmiş, 22.11.1982-ci ildə Sovet Ordusunun sıralarına çağırılması ilə əlaqədar işdən azad edilmiş, 08.02.1983-cü ildə X6 İdarəsinə 3cü dərəcəli qazmaçı köməkçisi qismində qəbul edilmiş, 11.05.1983-cü ildə Sovet Ordusu sıralarına çağırılması ilə bağlı işdən azad edilmiş, 28.06.1983-cü ildə əvvəlki vəzifəsinə 3cü dərəcəli neft və qaz istismar və kəşfiyyat qazma quyularının qazmaçı köməkçisi vəzifəsinə bərpa edilmiş, 09.11.1983-cü ildə həqiqi hərbi xidmətə çağırılması ilə bağlı tutduğu vəzifədən azad edilmiş, 19.02.1986-cı ildə “Şirvanneft” NQÇİ X2 teleavtomatika və dispetçer avadanlıqları üzrə 2-ci dərəcəli elektrik montyoru qismində qəbul edilmiş, 11.09.1996-cı ildə 2 N-li Neftqazçıxarma sexinə 4-cü dərəcəli YAT operatoru keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22.08.1997-ci il tarixli 158 saylı əmri ilə “Şirvanneft” NQÇİ-si 01.09.1997-ci il tarixindən ləğv olunmuş, onun bazasında "xxxx" birgə MMM yaradılmış, 01.09.1997-ci ildə həmin sexdə işini davam etdirmiş, 01.07.2001-ci il tarixdə Quyuların Yeraltı Təmir Sexinin 2-ci sahəsinə 4-cü dərəcə YAT operatoru keçirilmiş, 06.06.2002-ci ildə QYTS-nin ləğvi ilə əlaqədar 2 saylı NQŞS-də 4-cü dərəcə YAT operatoru keçirilmiş, 28.12.2005-ci ildəQƏYTS-nin yradılması ilə əlaqədar 2-ci sahə üzrə 4-cü dərəcə YAT operatoru keçirilmiş, 05.10.2009-cu ildə öz xahişi ilə işdən azad edilmiş, 05.10.2009-cu ildə “X11 Limited” şirkəti Quyuların əsaslıə və Yeraltı Təmir Sexinə 4-cü dərəcə YAT operatoru qəbul edilmiş, 31.07.2019-cu ildə başqa işəgötürənlə əmək müqaviləsi bağlanması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş, 01.08.2019-cu ildə “Shirvan Drilling Limited” şirkətinə Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların yeraltı təmiri üzrə operator qəbul edilmiş, 07.06.2020-ci ildə müəssisənin ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. X11 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 13 saylı 03.07.2020ci il tarixli arayışından görünür ki, İddiaçı “X11 Limited” Şirkətinin Quyuların Əsaslı və Yeraltı Təmiri Sexində Yeraltı təmir üzrə operator peşəsində işləmişdir. İddiaçı 01.01.2006cı il tarixinə ümumi əmək stajı 25 il 05 ay 07 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 10-cu bəndinin 10.02 yarımbəndinə əsasən (neft, qaz və qaz kondensantı hasilatı) İddiaçı 01.01.2006- cı il tarixinə güzəştli şərtlərlə 20 il 05 ay 26 gün iş stajı var. İddiaçı 01.01.2006-cı il tarixinə “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-də güzəştli şərtlərlə 19 il 10 ay 12 gün iş stajı var. Belə ki, 17.02.1986-cı il tarixli 18/k saylı əmrlə 19.02.1986-cı il tarixdən 11.09.1996-cı il tarixədək, “Şirvanneft” NQÇİ-nin X1 3-cü dərəcə elektrik avadanlıqlarının xidməti və təmiri üzrə elektrik montyoru peşəsində işləmişdir (10 il, 06 ay 22 gün) (Səh. 67 – neft və qaz kondensatı hasilatı obyektlərində məşğul elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları). 10.09.1996-cı il tarixli 156/k saylı əmrlə 11.09.1996-cı il tarixdən 01.01.2006-cı il tarixinə qədər “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-nin 3 saylı Neftqazçıxarma sexində və Quyuların Əsaslı və Yeraltı Təmiri Sexində 5-ci dərəcə Yeraltı təmir üzrə operator peşəsində işləmişdir (09 il 03 ay 20 gün) (səh. 67 Quyuların yeraltı təmiri üzrə operatorlar). Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının 228 saylı17 may 2019cu il tarixli Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialında mühafizə olunan Salyan rayon Qaraçala qəsəbə 1 №li Pambıqçılıq sovxozunun 1977-ci ilə aid şəxsi heyət üzrə əmrləri və Kolxozlararası tikinti idarəsinin 1977-ci ilə aid əmək haqqı cədvəlinin arxiv çıxarışından görünür ki, İddiaçı 15.03.1977-ci il tarixdə 38 nömrəli əmrlə 14.03.1977-ci il tarixdən tikitnti briqadasına fəhlə qəbul edilmişdir. 23.03.1977-ci il tarixdə 40 nömrəli əmrlə tikinti briqadasının fəhlələri işdən azad olunub, 23.03.1977-ci il tarixdən Salyan rayon Kolxozlararası tikinti idarəsinə göndərilmişdir. Kolxozlararası Tikinti İdarəsində 1977-ci ilin aprel, may, iyun, iyul aylarında əmək haqqı almışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin **********80020115X00080 saylı 07.08.2020-ci il tarixli arxiv arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Əli X17 İdarəsində işləmişdir. “Azneft” İstehsalat Birliyinin 29.09.2004-cü il tarili 244 saylı əmrinə əsasən X10 İdarəsi, qazma sexi kimi X16 İşləri İdarəsinin tərkibinə verilmişdir. ARDNŞ-nin 12.03.2007-ci il tarixli, 51 saylı və 14.03.2007ci il tarixli 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və X16 İşləri İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestinin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin 08.08.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən X16 İşləri İdarəsi qazma sexi kimi X19 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın 27.12.2013-cü il tarixli SOCAR/13-1000/01/SM-05-000035 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin X19 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı 04.02.1983- 11.05.1983-cü və 11.05.1983- 09.11.1983-cü illərdə X10 İdarəsində 3-cü dərəcəli qazmaçı köməkçisi peşəsində işləmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisin Mərkəzi Arxivinin **********80020123X00144 saylı 17.07.2020-ci il tarixli iş stajı haqqında arayışından görünür ki, İddiaçı 09.12.1980-cı ildə “Azneft” Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin 4 nömrəli komandasına atıcı işinə qəbul edilmişdir. 22.11.1982-ci ildə Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. 19.02.1986-cı ildə “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) İstehsalın avtomatlaşdırılması sexinə teleavtomatika və dispetçer avadanlıqları üzrə 2-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. 01.01.1989-cu ildə teleavtomatika və dispetçer avadanlıqları üzrə 3-cü dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. 11.09.1996-cı ildə 2 N-li NQÇS-yə 4-cü dərəcəli YAT operatoru peşəsinə keçirilmişdir. ARDNŞ-nin 22.08.1997-ci il tarixli 158 saylı əmri ilə “Şirvanneft” NQÇİ 01.09.1997-ci il tarixdən ləğv olunmuş və onun bazasında "xxxx" X12 Müəssisə yaradılmışdır. 01.09.1997-ci ildə "xxxx" BMMM-nin 2 № li NQÇS-nə 4-cü dərəcəli YAT operatoru peşəsinə işə qəbul edilmişdir. 01.07.2001-ci ildə QYTS-yə 4cü dərəcə YAT operatoru peşəsinə keçirilmişdir. 06.06.2002-ci ildə QYTS-nin ləğvi ilə əlaqədar 2 saylı NQÇS-yə 4-cü dərəcəli YAT operatoru peşəsinə keçirilmişdir. 28.12.2005ci ildə QƏYTS-nin yaradılması ilə əlaqədar QƏYTS-nin 2-ci sahəsi üzrə 4-cü dərəcəli YAT operatoru peşəsinə keçirilmişdir. 05.10.2009-cu ildə Azərbaycan Respublikası Əmək Məcələsinin 69-cu maddəsinə uyğun olaraq öz ərizəsinə əsasən işdən azad olunmuşdur. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ona sonuncu dəfə ünvanlanmış **********8 saylı 26.01.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş İT-İ ******* saylı 18 fevral 1981-ci il tarixli əmək kitabçasında onun ümumi iş stajı 01 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 7 ay 16 gün) təşkil edir, 19.02.1986-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin X1 teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi X1 teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsi yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsinə uyğun deyil. Bu səbəbdən 1 yanvar 2006-cı il tarixinədək ümumi və güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 57 yaşı tamam olduğu 25 aprel 2018ci il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq, birdəfəyə ödənilməsi xahişi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. İş stajı barədə qeyd edilənlər əmək kitabçası və oradakı qeydləri təsdiq edən arxiv arayışları ilə təsdiq edilir. Qeyd edilənlərə əsasən ümumi iş stajı, peşə təhsili nəzərə alınmaqla, 25 il 8 aydan çoxdur. Güzəştli iş stajı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş „Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”na (sonradan -Siyahı) uyğun olaraq, 08 fevral 1983- 11 may 1983 və 28 iyun 1983-09 noyabr 1983-cü il tarixlərində X10 idarəsində qazmaçı köməkçisi vəzifəsində - 0 il 09 ay 05 gün- Siyahıda- 21300000 Xİİ Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı: neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları, X22 Çıxarma İdarəsinin İstehsalın Avtomatlaşdırılması Sexində teleavtomatika və dispetçer avadanlıqları üzrə elektrik montyoru vəzifəsində 19 fevral 1986-11 sentyabr 1996-cı il tarixlərində - 10 il 6 ay 23 gün, Siyahıda 21302000 2. Neft-qaz və qaz kondensatının hasilatı, 2130200a—19861 neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, həmin müəssisədə 11 sentyabr 1996- 01 yanvar 2006-cı il tarixinədək 2 №li neft qaz çıxarma sahəsinə 4-cü dərəcəli yeraltı təmir operatoru - 21302000 2. Neftqaz və qaz kondensatının hasilatı, 2130200a—15870 quyuların yeraltı təmiri üzrə operatorlar- 9 il 3 ay 21 gün olmaqla toplanmış və ümumilikdə güzəştli iş stajı 20 il 7 ay 17 gün təşkil edir. Cavabdeh ona müraciət edildikdən sonra peşə təhsili barədə arayışı ayrıca təqdim etsə də, həmin təhsil dövrünü ümumi iş stajına daxil etməmişdir. Həmin arayışı Peşə Təhsili üzrə Dövlət Agentliyindən alaraq daha sonrakı tarixdə məktubla göndərmişdir. Lakin məlum olmayan səbəblər üzündən həmin təhsil dövrü ümumi iş stajına daxil edilməmişdir. Bu səbəblə də onun ümumi iş stajının 25 ildən az olmasını qəbul etmişdir. Cavabdeh ona sənədlərini imtina məktubu ilə birlikdə geri qaytararkən həmin arayışı qaytarmamışdır. Halbuki ona göndərilən hər bir məktuba cavabdehin dəftərxanasında kargüzarlıq nömrəsi təyin edilir və icraata yönəldilir. Hazırda cavabdeh gündəlik inzibati praktikasında 01 yanvar 2006-cı ilə qədər toplanmış əmək stajına əsasən güzəştli şərtlərlə pensiya təyinatı apararkən həmin dövrə qədər ali, texniki və texniki peşə məktəblərində əyani təhsil dövrünü ümumi iş stajına daxil edir. İmtina məktubunda cavabdeh onun güzəştli iş stajına irad tutmadığı üçün, hesab edir ki, onun güzəştli iş stajı hazırki işdə mübahisələndirilməyən hal kimi qəbul edilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz və ona əlavə iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 18 fevral 1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında 19.02.1986-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində "Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin X1 teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi X1 teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsi yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsinə uyğun deyil. Bu səbəbdən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2522/2021 saylı 24 iyun 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 19.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsnin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 15.12.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın ilk imtina məktubunun tarixi 22.10.2020-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə 05.11.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “onun 01.01.2006-cı il tarixə kimi ümumi iş stajının 25 ildən, xüsusi iş stajının 12 il 6 aydan çox olmasına istinad edərək ona 57 yaşdan, yəni 25.04.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından işlədiyi “X1 teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru” vəzifəsi yuxarıda qeyd olunan “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” vəzifəsinə uyğun olmaması, bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək ümumi və güzəştli iş stajının olmaması əsası ilə imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən çox, yəni 25 il 8 ay 19 gün olmasına baxmayaraq, onun əmək kitabçasında qeyd olunan peşələrin (19.02.1986-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin X1 teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsində işlədiyi dövrlərin) əmək şəraiti zərərli olan işlərə aid edilməməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil barədə sənədini (atestatı), hərbi biletini, əmək kitabçasını, işləməsi barədə arxiv arayışlarını və güzəştli iş stajına dair arayışları təqdim etmişdir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçıya məxsus hərbi biletdən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin arayışından, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə təhsili üzrə Dövlət Agentliyinin arayışından müəyyən olunur ki, İddiaçı 01.09.1979-25.06.1980-cı il tarixlərdə təhsil almış, 10 noyabr 1983-cü il tarixdən 10 dekabr 1985-ci ilədək isə hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndində də öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus 18.02.1981-ci il tarixli əmək kitabçasından görünür ki, o, 1981-ci ildə əmək fəaliyyətinə başlamış və hazırki vaxta kimi müxtəlif peşələrdə çalışmış, onun ümumi iş stajı təhsil aldığı, hərbi xidmətdə olduğu dövrlər, əmək kitabçasındakı məlumatlar və Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının 228 saylı17 may 2019-cu il tarixli arayışına əsasən Kolxozlararası Tikinti İdarəsində işləyib əmək haqqı aldığı 1977-ci ilin aprel, may, iyun, iyul ayları nəzərə alınmaqla 01.01.2006-cı il tarixə olan stajı 25 ildən artıq təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. Bundan başqa, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması mübahisələndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İddiaçı 17.02.1986-cı il tarixdən 05.10.2009-cu il tarixədək “Şirvanneft” NQÇİ-də, "xxxx" BMMM-də işlədiyi 2-ci və 3-cü dərəcəli elektrik montajçısı (əmək kitabçasında elektrik montyoru göstərilsə də, kitabçanın tərcümə olunmuş nüsxəsində elektrik montajçısı göstərilib), 4-cü dərəcəli YAT operatoru peşələrinin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulan hansı peşələrin funksiyaları ilə eynilik təşkil edib-etməməsi, həmçinin həmin peşələrin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı məhkəmə tərəfindən X11 Limited Şirkətinə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 13.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuş X11 Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavab məktubuna əlavə edilmiş arayışdan görünür ki, “Şirvanneft” NQÇİ, "xxxx" BMMM və “X11 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı eyni neft mədənlərində hasilatla məşğul olan, təsis və təşkil olunma qaydaları ilə əlaqədar müxtəlif vaxtlarda fərqli adlandırılan müəssisələrdir. Əmək kitabçasındakı qeydlərə əsasən İddiaçı 01.01.2006-cı il tarixinə ümumi əmək stajı 25 il 05 ay 07 gündür. Onun “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-də güzəştli əmək stajı 01.01.2006-cı il tarixinə 19 il 10 ay 12 gündür. İddiaçı məhkəmə sorğusunda “Şirvanneft” NQÇİ-də 2-ci dərəcəli “elektrik montajçısı” peşəsinə deyil, "xxxx" peşəsinə işə qəbul edilməsi Şirkətin kadrlarla Bölməsində saxlanılan 1984-1986-cı illərin “Kadr axını” kitabında öz əksini tapmışdır. İddiaçı 17.02.1986-cı il tarixli 18/k saylı əmrlə 19.02.1986-cı il tarixdən “Şirvanneft” NQÇİ-nin X2 2-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmiş, 11.09.1996-cı il tarixədək “Şirvanneft” NQÇİ-nin X1 2-ci və 3-cü dərəcəli elektrik montyoru peşəsində işləmişdir. Onun elektrik montyoru kimi “Şirvanneft” NQÇİ-də əmək stajının müddəti 10 il 06 ay 22 gün olmuşdur. “Şirvanneft” NQÇİ-nin X3 bilavasitə neft mədənlərində hasilat prosesinin avtomatlaşdırılması işini həyata keçirir. Burada neft hasil edən quyuların işləməsi 24 saat ərzində izlənilir və həmin quyuların cari hasilat parametrlərində dəyişiklik olduqda (quyunun hasilatının azalması, tamamilə dayanması və) operativ qərarlar verilməsi üçün məlumatları rəhbərliyə ötürülür. Quyuların işinin operativ izlənilməsi avtomatika və telemexanika avadanlıqları vasitəsilə həyata keçirilir. Həmin avadanlıqlar elektrik avadanlıqları sayılır, onların təmiri və xidməti elektrik montyorları tərəfindən həyata keçirilir. Elektrik montyorları həmin avadanlıqların bilavasitə neft hasilatı mədənlərində- neft quyularında, hasilat ölçü qurğularında və həmin avadanlıqları sexdə quraşdırılmış mərkəzi dispetçer avadanlıqları ilə əlaqələndirən, bütün neft mədənini əhatə edən naqil xətləri şəbəkəsinin keçirdiyi ərazilərdə təmiri və xidmət ilə məşğuldur. İşlədiyi bu müddət ərzində İddiaçı X1 teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru peşəsində “Şirvanneft” NQÇİ -nin 2-3-4 saylı Neftçıxarma Sexlərinin avtomatika sahəsinə aid olan elektrik avadanlıqlarının təmiri və xidməti ilə məşğul olmuşdur. İddiaçı 2-3-4 saylı Neftqazçıxarma Sexlərində neft quyularına gedən telemexanika xətlərində və mədənlərdə quraşdırılmış avtomatik neft qurğularında, neft quyularına gedən telemexanika xəttinə texniki xidmət, xəttin quraşdırılması və sökülməsi, neft quyularının mancanaq dəzgahında quraşdırılmış vericilərin təmir və tənzimlənməsi, quraşdırılması və sökülməsi, mədənlərdə olan avtomatik neft ölçü qurğularında EBM, PBM, DU -6m, Ventil VR-50, VR -100 bloklarında təmir və tənzimləmə işləri, avdanlığın quraşdırılması, xidməti, və sökülməsi ilə məşğul olmuşdur. Arayışa əsasən X1 elektrik montyoru peşəsində işləyən işçilərin, o cümlədən 2-3-4 saylı Neftçıxarma Sexlərində elektrik montyoru peşəsində işləmiş İddiaçı əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmişdir. Bu hal müəssəsidə həyata keçirilən iş yerlərinin attestasiyası zamanı nəzərə alınmışdır və 8 faizlik əlavə həmin attestasiya nəticələrinə görə təyin edilmişdir. Eyni zamanda elektrik montyoru peşəsində işləyən işçilərə, o çümlədən İddiaçı hər il növbəti əmək məzuniyyətinə çıxarkən əsas məzuniyyətinə zərərli iş şəraitinə görə 6 təqvim gün əlavə ödənişli məzuniyyət verilmişdir. İddiaçı 19.02.1986-cı il tarixdən 11.09.1996-cı il tarixədək, vəzifə öhdəliklərini və həmin öhdəlikləri və həyata keçirdiyi ağır və zərərli iş şəraiti nəzərə alınaraq onun “Şirvanneft” NQÇİ-nin X1 2-3-4-cü NQÇ sexlərində çalışdığı elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qararı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vezifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130200a – 19861 şifrəsi ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları peşəsinə uyğundur. İddiaçı 10.09.1996-cı il tarixli 156/k saylı əmrlə 11.09.1996-cı il tarixdən 01.01.2006cı il tarixədək 09 il 03 ay 20 gün “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-in 3 saylı Neftqazçıxarma sexində və Quyuların Əsaslı və Yeraltı Təmiri sexində quyuların yeraltı təmiri üzrə 5-ci dərəcəli operator peşəsində işləmişdir. İddiaçı quyuların yeraltı təmiri üzrə 5-ci dərəcəli operator peşəsində işlədiyi dövr ərzində öz əmək funksiyalarını zərərli və ağır iş şəraitində həyata keçirdiyi üçün iş yerlərinin attestasiyasının nəticələrinə əsasən onun əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmişdir. Eyni zamanda quyuların yeraltı təmiri üzrə operator peşəsində işləyən işçilərə, o cümlədən İddiaçı hər il növbəli əmək məzuniyyətinə çıxarkən əsas məzuniyyətinə zərərli iş şəraitinə görə 6 təqvim gün əlavə ödənişli məzuniyyət verilmişdir. O cümlədən, quyuların yeraltı təmiri üzrə operator peşəsində işləyən işçilər iş günlərində pulsuz (şirkət hesabına) südlə təmin edilmişlər. Vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti nəzərə alınaraq onun “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-in 3 saylı Neftqazçıxartma sexində və Quyuların əsas və Yeraltı Təmiri sexində işləmiş olduğunu quyuların yeraltı təmiri üzrə 4cü dərəcəli operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130200a – 15870 şifrəsi ilə qeyd edilmiş quyuların yeraltı təmiri üzrə operatorlar peşəsinə uyğundur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22.08.1997-ci il tarixli 158 №-li əmrinə əsasən “Azneft” İstehsalat Birliyinin “Şirvanneft” NQÇİ-si ləğv olunmuş və 01.09.1997-ci il tarixdən onun bazasında Azərbaycan – X4 Müştərək Müəssisəsi "xxxx" BMMM yaradılmışdır. X9 Heyətinin 27 oktyabr 2009-cu il tarixli 106 saylı əmrinə müvafiq olaraq "xxxx" X7 Müəssisəsi ləğv edilmişdir. Onun bazası əsasında yeni müəssisə “X11 Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı yaranmışdır. Beləliklə, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının 17.02.1986-cı il tarixdən 05.10.2009-cu il tarixədək “Şirvanneft” NQÇİ-nin X1 2-3-4-cü NQÇ sexində çalışdığı elektrik montyoru, "xxxx" BMMM-in 3 saylı Neftqazçıxarma sexində və Quyuların Əsaslı və Yeraltı Təmiri sexində quyuların yeraltı təmiri üzrə 5-ci dərəcəli operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qararı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vezifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130200a – 19861 şifrəsi ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları və 2130200a – 15870 şifrəsi ilə qeyd edilmiş quyuların yeraltı təmiri üzrə operatorlar peşəsinə uyğun olmaqla, onun 01.01.2006-cı il tarixədək xüsusi iş stajı 12 il 6 aydan artıq təşkil edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə kollegiyası hazırki iş üzrə iddiaçıya 57 yaşdan, yəni 25.04.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin əsaslı olub, onun təmin edilməsi qənaətinə gəlsə də, hesab edir ki, iddia “pensiyanın təyin edildiyi tarixdən hal-hazıra kimi hesablanaraq birdəfəyə ödənilməsi” hissəsində qanunvericilikdə “birdəfəlik” ödənilmə ilə bağlı müddəa təsbit olunmadığı üçün əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2522/2021 saylı 24 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilərək, iddiaçıya 57 yaşdan, yəni 25.04.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2522/2021 saylı 24 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 25.04.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-273/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-273/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver