Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-273/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi X2, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-844/2019 nömrəli, 25 avqust 2022-ci il tarixli qərardadından ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdərəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən təsdiq olunmuş layihəyə uyğun ümumi sahəsi 140,2 kv.m qeyri-yaşayış sahəsinin onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-844/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 3 ünvanında yerləşən təsdiq olunmuş layihəyə uyğun ümumi sahəsi 140,2 kv.m qeyriyaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qeyd olunan qərar qanuni qüvvəsini almış və icra edilmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərizə ilə məhkəməyə müraciət edərək, 2-1(81)-844/2019 nömrəli iş üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərizəni onunla əsaslandırmışdır ki, qəbul edilən qərar qanunla qorunan maraqlarına toxunduğu halda, onlar işdə iştirak etməyə cəlb edilməmişlər. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən 2-ci tədris korpusunun yerləşdiyi ərazi və tikililər Universitetin balansındadır və dövlət mülkiyyəti hesab olunur. Sözügedən çıxarış və texniki pasport məhz Universitetə aid olan ərazidə yerləşən qeyri-yaşayış sahəsinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə Nəsimi rayonu, 719-cu məhəllədə, Azadlıq pr. və D.Əliyeva küçələrinin kəsişməsində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusunun mövcud istifadə vəziyyətində ayrılması üçün torpaq sahəsinin ölçülərinə dair cizgi (qırmızı xətt) sənədinə əsasən bir mərtəbəli tikilinin yerləşdiyi ərazi birmənalı olaraq Universitetə aiddir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Nizamnaməsinin 7.1-ci bəndinin 2-ci abzasına əsasən ADNSU mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. ADNSU-nun əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-844/2019 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ərizəsinin (vəsatətinin) təmin edilməsindən imtina edilmişdir. Həmin qərardaddan ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü şəxs qismində işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2288/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-844/2019 nömrəli, xx.xx.2021ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Birinci instansiyası məhkəməsində ikinci icraat Bakı İnzibati Məhkəməsinin 2-1(81)-844/2019 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ünvan 4 ünvanında yerləşən tədris binasının yerləşdiyi həyətin bir hissəsi qanunsuz olaraq İddiaçı tərəfindən özəlləşdirilib. Belə ki, 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris binası üçün texniki pasportunun alınması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edəndə məlum olmuşdur ki, balansda olan torpaq sahəsində yerləşən binaya İddiaçı çıxarış verilmişdir. Məlum olmuşdur ki, sahibkar İddiaçı 24 dekabr 2018-ci il tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Ərizəni araşdıran Bakı İnzibati Məhkəməsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bu işə 3-cü şəxs qismində cəlb etmədən, çox qısa zaman - cəmi 45 gün ərzində yekun qərar qəbul etmişdir. Qəbul olunmuş 09 fevral 2019-cu il tarixli qərara əsasən ünvan 3 ünvanında yerləşən təsdiq olunmuş layihəyə uyğun ümumi sahəsi 140,2 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Baxmayaraq ki, həmin ərazi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris binasının yerləşdiyi həyətin bir hissəsidir və Universitetin razılığı olmadan həmin ərazidə olan bina özəlləşdirilə bilməz. Bu fakt aşkar olunandan dərhal sonra Azərbaycan Dövlət Neft və Sənaye Universiteti müvafiq ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, bu iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmə icraatı əsassız və süni olaraq uzadılırdı. Nəhayət, Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət ediləndən təxminən 1 il sonra - 24 iyun 2021-ci il tarixində qəbul edilmiş qərardada əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “üçüncü şəxs qismində cəlb olunma barədə" ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti apellyasiya şikayəti vermiş, şikayət qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin aparılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Yenidən davam edən məhkəmə prosesi zamanı çıxarış verilmiş binanın altında yerləşən torpaq sahəsinin Universitetə məxsus olması, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə İddiaçı arasında həmin ərazidə tikintinin aparılmasına dair müqavilənin olması ortaya çıxmışdır. Həmin sənədlər Universitetə Əmlak Məsələləri Dövlət Xidmətinin sədrinin imzası ilə arxivdən təqdim olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin arxivindən təqdim olunan sənədlər araşdırılanda məlum olmuşdur ki, İddiaçı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında 05 yanvar 1996-cı ildə bağlanmış müqaviləyə əsasən Universitetin ərazisində yardımçı anbar və inzibati binanın tikilməsi razılaşdırılmışdır. Həmçinin, arxivdən təqdim olunan sənədlərə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin möhürü ilə təsdiq edilmiş yardımçı anbarın və inzibati binanın smetası, binanın planı əlavə edilmişdir. Sənədlər arasında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş akt mövcuddur. Həmin aktda qeyd olunub ki, həmin əməkdaşlar tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris binasının həyətyanı sahəsini məhdudlaşdıran, yüksəkmərtəbəli bina ilə eyni cərgədə yerləşən 1 mərtəbəli ayrıca tikilinin mövcud olması aşkar edilmişdir. Bu sənədlərlə tam sübuta yetirilir ki, İddiaçı adına özəlləşdirilmiş bina Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə məxsus ərazidə yerləşir. Bu sənədlərdən sonra ərazinin kimə məxsus olmasına dair hər hansı şübhələrin qalmamasına baxmayaraq, hakim tərəfindən torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın təyin olunmasından 8 ay keçdikdən sonra ekspertiza rəyi məhkəməyə təqdim olunmuşdur. Təqdim olunan ekspertiza rəyinə əsasən guya ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin balansında olan torpaq sahəsi ilə İddiaçı məxsus tikilinin yerləşdiyi torpaq sahəsi üst-üstə düşmür. Göründüyü kimi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza əsassız və son dərəcə mübahisəli hallara əsaslanaraq tərtib edilmişdir. Məhkəmə prosesində Universitetin vəkillərinin bütün vəsatətləri hakim tərəfindən rədd edilmiş, onun açıq-aşkar qərəzli olması bir daha təsdiq edilmişdir. Bu səbəbdən də dərhal hakimə rəsmi etiraz təqdim olunmuşdur. Etiraz ərizəsi təmin olunsa da, yeni təyin olunmuş hakimin sədrliyi ilə keçirilmiş 2 məhkəmə iclası ərzində yenə də əleyhimizə qərar qəbul edilmiş, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ərizəsi xx.xx.2022-ci il tarixli, 2-l(81)-844/2019 saylı qərardadı ilə təmin edilməmişdir. Məhkəmə tərəfindən istinad olunan ekspertiza rəyində açıq-aşkar görsənir ki, ekspert mübahisəli xx.xx.2019-cu il tarixli qərara əsasən iddiaçıya verilən texniki pasporta əsaslanaraq İddiaçı istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin koordinatları ilə Universitetin D.Əliyeva 227 ünvanında yerləşdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi “qənaətinə” gəlmişdir. Bundan başqa, ekspert tərəfindən rəy hazırlanarkən iş materiallarında olan bütün sənədlərə istinad edərkən, yalnız Əmlak Məsələləri Dövlət Xidmətinin sədrinin imzası ilə arxivdən təqdim olunmuş və İddiaçı tərəfindən imzalanmış icarə müqaviləsi, akt, smeta, plan kimi sənədlərə istinad etməməsi faktını nəzərə almalı idi. Birinci instansiya məhkəməsi üçün bu faktın və mübahisəli qərara əsasən verilən texniki pasporta əsaslanan ekspertin təqdim etdiyi “rəyin” əsassız, həqiqətdən uzaq olan bir sənəd olması aydın olmalı idi. b) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mübahisəli obyektə münasibətdə hər hansı hüququnun olub-olmamasına qiymət verilməsi üçün yetərli olan sənədlər arasında birinci yerdə icarə müqaviləsi və Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş aktdır. Bu aktda qeyd olunur ki, “məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməyən” xx.xx.1996-cı il tarixli icarə müqaviləsi məhz İddiaçı tərəfindən təqdim olunmuşdur. Çünki, həmin akta əsasən aparılan monitorinq zamanı aşkar olunmuşdur ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris binasının həyətyanı sahəsini məhdudlaşdıran, yüksəkmərtəbəli bina ilə eyni cərgədə yerləşən 1 mərtəbəli ayrıca tikili mövcuddur. Bu sənədlərlə tam sübuta yetirilir ki, İddiaçı adına özəlləşdirilmiş bina Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə məxsus ərazidə yerləşir. Əks halda, İddiaçı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris binasının həyətyanı sahəsində yerləşən tikilinin ona aid olmasını əsaslandırmaq üçün icarə müqaviləsini, plan və smeta sənədlərini öz əli ilə təqdim etməzdi. Bütün bunlar sübut edir ki, xx.xx.2019-cu il tarixli məhkəmə qərarı ADNSU-nun qanunla qorunan maraqlarına toxunur və Universitet üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməli idi. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat və kassasiya instansiya məhkəməsində birinci icraat: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3465/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 844/2019 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-726/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qərardadı ilə ərizəçinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 dekabr 2022-ci il tarixli, 2- 1(103)- 3465/2022 nömrəli qərardadı ləğv edilmiş, iş üzrə ərizəyə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi müvafiq icra hakimiyyəti orqanına sorğu verərək iddiaçının mülkiyyətində olan ərizəçinin iddia etdiyi 140,2 kv.m. qeyri yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin kimin balansında olması müəyyən edilməli, həmçinin mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ayrılması barədə inzibati aktın olub-olmaması araşdırılmalı, bundan sonra ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat və kassasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-244/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 844/2019 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-726/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qərardadı ilə ərizəçinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 dekabr 2022-ci il tarixli, 2- 1(103)- 3465/2022 nömrəli qərardadı ləğv edilmiş, iş üzrə ərizəyə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus qeyri-yaşayış binasının Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ərazisində və ərazisindən kənarda yerləşdiyini müəyyən etmək üçün işə əlavə olunan (2-ci cild səh. 57) cizgiyə uyğun 18 mərtəbəli yaşayış binası ilə mübahisələndirilən qeyri-yaşayış binasına, eləcə də mübahisələndirilən qeyri-yaşayış binası ilə ərizəçiyə ayrılmış torpaq sahəsinin sərhədlərinə qədər olan məsafələr yerində baxış keçirilib müəyyən edilməklə dəqiq ölçülər əldə edilməli, zərurət yaranarsa təkrar ekspertiza keçirilməli, bundan sonra hazırkı mübahisənin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin maraqlarına toxunub toxunmaması nəticəsinə gəlinməlidir Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-844/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilərək iş üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-844/2019 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmə ilə bağlı vəsatəti təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-844/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, İPM-in 28.1-ci maddəsi məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə də həm vəsatətlər verilməsi, həm də öz təşəbbüsü əsasında məhkəmə tərəfindən cəlbetmənin həyata keçirilə biləcəyini də təsbit edir. Nəzərə almaq lazımdır ki, bu qaydada cəlbetmə kassasiya instansiyası məhkəməsinə münasibətdə yol verilmir, yalnız birinci və apellyasiya məhkəmələri tərəfindən həyata keçirilə bilər. Çünki Ali Məhkəmənin qərarı qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətidir. Qanunvericiliyə görə isə bu imkan yalnız məhkəmə aktlarının qanuni qüvvəyə minmədiyi dövrlərdə həyata keçirilə bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq isə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. Həmin qərara görə: “1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz. Apellyasiya şikayətinin dəllilərinə münasibət:
Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 844/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 3 ünvanında yerləşən təsdiq olunmuş layihəyə uyğun ümumi sahəsi 140,2 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Qeyd olunan qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir. Ərizəçinin hazırki tələbi həmin iş üzrə 3-cü şəxs qismində cəlb edilməsindən ibarətdir. Ərizəçi bunu onunla əsaslandırır ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris korpusunun istifadəsinə verilmiş torpaq sahəsidir. Qeyd edilənlərlə bağlı təqdim edilən sənədlərdən biri Bakı şəhəri X1 İcraiyyə Komitəsi (indiki Bakı şəhəri İcra Hakimiyyəti) tərəfindən xx.xx.1961-ci il tarixli Sərəncamdır hansı ki, bu sərəncam Lenin küçəsi № 23, Pervomayskaya küçəsi № 229, 231 və Bakı şəhərinin Stalin rayonunda yerləşən 719 nömrəli məhəlləsində Əzizbəyov adına Neft və Kimya İnstitutunun (indiki ADNSU) tikiləcək tədris binası üçün 0.35 ha torpaq sahəsinin ayrılması barədədir. Digər bir sənəd Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin istifadəsində olan torpaq sahəsinin hüdudlarını müəyyən edən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə Nəsimi rayonu, 719-cu məhəllədə, Azadlıq pr. və D.Əliyeva küçələrinin kəsişməsində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusunun mövcud istifadə vəziyyətində ayrılması üçün torpaq sahəsinin ölçülərinə dair cizgi” sənədi və cizgi sənədinə uyğun Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq İdarəsi tərəfindən razılaşdırma planıdır. Qeyd edilən cizgidə ərizəçinin istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən A nöqtəsindən B nöqtəsinə 43.80 metr məsafənin olması müəyyən edilir. Bundan əlavə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin torpaq sahəsinin yerquruluşu cizgisindən müəyyən olunur ki, onun hüdudlarından kənarda yerləşən 18 mərtəbəli yaşayış binasınadək, yəni C nöqtəsindən 18 mərtəbəli yaşayış binasınadək olan məsafənin 2.60 metr olması görünür. İş materiallarında olan mübahisələndirilən qeyriyaşayış binasının situasiya planından, eləcə də ortofoto görüntülərdən müəyyən olunur ki, iddiaçıya məxsus qeyri-yaşayış binası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusu ilə 18 mərtəbəli yaşayış binasının arasında inşa edilmişdir. Hazırki mübahisə gedişində əvvəlki məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 29 iyun 2022-ci il tarixli 10/403 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - (1-ci sual üzrə) ünvan 5 ünvanındakı mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin koordinatları 1) x - 402082.21, y - 4470321.75; 2) x - 402073.95, y - 4470319.10; 3) x - 402074.26, y - 4470317.94; 4) x - 402062.27, y - 4470313,75; 5) x - 402059.54, y - 4470322.37; 6) x - 402066.28, y - 4470324,68; 7) x - 402066.35, y - 4470324.35; 8) x - 402079.84, y - 4470328.87 müəyyən edildi; - (2-ci sual üzrə) ünvan 5 ünvanındakı Oqtay Əliyevin mülkiyyətində olan tikilinin yerləşdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyəstrindən 14 may 2019-cu il tarixli çıxarışına və Əmlak Məsələləri Dövlət Xidmətinin 5 noyabr 2021-ci il tarixli **********81 saylı məktubuna əsasən dövlət mülkiyyətindədir; - (3-cü sual) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ünvan 6 ünvanında yerləşən 2-ci tədris korpusunun yerləşdiyi torpaq sahəsinin koorinatları 1) X=402063.1823, Y=4470312.9651; 2) X=402075.1565, Y=4470317.1970; 3) X=402074.7730, Y=4470318.2812; 4) X=402082.7870, Y=4470321.1136; 5) X=402080.4710, Y=4470327.6664; 6) X=402090.2520, Y=4470331.2000; 7) X=402092.8400, Y=4470332.0510; 8) X=402094.0310, 7/10 Y=4470327.8038; 9) X=402139.6310, Y=4470365.9630; 10) X=402143.6159, Y=4470362.1404; 11) X=402146.0444, Y=4470354.2037; 12) X=402165.2904, Y=4470360.2262; 13) X=402166.2580, Y=4470357.0930; 14) X=402180.9912, Y=4470362.5721; 15) X=402181.3872, Y=4470361.4960; 16) X=402198.9420, Y=4470367.9394; 17) X=402210.1747, Y=4470337.3363; 18) X=402208.4849, Y=4470336.7160; 19) X=402208.7261, Y=4470336.0589; 20) X=402197.8366, Y=4470332.0617; 21) X=402197.5953, Y=4470332.7191; 22) X=402192.6198, Y=4470330.8929; 23) X=402152.3398, Y=4470313.6872; 25) X=402151.8989, Y=4470309.2060; 26) X=402148.3654, Y=4470309.0079; 27) X=402145.7327, Y=4470308.4871; 28) X=402143.9370, Y=4470307.9367; 29) X=402141.6119, Y=4470306.9650; 30) X=402139.4265, Y=4470305.7476; 31) X=402137.5795, Y=4470304.4432; 32) X=402136.5420, Y=4470303.5769; 33) X=402135.6470, Y=4470302.7374; 34) X=402131.7821, Y=4470306.0940; 35) X=402073.6594, Y=4470284.6257; 36) X=402064.7202, Y=4470308.8276 müəyyən edildi; - (4-cü, 6-cı və 7-ci suallar üzrə) Bakı Şəhər XDS İK-nin (indiki Bakı ŞİH) arxiv fondu üzrə 17 may 1961-ci il tarixli 4 saylı protokoluna əsasən Əzizbəyov adına Neft və Kimiya İnstitutuna tikinti işlərinin aparılması üçün ayrılmış 0,35 ha torpaq sahəsi dair "Azdövlətlayihə" tərəfindən 25 avqust 1962-ci il tarixdə verilmiş layihə planına əsasən İddiaçı mülkiyyətində olan tikilinin altında yerləşdiyi torpaq sahəsi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci tədris korpusunun yerləşdiyi torpaq sahəsi üst-üstə düşmür. Eyni zamanda, İddiaçı istifadəsində olan torpaq sahəsi 'Azdövlətlayihə" tərəfindən verilmiş 25 avqust 1962-ci il tarixli layihə planında göstərilən Əzizbəyov adına Neft və Kimiya İnstitutuna tikinti işlərinin aparılması üçün ayrılmış 0,35 ha torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir; - (5-ci sual üzrə) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qərardadın bu sualı üzrə tədqiqat aparılmadı; - (8-ci sual üzrə) XDS İK (indiki Bakı ŞİH) arxiv fondu üzrə 17 may 1961-ci il tarixli 4 saylı protokoluna əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci tədris korpusunun balansında olan torpaq sahəsi 0,35 ha təşkil etməklə, sərhədləri Lenin prospekti 23, 1 May 229, 331 nömrəli küçəsi və Stalin rayonunun 719 kv.m-nin kəsişməsində yerləşir. İş üzrə təkrar apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin icrası məcburi göstərişləri nəzərə alınmaqla mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində işin tam, hərtərəfli və obyektiv araşdırılması, həmçinin ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusuna məxsus torpaq sahəsinin hüdudlarının dəqiqləşdirilməsi, iddiaçıya məxsus qeyri-yaşayış binasının Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ərazisində və ərazisindən kənarda yerləşib-yerləşməməsinin, həmçinin işə əlavə olunan (2-ci cild səh. 57) cizgiyə uyğun 18 mərtəbəli yaşayış binası ilə mübahisələndirilən qeyri-yaşayış binasına, eləcə də mübahisələndirilən qeyri-yaşayış binası ilə ərizəçiyə ayrılmış torpaq sahəsinin sərhədlərinə qədər olan məsafələrin müəyyən edilməsi məqsədilə əlavə ekspertiza təyin edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən təyin edilmiş xx.xx.2025-ci il tarixli əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 12 fevral 2025-ci il tarixli 10/7541 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - (1-ci sual üzrə) ünvan 7 ünvanındakı mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin koordinatlarının müəyyən edilmişdir. Qeyri- yaşayış binasının faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı, torpaq sahəsinin ölçüləri, koordinatları və digər texniki parametrlərinin texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. - (2-ci sual üzrə) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyəstrindən xx.xx.2019-cu il tarixli, **********47 reyestr nömrəli Çıxarışa əsasən, ünvan 7 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növünün “Dövlət”, torpaq sahəsi üzərində hüququn növü “İstifadə”, torpaq sahəsinin katerqoriyasının (məqsədli təyinatı) “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” olduğu müəyyən edilmişdir. - (3-cü və 4-cü suallar üzrə) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən 2-ci tədris korpusunun yerləşdiyi faktiki torpaq torpaq sahəsinin 0,5385 ha (5385 kv.m) təşkil etdiyi müəyyən olunmuşdur. ünvan 7 ünvanındakı mübahisəli daşınmaz əmlakın torpaq sahəsi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci tədris korpusunun yerləşdiyi faktiki torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. - (5-ci sual üzrə) xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7541 nömrəli ekspert vəsatətində qeyd olunan əlavə materiallar (mütəxəssis rəyi) təqdim olunmadığından torpaq sahəsinin bələdiyyələrə ayrılmış torpaq sahəsi hüdudları daxilində olub-olmamasını, belə olmadığı halda həmin torpaq sahəsinin 17 may 1961-ci il tarixdən hal-hazıradək olan dövrlər üzrə hansı dövlət qurumunun istifadəsində olmasını müəyyən etmək mümkün olmamışdır. - (6-cı sual üzrə) Bakı şəhəri X1 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1961-ci il tarixli Sərəncamına əsasən Əzizbəyov adına Neft və Kimya İnstitutu (indiki ADNSU) üçün ayrılmış 0.35 ha torpaq sahəsinin (plan-cizgidə qırmızı xətlə göstərilən sahə) və həmin sahəyə bitişik yerləşən sahənin (plan-cizgidə qırıq-qırıq qırmızı xəttlə işarələnən sahə) sərhədlərinin koordinatları müəyyən edilmişdir. Sxem rəyin tədqiqat hissəsində göstərilmişdir. - (7-ci sual üzrə) ünvan 7 ünvanındakı mübahisəli daşınmaz əmlakın torpaq sahəsinin Bakı şəhəri X1 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1961-ci il tarixli Sərəncamına əsasən Əzizbəyov adına Neft və Kimya İnstitutu (indiki ADNSU) üçün ayrılmış 0.35 ha torpaq sahəsinin (plan-cizgidə qırmızı xətlə göstərilən sahənin) hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. ünvan 7 ünvanındakı mübahisəli daşınmaz əmlakın torpaq sahəsinin Bakı şəhəri X1 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1961-ci il tarixli Sərəncamına əsasən Əzizbəyov adına Neft və Kimya İnstitutu (indiki ADNSU) üçün ayrılmış 0.35 ha torpaq sahəsinə bitişik yerləşən sahənin (plan-cizgidə qırıq-qırıq qırmızı xəttlə işarələnən sahənin) hüdudları daxilində müəyyən edilmişdir. - (8-ci sual üzrə) “Azdövlətlayihə” tərəfindən verilmiş 25 avqust 1962-ci il tarixli layihə planının Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən hal-hazırkı tikililərlə uyğunluq təşkil etmədiyi müəyyən edilmişdir. - (9-cu və 10-cu suallar üzrə)xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7541 nömrəli ekspert vəsatətində qeyd olunan əlavə mateiallar (mütəxəssis rəyi) təqdim olunmadığından ünvan 7 ünvanında yerləşən qeyriyaşayış binasının yerləşdiyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icarəyə verilmiş torpaq sahəsi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin balansında olan torpaq sahəsinin üst-üstə düşüb düşməməsi, ünvan 7 ünvanında yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin korpusunun balansında olan torpaq sahəsi nə qədər olması barədə tədqiqat aparmaq mümkün olmamışdır. (11-ci sual üzrə)Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə Nəsimi rayonu, 719-cu məhəllədə, Azadlıq pr. və D.Əliyeva küçələrinin kəsişməsində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusunun mövcud istifadə vəziyyətində ayrılması üçün torpaq sahəsinin ölçülərinə dair cizgi” sənədinə C nöqtəsindən 18 mərtəbəli yaşayış binasınadək olan məsafə 2,6 metr göstərilmişdir. Faktiki vəziyyətdə ölçü işləri aparılmaqla mübahisəli daşınmaz əmlak ilə 18 mərtəbəli yaşayış binasınadək olan məsafənin 2,7 metr təşkil etdiyi, mübahisəli daşınmaz əmlakla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusu arasındakı məsafənin isə 5,25 metr olduğu müəyyən edilmişdir. Təkrar apellyasiya baxışında kassasiya instansiya məhkəməsinin qərarındakı göstərişlər nəzərə alınmaqla cavabdeh inzibati orqanın mütəxəssisinin iştirakı ilə məhkəmə tərkibi yerli baxış təyin etmiş və həmin yerli baxış zamanı müəyyən olundu ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusu arasında 18 mərtəbəli yaşayış binası mövcuddur. 18 mərtəbəli yaşayış binası ilə mübahisəli daşınmaz əmlak arasındakı məsafə 2,7 metr təşkil edir. Həmçinin, həmin mübahisəli daşınmaz əmlakın arxa hissəsində Universitetə məxsus transformator məntəqəsi yerləşir, Universitetin korpus binası ilə mübahisəli daşınmaz əmlak arasında başqa heç bir qeyri-yaşayış və ya yaşayış binası mövcud deyildir. Tədris korpusu ilə iddiaçının mülkiyyətində olan daşınmaz əmlak arasında yerləşən boş torpaq sahəsi Universitetə məxsus maşın dayanacağı kimi istifadə edilir. Əvvəlki məhkəmə baxışında araşdırmalar Universitetin korpusunun yerləşdiyi torpaq sahəsi ilə daşınmaz əmlakın yerləşdiyi torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi istiqamətində aparılsa da sonuncu apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin qərarındakı göstərişlər nəzərə alınmaqla həmçinin Universitetin istifadəsinə ayrılmış və faktiki istifadəsində olan torpaq sahəsinə münasibətdə araşdırma həyata keçirildi. Göründüyü kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusuna dair təqdim edilmiş qovluqdakı sənədlərdə korpusun tikintisi üçün ayrılmış torpaq sahəsi və həmçinin istifadədə olan torpaq sahələrinə dair plan cizgi mövcuddur. Həmin cizgi xx.xx.2018-ci il tarixli olmaqla məhkəmə qərarından əvvəlki tarixə aiddir. Həmin cizgidə də korpusun istifadəsində olan torpaq sahəsi qırmızı qırıq-qırıq xətlə işarələnmişdir. Həmçinin Universitetin istifadəsində olan torpaq sahəsi ilə 18 mərtəbəli yaşayış sahəsi arasındakı məsafə 2.6 m. qeyd edilsə də həm ekspertiza rəyindən həm də yerli baxış zamanı mütəxəsisis tərəfindən aparılmış ölçü işlərindən aydın olur ki, həmin 18 mərtəbəli yaşayış binası ilə mübahisəli daşınmaz əmlak arasındakı məsafə 2,7 m-dir, yəni həmin daşınmaz əmlak cizgi-sxemə əsasən Universitetin faktiki istifadəsində olan torpaq sahəsi kimi işarələnmiş ərazidə tikilmişdir. Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası bir məqamı da diqqətə çatdırır ki, iş mat. İİ cild səhifə 134-də tikilmiş 5 yanvar 1995-ci il tarixli müqavilədən görünür ki, müqavilənin tərəflərindən biri X6 digər tərəfi isə “Məşəl-2” müəssisəsinin adından çıxış edən İddiaçı olmuşdur. Həmin müqavilənin məzmunundan aydın olur ki, tərəflər hazırki Universitetə aid torpaq sahəsində tikilinin aparılmasına dair razılığa gəlirlər. Həmin müqavilənin müddəti də 15 illik müəyyən olunur. Bundan başqa İcarəyəverən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İcarəçi İddiaçı arasında imzalanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2020-ci il tarixli 09 nömrəli müqaviləyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırki araşdırma zamanı da cavabdeh inzibati orqanın nümayəndəsi sözügedən daşınmaz əmlak mülkiyyətdə olduğundan altındakı torpaq sahəsinə dair bu cür icarə müqaviləsinin bağlandığını, mülkiyyətçinin bu yolla torpaq sahəsinə dair icarə haqqı ödənişini həyata keçirilməyə cəlb edildiyini və bu halın inzibati praktikaya uyğun olduğunu bildirdi. Yuxarıda qeyd edilmiş araşdırmanın yekununda məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarlarındakı hüquqi mövqeyi nəzərə alaraq, qoyulmuş göstərişləri icra edərək qeyd edilənlərdən belə bir nəticəyə gəlir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-844/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin maraqlarına toxunur. Belə olan halda ərizə təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-844/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarı ləğv edilməli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, işin mahiyyəti üzrə araşdırma zamanı məhkəmə iddiaçıya və 3-cü şəxsə məxsus hüquqmüəyyənedici sənədlərə münasibətdə ətraflı araşdırma apararaq iddiaya qiymət verməlidir.
NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 28, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ:
Ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-844/2019 nömrəli, 25 avqust 2022-ci il tarixli qərardadı ləğv edilsin. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi barədə ərizəsi təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-844/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti inzibati iş üzrə zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev